Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-932/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndələri Nümayəndə2 və X2, cavabdeh X1 vəkili və nümayəndəsi Vəkil4, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər E.Rəsulova və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələblərinə dair, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSCnin cavabdeh İddiaçı ASC-yə qarşı ipoteka və girov müqavilələrinin və ASC-nin protokolunun etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-35/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçının, cavabdeh E.Rəsulovun və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) məhkəməyə müraciət edərək, cavabdeh E.Rəsulovdan 686.333,16 ABŞ dolları əsas, 46.771,39 ABŞ dolları faiz, 1.209.026,17 ABŞ dolları cərimə olmaqla, cəmi 1.942.130,72 ABŞ dolları və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin ipoteka qoyan (girov qoyan) Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, onun mülkiyyətində olan, iddiaçının xeyrinə girovla yüklü edilmiş, ümumi dəyəri 4.200.000 manat məbləğdə dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və ümumi dəyəri 700.000 manat məbləğdə dövriyyə mallarına (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) yönəldilməsi, həmin daşınmaz əmlakın və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh E.Rəsulovun iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC də cavabdeh İddiaçı ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs E.Rəsulov) məhkəməyə iddia ərizəsi təqdim edərək, 30.11.2016-cı il tarixli İpoteka müqaviləsinin, 30.11.2016-cı il tarixli D1-İ048KK16 nömrəli “Dövriyyədəki malların girov müqaviləsi”nin, 30.11.2016-cı il tarixli D2-İ048KK16 nömrəli “Dövriyyədəki malların girov müqaviləsi”nin bağlandığı andan və İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi "xxxx" QSC-nin 21.11.2016-cı il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.06.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASCnin iddiası qismən təmin edilmiş, cavabdeh E.Rəsulovdan 685.838,41 ABŞ dolları əsas, 29.872,07 ABŞ dolları faiz, 34.291,92 ABŞ dolları cərimə olmaqla, cəmi 750.002,4 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinin ilkin satış qiyməti 140.000 manat məbləğdə müəyyən edilməklə Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdeh E.Rəsulovun iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdeh E.Rəsulovdan tutulması, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun 11,58 manat məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 18,42 manat məbləğin isə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsi, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun özünə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğdə ekspertiza xərclərinin 56 manat məbləğinin cavabdehlərdən müştərək qaydada, qalan 89 manat məbləğinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı, cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs ondan apellyasiya şikayətləri verərək: iddiaçı kredit alanın borcunun müəyyən edilməsi, habelə girov qoyulmuş dövriyyə mallarına yönəldilməməsi hissəsində ləğv edərək, iddianın tam təmin edilməsini; cavabdeh E.Rəsulov 34.291,92 ABŞ dolları cərimə məbləği hissədə, borc məbləğinin girov qoyulmuş dövriyyə mallarına (iribuynuzlu damazlıq heyvanlara (bioloji aktivlərə) və ümumi dəyəri 700.000 manat məbləğdə dövriyyə mallarına yönəldilməməsi, yəni bankın iddiası qalan hissədə rədd edilməsi hissələrdə ləğv edərək, həmin hissələrə münasibətdə yeni qətnamə çıxarılmasını, yeni qətnamə çıxarılarkən iddia tələbinin cərimə məbləği hissəsində rədd edilməsini, girov qoyulmuş (iribuynuzlu damazlıq heyvanlara və digər) dövriyyə mallarına münasibətdə iddianın təmin edilməsini, qətnamənin digər hissələrdə qüvvədə saxlanılmasını; Cavabdeh2 MMC tələbin, ipoteka predmetinin ilkin satış qiyməti 140.000 manat məbləğdə müəyyən edilməklə ona məxsus Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin E.Rəsulovun iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi hissədə ləğv edilməsini; mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC tələbin ipoteka predmetinin ilkin satış qiyməti 140.000 manat məbləğdə müəyyən edilməklə Cavabdeh2 MMC-yə Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin E.Rəsulovun iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi və onun iddiasının rədd edilməsi hissədə ləğv edilməsini, iddianın Cavabdeh2 MMC-yə münasibətdə rədd edilməsini və 30.11.2016-cı il tarixli ipoteka müqaviləsi, 30.11.2016-cı il tarixli D1-İ048KK16 nömrəli “Dövriyyədəki malların girov müqaviləsi” və 30.11.2016-cı il tarixli D2-İ048KK16 nömrəli “Dövriyyədəki malların girov müqaviləsi” bağlandığı andan və iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" QSCnin 21.11.2016-cı il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-500/2020 nömrəli iş üzrə 26.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı ASC-nin və cavabdeh E.Rəsulovun apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 18.06.2020-ci il tarixli qətnaməsinin “iddianın tutmanın dövriyyə mallarına (iribuynuzlu heyvanlara) yönəldilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, tutmanın Cavabdeh2 MMC tərəfindən kreditin təminatı olaraq banka girov qoyulmuş, ümumi dəyəri 4.200.000 manat olan 3.207 ədəd iribuynuzlu heyvanların 1.338 ədədinə yönəldilməsi, həmin 1.338 ədəd iribuynuzlu heyvanın açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin hesabına cavabdeh E.Rəsulovun kredit borcunun ödənilməsi, artıq qalan pul vəsaitinin Cavabdeh2 MMC-yə qaytarılması, iddiaçının tutmanın iribuynuzlu heyvanlara yönəldilməsi tələbinin qalan hissəsinin təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qərarla razılaşmayan cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs ondan kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 264/2021 nömrəli iş üzrə 22.06.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 26.11.2020-ci tarixli qətnaməsi kassasiya şikayətlərinə münasibətdə qismən - tutmanın 1.338 ədəd iribuynuzlu heyvana yönəldilməsi, həmin 1.338 ədəd iribuynuzlu heyvanın açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına E.Rəsulovun kredit borcunun ödənilməsi, artıq qalan pul vəsaitinin Cavabdeh2 MMC-yə qaytarılması, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin iddiasının rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı ASC-nin nümayəndələri, Cavabdeh2 MMC-nin vəkili və nümayəndəsi Vəkil2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə1 hər biri öz apellyasiya şikayətlərini müdafiə edib, ona uyğun izahat verərək, qarşı apellyasiya şikayətlərini qəbul etməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh E.Rəsulovun vəkili və nümayəndəsi öz apellyasiya şikayətini müdafiə edib, qarşı apellyasiya şikayətlərini qəbul etməyib, izahatında göstərmişdir ki, tutma yönəldilən iribuynuzlu heyvanların mülkiyyətçisi "xxxx" ASC-dir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “102. Məhkəmə kollegiyası ipoteka və girov müqavilələrinin, QSC-nin səhmdarlarının ümumi yığıncağının 2016-cı il 21 noyabr tarixli Protokolundan çıxarışın etibarsız hesab edilməsi ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin kəsici müddət tətbiq edərək QSC-nin apellyasiya şikayətini və iddia ərizəsini rədd edərkən işin faktiki hallarını nəzərə almamasına dair QSC-nin dəlili (bax yuxarıda § 78) ilə razılaşır.
103. QSC MMC-nin nizamnaməsinə və MM-in 87.10-cu maddəsinə istinadən ipoteka və girov müqavilələrin imzalanmasında MMC-nin direktorunun müvafiq səlahiyyətinin olmadığını, ona "xxxx" QSC-nin direktoru tərəfindən təzyiq göstərildiyini, həmin müqavilələrin pis niyyətlə bağlandığını əsas gətirməklə, MM-in 337 və 349-cu maddələrinin müddəalarına istinadən, həmin müqavilələri və "xxxx" QSC-nin səhmdarlarının ümumi yığıncağının 2016-cı il tarixli 21 noyabr tarixli protokolunu əhəmiyyətsiz və etibarsız hesab edir.
104. MM-in 354.1 və 354.2-ci maddələrinə istinad edən apellyasiya instansiya məhkəməsi həmin hissədə kəsici müddət tətbiq olunmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması ilə razılaşmış və hesab etmişdir ki, MM-in göstərilən normaları baxımından ipoteka və girov müqavilələrinin, protokolun etibarsız nömrəlimasının mübahisələndiriməsi üçün kəsici müddət QSC və MMC tərəfindən buraxılmışdır.
105. Lakin apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi kifayət qədər əsaslandırılmadığından məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır.
106. Belə ki, MM-in 354.1-ci maddəsində (bax yuxarıda § 93) əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın verilməsi üçün nəzərdə tutulmuş 1 illik müddətin axımı obyektiv xarakterli (hər hansı şəxsin iradəsindən, məlumatlı olmasından asılı olmayan) faktın baş verməsindən, yəni həmin əqdin icrasına başlanılmasından etibarən başlayır. Həmin müddət bitdikdən sonra heç kəs bu faktın baş verməsindən məlumatsız olmasına istinad edərək əqdin etibarsızlığına dair tələb irəli sürə bilməz.
107. MM-in 354.2-ci maddəsində (bax yuxarıda § 93) isə əqdin etibarsızlığına dair müəyyən edilmiş 1 illik müddətin axımının başlanması üçün şəxsin subyektiv-iradəvi amili əsas götürülmüşdür. Yəni bu müddətin axımı o zaman başlayır ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bilsin və ya bilməli olsun.
108. Qeyd etmək lazımdır ki, MM-in 354-ci maddəsi ilə əlaqədar KMP-nin formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 97) görə, bu norma onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
109. Bu baxımdan, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi kəsici müddəti tətbiq edərkən MM-in 354.1-ci və 354.2-ci maddələrindən konkret olaraq hansına istinad etdiyini dəqiqləşdirməli, MM-in 354.2-ci maddəsinə istinad etdiyi halda QSC-nin bildirdiyi halların həmin maddənin dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsinə qiymət verməli, nəhayət əgər belə hallar mövcud olmuşdursa, QSC-nin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu tarixi dəqiqləşdirməli, nəticəsindən asılı olaraq tələb vermə müddətinin ötürülübötürülməməsi barədə konkret qənaətə gəlməli idi. ...
112. Eyni zamanda, məhkəmə kollegiyası tutmanın girov qoyulmuş iribuynuzlu heyvanlara yönəldilməsi barədə apellyasiya instansiyası məhkəməsinin əsassız nəticəyə gəlməsi barədə QSCnin dəlillərini (bax yuxarıda § 79) də əsaslı hesab edir.
113. Həmin məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, banka girov qoyulmuş 3.207 baş heyvandan 1.869-u Aqrolizinq-in mülkiyyətində olduğundan, tutma MMC-nin mülkiyyətində qalan 1.338 (3.207 – 1.869) heyvana yönəldilməlidir.
114. QSC və MMC iddia edir ki, həmin heyvanların hamısı Aqrolizinq-in mülkiyyətində, QSCnin isə istifadəsindədir.
115. MM-in 271.1-ci maddəsinə (bax yuxarıda § 93) əsasən, əşyanı girov qoyan yalnız onun mülkiyyətçisi ola bilər. Beləliklə, hazırkı işdə MMC-nin qeyd olunan 1.338 baş heyvanı banka girov qoyması üçün onun mülkiyyətçisi olmalı idi.
116. Apellyasiya instansiyası məhkəməsi qətnamədə həmin heyvanların MMC-nin mülkiyyətində qaldığını bildirsə də, bu nəticəni mötəbər sübutlarla əsaslandırmamışdır.
117. MM-in 135.12-ci maddəsinə (bax yuxarıda § 93) görə, əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir.
118. MM-in 181.3-ci maddəsinə (bax yuxarıda § 93) görə, daşınar əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir.
119. İstinad olunan normalar hazırkı işə tətbiq edildikdə, məlum olur ki, QSC-yə lizinqə verilmiş heyvanlardan təbii artım yolu ilə əldə olunmuş heyvanlar (əgər belə artım olmuşdursa), QSC və MMC-nin bildirdiyi kimi, məhz AqroServis-ə (əvvəlki Aqrolizinq) aiddir, ona görə də MMCnin mülkiyyətində ola bilməz. ...
133. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, yeni apellyasiya baxışında məhkəmə hazırkı qərarda göstərilənləri nəzərə alaraq mötəbər sübutlar əsasında: - ipoteka və girov müqavilələrinin, "xxxx" QSC-nin səhmdarlarının ümumi yığıncağının 2016-cı il tarixli 21 noyabr tarixli protokolunun etibarsız nömrəlimasının mübahisələndiriməsi üçün kəsici müddətin tətbiqi üçün əsasların mövcud olubolmamasının müəyyən edilməsi məqsədilə MM-in 354.1-ci və 354.2-ci maddələrindən konkret olaraq hansına istinad etdiyini dəqiqləşdirməli, MM-in 354.2-ci maddəsinə istinad etdiyi halda QSC-nin bildirdiyi halların həmin maddənin dispozisiya şərtlərinə uyğun gəlibgəlməməsinə qiymət verməli, nəhayət əgər belə hallar mövcud olmuşdursa, QSC-nin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu tarixi dəqiqləşdirməli, nəticəsindən asılı olaraq tələb vermə müddətinin ötürülüb-ötürülməməsi barədə qənaətə gəlməli, həmin müddəti ötürülməmiş hesab edərsə, QSC-nin iddia tələblərinə hüquqi qiymət verməli; - banka girov qoyulmuş 1.338 baş heyvanın MMC tərəfindən məhz hansı mənbə(lər)dən və hansı qaydada əldə olunmasını (lizinqə götürülmüş heyvanların təbii artımı, alqı-satqı, bağışlama və s.) dəqiqləşdirməli, MM-in müvafiq müddəaları və lizinq müqavilələrinin şərtləri baxımından MMCnin həmin heyvanlara mülkiyyət hüququnun olubolmasını müəyyən etməli, nəticəsindən asılı olaraq həmin məsələyə qiymət verməlidir.”
MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin məcburi göstərişlərinin icrası ilə bağlı sonrakıları qeyd edir. Məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26.11.2020-ci il tarixli qətnaməsi tutmanın 1.338 ədəd iribuynuzlu heyvana yönəldilməsi, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin iddiasının rədd edilməsi hissələrində ləğv edildiyindən, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız həmin hissələr təşkil edir.
İşdən müəyyən edilir ki, "xxxx" QSC-nin səhmdarlarının ümumi yığıncağının 21.11.2016-cı il tarixli qərarı ilə X1 İddiaçı ASC-dən alacağı 2.500.000 ABŞ dolları məbləğdə kreditinin təminatı qismində "xxxx" MMC-yə məxsus Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsinin, likvid dəyəri 4.200.000 manat təşkil edən 3.207 baş yerli və xarici cins iribuynuzlu heyvanların (bioloji aktivlərin) - dövriyyə mallarının, likvid dəyəri 700.000 manat təşkil edən “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlıq kompleksinin - dövriyyə mallarının girov qoyulmasına razılıq verilmişdir. İddiaçı ASC ilə E.Rəsulov arasında bağlanmış 30.11.2016-cı il tarixli İ048KK16 nömrəli kredit müqaviləsinə əsasən Bank E.Rəsulova 24 ay müddətinə illik 8%-lə 2.500.000 ABŞ dolları məbləğdə kredit ayırmağı, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Bank, E.Rəsulov və "xxxx" MMC arasında 30.11.2016-cı il tarixli 1048KK16 nömrəli kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə 30.11.2016cı il tarixli İpoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmiş və iddiaçının adına ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı ASC, E.Rəsulov və "xxxx" MMC arasında 30.11.2016-cı il tarixli D1-İ048KK16 nömrəli və 30.11.2016-cı il tarixli D2İ048KK16 nömrəli Dövriyyədəki malların girov müqavilələri bağlanmış və "xxxx" MMC-yə məxsus Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 4.200.000 manat dəyərində 3.207 baş iribuynuzlu heyvanlar (bioloji aktivlər) və 700.000 manat dəyərində Almaniya istehsalı “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı Bank qarşısında girov ilə yüklü edilmişdir. E.Rəsulova 1.050.000 ABŞ dolları Bank tərəfindən ödənilmişdir. "xxxx" ASC (hazırda "xxxx" ASC) ilə "xxxx" QSC (hazırda "xxxx" QSC) arasında 03.07.2014-cü il tarixli 08-LA/14 nömrəli "xxxx" ASC-yə məxsus heyvandarlıq kompleksi üçün avadanlıqların lizinqə verilməsi barədə müqavilə bağlanmış və müqaviləyə əsasən "xxxx" ASC dəyəri 1.586.000 manat olan heyvandarlıq kompleksi üçün avadanlıqları 10 il müddətə "xxxx" QSC-yə qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" qapalı səhmdar cəmiyyəti arasında bağlanmış 01.02.2012-ci il tarixli, 22.02.2012-ci il tarixli 18-LD/12 nömrəli, 18.04.2012-ci il tarixli 28-LD/12 nömrəli, 22.06.2012-ci il tarixli 61-LD/12 nömrəli, 13.12.2012-ci il tarixli 113-LD/12 nömrəli, 01.05.2014cü il tarixli 32-LD/14 nömrəli “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilələrə əsasən "xxxx" ASC 376.789,50 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 204, 618.656,85 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 339, 361.730,50 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 187, 727.578,68 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 407, 341.958,19 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 198, 85.778,24 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 68 baş “Holştin-friz” cinsli damazlıq heyvanları "xxxx" QSC-yə vermişdir.
İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları inkar etmişdir. Belə ki, girov müqaviləsinə əsasən 3.207 ədəd iribuynuzlu heyvan girov qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 22.04.2016-cı il tarixli qətnaməsindən müəyyən ounur ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə lizinqə cəmi 1.869 ədəd iribuynuzlu heyvan verilmiş və lizinq alanın əsas borcu 118.950 manat məbləğdə müəyyən edilmişdir. Lakin məhkəmə bu məqamlara diqət verməmiş, 1.869 ədəd damazlıq heyvandan ibarət lizinq obyektinə qarşı 3.207 ədəd cins damazlıq heyvanın mövcudluğu faktı nəzərə alınmamışdır. Məhkəmənin qətnamədə girov predmetiinin lizinqə götürülmüş əmlak olmasına dair gəlinmiş nəticə heç bir sübutla təsdiq edilmir, Cavabdeh E.Rəsulovun apellyasiya şikayətinin dəlillərinə görə, 30.11.2016-cı il tarixdə kredit müqaviləsi bağlamaq məqsədilə 21.11.2016-cı il tarixdə "xxxx" QSC-in səhmdarları (o və iki qardaşı) bank qarşısında öhdəlik götürərkən müvafiq qaydada səhmdarların ümumi yığıncağının protokolu tərtib olundu. Qeyd olunan protokol əsas götürülərək bank tərəfindən əmlaklara (torpaq sahəsinə və 3.207 ədəd baş iribuynuzlu heyvanlara (bioloji aktivlərə) yerində baxış keçirildi, bu heyvanların ümumi dəyəri 4.200.000 manat olması nəzərə alındı. Məhkəmə nəzərə almalıdır ki, 2016-cı ildə bank qarşısında girov qoyulmuş bütün əmlaklar "xxxx" QSC balansında, yaxud onun strukturunda olan törəmə müəssisələrə məxsus olmaqla, əmlaklara sərəncan və sahiblik hüququ QSC-nin səhmdarlarına məxsus olmuşdur. "xxxx" QSC-nin 85 faiz səhmləri onun keçmiş səhmdarları tərəfindən 02.12.2017-ci il tarixli ilkin müqavilə və 29.12.2017-ci il tarixli səhmlərin alqı-satqı müqaviləsi 27 saylı Notariat Kontorunda rəsmiləşdirildikdən sonra səhmdar cəmiyyəti ilə əlaqədar hüquqlar yeni səhmdara keçmişdir. Nəzərə alınmalıdır ki, səhmlərin alqı-satqısının etibarsızlığı ilə tərəflər arasında məhkəmə çəkişməsi hal-hazırda davam edir. Beləliklə, 29.12.2017-ci ildən etibarən "xxxx" QSC-nin yeni səhmdarı cəmiyyəti öhdəliklərlə birlikdə qəbul etmiş, lakin sonradan maddi imkanlar olduğu halda, bank qarşısında olan öhdəlikləri qəsdən icra etməmişlər. 18.06.2020-ci il tarixli məhkəmə iclasında və ondan əvvəlki iclaslarda iştirak edən "xxxx" ASC-nin nümayəndəsi sualları cavablandırarkən qeyd etdi ki, 2012-2014-cü illərdə "xxxx" QSC-nin cəmi 1.200 baş iribuynuzlu heyvanları lizinqdə olmuşdur. Eyni zamanda, iş materiallarına əlavə edilmiş sübutlardan tam aydın olur ki, 22.02.2012-ci il tarixdən 01.05.2014-cü il tarixə qədər "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə lizinq müqavilələri əsasında cəmi 1.199 baş damazlıq heyvan lizinqə verilib. Məhkəmə Kollegiyasının diqqətini bu fakta yönəltməklə bildirmək istəyir ki, bank qarşısında girov olaraq təqdim olunan damazlıq heyvanların ümumi sayı 3.207 baş olmuşdur. Ancaq lizinqdə olan heyvanların sayı cəmi 1.199 baş olmuşdur. Məhkəmə nəzərə almalıdır ki, damazlıq heyvanlar hər il yenilənir, bu heyvanların artım nəticəsində ətlik üçün və sair təyinatlarla istifadə edilir. Təbii artımlar nəticəsində yaşlı və xəstə heyvanlar çıxdaş edilməklə, "xxxx" QSC-nin Ağcabədidə inşa etdiyi kompleks eyni zamanda 3.500 ədəddən çox heyvanın saxlanmasına hesablanıb. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSCnin apellyasiya şikayətinin dəlillərinə görə, "xxxx" QSC-nin nümayəndəsi tərəfindən məhkəmə iclaslarında dəfələrlə vurğulanmasına baxmayaraq, məhkəmə, 30.11.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Cavabdeh2 MMC-nin Nizamnaməsinin və “Notariat haqqında” AR Qanununun normaları kobud surətdə pozularaq bağlanmasını nəzərə almamışdır. Bu barədə MMC-nin icraçı direktoru və borc alan E.Rəsulov tam məlumatlı olsalar da bağlamışlar. MMC-nin fəaliyyət göstərməsi üçün lazım olan heyvanlar, avadanlıq və torpaq sahəsi tam şəkildə girov qoyulmuşdur. Həmin heyvanlar və avadanlıq girov qoyularkən cəmiyyətin mülkiyyətində olmamışdır. Heyvanlar və avadanlıqlara mülkiyyət hüququ "xxxx" ASC-yə məxsus olmuşdur.
İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları və Ali Məhkəmənin qərarının göstərişləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. İlk olaraq, iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, işdən müəyyən olunduğu kimi, girov qoyulmuş əmlaklar, o cümlədən iribuynuzlu damazlıq heyvanlar "xxxx" ASC-yə məxsus olmaqla, "xxxx" QSC-yə lizinqə verilmişdir. "xxxx" QSC tərəfindən həmin əmlakların dəyəri "xxxx" ASC-yə tam ödənilmədiyindən, onlar "xxxx" QSC-nin mülkiyyətinə verilməmişdir və hazırda da "xxxx" ASC-nin mülkiyyətindədir. Girov qoyulmuş əmlakların, o cümlədən iribuynuzlu damazlıq heyvanların Cavabdeh2 MMC-nin mülkiyyətində olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Odur ki, lizinqə verilmiş heyvanlardan təbii artım yolu ilə əldə olunmuş heyvanlar olsa belə, bu artım yalnız "xxxx" ASC-yə aid ola bilər, bu səbəbdən heç bir halda Cavabdeh2 MMC-nin mülkiyyətində ola bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.12-ci maddəsinə görə, əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Həmin Məcəllənin: 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir; Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.; 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, qanunverici əşyanın yalnız onun mülkiyyətçisi tərəfindən girov qoyula biləcəyini müəyyən etmiş, bunun istisnası kimi iki halı təsbit etmişdir: 1. hüququn rəsmi reyestrdə aparılmış qeydə inanılaraq əldə edilməsi; 2. vicdanlılıq, yəni hüquq əldə edənin girov qoyanın mülkiyyətçi olmadığını bilməməsi və ya bilməli olmaması. Birinci halın mövcud olmaması işin mübahisəsiz halıdır. İkinci hala gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, əgər istəsəydi, ölkəyə kənd təsərrüfatının inkişafına dəstək məqsədilə dövlət tərəfindən büdcə vəsaiti hesabına xaricdən gətirilən xüsusi cins inəklərin Cavabdeh2 MMC tərəfindən əldə edilib-edilmədiyini, onun mülkiyyətində olub-olmadığını rahatlıqla dəqiqləşdirə bilərdi. Eyni qaydada cavabdeh E.Rəsulovun da apellyasiya şikayətinin dəlilləri əsaslı deyil. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSCnin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermək üçün isə əqdlər, onların etibarsızlığı və hansı hallarda (iddia yoxsa kəsici) müddətlərin tətbiq olunacağı və sair məsələlər müzakirə olunmalıdır. Bu kontekstdə, Mülki Məcəllənin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 349. Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər; 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “... MM-nin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, MM-nin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.” Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli Qərarında isə şərh etmişdir ki, “... əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.” İşdən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC iddia ərizəsi ilə 30.11.2016-cı il tarixli İpoteka müqaviləsinin, 30.11.2016cı il tarixli D1-İ048KK16 nömrəli “Dövriyyədəki malların girov müqaviləsi”nin, 30.11.2016-cı il tarixli D2-İ048KK16 nömrəli “Dövriyyədəki malların girov müqaviləsi”nin bağlandığı andan etibarsızlığı nəticələrinin tətbiqini deyil, etibarsız hesab edilməsini tələb etmişdir. Bu da o deməkdir ki, onun bu tələblərinə Mülki Məcəllənin 354.1-ci yox, 354.2-ci maddəsi tətbiq olunmalıdır. Baxmayaraq ki, İddiaçı ASC, "xxxx" QSC-nin iddiasına iddia müddətinin tətbiqini məhkəmədən ərizə ilə xahiş etmişdir (iş vərəqi, cild 3, 39), Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulan 1 illik müddət kəsici müddətdir və bu müddət "xxxx" QSC tərəfindən ötürülmüşdür. Belə ki, 29.12.2017-ci il tarixdə səhmlərin alqı-satqısı rəsmiləşdirildikdən sonra QSC-də hüquqların yeni səhmdarlara keçdiyi andan onlar hüquq və mənafelərinə zidd hesab etdikləri 30.11.2016-cı il tarixli müqavilələrdən xəbərdar olma imkanına malik olmuşlar. Səhmdarların, iş materiallarına əsasən, əvvəl 34% E.Rəsulov, 33% R.Rəsulov və 33% A.Rəsulov olduğu halda, sonradan 85% Z.Məmmədova və 15% E.Rəsulov olması da təsdiq edir ki, belə bir məlumatsızlıq ağlabatan və inandırıcı deyil. Səhmdar E.Rəsulovun səhmdar Z.Məmmədovanı bu barədə məlumatlandırmaması fərz olunan halda da qiymətləndirmə dəyişmir. Belə ki, hər bir halda tərəf və subyekt QSC-dir, onun səhmdarları yox. Bu anlamda, müqavilələr 30.11.2016-cı il tarixdə bağlandığı, iddia isə 08.02.2019-cu il tarixdə verildiyi üçün, 1 illik müddət ötürülmüşdür. Bundan əlavə, Mülki Məcəllənin 337.2-cimaddəsinə görə, “... Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. ...”. "xxxx" QSC isə 30.11.2016cı il tarixli müqavilələrin tərəfi olmamışdır. "xxxx" QSC-nin İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi "xxxx" QSC-nin 21.11.2016-cı il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi tələbi də əsassızdır. Belə ki, sözügedən protokol hər hansı mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmədiyi üçün (Mülki Məcəllə, maddə 324.1) əqd sayılmır, protokol başqa əqdlərin bağlanmasına (E.Rəsulovun İddiaçı ASC-dən alacağı 2.500.000 ABŞ dolları məbləğdə kreditinin təminatı qismində "xxxx" MMC-yə məxsus Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsinin, likvid dəyəri 4.200.000 manat təşkil edən 3.207 baş yerli və xarici cins iribuynuzlu heyvanların (bioloji aktivlərin) və likvid dəyəri 700.000 manat təşkil edən “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlıq kompleksinin girov qoyulmasına) dair sözügedən mülki hüquq münasibətlərinin əmələ gəlməsində tərəf olmayan, iştirak etməyən və bu münasibətlərin yaranmasında iradə ifadəsinə zərurət duyulmayan üçüncü şəxsin hüquqi fakta münasibətinin açıqlanmasıdır. Eyni qaydada, protokol Mülki Məcəllənin 349-cu maddəsinin də tələblərini pozmamışdır. Belə bir hal güman olunsa, onda protokolun Cavabdeh2 MMC-nin nizamnaməsində müəyyənləşdirilmiş hansı fəaliyyət məqsədlərinə zidd olduğu da dəqiqləşdirilmir. Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsinin ona məxsus olması bu mülahizəni təkzib edir. Protokolun tərtib olunduğu 21.11.2016-cı il tarixdə başqa hansı maddi hüquq normalarını pozduğu isə iddia ərizəsində ümumiyyətlə əsaslandırılmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı ASC-nin tələbin ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) yönəldilməsi, həmin dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh E.Rəsulovun iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin iddia tələblərinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir (MPM-in 384.0.1). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-35/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi İddiaçı ASC-nin tələbin ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) yönəldilməsi, həmin dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh X1 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin iddia tələblərinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin, cavabdeh X1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Məmməd Məmmədov