Məhkəmə qərarları › İş №2-2(103)-934/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-934/2025

16.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-934/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı MMC-nin cavabdeh "xxxx" Şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi» tələbinə (ilk iddia) dair; "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC-yə qarşı «özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi» tələbinə (qarşılıqlı iddia) dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-36/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İlk iddia üzrə İddiaçı MMC cavabdeh "xxxx" Şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətinə məxsus avadanlığın iddiaçının təsərrüfat idarəçiliyində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km. ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 m2 hissəsində saxlanc xidmətinə görə yaranmış 9.371.052,46 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Daha sonra ilk iddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə növbəti, 30 aprel 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" şirkətinə məxsus avadanlığın İddiaçı MMC-nin təsərrüfat idarəçiliyində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 m2 hissəsində saxlanc xidmətinə görə yaranmış 54.437.175,10 manat borcun cavabdeh "xxxx" şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. Həmçinin, «Total E&P Absheron BV Şirkəti»nin Azərbaycan Respublikasındakı filiali İddiaçı MMC-yə qarşı «özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi haqqında» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müqavilə 2 üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətinin qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, qanunsuz sahiblik nəticəsində dəyən zərər olaraq qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətindən 5,395,039 USD dollar məbləğində pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı TOTAL-a verilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı MMC-nin cavabdeh «Total E&P Absheron B.V.» ("xxxx") şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi» tələbinə dair ilk iddiası rədd edilmiş, «Total E&P Absheron B.V.» ("xxxx") Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC-yə qarşı «özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar İddiaçı MMC-nin qanunsuz sahibliyindən geri alınaraq «Total E&P Absheron B.V.» ("xxxx") Şirkətinə verilməsi, qalan hissədə qarşılıq iddianın təmin edilməməsi qət edilmişdir. Bundan sonra İddiaçı MMC ərizə verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-36/2021 nömrəli qətnaməsində TEPAB-12-20-00 saylı, xx.xx.2012-ci tarixli qüvvəyə minən müqavilə üzrə «Murphy» şirkətinə saxlanca verilmiş avadanlıqların nədən ibarət olması barədə izah verilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-36/2021 nömrəli qətnaməsinin icra edilməsi ilə bağlı, TEPAB-12-20-00 saylı, xx.xx.2012 tarixli müqaviləyə əlavə kimi göndərilmiş natamam «Murphy» şirkətinin təchizat bazasında saxlanılan ABX 2 quyusunun avadanlıqları» adlı siyahının TEPAB-12-20-00 saylı, xx.xx.2012 saylı müqaviləyə necə aid olması barədə izah verilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-36/2021 nömrəli qətnaməsində «saxlanca verilmiş avadanlıqlar» yazısı altında məhz avadanlıqların (borular, istifadə olunmuş borular və konteynerlər bura aid deyildir) nəzərdə tutulması haqqında izah verilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 nömrəli qətnaməsinə izah verilməsi barədə İddiaçı MMC-nin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 nömrəli qərardadın ləğv edilməsi, qətnaməyə izahla bağlı verilən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 saylı qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(103)-535/2025 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 saylı qərardadının ləğv edilməsi və iş materiallarının Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 saylı nömrəli qətnaməsinin izah edilməsi barədə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 nömrəli qətnaməsinə izah verilmişdir. (İzah edilsin ki: Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)- 36/2021 nömrəli qətnaməsinə əsasən TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqların İddiaçı MMC-nin qanunsuz sahibliyindən geri alınaraq "xxxx" ("xxxx") Şirkətinə verilməli olan avadanlıqlar – "xxxx" ("xxxx") Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iş üzrə xx.xx.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə qarşılıqlı iddia ərizəsi verilərkən qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş dörd vərəqdən ibarət 208 adda olan avadanlıqlardan ibarətdir). İddiaçı MMC həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2025 saylı qərardadının ləğv edilməsini, Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 nömrəli qətnaməsinə qanunvericiliyin tələbinə və qətnamənin məzmununa uyğun izah verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı şikayətin dəlillərində qeyd etmişdir ki, məhkəmə Total şirkəti tərəfindən verilən xx/xx/2020-ci il tarixli qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş 208 adda olan ingilis dilində təqdim edilmiş xx/xx/2016-ci il tarixli «Total EP Abşeron Stock list» adlı siyahını Total şirkəti tərəfindən Murphy şirkətinə TEPAB-12-20-00 saylı müqavilə üzrə saxlanca təhvil verdiyi avadanlıqların siyahısı kimi müəyyən edilməsi kimi izah verilmişdir. Halbuki, adı çəkilən siyahının xx.xx.2021-ci il tarixli qətnamədə və xx.xx.2025-ci il tarixli qərardadda istinad edilən əsas sənədə, yəni TEPAB-12-20-00 saylı müqaviləyə aidiyyəti yoxdur. Qətnamənin nəticə hissəsində istinad edilən TEPAB-12-20-00 saylı müqavilə avadanlığa aid siyahının xx.xx.2016-cı il tarixli siyahı kimi azad və birtərəfli formada tərtib ediməsini nəzərdə tutmur. Müqavilənin 1 nömrəli Əlavəsində siyahının hansı formada, kimlər tərəfindən və hansı qeydiyyat sayı ilə tərtib olunmasını, hansı materialların hansı siyahida qeyd edilməli olması tənzimlənir. Belə ki, avadanlığa aid siyahı TEPAB-12-20-00 saylı müqavilənin əlavə 1-nə uyğun olaraq 1B saylı, Total və Murphy şirkətlərinin qanuni nümayəndələri tərəfindən imzalanmış və möhürlənmiş siyahının tərtib edilməsini tələb edir. Adıçəkilən əlavə 1-də əks olunan «inventarlaşdırma» bölməsinə əsasən həmçinin saxlanca təhvil verilmiş materialların daşınması zamanı materialların yenidən sayılması, yəni inventarlaşma aparılması və müvafiq materiallara aid siyahıların təzələnməsi və hər 2 tərəfdən imzalanması də tənzimlənir (TEPAB-12-20-00, əlavə 1, «Materiallarin podratçının həyətinə kocurulməsi» İngilis dilində səhifə 35, Azərbaycan dilində tərcümədə səhifə 41). TOTAL şirkətinin filialının xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsilə birgə təqdim etdiyi xx.xx.2016-cı il tarixli siyahı isə TEPAB-12-20-00 saylı müqavilə ilə təmzimlənməyən birtərəfli siyahıdır. Sözsüz ki, bu səbəbdən həmin siyahı məhkəmə tərəfindən iş üzrə əhəmiyyəti olan hal kimi qəbul edilməmişdir, məhkəmə iclaslarında təhlil edilməmiş və nəzərə alınmamışdır, həmçinin xx.xx.2021-ci il tarixli qətnamənin nəticə hisssində də, təbii ki həmin siyahıya istinad olunmamışdır. Buna görə də, qətnaməyə izaha dair qərardadda həmin siyahı nəzərə alınmamalı idi və qətnaməyə izah verilməsi üçün həmin siyahıya istinad edilə bilməzdi. Həmin sənəd məhkəmədə tədqiq olunmuş yazılı sübut sayılmır (Azərbayjan Respublikası MPM-nin 199-cu maddəsinə əsasən siyahı məhkəmə tərəfindən oxunulmalı və tərəflərə təqdim edilməliydi). Məhkəmənin nə protokollarında, nə də xx.xx.2021-ci il tarixli qətnaməsində həmin siyahı ümumiyyətlə qeyd edilməmiş və nəzərə alınmamışdır. Beləliklə, ingilis dilində yazılmış və təsdiqli tərcüməsi olmayan, xx.xx.2016-cı il tarixli, 4 səhifədən və 208 addan ibarət siyahı ilkin məhkəmənin və xx.xx.2021-ci il tarixli qətnamənin təhlili və predmeti olmadığından; həmin qətnamədə təhlil və müəyyən edilmiş, Total şirkətinin tapşırığı ilə CSVS şirkəti tərəfindən BOS Shelf şirkətinə 25-29 oktyabr 2018-ci ildə təhvil verilmiş borular və aksesuarlar nəzərə alınmadığından; xx.xx.2021-ci il tarixli qətnamənin istinad etdiyi TEPAB-12-20-00 saylı müqavilənin Əlavə 1-i – «Materialların podratçının həyətinə köçürülməsi» hissəsinə zidd olduğundan; Azərbayjan Respublikası MPM-nin 11-ci və 199-cu maddələrinə əsasən iş üçün əhəmiyyətli sübut kimi daxil edilməsi mümkün olmadığından, həmin siyahı qətnamənin izahı üçün istinad sənədi ola bilməz. Bakı Kommersiya Məhkəməsi öz xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində tam əsaslı olaraq, yuxarıda göstərilən səbəblərdən, xx.xx.2016-cı il tarixli siyahının məhkəmədə təhlil predmeti kimi qəbul edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, qərara almışdır ki: «TEPAB-12-20-00 saylı, xx/xx/2012-ci il tarixində qüvvəyə minmiş müqavilə üzrə Murphy şirkətinə saxlanclara verilmiş avadanlıqlar "xxxx" MMC-nin qanunsuz sahibliyindən geri alınaraq Total şirkətinə verilsin». Yəni, TEPAB-12-20-00 saylı müqavilə (kifayət qədər ziddiyyətlərdən ibarət xx.xx.2016-cı il tarixli siyahı yox) rəhbər tutulmaqla avadanlıqlar qaytarılmalıdır. İndiki halda, qətnamənin icrasını həyata keçirən icraçı tərəfindən həmin qətnamə üzrə TEPAB-12-20-00 saylı müqavilənin əlavə 1-ə uyğun olaraq və həmin əlavədə göstərilən üsulla, Total və Murphy arasında tərtib olunmuş 1B (avadanlıq) saylı avadanlıq siyahısı üzrə icraat aparılmalıdır. Nəzərə alaraq ki, məhkəmə öz qətnaməsində TEPAB-12-20-00 müqaviləsinə istinad edir, icraçı sadəcə istinad olunan müqaviləni və həmin müqavilənin 1 saylı əlavəsi əsasında tərtib edilmiş avadanlıq siyahısını tələbkar tərəfdən sorğu edərək icraatı həyata keçirməlidir. Qaradağ Rayon İcra Şöbəsi isə həmin hərəkətləri həyata keçirmək əvəzinə, Bakı Kommersiya Məhkəməsindən qətnamədə heç bir yerdə adı çəkilməyən siyahı tələb etmişdir. Məhkəmə isə icraçıya, TEPAB-12-20-00 müqaviləsinə istinad etmək əvəzinə, ümumiyyətlə məhkəmə sənədləri arasında olmayan, naməlum yolla əldə edilmiş, adsız, tarixi olmayan, imzasız, möhürsüz, «ABX-2» adlı siyahı göndərmişdir. İndiki halda işə baxan hakim nəinki qətnamənin məzmununu uyğun olmayan, heç sübut kimi qiymətləndirilməyən bir siyahıya istinad etməklə qətnaməni şərh etmişdir. Qətnaməyə izah verilməsinə dair qərardadda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən siyahıya istinad edilmiş və qətnaməyə izah verilməsinin əsas istinad nöqtəsi həmin siyahı olmuşdur. Həmin siyahi ilə bağlı aşağıdakı xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmamışdır: Siyahı ümumiyyətlə məhkəmə araşdırmasının predmeti olmayıb və məhkəmə qərarlarında nə təsviri, nə də nəticəvi hissədə adı çəkilməyib. Total şirkətinin filialı tərəf olaraq öz tələblərinin və etirazlarının əsası kimi iddiasına əlavə etdiyi siyahı ilə əlaqədar halları sübut etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbayjan Respublikası MPM-nin 77.1-ci maddəsi). Həmin siyahı Azərbaycan dilinə tərcümə olunmadan, ingilis dilində məhkəməyə təqdim edilmişdir. Azərbayjan Respublikası MPM-nin 11-ci maddəsinə müvafiq olaraq, həmin siyahının işin mahiyyətinə əhəmiyyətli olan bir sənəd kimi Total şirkətinin filialı tərəfindən tərcüməsi təmin edilməmişdir. Həmçinin, siyahıda göstərilən qiymətlərlə iddiada tələb olunan qiymətlərin ziddiyyətinin qarşılıqlı iddiaçı tərəfindən məhkəmə zamanı aradan qaldırılmasına cəhd göstərilməmişdir. Adıçəkilən 208 addan ibarət siyahı, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadında göstərdiyi kimi, tam avadanlıq siyahısını təşkil etmir. Siyahıda göstərilən malların avadanlığa aidiyyəti nə siyahının adında, nə də siyahının özündə göstərilmir. Siyahıda sadalanan mallar və siyahının adı avadanlıqlara yox, məhz aksesuarlara, borulara və neftqazma alətlərinə aiddir və siyahı «avadanlıq siyahısı» adı yox (ingilis dilindən tərcümə ediləcəyi halda), Total şirkətinin mallarının fond siyahısı adını daşıyır. Bu isə, Total şirkətinin filialının avadanlıqların CSVS şirkətinin qanunsuz sahibliyindən alınması barədə qarşılıqlı iddiasının tələblərinə ziddir. TEPAB-12-20-00 saylı, xx.xx.2012-ci il tarixli müqavilənin 1 saylı əlavəsinin «Malların podratçının həyətinə köçürülməsi» bölməsində qeyd edilmişdir ki, avadanlıqlar və borular 1A (borular) və 1B (avadanlıqlar) nömrəli əlavələrdə öz əksini tapmışdır. Eyni yerdə «İnventar» bölməsində qeyd olunan sənədlərin tərəflər tərəfindən imzalanmalı olduğu qeyd edilmişdir. Qeyd edilən siyahının TEPAB-12-20-00 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur. Həmin siyahıda onu bağlayan şəxslər göstərilməmiş, əlavə təsdiq edilməmiş və tərtib edildiyi vaxt qeydə alınmamışdır. 208 addan ibarət siyahıda sadalanan malların təkcə Murphy şirkətinin ərazisinə aidiyyəti olması yox, həmçinin TOTAL BADAM və BOS Shelf adlarına bağlı olmaları göstərilir. Siyahı tək Murphy şirkətinə aidiyyət təşkil etmir və həmin siyahı Murphy şirkətinə verilmiş avadanlıq siyahısı sayıla bilməz. Siyahıda göstərilən ingilis dilində olan sözlərin Azərbaycan dilində hansı mənanı daşıdığına, xüsusilə də siyahıda göstərilən «Murphy Yard», «TOTAL BADAM» və «BOS Shelf», «CT 683129-1», «133 BOS Shelf/75», «İndicated to COCAP» ifadələrinin mənalarına qarşılıqlı iddiaçı tərəfindən məhkəmə iclasları zamanı aydınlıq gətirilməmiş və heç bir araşdırma aparılmamışdır. Göstərilən siyahıda «avadanlıqlar» sözü heç ingilis dilində də mövcud deyil. Siyahı sırf borular, sementlənmə aksesuarları və neftçıxarma alətlərindən ibarətdir. Qarşılıqlı iddiada tələb olunan, qətnamədə adlanan, izahda göstərilən avadanlığa aid adlar nə məhkəmə tərəfindən istinad edilən 4 səhifədən və 208 addan ibarət siyahıda göstərilmişdir, nə də məhkəmə tərəfindən siyahıda sadalanan malların avadanlıq kimi göstərilməsinə əsas olmuşdur. xx.xx.2016-cı il tarixli 4 səhifəli 208 adlı siyahı, Total şirkəti ilə Murphy şirkəti arasındakı razılaşma çərçivəsində CSVS şirkəti tərəfindən 25-29 oktyabr 2018-ci il tarixlərində həyata keçirilmiş yük əməliyyatlarını və daşımalarını nəzərə almır və sadəcə siyahıda göstərilən tarixə görə nəzərə alınması da mümkün deyil. Həmin daşımalar üzrə məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsində müəyyən edildiyi kimi, 672 ədəd boru Total şirkətinin tapşırığı ilə BOS Shelf şirkətinə təhvil verilmişdir. Daşınma faktlarını sübut edən sənədlərin xx.xx.2021-ci il tarixli qətnaməyə aid məhkəmə iclaslarında mövcud olması həmin qətnamə ilə müəyyən və təsdiq edilmişdir (qətnamənin 35-ci səhifəsi). Lakin, müəyyən və təsdiq edilməsinə baxmayaraq, bu hallar ilkin iddiaçının Total ilə CSVS arasında faktiki hüquqi münasibətlərin mövcud olmasının sübutu kimi tanınması tələbinə dair hüquqi əsas kimi məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)- 36/2021 nömrəli qətnaməsində TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqların və digər İddiaçı MMC-nin qanunsuz sahibliyindən geri alınaraq «Total E&P Absheron B.V.» ("xxxx") Şirkətinə verilməli olduğu qət edilmiş olsa da, qaytarılmalı olan avadanlıqların nədən ibarət olduğu dəqiq göstərilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasindaki filialı tərfindən qarşılıqlı iddia ərizəsi verilərkən tələblərdən biri kimi «Müqavilə 2 üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətinin qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilsin» qeyd edilmişdir və qarşılıqlı iddia ərizəsinə qoşma (əlavə sənədlər) olaraq «Murphy məxsus sahədə saxlanma üçün verilmiş və hazırda CSVS tərəfindən qanunsuz saxlanan avadanlıqların siyahısı – 4 səhifə» əlavə edilmişdir. Həmin siyahıda 208 adda olan avadanlıqlar/mallar göstərilmişdir. Eləcə də, müəyyən olunmuşdur ki, işin birinci, apellyasiya və kassasiya instansiyaların icraatında olduğu zaman həmin dörd vərəqdən ibarət siyahıdan başqa saxlanca verilmiş avadanlıqların/malların hər hansı fərqli siyahısı təqdim edilməmişdir, nə də ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən siyahının özü mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə tərəfindən qətnamə qəbul edilən zaman məhz həmin siyahı nəzərə alınmışdır (avadanlıqların hər-hansı başqa siyahısı mövcüd olmamışdır), lakin qətnamənin məzmununda avadanlıqlar/mallar göstərilməmişdir. Birinji instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 nömrəli qətnaməsi bu günə kimi icra edilmədiyi üçün və qətnamənin məzmununun yuxarıda göstərilən qeyrimüəyyənliyi icrasının mümkünsüzlüyünə gətirib çıxardığı üçün, ərizə təmin edilərək qətnaməyə izah verilməlidir. Yuxarıda istinad edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsi qətnaməyə izah verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixli qərardaddan verilən şikayət əsaslı deyil və təmin oluna bilməz. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-36/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar