Məhkəmə qərarları › İş №2-2(103)-937/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-937/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-937/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası X1 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla) “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2005/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DCS00370407-01 saylı kredit müqaviləsinə əsasən 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borc, 5,278.57 (beş min iki yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat faiz borcu, 792.50 (yeddi yüz doxsan iki manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 66,168.42 (altmış altı min bir yüz altmış səkkiz manat, qırx iki qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-05090LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli DCS00370407- 01 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “23” sentyabr 2021-ci il tarixli ZM-1855/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 85,761 (səksən beş min yeddi yüz altmış bir) manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış DCS00370407-01 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DGS**********50 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 198 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00370407-01 saylı kredit müqaviləsinə əsasən 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borc, 5,278.57 (beş min iki yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat faiz borcu, 792.50 (yeddi yüz doxsan iki manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 66,168.42 (altmış altı min bir yüz altmış səkkiz manat, qırx iki qəpik) manat təşkil edir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. Tərəflər arasında imzalanmış DCS00159374-03 nömrəli kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə Kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə vermiş, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DCS00370407-01 saylı kredit müqaviləsinə əsasən 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borc, 7,412.01 manat faiz borcu, 1534,96 manat cərimə borcu olmaqla, cəmi 69,044.32 (altmış altı min bir yüz altmış səkkiz manat, qırx iki qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2005/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən və Cavabdeh2 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borc, 5,278.57 (beş min iki yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat faiz borcu, illik 5 faiz olmaqla 750 manat, 1534,96 manat cərimə, 400 manat mediasiya xərcinin İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 145 manat tutularaq (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2005/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin faiz borcunun tutulmasının təmin edilməyən və illik 5 faiz olmaqla 750 manat borcun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2005/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi faiz borcunun tutulmasının təmin edilməyən və illik 5 faiz olmaqla 750 manat cərimə borcunun tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023 tarixli Qərarına istinad etməklə cavabdehdən tutulmalı olan faiz məbləği pretenziya məktubunun göndərildiyi tarixə uyğun, yəni 5,278.57 (beş min iki yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat, eyni zamanda həmin tarixdən sonrakı dövr üzrə cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən illik 5% hesablamaqla 750 manat borcun cavabdehdən tutulmalı olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin həmin hissədə mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli DCS00370407-01 saylı kredit müqaviləsi 24 (iyirmi dörd) ay müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur. Tərəflər arasında olan öhdəlik münasibətləri davam etdiyindən, iddia ərizəsinə əlavə verilən günədək faiz borcunun hesablanması davam etmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəmizdə göstərilən məbləği məhkəmə mühasibatlıq ekspertizasının 19 iyul 2023 tarixli 9/5176 nömrəli ekspert rəyində də təsdiq edilmişdir. Bundan əlavə məhkəmə illik 5 faiz dərəcəsi olmaqla 750 manat borcun tutulması hissəsində hesablanma qaydasını əsaslandırmamış, həmin məbləğin hansı hesablama üsulu ilə alınmasını qətnamənin əsaslandırıcı hissəsində əks etdirməmişdir. Müqavilə münasibətləri davam etdiyindən müqavilənin şərtinə uyğun olaraq (müqavilənin1.1 bəndi) faiz dərəcəsi 15% faiz ilə hesablanmağa davam etməli idi. llik 5 faiz dərəcəsi olmaqla 750 manat borcun tutulmasının əsassız olmasını məhkəmənin diqqətinə çatdırmaqla, bildirirlər ki, məhkəmə xüsusi bilik tələb olunan halı müyyənləşdirmək üçün ekspertiza təyin etməmiş 750 manat borcun hansı qaydada hesablandığını qətnamədə qeyd etməməklə prosessual pozuntuya yol vermişdir. Hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi və illik 5 faiz olmaqla 750 manat cərimə borcunun tutulması hissəsində hesablanma qaydasını əsaslandırmamış, həmin məbləğin hansı hesablama üsulu ilə alınmasını qətnamənin əsaslandırıcı hissəsində əks etdirməməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan faiz məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Məhkəmə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi və illik 5 faiz olmaqla 750 manat borcun tutulması hissəsində hesablanma qaydasını əsaslandırmamış, həmin məbləğin hansı hesablama üsulu ilə alınmasını qətnamənin əsaslandırıcı hissəsində əks etdirməməsi əsaslı hesab edilə bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. Digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

15. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023 tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

17. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı faiz borcunun təmin edilməyən və illik 5 faiz olmaqla 750 manat borcun tutulması hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia qismən əsaslıdır.

20. İddiaçı ASC və ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli DCS00370407-01 nömrəli kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası X1 (bundan sonra - Fond) “23” sentyabr 2021- ci il tarixli zm-1855/202q nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 85.761 manat məbləğində illik 15% (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 0 (sıfır) ay olmaqla) kredit verir. Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir.

21. Faiz subsidiyalarının aylıq və cəmi məbləğini əks etdirən cədvəldə xx.xx.2021xx.xx.2023 tarix aralığı üzrə aylıq ödənişlər tərəlfər arasında razılaşdırılmışdır.

22. Cavabdeh1 MMC-yə məxsus bank hesabı çıxarışına əsasən xx.xx.2021 tarixində hesaba 85.761 manat mədaxil olmuşdur.

23. 31.10.2022 tarixli PB-OUT-06092-2022 saylı xəbərdarlıq məktubunda xx.xx.2021 tarixli DCS00370407-01 nömrəli öhdəlik üzrə borcun ödənilməsi tələb edilmişdir.

24. xx.xx.2022 tarixində iddiaçı tərəfindən pretenziya məktubu “AVİS” üzərindən Cavabdeh1 MMC-yə göndərilmişdir.

25. 15.02.2023 tarixli maliyyə arayışında xx.xx.2022 tarixinə Cavabdeh1 MMC-nin 60.097,35 manat əsas borcu, 5.278,57 manat faiz borcu, 792,50 manat cərimə borcu göstərilmişdir.

26. PB/BL-OUT-00216-2023 saylı xx.xx.2023 tarixli maliyyə arayışında Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixinə DCS00370407-01 nömrəli kredit müqaviləsi üzrə 60.097,35 manat əsas borc, 7.412,01 manat faiz borcu 1.534,96 manat cərimə məbləği qeyd edilmişdir.

27. 19 iyul 2023 tarixli 9/5176 nömrəli ekspert rəyində xx.xx.2023 tarixinə-maliyyə arayışında borcun hesablandığı tarixə 60.097,35 manat əsas borc, 7.412,01 manat faiz borcu hesablanmışdır.

28. Apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi iddiaçı faiz və illik 5 %lə hesablanmış borc məbləğinin təmin edilməmiş hissəsini mübahisələndirir.

29. Hazırki işdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

30. Birinci instansiya məhkəməsi faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmişdir.

31. İddiaçı tərəf xx.xx.2022-ci il tarixində Cavabdeh1 MMC-yə pretenziya məktubunu göndərmişdir.

32. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehdən tutulmalı olan faiz məbləği pretenziya məktubunun göndərildiyi tarixə uyğun, yəni 5,278.57 (beş min iki yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat tutulmalıdır.

33. Faiz borcu məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, pretenziya məktubuna əlavə 1-dən görünür ki, iddiaçı borc məbləğini tam tələb etməmişdir, 42488.31 manat əsas, 35.4 manat faiz borcu, 17609.04 gecikdirilmiş əsas borc, 3316.28 manat gecikdirilmiş faiz borcu, 908.65 manat cərimə, cəmi 64357.68 manat tələb etmişdir.

34. Odur ki, iddiaçı tələb olunan tarixə müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu 7.412,01 manat məbləğində müəyyən edilməlidir.

35. Eyni zamanda, birinci instansiya məhkəməsi pretenziya tarixindən sonrakı dövr üzrə cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən illik 5% hesablamaqla 750 manat cavabdehdən tutulması qənaətinə gəlmişdir.

36. Kollegiya qeyd edir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Hazırda, iddiaçı belə bir tələb irəli sürməmişdir.

37. Hazırkı iş üzrə qətnamədən cavabdehlər tərəfindən apellyasiya verilmədiyindən, apellyasiya baxışının həddən kənara çıxa bilmədiyindən illik 5 %-lə 750 manatın cavabdehdən tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 149 AZN dövlət rüsumunun 100 manatı cavabdehlərdən müştərək qaydada tutulmalı, qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-124/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi qismən –cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 7.412,01 manat faiz borcu tutulmalıdır.

40. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2005/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsi qismən- cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 7.412,01 manat faiz borcu tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 149 manat dövlət rüsumunun 100 manatı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar