Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-942/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5” MMC-nin Cavabdeh ASC-nə qarşı borcun silinməsi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçı “X5” MMC-nin Cavabdeh ASC borcun silinməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, e-2-2(113)- 1886/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarından görünür ki, Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsi ilə “Bakı X5” TASC arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün xx.xx.2012-ci il tarixli, 010007 saylı müqavilə bağlanmışdır. İddiaçı hal-hazıradək qüvvədə olan həmin müqavilə əsasında su və kanalizasiya xidmətindən istifadə edir.
2. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 600816 saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq Zabrat qəsəbəsi N.Nərimanov ünvanında yerləşən “Bakı X5” MMC-nin su xəttinə və su sayğacına baxış keçirilmiş və baxış nəticəsində sayğacın bağlı olduğu, abonentin d=159-lik dəmir boru baypass xətti vasitəsilə sudan istifadə etdiyi aşkarlanmış, eyni zamanda tərəflər arasında bağlanan müqavilənin tələbləri pozularaq d=32 mm-lik xətt d=50 mm-lik xətlə əvəz olunduğu aşkarlanmışdır. Sayğacın son göstəricisi 86.501,1 m3 -dur. D=159 mm baypass xətti və d=50 mm su xəttinə görə hesabat aparılması məqsədəuyğun hesab edilmişdir. Obyektin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.
3. Həmin akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, qanunsuz istifadə olunan borunun diametri d=150 mm, sudan sutkada istifadə vaxtı – 5 saat, hesabat verilən dövr – 12 ay olmaqla hesabat aparılmışdır. 1,14 m3 x 5 saat x 30 gün (ayda) x 12 ay = 122.148 m3 sərfiyyat= içməli suya görə 122.148 manat, çirkab suya görə 122.148 manat, cəmi 244.296 manat. Həmçinin sayğac göstəricisinə uzun müddət baxılmağa şərait yaradılmadığından sayğac üzərində 71.812 m3 (143.624 manat) hesablanmamış sərfiyyatın olduğu aşkarlanmış və bazaya əlavə edilmişdir.
4. Abunə haqqında məlumatlardan görünür ki, abonent “Bakı X5” MMC-yə içməli sudan istifadəyə görə 2001-ci ildə 14064,12; 2002-ci ildə 16293,49; 2003-cü ildə 18.853,32; 2004-cü ildə içməli sudan istifadəyə görə 20842,21, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1310,83; 2005-ci ildə içməli sudan istifadəyə görə 10.906,95, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1591,8; 2006-cı ildə içməli sudan istifadəyə görə 4878,36, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 939,60; 2007-ci ildə içməli sudan istifadəyə görə 5350,16, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 981,63; 2008-ci ildə içməli sudan istifadəyə görə 1075,20, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 240,43; 2009-cu ildə içməli sudan istifadəyə görə 1075,20, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 197,06; 2010-cu ildə içməli sudan istifadəyə görə 2993,20, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 689,37; 2011-ci ildə içməli sudan istifadəyə görə 4508,10, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1260,97; 2012-ci ildə içməli sudan stifadəyə görə 4900, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1331,92; 2013-cü ildə içməli sudan istifadəyə görə 4489, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1443,83; 2014-cü ildə içməli sudan istifadəyə görə 4581, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1506,51; 2015-ci ildə içməli sudan istifadəyə görə 6119, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1967,27; 2016-cı ildə içməli sudan istifadəyə görə 9876, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 7452,89; 2017-ci ildə içməli sudan istifadəyə görə 229.889,81, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 10671,67; 2018-ci ildə içməli sudan istifadəyə görə 9438, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 9719,1; 2019-cu ildə içməli sudan istifadəyə görə 10353, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 10635,35; 2020-ci ildə içməli sudan istifadəyə görə 13119, tullantı tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 13412,79 manat məbləğində borc hesablanmışdır. Abonentin xx.xx.2022- ci il tarixə sudan istifadəyə və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə olan borcu 417.722,82 manat təşkil edir.
5. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə “Bakı X5” MMC-yə bildirilmişdir ki, Sabunçu rayon Sukanal İdarəsi tərəfindən təqdim olunmuş arayışa əsasən 2021-ci ilin oktyabr ayında su sərfiyyatı şübhəli olduğu üçün obyektə baxış keçirilmişdir. Xidməti ərazidə yerləşən, müqavilə nömrəsi 010007 olan, zavoda baxış keçirilən zaman sudan d=150 mm-lik boru ilə qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixli, 600816 saylı akt tərtib olunmuş, 244.296 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Araşdırma zamanı həmçinin məlum olmuşdur ki, müqavilədə nəzərdə tutulmuş d=32 mm-lik boru, d=63 mm-lik plasmass boru ilə əvəz edilmiş və d=150 mm-lik baypass xəttindən (Cavabdeh ASC-nin razılığı olmadan) qeyriqanuni istifadə edilir. Eyni zamanda, su xətti üzərində xx.xx.2001- ci il tarixində quraşdırılmış, 70770 nömrəli mexaniki tipli sayğacdan istifadə edilmədiyi aşkarlanmış və üzərində 71.812 m3 olmaqla 143.624 manat dəyərində verilməmiş sərfiyyatın olduğu məlum olmuşdur. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablarında yaranmış sayğac göstəricisi 526 m3 olmaqla borc 419.544,99 manat təşkil edir. 2022-ci ilin yanvarında abonentə içməli sudan istifadə və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 340 manat, fevral ayında 354 manat, 340 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “Bakı X5” MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı X5” MMC barəsində Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 600816 saylı aktın ləğv edilməsi və Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək, ev 101A ünvanında yerləşən “Bakı X5” MMC-yə hesablanmış 417.871,52 manat məbləğində borcun silinməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC əməkdaşları tərəfindən Sabunçu rayonu, Zabrat ŞTQ, Babək, ev 101A ünvanına baxış keçirilmiş və akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, obyektin su xəttinə və su sayğacına baxış keçirilən zaman guya abonentin sayğacının bağlı olduğu, d=159 mm-lik dəmir boru boypas xətti vasitəsilə sudan istifadə etdiyi aşkar olundu. Eyni zamanda guya hazırki tərəflər arasında bağlanan müqavilənin şərtləri pozularaq D=32 mm-lik xətdən d=50 mm-lik xətlə əvəz olunub sudan istifadə olunduğu məlum oldu. D= 159 mm boypas və D=50 mm su xəttinə görə hesabat aparılması məqsədəuyğundur. Bildirirlər ki, akt və aktda göstərilənlər əsassızdır, həqiqəti əks etdirmir. Həmin akt nümayəndələrinin iştirakı olmadan tərtib edilmişdir. Aktda göstərilən D=159 diametrlik borudan su anbarına su vurulmur, d=63 diametrlik su xəttindən də istifadə edilmir. Cavabdeh ASC əməkdaşları bu xətləri aktda yanlış olaraq qeyd ediblər. İddiaçı “Bakı X5” MMC-nin istifadə etdiyi su ancaq bir xəttdən, D=100 diametrlik borudan götürülür və gün ərzində cəmi 1 saat istifadə edilir. 2020-ci ilə qədər bütün Zabrat qəsəbəsinə zavod tərəfindən su verildiyi üçün D=100 diametrlik xətdən 5-6 saat sudan istifadə edirlər. 2020-ci ildən sonra isə Zabrat qəsəbəsinin abonentləri onlarda ayrıldığı üçün cəmi 1 saat sudan istifadə onlara kifayət edir. Belə ki, zavodun aylıq su sərfiyyatı cəmi 270-400 m təşkil edir. Onu da qeyd edirlər ki, Cavabdeh ASC-nin əməkdaşları zavodda su xəttini yoxlayan zaman su vintelləri bağlı olmuşdur, lakin yoxlayıcılar qanunsuz olaraq özləri vintelləri açıb çəkiliş ediblər, bununla da guya iddiaçı “Bakı X5” MMC-nin sudan qeyri-qanuni istifadə etdiyini göstərməyə çalışmışlar. Lakin aktda qeyd olunanlar tamamilə yalandır və heç bir əsası yoxdur. İddiaçı “Bakı X5” MMC tərəfindən Cavabdeh ASC-nin zavoda vurduğu 2019-cu il üzrə 13 ədəd elektron qaimə, 2020-ci il üzrə 16 ədəd elektron qaimə və 2021-ci il üzrə 11 ədəd elektron qaimə əsasında ödəniş tam olaraq həyata keçirilmiş və Zavodun Cavabdeh ASC-yə heç bir borcu qalmamışdır. 2019-cu, 2020-ci və 2021-ci ilin ödənişlərinə dair zavodun hesab sənədləri borcun olmamasını təsdiq etmək üçün məhkəməyə təqdim edilir. Göründüyü kimi, iddiaçı “Bakı X5” MMC-nin heç bir borcunun olmadığı təsdiq edilmişdir. Lakin ona xx.xx.2021- ci il tarixdə təqdim edilmiş Cavabdeh ASC Sabunçu rayon Su kanal İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli №01-03/1-750 saylı bildirişə əsasən, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.ünvan 3 ünvanında yerləşən 010007 müqavilə nömrəli iddiaçı “Bakı 3 X5” MMC-nin su və çirkab su xidmətlərindən istifadəsinə görə yaranmış 417.871,52 manat borcun ödənilməsinin 3 iş günü müddətinə tam təmin edilməsi, əks təqdirdə su və çirkab su təchizatının dayandırılacağı bildirilmişdir. 2010-cu ilin yanvar ayından bu günə kimi hər ay vaxtlı-vaxtında elektron qaimə əsasında, yüksələn xəttlə, yəni başlanğıcı ayda 300 manatdan başlayaraq 2360 manatadək olmaqla su pulu tərəflərindən ödənilmişdir. 2020-ci ilin oktyabr ayında cari hesablamadan əlavə hətta 4690 manat (ƏDV) ödənilib və bu günə kimi su sərfiyyatı az olsa da, hər ay 2360 manat ödəniş edirlər. Yəni, zavodun Sukanal idarəsinə borcu yoxdur. Ona məlum olmayan səbəbdən 417.871,52 manat cərimə yazılıb. Cərimə aktlar əsasında müəyyən olunmuşdursa, zavodun bundan xəbəri yoxdur. Cavabdeh tərəfin prosesdə iştirakı olmayıb, həmin akt müəssisə tərəfindən imzalanmayıb, zavod müdiriyyətinə xəbərdarlıq edilməyib. Yanvar 2020-ci il tarixində qonşu "xxxx" ASC-nin su xəttinin partlaması nəticəsində zavodun həyətinə su dolmuşdur, bunun qarşısını almaq üçün Cavabdeh ASC həmin partlamış su borularını təmir edib, boruya əlavələr etməsinə baxmayaraq, su sızqısı yenə baş vermişdir. Onlar zavoda gələn köhnə su xəttinin tamam bağlanmasını xahiş etmişlər. Lakin Cavabdeh ASC-nin mütəxəssisləri həmin boruları saxlamış və gələcəkdə baş verəcək qəza zamanı xəttdən istifadə edəcəklərini bildirmişdir. Lakin zavod həmin xəttdən heç vaxt istifadə etməmişdir və etmir. Suyun zavoda verilməsi qrafiki əvvəllər sutkada 4 saat idisə, indi su təminatı onu 15-20 dəqiqə qane edir, çünki dəzgahlarda və polad əritmə sexində istifadə olunan su daimi dövr olunur, həyətyanı bağ və digər həyətyanı yaşıllıq sahələrin suvarılmasında texniki sudan və şamboda (yeraltı su anbarında) toplanmış yeraltı qrunt sularından istifadə olunur. Bildirirlər ki, tərəflərindən həmin sayğaca hər hansı bir müdaxilə olmamış və əlavə xətt çəkilməmişdir. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının və hal şahidlərinin iştirakı təmin edilməmiş, su sayğacına baxışın keçirilməsi haqqında qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və digər məlumatlar onlara təqdim edilməmişdir. Akt barədə onlara heç bir məlumat verilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1886/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 600816 saylı aktın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Rüstəmov və T.Quliyev iddia tələbinə etiraz edərək bildirmişdilər ki, akt tərtib edilən zaman zavodda quraşdırılmış su sayğacı 2001-ci ildə quraşdırılmışdır. Lakin həmin sayğacın quraşdırılması aktını əldə etmək mümkün olmamışdır. İddiaçı tərəf sayğacın göstəricilərinin qeydiyyata alınmasına şərait yaratmadığından zavodun sərfiyyatı orta aylıq sərfiyyata uyğun aparılmış və baxış zamanı sayğacın göstəricisinin 86.501,1 m3 olması müəyyən edildikdən sonra həmin göstəricinin hesablanmamış 71.812 m3 hissəsi abonentin hesabına əlavə edilmiş və həmin sərfiyyata görə borc hesablanmışdır.
10. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ildən həmin zavoda köçmüşlər. Ərazidə 3 zavod var, həmin vaxtdan onlarda sayğac olmayıb. Bütün Zabrat qəsəbəsinin ətraf yaşayış evlərinə, yataqxana, polis şöbəsi, bütün ətraflarında olan tikililərə su onların zavoddan götürülürdü. 2021-ci ilin dekabrın 22- dən sayğac quraşdırılıb. Ondan əvvəl sayğac olmayıb. Zavodun ərazisində sayğac olub, amma işləməyib. O sayğac 2010-cu ildən əvvəl var idi və həmin sayğac işləməyib. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, borc zavodda olan işlədicilərə uyğun olaraq götürdükləri yükləməyə görə hesablanıb. 2015-ci ildən sonra ayda 10-15 gün işləyirdilər. Su 2015-ci ildən ətraf evlərə vurulurdu. 2021-ci ildə Azrsudan yoxlama üçün 3 nəfər nümayəndə gəldi, sayğacın işləmədəyini onlara dedi. Həmin vaxt su vinteli bağlı idi. Həmin saatda onlar sudan istifadə etmirdilər, vinteli açdılar şəklini çəkdilər, sonra da 146.000 manatlıq hesabat göndərdilər. Onlar hesabatı qəbul etmədilər, narazıydılar, Azərsu ASC-dən dedilər ki, həmin pul borunun diametrinə görə hesablanıb. Noyabrın 16sından sonra sayğacın pulunu ödədikdən sonra sayğacı qoyacaqlarını bildirdilər, onlar da ödədilər, amma sayğacı qoymamış hesabat gətirdilər ki, 490.000 manat borcları var. O, zavoda işə girəndə sayğac dəmir qapaqda idi, açdığı vaxt sayğacın göstəricisi fırlanmırdı. Gələn nümayəndələrin hamısına demişlər ki, sayğac işləmir. 86000 kubmetr göstərici elə onlar zavoda gəldiyi vaxtdan sayğacın üzərində olub. Su pulunu əlbəəl vermişlər. Hər ay ödənişləri etmişlər. Azərsunun nümayəndələri hər ay zavoda gəlib hesab veriblər. Onlar nə vaxt gəliblərsə içəri daxil olublar. Axırıncı ildə hər ay 2360 manat ödəmişlər. Son altı aydan bu yana təzə sayğacdan sonra 1180 manat ödəniş etmişlər bu da bəs edir, çünki 63 ev zavodun balansından çıxıb. 63 xətti ana xəttdən onlara hesablayıblar. Onlara günə 1 saat su bəs edir. 100 mm-lik olan xəttin üzərində sayğac var, amma işləmir. Qış aylarında onlara 250 kubmetr bəs edirdi. O özü yoxlamış, may ayına qədər hər ay 250 kubmetr istifadə etmişlər. Yayda artım gedib 350-400 kubmetrə çatıb. Onlar əslində 2 ildir artıqlamasıyla pul ödəmişlər. Onlarda hovuz var idi, 1 saata doldururdular. Həmin xətt sayğacdan keçir. Baypass xətti onun üçün idi ki, zavod strateji zavod idi. Hər an təcili su lazım ola bilərdi. Orta hesablama götürüblər. O 2010-cu ildə gələndə sayğacın üzərində göstəricinin 86000 kubmetr olduğunu görmüşdür. Sayğacın işləməməsi barədə rəsmi yox, şifahi müraciət etmişlər. Bir ay sayğac ona görə qoyulmadı ki, birinci dəfə qoyulanda 100 mm-lik ölçüdə qoyulmuşdu, təzyiq olmadığı üçün su keçmədi, sonra 50 mm-lik qoydular yenə su keçmədi, daha sonra 150 mm-lik qoydular onu da sıxıb 50 mm-lik ediblər, bu onlara bəs edir, onlara 100 mm-lik və ya 150 mm-lik lazım deyil, artıq hovuza su doldurmurlar.
11. X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, təxminən noyabr ayında obyektin su təchizatına baxış zamanı məlum oldu ki, sayğacın giriş-çıxış siyirtmələri bağlı olduğu halda baypass xəttindən birbaşa istifadə edilir və bununla bağlı akt tərtib etdilər. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, baypass xətti sayğaca gələn xəttin çıxışla girişi bilrəşdirən birbaşa birləşmədir. Sayğaca baxış keçirtdilər, baxış zamanı siyirtmələri bağlı idi. O xəttlərin hamısı ləğv olundu, yeni smart tələbi ilə smart tipli sayğac qoyuldu. Köhnə sayğacın işləyib-işləməməsi barədə dəqiq məlumatı yoxdur. 2016-ci ildə ölkə başçısının fərmanına əsasən su, qaz və işıq xidmətləri müqaviləsi bağladığı təkilatda ayda 1 dəfədən az olmayan müddətdə baxış keçirilə bilər və bu baxışın Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsinə ehtiyac yox idi. Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməmişlər. Sabunçu Sukanal İdarəsində 1 il yarım olar ki, işləyir. Yoxlamadan qabaq ora getməmiş, yeni gəlmişdi. Əvvəllər nümayəndənin ora getməsi barədə məlumatı yoxdur. Çəkiliş obyektin girişindən başlandı. Obyektin nümayəndəsi Seyran orda idi. Su anbarı gördülər ehtiyat çən idi. 1934-cü ildən zavod tikiləndən bütün zavodətrafı ərazilərə tikililərə su verlməsi barədə məlumatı yoxdur. Həmin xətt vətəndaşlar üçün çəkilməyib. Abonent bazasında 32 mm-lik boru göründüyü halda 63 mm-lik istifadə edilərək, birbaşa anbara daxil olurdu. Zavodun işləmə funksiyası, tələbatının nə qədər olduğunu, sərt azalıb və ya sərt şəkildə artması barədə bir söz deyə bilmir. 2003-cü ildən zavodla müqavilə var. Müqavilə olmasa abonent kodu aça bilməzdilər. Sayğaca baxış zamanı 86000 kubmetr göstərici olub. Hesabat haqqında məlumat verə bilməyəcək, onun vəzifə səlahiyyətinə daxil deyil. Aktla baza arasında olan fərq göstərilib. Azərsu ASC-də abonentlərin hesabat bazası var, orda abonentlərə aylıq verilən sərfiyyat və ödənilən məbləğlər göstərilib. Yerli baxış zamanı sayğacın 86000 kubmetr olması göstərilib. Bazada isə indiyədək təxminən 71000 kubmetr sərfiyyat getməyib, borc bazadakı sayğacın göstəricisi əsasında yazılıb.
12. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, təqribən 5-6 ay olar ki, baxış keçirtmişlər, müşahidə zamanı məlum oldu ki, baypass xəttindən gələn su heç bir plomb olmadan birbaşa anbara daxil olur. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, baxışdan qabaq obyektdə olmamışlar. Bundan qabaq sudan istifadəyə görə normativ hesabat verilib, borunun N kəsiyinə görə hesablanıb. Obyektdə sayğac olub, amma işləmirdi. Sayğac xətti bağlı idi. Digər xəttdən anbara su daxil olurdu. Mühəndis baxışı zamanı sayğacın normal işlədiyi görünürdü, yəqinki işləyirdi, anbara daxil olurdu ordan da zavoda. Zabrat əhalisinin sayğacı var, öz xəttləri var. Əvvəllər onlara su zavoddan gedib. Son 13 ildə bir dəfə 2012-ci ildə olmuş, bir də axırıncı dəfə. Obyektə hər ay gedib baxılır, ödəniş olunurdu. 150 mm-lik xətti sayğacdan kənar aşkarlamışlar. Baxış keçirilib qaimə verilib. Onun fikrincə əvvəllər debitor borcları olub. Zavodda baxış keçirilən zaman 150 mm-lik boru anbara daxil olurdu. Sayğacdan keçib zavoda daxil olur, birbaşa anbardan çıxır zavoda. O vaxtlar o zavoddan əhaliyə su verilirdi. X9 da iştirak edib. Anar Əhmədovun aktda imzasının olmadığının səbəbini bilmir, aktı onlar zavodun içərisində yazmışlar, zavoddan nümayəndə olub, 1-ci inventar akt yazılıb sonra bu akt yazılıb. Bu akt idarədə yazılıb. Nümayəndə qol çəkməkdən imtina edib. Baxış olub, yoxlama deyil. Müqavilədə var ki, hər vaxt baxış keçirə bilərlər. Yoxlama etməmişlər, baxış keçirib nöqsan görmüşlər. İşlərini icra edirdilər, təsadüfən daxil oldular zavoda yerində nöqsanı gördülər.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1886/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilərək Cavabdeh ASC tərəfindən xx.xx.2021-ci il tarixli 600816 saylı akt əsasında iddiaçı “Bakı X5” MMC-yə hesablanmış 244.296 manat və 143.624 manat məbləğində, cəmi 387.920 manat məbləğində borcun silinməsi qət edilmişdir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi borcun 244.296 manat hissəsi xx.xx.2021-ci ildə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərəfindən tərtib edilmiş 600816 saylı akt əsasında hesablanmışdır.
15. Cavabdeh sayğacdan iddiaçı tərəfindən kənar ehtiyat xəttindən qanunsuz (Cavabdeh ASC-nin icazəsi olmadan) istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, müəyyən edilmişdir ki, cavabdehin istinad etdiyi 600816 saylı akt birtərəfli qaydada iddiaçının nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videoyazıya əsasən isə yalnız sayğacdan kənar ehtiyat xətin mövcud olması görünsə də, iddiaçının məhz həmin xətdən istifadə etməsi müəyyən edilməmişdir. Tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, sözügedən xətt iddiaçı tərəfindən qanunsuz quraşdırılmamış, qəza hallarında istifadə edilməli olan ehtiyat xətti kimi mövcud olmuşdur. Bu baxımdan videoyazıda həmin xəttin görünməsi iddiaçının həmin xəttdən qanunsuz istifadə etməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir.
16. Məhkəmə bildirmişdir ki, Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 244.296 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
17. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisəndirilən akt əsasında MMC-də quraşdırılmış su sayğacının göstəricisinin 86.501,1 m3 olması aşkarlanmış və həmin akt əsasında iddiaçıya sayğaca uzun müddət ərzində baxılmasına şərait yaradılmadığından sayğac üzərində aşkar edilmiş, lakin qeydiyyata alınmamış 71.812 m3 (143.624 manat) sərfiyyata görə 71.812 m3 borc hesablanmışdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.8-ci bəndinə əsasən, istehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır.
19. İddiaçı abonentin sayğaca baxış keçirilməsinə uzun müddət ərzində şərait yaratmadığını və nəticədə 71.812 m3 sərfiyyatın qeydiyyata alınmadığını iddia etsə də, hansı müddət ərzində sayğaca baxış keçirilmədiyini dəqiqləşdirməmiş, baxışın keçirilmədiyi müddət ərzində abonentlə hansı qaydada hesablaşma aparıldığını, həmin müddətdə ona hesablanmış sərfiyyatın həcmini, həmin sərfiyyatın sayğacın faktiki göstəricisindən çox və ya az olmasını müəyyən etməyə imkan verən hesabatları və ümumiyyətlə mübahisəli su sayğacının nə vaxt quraşdırılmasını, quraşdırılarkən sayğacın göstəricisini və abonent tərəfindən sayğaca baxış keçirilməsinə imkan verilməməsini təsdiq edən aktları məhkəməyə təqdim edə bilməmişdir.
20. Məhkəmədə verdiyi izahatda cavabdehin nümayəndələri mübahisəli sayğacın 2001-ci ildə quraşdırıldığını və quraşdırılarkən göstəricisinin sıfır olmasını göstərmişlər. Mübahisəli su sayğacının 2001-ci ildə quraşdırılması Cavabdeh ASC-nin iddiaçı “Bakı X5” MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda da göstərilmişdir. Cavabdehin nümayəndələrinin izahatlarını və cavabdehin sözügedən məktubunu əsas götürərək məhkəmə hesab etmişdir ki, 2001-xx.xx.2021-ci il tarixədək olan on il ərzində abonentin sayğac üzrə su sərfiyyatının cəmi 86.501,1 m3 olması qənaətinə gəlmək olar. İş materiallarında olan abonent saldosundan isə açıq-aşkar görünür ki, sözügedən müddət ərzində iddiaçıya həmin sərfiyyatı aşan həcmdə su sərfiyyatı hesablanmışdır. Bu halda isə “Sudan istifadə Qaydaları”nın 7.8-ci maddəsinə əsaslanaraq əlavə sərfiyyat hesablanmasını istisna olunur.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndələri su sayğacının quraşdırıldığı diametri 150 mm-lik xətti ilə yanaşı diametri 32 mm-lik sayğacdan keçməyən su xəttinin də mövcud olmasını və həmin xətdən istifadəyə görə borcun sayğac göstəricilərinə əsasən deyil, hesabat yolu ilə aparılması və su sayğacının göstəricilərinə əlavə edilməsini iddia etsə də, 32 mm-lik su xəttindən istifadəyə görə iddiaçı hesablanmış borcların hesablanması qaydasını və həmin xəttə görə hesablanmış borcun miqdarını müəyyən etməyə imkan verən hesabatları da məhkəmə təqdim etməmişlər.
22. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya 143.624 manat borcun qanuni və əsaslı hesablandığı müəyyən edilməmişdir.
23. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli mübahisəli akt əsasında sudan sayğacdan kənar istifadəyə görə 244.296 manat və qeydiyyata alınmamış sayğac göstəricilərinə əsasən 143.624 manat olmaqla, cəmi 387.920 manat məbləğində borc hesablandığı halda iddiaçı 417.871,52 manat məbləğində borcun silinməsini tələb edir. Odur ki, məhkəmə iddiaçının silinməsini tələb etdiyi 29.951,52 manat məbləğində borcun akt əsasında hesablanmadığını, eləcə də həmin borcun silinməsi üçün əsasların məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə iddia rədd edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir.
25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1886/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, “qalan hissədə iddianın rədd edilməsi” hissəsində ləğv edilməsini və iddiaçı “Bakı X5” MMC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsinə dair iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1886/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edərək iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 353.94 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilmədiyi hissədə məhkəmənin mövqeyi əsassızdır. Zavodun ərazisində olan su xətti vasitəsilə bütün Zabrat əhalisi su ilə təmin edilmişdir. Xətt üzərində quraşdırılmış sayğac heç vaxt işləməmişdir. İddiaçı tərəfindən sayğacdan kənar xətt quraşdırılmamışdır. Eyni zamanda, smart kart tipli sayğac quraşdırıldığı tarixdən, yəni 22 dekabr 2021-ci il tarixdən sayğac göstəricilərdə kəskin azalmalar müşahidə olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, smart tipli sayğac quraşdırılanadək sudan istifadəyə görə hesablanmış borc məbləği həqiqəti əks etdirmir
28. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 244.296 manat məbləğində ziyan vurmuşdur. Qanunsuz qoşulma faktlarını təsdiq edən akt tərtib edilmiş, sayğacdan kənar sudan istifadə olunması faktını təsdiq edən video çəkiliş aparılmış və məhkəmə prosesinin gedişatında video çəkiliş məhkəməyə təqdim edilmişdir. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. CavabdehSC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin qanunun 50-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. İş materiallarından göründüyü kimi iddiaçıya məxsus obyektin su xətti üzərinə xx.xx.2001-ci il tarixində mexaniki su sayğacı quraşdırılmışdır. Sayğac bu tarixdə quraşdırılmasına baxmayaraq ilkin göstəricisi 151 m olmaqla xx.xx.2012-ci il tarixdə götürülmüşdür. Bundan sonra müvafiq dövrlərə sayğac göstəriciləri götürülsə də, son dövrlərdə iddiaçı tərəfindən sayğac göstəricilərinin götürülməsinə şərait yaradılmamışdır. Cəmiyyətin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində sayğaca baxış keçirərkən sayğacın göstəricisinin 86501 m olması müəyyən edilmişdir. Abonent bazası ilə dəqiqləşmə aparılarkən 71802 m (71802 m x 2 manat= 143624 manat) sərfiyatın abonentin şəxsi vərəqəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bu sərfiyyata görə sayğac göstəricisinə əsasən iddiaçıya 143.624 manat borc hesablanmışdır. Həmin borc iddiaçının sayğac üzrə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməsi nəticəsində yaranmış, lakin iddiaçı tərəfindən dəyəri ödənilməmiş borc məbləğidir. Məhkəmə bu hal üzrə də maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi C.Quluzadə əvvəlki məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. .
30. Tətbiq edilən hüquq
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 7.8-ci bənd-istehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 31.Qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1886/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
34. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış borcun məbləği cəmi 387.920 manatdır. İddiaçının silinməsini tələb etdiyi sudan istifadəyə görə hesablanmış 29.951,52 manat məbləğində borcun silinməsi üçün əsaslar müəyyən edilməmişdir. İddiaçının apellyasiya şikayətində qətnaməni həmin hissədə mübahisələndirsə də, 29.951,52 manat məbləğində borcun hansı əsasla silinməli olduğunu göstərə bilməmişdir. Buna görə də, məhkəmə apellyasiya şikayətini qeyd edilən hissədə əsassız hesab edir.
35. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi barədə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığı üçün qətnamədə istinad edilən normaların tələblərinə əsasən yoxlamanın hüquqi nəticələri etibarsız olduğuna və akt əsasında hesablanmış 387.920 manat məbləğində borcun silinməsi barədə iddiaçının tələbinin təmin edilməli olduğuna diar məhkəmənin mövqeyi qanuni və əsaslıdır.
36. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1886/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı “X5” MMC və Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1886/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.