Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-944/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC və digərlərinə qarşı kredit müqavilələri üzrə borcun tutulması və digər ləğvi, kredit müqavilələri üzrə borcun ödənilməsi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və digər tələblərinə dair kommersiya işi Açar söz: kredit müqvilələri üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqavilələrinin ləğvi, kredit müqavilələri üzrə borcun ödənilməsi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, ipoteka predmetləri olan əmlakların açıq hərracdan satılması, mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzillərin boşaldılması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e-2-2(113)-348/2022 nömrəli qətnaməsindən Cavabdeh1, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında cəmiyyət bankdan 36 ay müddətinə (xx.xx.2021-ci il tarixədək) aylıq faiz dərəcəsi 16% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində kredit götürmüşdür.
2. Kredit öhdəliyinin təminatı kimi, Bank "BTB” ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında 29 avqust 2018-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır.
3. Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, kredit müqaviləsinə xx.xx.2019-cu il tarixdə 02 saylı əlavə, 31 may 2020-ci ildə 1 nömrəli əlavə saziş, 28 avqust 2020-ci ildə 1 nömrəli əlavə saziş, 24 dekabr 2020-ci ildə 1 nömrəli əlavə saziş imzalanmışdır. Həmin kredit müqaviləsinə 24 dekabr 2020-ci il tarixli, 1 nömrəli əlavə sazişə əsasən müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 28 dekabr 2020-ci il tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 27 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16 % olaraq müəyyən edilmişdir.
4. Kredit müqaviləsinə əlavələr edildikdən sonra müvafiq olaraq zaminlik müqavilələrinə də əlavələr edilmişdir.
5. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında borc alan bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində kredit götürmüşdür.
6. Bank "BTB” ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2018-ci il tarixli, DENZ-00057-17/18A nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057- 17/18A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
7. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 26 iyun 2020-ci il tarixdən hesablamaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Həmin sazişin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 28 avqust 2018-ci il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borc alanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 (sıfır) ay müddətinə 27 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 17 (on yeddi) % olaraq müəyyən olunur. Həmin sazişin 5-ci bəndinə əsasən DEN-00057-17/18A №-li, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu Əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir.
8. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinə 28 avqust 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 30 sentyabr 2020-ci il tarixdən hesablamaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Həmin sazişin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 28 avqust 2018-ci il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borc alanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 (sıfır) ay müddətinə 30 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 17 (on yeddi) % olaraq müəyyən olunur. Həmin sazişin 5-ci bəndinə əsasən DEN-00057-17/18A №-li, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu Əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir.
9. Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında cəmiyyət bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində kredit götürmüşdür.
10. Qeyd edilən müqavilə üzrə kredit öhdliyinin təminatı olaraq Bank "BTB” ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqavilələri bağlanmışdır.
11. Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 26 iyun 2020-ci il tarixdən hesablamaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Həmin sazişin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 30 avqust 2019-ci il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borcalanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 (sıfır) ay müddətinə 26 avqust 2022-ci il tarixinədək uzadılmış hesab edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16 (on altı) % olaraq müəyyən olunur. Həmin sazişin 5-ci bəndinə əsasən SMM-00164-17/19A №-li, 30 avqust 2019-ci il tarixli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir.
12. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 257885,63 manat (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş altmış üç qəpik); b) Bu Əlavənin imzalandığı günə borcun qalıq məbləği 257885,63 (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş altmış üç qəpik); c) Öhdəliyin faiz dərəcəsi 16 (on altı) %; d) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcəkdir. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borcalanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Həmin sazişin 3-cü bəndinə əsasən SMMZ- 00164-17/19A №-li, 30 avqust 2019-ci il tarixli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir.
13. Bank "BTB” ASC ilə Cavabdeh3 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 257885,63 manat (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş altmış üç qəpik); b) Bu Əlavənin imzalandığı günə borcun qalıq məbləği 257885,63 (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş altmış üç qəpik); c) Öhdəliyin faiz dərəcəsi 16 (on altı) %; d) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcəkdir. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borcalanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Həmin sazişin 3-cü bəndinə əsasən SMMZ- 00164-17/19A №-li, 30 avqust 2019-ci il tarixli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir.
14. Bank "BTB” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış və Bakı şəhəri 29 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN- 00055-17/18A nömrəli əsas kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 4 və ünvan 3-ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
15. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 29 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 4 və ünvan 3-ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
16. İpoteka saxlayan – Bank "BTB” ASC ilə ipoteka qoyan – Cavabdeh1 arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli, 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən bu əlavəni imzalayan şəxslər aralarında bağlanmış SMMG-A0055-17/18A №-li, 28 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinə aşağıdakı dəyişikliklərin edilməsinə dair razılığa gəlirlər: İpoteka Müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin faiz dərəcəsi 17 (on yeddi) %; b) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək; c) Əsas öhdəliyin icra olunmalı olduğu son tarix 27 avqust 2021-ci il. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borc alanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. SMMG-A0055-17/18A №-li, 28 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.
17. İpoteka saxlayan – Bank "BTB” ASC ilə ipoteka qoyan – Cavabdeh1 arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli, 2 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən ipoteka Müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) öhdəliyin faiz dərəcəsi 17 (on yeddi) %; b) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək; c) Əsas öhdəliyin icra olunmalı olduğu son tarix 27 avqust 2021 ci il. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borc alanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. SMMG-00055- 17/18A №-|i, 28 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.
18. Bank "BTB” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 nömrəli notariat ofisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli, SMMG-00164-17/19A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 3ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
19. Bank "BTB” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 nömrəli notariat ofisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli, SMMG-A0164-17/19A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 4ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
20. İpoteka saxlayan – Bank "BTB” ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli, SMMG-00164- 17/19A saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2019-cu il tarixli, 1 saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndinə əsasən bu əlavə razılaşmaya əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və tərəflər arasında 30 avqust 2019-cu il tarixdə bağlanmış SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən SMN-00164- 17/19A saylı kredit müqaviləsinin təminatı qismində ipoteka saxlayana ipoteka qoyduğu əmlakı borcalanın ipoteka saxlayanla bağladığı 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A saylı kredit müqaviləsindən və ona əlavə olunmuş əlavə razılaşmalardan (25 dekabr 2019-cu il tarixli, 2 saylı əlavə razılaşma) irəli gələn öhdəliklərinin də icrasını təmin etmək üçün ipoteka saxlayana əlavə ipotekaya qoyur. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən bu əlavə razılaşmaya əsasən icrası ipoteka predmeti ilə təmin olunan öhdəliyin əmələ gəlməsinin əsası olan tərəflər arasında bağlanmış SMN-00164-17/19A saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana xx.xx.2022-ci il tarixinədək illik 17 (on yeddi) faiz ödəmək şərtilə kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə ipoteka saxlayana qaytarmağı öhdəsinə götürür. Həmin razılaşmanın 1.3-cü bəndinə əsasən ipoteka predmeti (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı, **********37-05301- 093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ipoteka qoyana məxsus ünvan 3 nömrəli mənzildir. Həmin razılaşmanın 1.4-cü bəndinə əsasən ipoteka predmeti 230000 (iki yüz otuz min ) manat dəyərində qiymətləndirilmişdir. Həmin razılaşmanın 1.5-ci bəndinə əsasən ipoteka qoyan ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldildikdə və ya satıldıqda, onu tərk etməyi öhdəsinə götürür. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən bu əlavə razılaşma tərəflər arasında bağlanmış SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsinin ayrılmaz hissəsi sayılır və xx.xx.2019-cu il tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliyi tam icra olunana qədər qüvvədədir. İpoteka qoyanın, ipoteka saxlayanın və borc alanın hüquq və vəzifələri həmin kredit və ipoteka müqavilələri ilə müəyyən olunur.
21. İpoteka saxlayan – Bank "BTB” ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli, SMMG-00164- 17/19A saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2019-cu il tarixli, l saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndinə əsasən bu əlavə razılaşmaya əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və tərəflər arasında 30 avqust 2019-cu il tarixdə bağlanmış SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən SMN-00164- 17/19A, saylı kredit müqaviləsinin təminatı qismində ipoteka saxlayana ipoteka qoyduğu əmlakı borcalanın ipoteka saxlayanla bağladığı 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A saylı kredit müqaviləsindən və ona əlavə olunmuş əlavə razılaşmalardan (25 dekabr 2019-cu il tarixli, 2 saylı əlavə razılaşma) irəli gələn öhdəliklərinin də icrasını təmin etmək üçün ipoteka saxlayana əlavə ipotekaya qoyur. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən bu əlavə razılaşmaya əsasən icrası ipoteka predmeti ilə təmin olunan öhdəliyin əmələ gəlməsinin əsası olan tərəflər arasında bağlanmış SMN-00164-17/19A saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borc alana xx.xx.2022-ci il tarixinədək illik 17 (on yeddi) faiz ödəmək şərtilə kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə ipoteka saxlayana qaytarmağı öhdəsinə götürür. Həmin razılaşmanın 1.3-cü bəndinə əsasən ipoteka predmeti (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, **********37- 05301-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) İpoteka qoyana məxsus ünvan 4 nömrəli mənzildir. Həmin razılaşmanın 1.4-cü bəndinə əsasən ipoteka predmeti 230000 (iki yüz otuz min ) manat dəyərində qiymətləndirilmişdir. Həmin razılaşmanın 1.5-ci bəndinə əsasən ipoteka qoyan ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldildikdə və ya satıldıqda, onu tərk etməyi öhdəsinə götürür. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən bu əlavə razılaşma tərəflər arasında bağlanmış SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsinin ayrılmaz hissəsi sayılır və xx.xx.2019-cu il tarixli, SMN00164-17/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyi tam icra olunana qədər qüvvədədir. İpoteka qoyanın, ipoteka saxlayanın və borc alanın hüquq və vəzifələri həmin kredit və ipoteka müqavilələri ilə müəyyən olunur.
22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 414 nömrəli reyestr kitabının 38513 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 1 B nömrəli mənzil "xxxx" MMC-nin SMN-00055-17/18A KM-36 ay, xx.xx.2018 BKX-00056-17/18A KXM-12 ay; xx.xx.2018 üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlardan görünür ki, ipoteka müqavilələri dövlət qeydiyyatına alınmışdır.
24. xx.xx.2021-ci il tarixli, RİED 2021/4999 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə xx.xx.2018-ci il tarixli, SMN00055-17/18A nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 102964,33 manat, faiz borcu 19447,29 manat və dəbbə borcu 15258,84 manat olmaqla, ümumilikdə 137670,46 manat borcu vardır.
25. xx.xx.2021-ci il tarixli, RİED 2021/4979 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə xx.xx.2019-cu il tarixli, SMM00164- 17/19A nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 257885,63 manat, faiz borcu 54667,04 manat və dəbbə borcu 3641,48 manat olmaqla, ümumilikdə 316194,15 manat borcu vardır.
26. xx.xx.2021-ci il tarixli, RİED 2021/5275 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 103632,48 manat, faiz borcu 17638,32 manat və dəbbə borcu 8081,96 manat olmaqla, ümumilikdə 129352,76 manat borcu vardır.
27. 29 avqust 2018-ci il tarixli, N seriyalı ödəniş tapşığından görünür ki, Bank "BTB” ASC tərəfindən "xxxx" MMC-nin AZ84UBAZ**********0040AZN001 nömrəli hesabına 166.600 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 10Y 17-1 saylı müqaviləyə əsasən kreditin bağlanması üçün qeyd edilmişdir.
28. 29 avqust 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Bank "BTB” ASC tərəfindən Cavabdeh1 150000 (yüz əlli min) manat məbləğində pul vəsaiti ödənilmişdir.
29. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "BTB” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər daşınmaz əmlakın dövlət reyesrinə qeydə alınmışdır.
30. "FM Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə hesabatlarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin 18 iyul 2018-ci il tarixə olan orta bazar qiyməti 380000 manat, likvid qiyməti isə 342000 manat, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin 18 iyul 2018-ci il tarixə olan orta bazar qiyməti 250000 manat, likvid qiyməti isə 230000 manat, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin 03 sentyabr 2019-cu il tarixə olan orta bazar qiyməti 380000 manat, likvid qiyməti isə 342000 manat, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin 03 sentyabr 2019-cu il tarixə olan orta bazar qiyməti 250000 manat, likvid qiyməti isə 230000 manat müəyyən edilmişdir.
31. İddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehlərə pretenziya göndərilmişdir.
32. Cavabdeh5 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, o Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 1B və 2B nömrəli mənzillərin Bank "xxxx" ASC-yə sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini, həmin yaşayış sahələrinə tələb yönəldildikdə və/və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya açıq hərrac) ilə satıldıqda yaşayış sahəsini könüllü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan könüllü surətdə çıxmaq barədə öhdəlik götürmüşdür.
33. Cavabdeh4 notarial qaydada təsdiq edilmiş orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 2B nömrəli mənzilin Bank "xxxx" ASC-yə sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini, həmin yaşayış sahəsinə tələb yönəldildikdə və/və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya açıq hərrac) ilə satıldıqda yaşayış sahəsini könüilü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan könüllü surətdə çıxmaq barədə öhdəlik götürmüşdür.
34. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/F 112-172/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 232000 manat, bazar dəyəri 244000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 368000 manat, bazar dəyəri 388000 manat məbləğində müəyyən edilmişdir.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2022-ci il tarixli 9/9478 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 121499,24 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 101316,9 manat, faiz borcu 20.182,34 manat; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 124291,09 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 101316,9 manat; faiz borcu 22974,19 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. 2) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 300538,74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 42653,14 manat; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 307759,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 49873,94 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. 3) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 116705,83 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu 17647,53 manat; Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 119278,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu 20220,3 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı.
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2022-ci il tarixli 9/3475 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" ASCyə olan borcu 121499,24 manat məbləğində müəyyən edilir. O cümlədən əsas borcu 101316,9 manat, faiz borcu 20182,34 manat. "xxxx" MMC-nin xx.xx.2022- ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 131720,99 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 101316,9 manat, faiz borcu 30404,09 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. 2) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A saylı kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 300538,74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 42653,14 manat. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 307759,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 49873,94 manat. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 326671,15 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 68785,55 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi borc alan tərəfindən aparılmış ödənişlərdən 7446,17 manat məbləğində vəsait “dəbbə üzrə borcun” ödənilməsinə silinmişdir. Hesabdan çıxarış məlumatlarında həmin ödənişlərin hansı hissəsinin 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A saylı və ya xx.xx.2019-cu il tarixli SMN-00164- 17/19A saylı kredit müqavilələri üzrə silindiyi öz əksini tapmamışdır. 3) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 28 avqust 2018-ci il tarixli DEN-00057-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-cu il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 116705,83 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu 17647,53 manat. Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 119278,6 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu 20220,3 manat. Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 126996,58 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu 27938,58 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı.
Birinci instansiya məhkəməsində icraat
37. İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli SMN-00055-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 102964,33 manat əsas borc, 19447,29 manat faiz borcu, 15258,84 manat dəbbə borcu, ümumilikdə 137670,46 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 473,218 manat dövlət rüsumu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat rüsum, həmçinin 140 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və 0,40 manat bank xidməti haqqının cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanan xx.xx.2018-ci il tarixli, SMMG00055-17/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 3 və ünvan 4-yə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi , ev 13, mənzil 2B və Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi , ev 13, mənzil 1B-nin boşaldılması və tutma yönəldildikdən və satıldıqdan sonra ünvan 3də qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməsi, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 257885,63 manat əsas borc, 54667,04 manat faiz borcu, 3641,48 manat dəbbə borcu, ümumilikdə 316194,15 manat məbləğində borcun, 130 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, SMMG-00164- 17/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 3 və iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 4-yə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN00057-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 103.632,48 manat əsas borc, 17638,32 manat faiz borcu, 8081,96 manat dəbbə borcu, ümumilikdə 129.352,76 manat məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2018-ci il tarixli, SMMG-A0055- 17/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 3 və ünvan 4-yə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 295, 319.1, 442, 443, 472, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir.
39. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-248/2022 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, SMN-00055- 17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 101316,90 manat (yüz bir min üç yüz on altı manat doxsan qəpik) əsas borc, 19447,29 manat (on doqquz min dörd yüz qırx yeddi manat iyirmi doqquz qəpik) faiz borcu, 5000 (beş min) cərimə borcu olmaqla, cəmi 125764,19 manat (yüz iyirmi beş min yeddi yüz altmış dörd manat on doqquz qəpik), ödənilmiş dövlət rüsumuna görə 448 (dörd yüz qırx səkkiz) manat, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 140 (yüz qırx) manat xidmət haqqı, 0,40 manat (qırx qəpik) bank xidmət haqqı tutularaq iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını, tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 4 və ünvan 3 saylı mənzillərə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə borc, ödənilmiş dövlət rüsumuna görə 448 (dörd yüz qırx səkkiz) manat, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 140 (yüz qırx) manat xidmət haqqı, 0,40 manat (qırx qəpik) bank xidmət haqqı ödənilsin, tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilsin, hər iki mənzil boşaldılmasını, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, SMN-00164- 17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 257885,60 manat (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş manat altmış qəpik) əsas borc, 42653,14 manat (qırx min altı yüz əlli üç manat on dörd qəpik) faiz borcu, 3641,48 manat (üç min altı yüz qırx bir manat qırx səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 304180,22 manat pulun (üç yüz dörd min yüz səksən manat iyirmi iki qəpik), ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 130 (yüz otuz) manat xidmət haqqının tutularaq iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını, tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 4 və ünvan 3 saylı mənzillərə yönəldilməsini, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2019cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə borcun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 130 (yüz otuz) manat xidmət haqqının ödənilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 99058,30 manat (doxsan doqquz min əlli səkkiz manat otuz qəpik) əsas borc, 17638,32 manat (on yeddi min altı yüz otuz səkkiz manat otuz iki qəpik) faiz borcu, 5000 (beş min) cərimə borcu olmaqla, cəmi 121696,62 manat (yüz iyirmi bir min altı yüz doxsan altı manat altmış iki qəpik) məbləğində pulUN tutularaq iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını, tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 4 və ünvan 3 saylı mənzillərə yönəldilməsini, həmin əmlaklar açıq hərracda satılmasını, satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə borcun ödənilməsini, ünvan 4 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 232000 manat, ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 368000 manat müəyyən edilməsini, ipoteka predmeti olan əmlakların satışından əldə olunmuş vəsaitin hesabına banka olan borc ödənildikdən sonra satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmasını qət etmişdir.
40. Məhkəmə araşdırması zamanı müəyyən ediilmişdir ki, Bank "BTB” ASC ilə "xxxx" MMC arasında 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 16% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında 29 avqust 2018-ci il tarixli, SMNZ-00055-17/18A nömrəli və Bank "BTB” ASC ilə Cavabdeh3 arasında 29 avqust 2018-ci il tarixli, SMNZ-00055-17/18A nömrəli zaminlik müqavilələri bağlanılmış və həmin zaminlik müqavilələrinə əsasən "BTB” ASC ilə "xxxx" MMC arasında 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh1 və Cavabdeh3 bank qarşısında öz üzərinə birgə məsuliyyət götürmüşlər. Bank "BTB” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 4 və ünvan 3-ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc alan bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Bank "BTB” ASC ilə Cavabdeh3 arasında 29 avqust 2018-ci il tarixli, DENZ-00057-17/18A nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən Bank "BTB” ASC ilə Cavabdeh1 arasında 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin - Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 4 və ünvan 3-ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank "BTB” ASC ilə "xxxx" MMC arasında 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli və Bank "BTB” ASC ilə Cavabdeh3 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqavilələri bağlanılmış və həmin zaminlik müqavilələrinə əsasən Bank "BTB” ASC ilə "xxxx" MMC arasında 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh1 və Cavabdeh3 bank qarşısında öz üzərinə birgə məsuliyyət götürmüşlər. Bank "BTB” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında 30 avqust 2019- cu il tarixli, SMMG-A0164-17/19A nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən Bank "BTB” ASC ilə "xxxx" MMC arasında 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 4 və ünvan 3-ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda sonradan tərəflər arasında qeyd olunan müqavilələrə Əlavə formasında sazişlər bağlanmışdır. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur.
41. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı və xx.xx.2018-ci il tarixli, DEN00057- 17/18A saylı kredit müqavilələrinin müddəti qurtardığından iddia tələbi həmin müqavilələrin ləğv edilməsi hissəsində təmin olunmamalıdır. xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsinə münasibətdə isə qeyd etmişdir ki, sözügedən müqavilənin 2.10-cu bəndinə əsasən borc verən borc alanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr uçun hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borc alandan tələb edə bilər. Bu hallardan biri 2.10.1-ci bəndə əsasən borc alan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Ona görə də iddia xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilmişdir.
42. Məhkəmə iddiaçının cavabdehlərdən xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə, xx.xx.2019-cu il tarixli, SMN-00164- 17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə və xx.xx.2018-ci il tarixli DEN00057-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə yaranan borcun tutulması barədə tələb irəli sürməsini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2022-ci il tarixli 9/3475 nömrəli ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 101316,90 manat (yüz bir min üç yüz on altı manat doxsan qəpik) əsas borc, 19447,29 manat (on doqquz min dörd yüz qırx yeddi manat iyirmi doqquz qəpik) faiz borcu; cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 257885,60 manat (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş manat altmış qəpik) əsas borc, 42653,14 manat (qırx min altı yüz əlli üç manat on dörd qəpik) faiz borcu; cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 99058,30 manat (doxsan doqquz min əlli səkkiz manat otuz qəpik) əsas borc, 17638,32 manat (on yeddi min altı yüz otuz səkkiz manat otuz iki qəpik) faiz borcu tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 43.İddia tələbinin digər hissəsini Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə 15258,84 manat dəbbə borcu; Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə 3641,48 manat dəbbə borcu və Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN00057-17/18A saylı kredit müqaviləsi üzrə 8081,96 manat dəbbə borcunun tutulması təşkil edir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 5000 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3641,48 manat dəyərində müəyyən edilmişdir.
44. İddiaçının ipoteka predmetlərinə tutma yönəldilməsi barədə iddia tələbləri ilə bağlı məhkəmə hesab etmişdir ki, ipoteka müqavilələri qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və ipotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edildiyindən ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
45. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin likvid dəyəri 232000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin likvid dəyərinin 368000 manat olması müəyyən edilmişdir.
46. İddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Həmin tələbə münasibətdə qeyd etmişdir ki, borcun Bank "xxxx" ASC-nin xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir.
47. İpoteka predmetlərinin boşaldılması və Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin, 2 B nömrəli mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə də təmin edilməli, tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməli, hər iki mənzil boşaldılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
48. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2-(113)-348/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməsini, mübahisələndirilən hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
49. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarla ziddiyyət təşkil edir, bu hal isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malikdir. İddia ərizəsində göstərilən əsas, faiz və dəbbə borc məbləğləri faktiki hesablanmalı olan məbləğlərlə uzlaşmır. Belə ki, iddiaçı guya cavabdehlərə kömək edilməsi məqsədilə Əlavə sazişlər bağlamışdır və cavabdehlər həmin şərtlərlə razılaşmaq məcburiyyətində qalmışlar. Ötən müddət ərzində cavabdehlər tərəfindən iddiaçı Banka kifayət qədər borc vəsaitləri ödənilmişdir. Lakin yekun olaraq həmin məbləğlər nəzərə alınmamışdır və nəticə etibarı ilə tutulması tələb olunan məbləğ şişirdilmişdir. Bu məsələ iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri müzakirə olunarkən də vurğulanmışdır. Lakin bu kimi əhəmiyyətli hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SMN-00164--17/18A saylı kredit müqaviləsi də hazırkı iddia ərizəsi ilə mübahisələndirilmişdir. Hesab edilir ki, həmin xüsusat hazırkı məhkəmə araşdırmasının predmeti ola bilməzdi. Belə ki, həmin müqavilə üzrə öhdəliklərin icra müddətinin son müddəti xx.xx.2022-ci il müəyyənləşdirildiyindən cavabdehlərə qarşı tələb irəli sürülə bilinməz. Mülki Məcəllənin 427.1-ci maddəsində göstərilir:”Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Göründüyü kimi, məhkəmə bu faktı nəzərə almamış, nəticə etibarı ilə də düzgün olmayan qənaətə gəlmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli SMN-00055-17/18A saylı kredit müqaviləsinə görə Cavabdeh3 qarşı zaminlik mövqeyi nəzərə alınmaqla ona qarşı borc tələbinin irəli sürülməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Kreditlərin təminatı kimi ipotekaya qoyulmuş mənzillərin dəyərinə gəldikdə isə, həmin mənzillərin məhkəmə araşdırması zamanı nəzərə alınmış dəyərləri onların hazırkı bazar qiymətləri ilə uzlaşmamışdır. Hazırda həmin mənzillər daha yüksək dəyərə malik olduqları üçün məhz bu günkü bazar qiymətləri ilə dəyərləndirilməli idilər. İpotekaya qoyulmuş mənzillərin hərrac vasitəsilə satılmasından dərhal sonra Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbi əsaslı olmamışdır. Belə ki, bu tələblə hazırkı iddiaçının çıxış etməyə subyektiv hüququ olmamışdır. İş üzrə mövcud olan əlavə Sazişlərin bağlanılması zamanı digər cavabdehlərin, ailə üzvlərinin Cavabdeh5 və Cavabdeh4 razılığı olmamışdır. Hesab edilir ki, ilk növbədə Bakı Kommersiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 348/2022 saylı qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarla ziddiyyət təşkil edir, bu hal isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hesab edilir ki, bu normanın tələbi məhkəmə tərəfindən hazırkı iş üzrə əsassız olaraq tətbiq edilmişdir. Belə ki, işdə olan ekspert rəylərindən görünür ki, Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Göründüyü kimi, belə olan halda cərimə pulu hesablanmalı olmadığı halda məhkəmə tərəfindən cavabdehlərin üzərinə cərimə məbləğləri də tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu normaların tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, məhkəmə təqdim olunmuş sübutları araşdırmalı və tədqiq etməli olduğu halda, bu prinsipə əməl etməmiş, kifayət qədər araşdırma aparmamış, sübutları tam tədqiq etməmiş, həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hesab edilir ki, iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli 9/3475 saylı ekspertiza iddiaçının nümayəndəsinin vəsatəti əsasında keçirilmiş olduğu üçün ekspertiza dəyəri olan 300 manat məbləğində pulun da cavabdehlərdən tutulması qət edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
50. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də iddiaçının nümayəndəsi hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesb etmişdir.
51. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
52. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddə- zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddə- borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 421.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddə- tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddə- müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “İpoteka haqqında” Qanun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1- ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti-bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka pedmetinin satış (likvid) qiymətidir. 34.1-ci maddə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1-əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi; 34.1.4. bu qanunda nəzərdə tutulmuş digər hallarda 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 53.Qətnamə cavabdehlər tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə cavabdehlərin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 348/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətini əsassız hesab edir.
56. Apellyasiya şikayətində cavabdehlər tələb olunan kredit borcu məbləğinin reallığa uyğun olmadığını və şişirdildiyini qeyd etsələr də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 03 iyun 2022-ci il tarixli 9/3475 nömrəli ekspert rəyinin məhkəmə tərəfindən nəzərə alınmaması üçün hər hansı əsas göstərə bilməmişlər. Həmin ekspert rəyində qeyd edilənlərə əsasən xx.xx.2018-ci il tarixli SMN-00055-7/18A saylı müqavilə üzrə borclu tərəfindən cəmi 81.899,38 manat, xx.xx.2019-cu il tarixli SMN-00164-17/19A saylı müqavlə üzrə 7663,21 manat, xx.xx.2018-ci il tarixli DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə 89949,48 manat ödəniş edilmişdir. Cavabdehlər tərəfindən məhkəməyə kredit müqavilələri üzrə ödənişlərin ekspert rəyində qeyd edilmiş məbləğlərdən daha artıq olması barədə hər hansı sübut təqdim edilməmişdir.
57. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli SMN-00164--17/18A saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti bitmədiyindən həmin müqavilə üzrə kredit borcu tələb edilə bilməz. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işdə olan hesabdan çıxarışa və ekspert rəyinə əsasən qeyd edilən müqavilə üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edildiyindən və müqavilə üzrə cəmi 7663,21 manat ödəniş həyata keçirildiyindən bankın MM-nin 421.2-ci və 423.2-ci maddələrinin tələblərinə və müqavilənin 3.2.2-ci bəndinə əsasən kredit müqaviləsinin ləğv edilməsini və kreditin faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır. Apellyasiya şikayətində cavabdehlərin istinad etdiyi Mülki Məcəllənin 427.1-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən norma öhdəliyin icrasının borclu tərəfindən yerinə yetirilmədiyi və ya gecikdirildiyi hallara tətbiq edilmir.
58. Məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə dəbbə pulu borcu müəyyən edilmədiyi halda məhkəmə tərəfindən maddi hüquq pozuntusunun tətbiqində səhvə yol verilərək cavabdehlərdən dəbbə pulu tutulması ilə bağlı apellyasiya şikayətində qeyd edilənlər də məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, kredit müqavilələrinin 6.4cü bəndində borcalanın krediti və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox olmayaraq gecikdirdikdə 4-cü gündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 faizi məbləğində gündəlik cərimə hesablamaq və tutmaq hüququ nəzərdə tutulmuşdur. Bank tərəfindən məhkəmədə iddia qaldırılanadək cavabdehlərdən dəbbə pulu tutulmaması iddiaçının MM-nin 462.1-ci maddəsi və kredit müqavilələrinin 3.2.2 və 6.4-cü bəndlərinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış dəbbə pulunu cavabdehlərdən tutulmasını məhkəmə qaydasında iddia qaldıraraq tələb etmək hüqunu istisna etmir. Məhkəmə tərəfindən iddiaçının tələb etdiyi dəbbə pulu məbləği MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq ağlabatan məbləğdə təmin edildiyindən mübahisələndirilən qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.
59. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakların ilkin satış qiymətinin onların bazar dəyərinə uyğun olmadığına dair apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə bildirir ki, “İpoteka haqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə ipoteka pedmetinin likvid qiyməti (ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində) satış qiyməti nəzərdə tutulduğundan qətnamədə əmlakların bazar dəyərinin deyil, likvid dəyərinin qeyd edilməsi qanuni və əsaslıdır.
60. Apellyasiya şikayətində digər mülahizə bundan ibarətdir ki, ipotekaya qoyulmuş mənzillərin hərrac vasitəsilə satılmasından dərhal sonra Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbi əsaslı olmamışdır. Belə ki, bu tələblə hazırkı iddiaçının çıxış etməyə subyektiv hüququ olmamışdır.
61. Bu mülahizə də məhkəmə tərəfindən əsassız hesab edilir.Belə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğunun qanuni əsası “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsində nəzərdə tutulmuşdur.
62. İş materiallarının 1-ci cildinin 90-92-ci vərəqlərinə əlavə edilmiş ərizələrdən görünür ki, daşınmaz əmlaklar ipoteka ilə yüklü edilərkən Cavabdeh5 və Cavabdeh4 yaşayış sahəsinə tələb yönəldikdə yaşayış sahəsini könüllü şəkildə tərk etmək və qeydiyyatdan çıxmaq barədə bank qarşısında öhdəlik götürdüklərindən iddiaçının həmin şəxslərə qarşı tələb irəli sürməyə sübyektiv hüququ var.
63. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinin məhkəmə tərəfindən nəzərə alınmaması pozuntu kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı halda zaminlik müqavilələrində zaminliyin verilmə müddəti qeyd edilmədiyindən, o cümlədən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ötürülmədən iddia qaldırıldığından zaminliyə zitam verilməsi üçün əsaslar mövcud deyil.
64. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
65. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 348/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-348/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.