Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-946/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, 2-2(82)-108/2017 saylı iş üzrə Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi 08 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla Cavabdeh1 həmin Məhkəmənin qeyd edilən iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini və onun tərəfindən verilmiş şikayətin qaytarılmasını qərara almışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki iş materiallarından görünür ki, İddiaçı-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qiyabi qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, həmin qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə ərizənin geri qaytarılmasını qərara almışdır. Cavabdeh1 həmin qərardaddan verdiyi şikayətə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin edilməmiş və baxılması üçün şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla (İş № 2-2(103)-596/2022) şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsini qərara almışdır. Bundan sonra Cavabdeh1 ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından şikayət verilmə müddətinin bərpa edilməsi və şikayətin mahiyyəti üzrə baxılması barədə qərar edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Məhkəmənin xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh1 ərizəsi geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsi Cavabdeh1 həmin qərardaddan verdiyi şikayətə baxıb, şikayəti təmin etməsə də, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası belə nəticəyə gəlmişdir ki, şikayət, Mülki Prosessual Məcəllənin (MPM) “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun tərtib edilməmişdir. Hazırda Cavabdeh1 yuxarıda qeyd edilən nöqsanı aradan qaldıraraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından yeni şikayət vermişdir. Cavabdeh1 göstərilənlərin nəzərə alınmasını və qərardaddan şikayətin verilməsi üçün MPM-də nəzərdə tutulmuş və onun tərəfindən ötürülmüş prosessual müddətinin bərpa edilməsini xahiş edir, çünki prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Müzakirə edilən məsələnin həlli ilə bağlı Bakı Kommersiya Məhkəməsi qeyd edir ki, MPM-nin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-nin 129.1-ci maddəsinə görə, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Cavabdeh1 tərəfindən verilmiş “prosessual müddətin bərpa edilməsi barədə” ərizəsində göstərilən hallar (Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli) qərardaddan şikayət verilməsi üçün MPM-də nəzərdə tutulmuş və Cavabdeh1 tərəfindən ötürülmüş prosessual müddətin məhz üzürlü səbəbdən ötürülməsi kimi qəbul edilməsi üçün əsas ola bilməz. Bu hal müəyyən edildiyi üçün Məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsi Cavabdeh1 tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan Cavabdeh1 verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin təmin edilməsi və barəsində şikayət verilmiş qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, qeyd edilənləri və MPM-nin 133, 134, 363 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 08 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-946/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-946/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver