Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-948/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı şəhəri 53 saylı Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) icarə müqaviləsinə xitam verilməsi, cavabdehin obyektdən çıxarılması, obyektin geriqaytarılması və icarə haqqı tələbinə dair kommersiya mübahisəsi Açar söz: pul tələbi, öhdəliklərin icrası, icarə müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil1, cavabdehin nümayəndəsi/vəkilləri Nümayəndə3 və Nümayəndə2, cavabdehin qanuni nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı şəhəri 53 saylı Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) icarə müqaviləsinə xitam verilməsi, cavabdehin obyektdən çıxarılması, obyektin geri qaytarılması və icarə haqqı tələbinə dair kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2512/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. X5 ilə Cavabdeh MMC arasında imzalanmış 31 avqust2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəverən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203.9 kv.metr olan qeyri-yaşayış sahəsini icarəçiyə verməyi, icarəçi isəicarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə üzrə aylıq icarə haqqı 2000 manat müəyyən edilmiş, 4.2-cü bəndə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən İcarəyə verənə ödənilməlidir. Müqavilənin 7.1.7-ci maddəsinə əsasən icarəçi bu müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 10.1- ci maddəsinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn bir il müddətinə uzadılmış hesab edilməsi şərtləşdirilmişdir.
2. X2 məxsus "xxxx" ASC-də olan hesabdan çıxarışdan məlumatlarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 6000 manat, xx.xx.2023-cü il tarixində 12000 manat, xx.xx.2023-cü il tarixində 5000,30 manat, xx.xx.2023-cü il tarixində 7000,42 manat məbləğində ödənişlər edilmişdir.
3. X5 tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 31 avqust 2017-ci il tarixində bağlanmış icarə müqaviləsinə xitam verdiyini, 06 oktyabr 2023-cü il tarixədək icarədə olan yaşayış sahəsinin təhvil verilməsi xahiş olunmuşdur.
4. Cavabdeh MMC tərəfindən X1 xx.xx.2023-cü il tarixli pretenziya məktubuna məktubla cavab verilərək, qeyd edilmişdir ki, İcarə müqaviləsinin 2.1-ci bəndində müqavilənin qüvvəyə minməsi 01 oktyabr 2017-ci il tarixli hesab olunur və bu müqavilə xx.xx.2017-ci il tarixdə bağlandığı üçün icarəyə verən xx.xx.2023-cü il tarixinə qədər müraciət etməli idi. İcarəyə verənin müraciəti icarəçiyə gec təqdim olunduğu üçün avtomotik müqavilə müddəti 1 il uzadılmış və yenilənmiş hesab edilir.
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 avqust 2017-ci il tarixdə onunla cavabdehX6 arasında bağlamış icarə müqaviləsinə müddənin bitdiyinəgörə xitam verilməsi və cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 528-ci məhəllə bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında baxılarkən xx.xx.2023-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron qaydada ərizə təqdim edərək, iddia tələbində cavabdeh kimi qeyd olunan X3 Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti əvəzləşdirilməsi və iddia tələblərinin əsl cavabdehə yönəldilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən, X6 əsl cavabdeh olan Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti ilə əvəz edilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-646/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MəhdudMəsulyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1632/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh MMC- yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin materialları işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-2(103)-2244/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” iddia tələbi üzrə mülki işbaxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
10. İddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 31 avqust 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyinə görə xitam verilməsi, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti, ev 528-ci məhəllə bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılmasına və qeyri-yaşayış sahəsini ona təhvil verilməsinə, 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-dən 108.000 manat icarə haqqı qismində pulun, işin məhkəməyə verilməsinə görə ödənilmiş 199 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı adından qardaşı X4 tərəfindən cavabdeh X6 ilə 31 avqust 2017-ci il tarixdə 1 il müddətinə İcarə müqaviləsi bağlanılmışdır və Bakı şəhəri 53 saylı Notariat kontorunda müqavilə təsdiq olunmuşdur. Müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 528-ci məhəllə bina B-də yerləşənsahəsi 203,9 kv.m sahəni icarəyə verilmişdir. İcarə müqaviləsi 31 avqust 2017-ci il tarixində bağlanmasına baxmayaraq, müqavilənin 2.1-ci maddəsinə əsasən 01 oktyabr 2017-ci il tarixdən qüvvəyə minmişdir. Cavabdeh həmin sahəni obyekt kimi işlədir, demək olar ki, icarə haqqını həmişə gecikməklə ödəyir, bu məsələ üstündə dəfələrlə iddiaçınınonunla narazılıqları olub. Yay aylarından iddiaçı ona bildirmişdir ki, icarə yerini təhvil versin, əvvəl bildirmişdir ki, ona imkan verilsin, iddiaçı oktyabr ayına qədər işləyib, özünə başqa yer tapıb, çıxar, lakin sonra çıxmaqdan imtina elədi, bununla bağlı iddiaçı ona yazılı surətdə muraciət etmişdir, halbuki, müqavilədə yazılı surətdə muraciət etməyi nəzərdə tutulmayıb. Cavabdeh ona rəsmi olaraq bildirmişdir ki, müqavilə 31 avqust tarixində bağlanıb və iddiaçı ona rəsmi olaraq 18 sentyabr tarixində müraciət etmişdir, bu səbəbdən icarə müqaviləsi 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Müqavilə 31 avqust 2017-ci ildə bağlansa belə, müqavilənin qüvvəyə minməsi 1 oktyabr 2017-ci il hesab olunur. İcarə müqaviləsinin 10.1-ci maddəyə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Göründüyü kimi, müqavilənin bu maddəsində yazılı surətdə müraciət etməyi nəzərdə tutulmamışdır. Hal-hazırda o həmin sahəni boşaldıb, təmir etdikdən sonra özü için iş yeriaçmaq niyyətindədir.
12. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2512/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək xitam verilmiş hesab edilməsi, Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 528-ci məhəllə bina B-də yerləşən 203.9 kv.m sahədən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh MMC-dən 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən 108000 (yüz səkkiz min) manat icarə haqqı, həmçinin ödənilmiş 329 (üç yüz iyirmi doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203.9 kv.metr olan qeyri-yaşayış sahəsini təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini iki ardıcıl müddətdən çox, 52 aylıq icarə haqqını ödəməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti bir illik müəyyən edilsə də, müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi üçün, müqavilə ardıcıl olaraq bir il müddətinə uzadılmış hesab edilmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ vardır. İddia tələbinin birinci hissəsi icarə müqaviləsinin ləğv edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 447.1ci maddəsinin tətbiqi tərəflər arasında sinallaqmatik öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Belə ki, cavabdeh tərəfindən obyekt icarəyə götürüldükdən sonra icarə haqqı vaxtında və tam ödənilməmiş, həmin vaxtdan uzun müddət keçməsinə və iddiaçı tərəfindən pretenziya göndərilməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Göründüyü kimi, cavabdeh tərəf müqavilədən irəli gələn öhdəliyini icra etməyərək müqaviləni əhəmiyyətli dərəcə pozduğuna görə iddiaçı müqavilədən imtina edərək ona xitam verilməsini tələb etmişdir. İddiaçı müqaviləyə xitam verilməsi barədə cavabdehə 2023-cü ilin sentyabr ayında pretenziya göndərməklə müqavilədən imtina barədə iradə ifadəsini açıq şəkildə cavabdehə bildirmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunan mövqeyə uyğun olaraq tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi xitam verilmiş sayılır. Bundan başqa İddiaçı icarə müqaviləsi üzrəödənilməmiş 108000 manat icarə haqqının da ödənilməsini tələb etmişdir. Belə ki, tərəflər arasında icarə müqaviləsi 31 avqust 2017-ci il tarixində bağlanmış, müqavilənin bağlandığı tarixdən iddiaçı tərəfindən cavabdehə preteziya məktubunun təqdim edildiyi tarixə qədər 6 il, 72 aylıq müddət keçmişdir. Hesabdan çıxarışməlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçıya icarə haqqı məbləği kimi 30000 manat ödəniş edilmişdir, həmin ödəniş isə 15 aylıq müddəti əhatə etdiyindən geridə qalan57 ay üçün cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Cavabdeh MMC tərəfindən bu halın əksini təsdiq edən, yəni digər aylar üzrə də icarə haqqının ödənilməsi ilə bağlıheç bir sübut təqdim olunmamışdır.
14. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 385, 421, 442, 687, 700, 705-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2512/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 2.1-ci maddəsindən də göründüyü kimi o, xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Həmin müqavilənin 10.1-ci maddəsinin tələblərindən də göründüyü kimi müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn 1 il müddətinə uzadılmış hesab edilir. İş materiallarında olan pretenziya məktubunun məzmunundan da göründüyü kimi Kəmalə Həbibli tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu g ö nd ə ri lə rk ə n y a l n ı z müqavilənin müddətinin bitməsinə istinad etmiş və cavabdehdən qeyriyaşayış sahəsini xx.xx.2023-cü il tarixdək təhvil verməsini xahiş etmişdir. H ə m i n məktub cavabdehə xx.xx.2023-cü il tarixdə çatmışdır. Yəni müqavilənin 10.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi üçün cavabdeh qeyriyaşayış sahəsindən çıxmaqdan imtina etmişdir. L a k i n İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən pretenziya məktubunun məzmunundan kənar qeyd etmişdir ki, cavabdeh icarə haqlarını gecikmə ilə ödədiyi üçün müqaviləyə xitam verilməlidir. Daha sonra isə İddiaçı iş materialları Bakı Kommersiya Məhkəməsində olarkən iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 3 1 avqust 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyinə görə xitam verilməsi, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti, ev 528-ci məhəllə bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılmasına və qeyri-yaşayış sahəsini ona təhvil verilməsinə, 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-dən 108.000 manat icarə haqqı qismində pulun, işin məhkəməyə verilməsinə görə ödənilmiş 199 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir Lakin İddiaçı AR MM-nin 423.2-ci maddəsinin, AR MPMnin 150-ci maddəsinin tələblərinə zidd şəkildə cavabdehdən 108.000 manat icarə haqqı qismində pulun tutulmasına dair pretenziya məktubunu e-taxes.gov.az saytından Cavabdeh MMC-yə məxsus kabinetə əlavə etməmiş, həmçinin poçt vasitəsi ilə göndərməmişdir. Bununla da cavabdeh həm AR MM-nin 423.2-ci maddəsinin tələblərini pozmuş, həm də AR MPM-nin 150-ci maddəsinin tələblərinə zidd şəkildə məhkəməyə müraciət etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, iş materiallarında olan ilkin iddia ərizəsindən də göründüyü kimi İddiaçı qeyd etmişdir ki, cavabdeh pulu gecikməklə ödədiyi üçün müqavilənin xitam verilməsini tələb edir. Yəni İddiaçı etiraf edərək əslində cavabdehin ödənişləri həyata keçirdiyini təsdiqləmişdir. Sadəcə ödənişlərin gecikmə ilə həyata keçirilməsindən şikayətlənmişdir.Yəni cavabdeh daim icarə haqlarını ödəmiş, lakin müqavilədə nəzərdə tutulan cari ayın “5”ci günündə bu reallaşdırılmadığı üçün iddiaçı narazı o l m u ş d u r. İddiaçının da icarə haqlarının ödənilməsini iddia ərizəsində yazaraq etiraf etməsi cavabdehi bu faktı sübut etmək vəzifəsindən azad edir. Lakin məhkəmə qeyd edilənləri nəzərə almayaraq AR MPM-nin 106.3-cü maddəsinin tələblərini pozub iddia tələbini tam təmin etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir.
18. Cavabdeh tərəf məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmn olunmasını xahiş edir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2512/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203.9 kv.metr olan qeyri-yaşayış sahəsini təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini iki ardıcıl müddətdən çox, 52 aylıq icarə haqqını ödəməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti bir illik müəyyən edilsə də, müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi üçün, müqavilə ardıcıl olaraq bir il müddətinə uzadılmış hesab edilmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən obyekt icarəyə götürüldükdən sonra icarə haqqı vaxtında və tam ödənilməmiş, həmin vaxtdan uzun müddət keçməsinə və iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Göründüyü kimi, cavabdeh tərəf müqavilədən irəli gələn öhdəliyini icra etməyərək müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı müqavilədən imtina edərək ona xitam verilməsini tələb etmişdir. İddiaçı müqaviləyə xitam verilməsi barədə cavabdehə 2023-cü ilin sentyabr ayında pretenziya göndərməklə müqavilədən imtina barədə iradə ifadəsini açıq şəkildə cavabdehə bildirmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunan mövqeyə uyğun olaraq tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi xitam verilmiş sayılır. Bundan başqa İddiaçı icarə müqaviləsi üzrəödənilməmiş 108000 manat icarə haqqının da ödənilməsini tələb etmişdir. Belə ki, tərəflər arasında icarə müqaviləsi 31 avqust 2017-ci il tarixində bağlanmış, müqavilənin bağlandığı tarixdən iddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun təqdim edildiyi tarixə qədər 6 il, 72 aylıq müddət keçmişdir. Hesabdan çıxarışməlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçıya icarə haqqı məbləği kimi 30000 manat ödəniş edilmişdir, həmin ödəniş isə 15 aylıq müddəti əhatə etdiyindən geridə qalan57 ay üçün cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Cavabdeh MMC tərəfindən bu halın əksini təsdiq edən, yəni digər aylar üzrə də icarə haqqının ödənilməsi ilə bağlıheç bir sübut təqdim olunmamışdır.
24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, AR MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin digər vəkili apelyasiya şikayətinə əlavə edilən sübutları birinci instansiya məhkəməsində təqdim etməmiş, həmin hallarla bağlı araşdırılma aparılmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyin imperativ normalarından biri odur ki, sübutlar istisna hallar nəzərə alınmadan birinci instansiya məhkəməsində hazırlıq iclası yekunlaşana qədər təqdim edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin səhvlərini aşkara çıxara bilən səlahiyyətli məhkəmədir, yeni sübutları araşdıran məhkəmə instansiyası deyil, əks təqdirdə 3 pilləli məhkəmə sisteminin mahiyyəti və əhəmiyyəti qanunla müəyyən edilməzdi. Qanunvericiliyin imperativ normasını rəhbər tutaraq məhkəmə kollegiyası cavabdeh tərəfindən yeni təqdim edilən sübutları qəbul etməmiş, qəbul edilməmiş sübutlara istinad edilməsi isə qeyri-mümkündür. Digər tərəfdən qəbul edilməyən sübutlar arasında icarə haqqının ödənilməsi ilə bağlı sübutlar təqdim edilməmiş, iş materiallarına həmçinin icarə haqqının ödənilməsi ilə bağlı sübutlar birinci instansiya məhkəməsində əlavə edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, iddia tələbinin artırılması iddiaçıya AR MPM-nin 53-cü maddəsi ilə verilmiş hüquqdur, bu hüquqdan istifadə edilməsi, icarə haqqı borcunu əvvəldən tələb etməməsi cavabdehin icarə borcunun olmadığı anlamına gəlmir. İddiaçı tərəfindən pretenziya qaydasında riayət edilmiş, icarə sahəsini tərk etmək xahiş olunmuşdur. Məhz icarə haqqının pretenziyada tələb edilməməsi icraata xitam verilməsi üçün əsas deyil. Belə ki, AR MPM-nin 261.0.9-cu maddəsi bu şərti tələb etmir. Həmin normanın məzmununa əsasən mübahisə ilə bağlı müəyyən qaydaya əməl edilməsi kifayət edir. Mübahisə icarə münasibətləri ilə bağlı olduğu üçün icarə sahəsindən çıxarılma ilə bağlı pretenziya məktubu cavabdehə təqdim edilmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2512/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.