Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-95/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı ödənilmiş pulun reqres qaydada tutulması” tələbinə dair kommersiya işi Açar söz: ödənilmiş pulun reqres qaydada tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndələri X7 və Nümayəndə3 iştirakları ilə, iddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı ödənilmiş pulun reqres qaydada tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3482/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, xx.xx.2012-ci il tarixdə X8 idarə etdiyi “Daewoo” markalı, AZ-**-TF-*** dövlət nömrə nişanlı sərnişin avtobusu idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, avtobusu qatarın altına sürmüş, nəticədə sərnişinlərdən xəsarət alanlar və vəfat edənlər olmuşdur. Hökmdən görünür ki, hadisənin baş verməsində eyni zamanda "xxxx" QSC-nin işçisi Eyyub İsmayılov təqsirli olmuşdur. O dəmir yolu nəqliyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının təmin olunması üzrə yerinə yetirdiyi işlə əlaqədar müvafiq normativ qaydaları pozması nəticəsində Ağstafa-Bakı sərnişin qatarı ilə X8 idarə etdiyi “Daewoo” markalı Az- **-TF-*** dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşmuşdur.
2. Hadisədə vəfat etmiş Azər Əliyevin anası Zümrüd Əliyeva cavabdeh "xxxx" QSC-nə qarşı 3.000.000 manat mənəvi ziyanın ödənilməsi ilə əlaqədar iddia qaldırmış, Azərbaycan Respublikasl Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5817/2021 nömrəli qərarından görünür ki, iddia qismən təmin olunaraq "xxxx" QSC-dən vurulmuş mənəvi zərərin əvəzi kimi 20.000 manat məbləğində pulun Əliyeva Zümrüd Gəncəli qızının xeyrinə tutulması qərara alınmışdır.
3. Həmin qərarda qeyd olunmuşdur ki, iddiaçının çəkdiyi mənəvi zərərin əvəzini tam olaraq birgə borclu "xxxx" QSC-dən tələb etmək hüququ vardır. Bu hal zərərin əvəzini ödəyəcək "xxxx" QSC-nin digər zərərvuranlardan təqsirin dərəcəsinə uyğun məbləğdəki hissəni reqres qaydada tələb etmək hüququnu aradan qaldırmır.
4. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən "xxxx" QSC tərəfindən 20.000 manat Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi vasitəsi ilə Əliyeva Zümrüd Gəncəli qızına ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dəmir Yolları” QSC tərəfindən mənəvi ziyanın əvəzi olaraq Əliyeva Zümrüd Gəncəli qızına ödənilmiş 20 000 (iyirmi min) manat məbləğində vəsaitin 10 000 (on min) manatının və ödənilmiş dövlət rüsumu olaraq 120 (bir yüz iyirmi) manat, cəmi 10 120 (on min yüz iyirmi) manat pulun reqres qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixində 124 saylı marşrutla hərəkət edən X8 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “DAEWOO” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qatarın toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirkar olan "xxxx" QSC-nin (ADY) İnfrastruktur departamentinin 3 nömrəli Ələt yol sahəsinin keçid növbətçisi vəzifəsində işləyən X3 və avtobusun sürücüsü X11 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə hər biri ayrı-ayrılıqda 8 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Hadisə nəticəsində vəfat etmiş X6 anası Əliyeva Zümrüd Gəncəli qızı ADY-yə qarşı iddia qaldıraraq mənəvi zərər olaraq 3 000 000 (üç milyon) manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5817/2021 nömrəli qərarı ilə Əliyeva Zümrüd Gəncəli qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 24 may tarixli 2(103)-5112/2021 nömrəli iş üzrə qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul olunmuşdur. İddianın qismən təmin edilməsi, ADYdən vurulmuş mənəvi zərərin əvəzi kimi 20 000 manat məbləğində pul tutularaq Əliyeva Zümrüd Gəncəli qızına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd edilən qərarda, iddiaçının çəkdiyi mənəvi zərərin əvəzini tam olaraq birgə borclu ADY-dən tələb etmək hüququ olduğunu, lakin bu halın zərərin əvəzini ödəyəcək ADY-nin digər zərərvuranlardan təqsirin dərəcəsinə uyğun məbləğdəki hissəni reqres qaydada tələb etmək hüququnu aradan qaldırmadığını qeyd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə baş vermiş hadisədə ADY-nin əməkdaşı ilə birlikdə "xxxx" MMC-nin əməkdaşı olan X8 da birgə məsuliyyət daşıdığı təsdiq olunmuşdur.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz edərək, məhkəməyə izahatında qeyd etmişdir ki 2012-ci il tarixində “3 BAM“ MMC-nin 124 saylı marşrut xətti üzrə işləyən Daewoo BC 212 MA markalı 10-TF427 dövlət nömrə nişanlı avtobusun sürücüsü Lokbatan-şəhər istiqamətində hərəkətdə olarkən 31 avqust 2012-ci il tarixində səhər saat 07 radələrində nizamlanan dəmiryol keçidinə yaxınlaşan zaman şlaqbaumun dəmiryol işçisinin məsuliyyətsizliyi ucbatından açıq olduğunu nəzərə alıb sağ tərəfdən keçidə yaxınlaşan qatarın gəlməsinə diqqət yetirmədən, əhəmiyyət vermədən keçiddən keçmişdir. Nəticədə dəhşətli hadisə baş vermiş və bu hadisə respublikada böyük əks-sədaya səbəb olmuşdur. Hadisə nəticəsində 6 ölü və 29 yaralı olmuşdur. Hadisəyə əsas səbəb şlaqbaumun açıq olması və hadisənin baş vermə səbəbi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin işçisinin günahı olduğu qeyd edilmiş, yol-nəqliyyat hadisəsinin baş verməsində “3 № li "xxxx" MMC-nin heç bir günahı olmamışdır. Belə ki, avtobus tam saz vəziyyətdə yola buraxılmış, sürücü isə reysqabağı tibbi müayinədən keçirilərək təlimatlandırılmış və heç bir nasazlıq bu hadisəyə səbəb olmamışdır. Avtobus tənzimlənən yol keçidindən keçərkən şlaqbaum açıq olmuşdur. Eyni zamanda həmin hadisə nəticəsində "xxxx" MMC-nin balansında olan avtobus tam yararsız vəziyyətə düşdüyü səbəbindən kifayət qədər balans dəyəri olan avtobusun bərpası mümkün olmamışdır. “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirərkən sərnişinlərin həyatına və ya sağlamlığına vurulmuş zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin təsiri nəticəsində baş verdiyini sübut edə bilmədikdə daşıyıcı vurulmuş zərərə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu hadisədə sürücü X9 və Dəmiryol QSCnin işçisi, şlaqbaun ötürücüsünün səhlənkarlığı nəticəsində hadisənin baş verməsi tam təsdiqini tapdığından günahkar olduğu sübuta yetirilmiş və hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunmuş və 9 il müddətinə həbs qəti imkan tədbiri verilmişdir. Bunları qeyd etməklə “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi’' MMC-nin bu hadisədə günahkar olmadığı aşkar olunur. Həmin dövrdə zərərçəkənlərə və onların ailələrinə hərtərəfli yardımlar göstərilmişdir. Hətta həmin hadisədə zərərçəkənlərdən 1 nəfəri iki ayağını itirmiş qadın Nəsirova Sevdaya hal-hazırda "xxxx" MMC tərəfindən Yasamal rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(004)-4399/12 nömrəli qərarına əsasən hər ay 450.00 manat və əsas bayramlar üçün isə əlavə olaraq 100 manat müavinət ödənilir. Həmin hadisədə zərərçəkənlərdən biri də müəssisəyə iddia qaldırmış X1r. Həmin məhkəmə prosesi hələ də davam edir. Həmin hadisədə zərərçəkənlərdən biri də X6 anası Əliyeva Zümrüd Gəncəli qızı olmuşdur. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə (ADY QSC) qarşı iddia qaldıran həmin vəkil olmuşdur, o həmin iddiada 3.000.000 (üç milyon) manat təzminat istəmişdir. Ancaq məhkəmə 20.000 manat təzminat ödənilməsi barədə qərar çıxarmışdır və ADY QSC tərəfindən 20.000 (iyirmi min) manat vəsait Əliyeva Zümrüd Gəncəli qızına ödənilmişdir. Bununla əlaqədar ADY QSC həmin məbləği 3 BAM MMC ilə bölüşdürərək müəssisədən 10.000 (on min) manat vəsaitin onlara qaytarılması məqsədilə müraciət etmələri düzgün deyil. Qeyd edilən zərərçəkənin anasının qaldırdığı işlə bağlı ADY QSC tərəfdən ödənilən təzminatın cavabdeh müəssisəyə aidiyyatı olmamalıdır. Çünki "xxxx" MMC-yə həmin hadisə ilə əlaqəli qaldırılan iddialardan və məhkəmələrin çıxardıqları qərarlardan ADY QSC müvafiq şöbələrinin məlum məsələdir ki, xəbərləri olmamışdır. Həmin sözügedən məhkəmə prosesində "xxxx" MMC-nin nümayəndəsi dəvət olunmamışdır və bu proses yalnız ADY QSC qaldırılmış bir iddia hesab olunmalıdır. "xxxx" MMC Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinində fəaliyyət göstərərək və öz fəaliyyətini qanunvericiliyə əsasən və normativ hüquqi aktlara uyğun tənzimləyən bir dövlət qurumudur. "xxxx" MMC ötən illərdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli xx-xx-0004 nömrəli məktubuna əsasən sərnişindaşıma fəaliyyəti tam dayandırılmışdır. Marşrut xətləri BNA tərəfindən digər daşıyıcıların istifadəsinə verilmişdir. Həmin dövrdə 115 işçisi olan müəssisədə hal-hazırda 6 nəfər işçi fəaliyyət göstərir ki, o da müəssisənin əmlakının qorunması və başqa maliyyə sənədlərinin yaxın vaxtda harasa təhvil verilməsi məqsədi üçündür. Azərbaycan Respublikası Prezidentinin 1463 nömrəli xx/xx-2021-ci il tarixli Fərmanına əsasən "xxxx" MMC digər bəzi qurumlarla birlikdə ləğv edilmişdir. Müəssisənin maliyyə vəsaiti olmadığından 6 nəfər işçi üçün də əmək haqqının verilməsində ciddi çətinliklər vardır. Cavabdehin nümayəndəsi qeyd edilənlərin nəzərə alınmasını iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3482/2022 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “DAEWOO” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qatarın toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, cavabdhin işçisinin törətdiyi mülki hüquq pozuntusu nəticəsində X10 və digər şəxslər vəfat etmişdir. Bununla bağlı olaraq, Əliyeva Zümrüd Gəncəli qızı vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5817/2021 nömrəli qərarı əsasında 20.000 manat mənəvi zərər "xxxx" QSC tərəfindən ödənilmişdir.
10. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi sürücünün və iddiaçının əməkdaşının səhlənkarılığı ucbatından baş vermiş, cavabdehə qarşı iddia tələbinin əsası yoxdur.
11. Məhkəmə qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi törədilmiş X8 idarə etdiyi “Daewoo” markalı, AZ-**-TF-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun 3 № li "xxxx" MMC-yə məxsus olması və X8 qeyd olunan MMC-nin əməkdaşı olması işin mübahisəsiz halı olduğundan iddiaçı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.
12. Məhkəmə bir tərəfdən iddiaçı tərəfindən 20.000 manat məbləğində mənəvi zərərin tam olaraq ödənildiyini, digər tərəfdən isə iddiaçının digər zərərvuranlardan təqsirin dərəcəsinə uyğun məbləğdəki hissəni reqres qaydada tələb etmək hüququnu nəzərə alaraq hesab etmişdir ki, 10.000 manat məbləğində ödənilmiş mənəvi zərər reqres qaydasında cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinine 09 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-3482/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.20212-ci il tarixdə "xxxx" QSC-nin işçisi Eyyub İsmayılov dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismar qaydalarının təmin olunması üzrə yetirdiyi işlə əlaqədar müvafiq normativ qaydaları pozması nəticəsində Ağstafa-Bakı sərnişin qatarı ilə Fərid Ağayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu toqquşmuş və nəticədə bir neçə şəxs aldıqları bədən xəsarətlərindən ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(101)-248/2013-cü il tarixli hökmü ilə 10-TF427 saylı avtobusun sürücüsü X11 8 il və "xxxx" QSC-nin qorunan keçiddə keçid növbətçisi olan X3 isə 9 ilə müddətində azdlıqdan məhrumetmə cəzasına məhkum olmuşlar. Qeyd edilən cəzalardan göründüyü kimi, məhkəmə "xxxx" QSC-nin qorunan keçiddə, keçid növbətçisi olan X2 törətdiyi cinayət əməli avtobusun sürücüsü Fərid Ağayevin törətdiyi cinayət əməlindən daha ağır qiymətləndirmiş və nəticədə ona daha ağır cəza vermişdir. Buna səbəb o, olmuşdur ki, "xxxx" QSC-nin qorunan keçiddə keçid növbətçisi vəzifəsində işləyən X3 vəzifə təlimatı və Azərbaycan Respublikası “X13” Qanuna əsasən onun üzərinə düşən vəzifələri icra etməyərək, dəmir yol keçidində olan şlaqbaumu bağlamamış, yolu keçmək istəyən avtomobilləri qatarın yaxınlaşması barədə vaxtında məlumatlandırmamışdır. Nəticədə, qeyd edilən yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin, məhkəmə bunu, yanı iddiaçının işçisinin avtobus sürücüsündən əməlinin daha təhlükəli olmasını nəzərə almayaraq həmin yol-nəqliyyat hadisəsi zamanı ailə üzvünü itirməsi ilə əlaqədar mənəvi ziyan almış Əliyeva Zümrüd Gəncəli qızına mənəvi ziyan müqabilində "xxxx" QSC tərəfindən ödənilmiş 20 000 (iyirmi min) manat vəsaitin 10000 (on min) manat və ödənilmiş dövlət rüsumu olaraq 10120 (on min yüz iyirmi) manat məbləğin "xxxx" MMC-dən tutulması barədə qeyri qanuni qətnamə qəbul etmişdir. Bu zaman məhkəmə hansı səbəbdən ödənilmiş 20000 (iyirmi min) manat mənəvi ziyanın yarısının cavabdehdən tutulmasını izah etməmişdir. Həmçinin, məhkəmə prosesi zamanı məhkəmə qeyd edilən yol-nəqliyyat hadisəsində cavabdehin heç bir günahının olmamasını, sürücünün reysqabağı tibbi müayinədən keçirilərək təlimatlandırıldığını nəzərə almamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndələri X7 və Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.
13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 15.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3482/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materiallarına əlavə edilmiş məhkəmə aklarından görünür ki, "xxxx" QSC-dən xeyrinə 20.000 manat mənəvi ziyan tutulmuş Əliyeva Zümrüd Gəncəli qızının oğlunun öldüyü yol nəqliyyat hadisəsinin baş verməsində 3 № li "xxxx" MMC-yə məxsus “Daewoo” markalı, AZ-**-TF-*** dövlət nömrə nişanlı sərnişin avtobusun sürücüsü X11 da təqsirli olmuş, həmin şəxs bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 8 il azadlıqdan məhrum etmə cəzasına məhküm edilmişdi.
18. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, məhkəmə qeyd edilən yol-nəqliyyat hadisəsində cavabdehin heç bir günahının olmamasını, sürücünün reysqabağı tibbi müayinədən keçirilərək təlimatlandırıldığını nəzərə almamışdır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.
20. Məhkəmə kollegiyası MM-nin 1099-cu maddəsinin tələbini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarını və Azərbaycan Respublikasl Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5817/2021 nömrəli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində "xxxx" QSC-nin işçisi ilə yanaşı eyni zamanda cavabdeh "xxxx" MMC-nin işçisi də məsuliyyət daşıdığından hadisədə vəfat etmiş X6 anası Əliyeva Zümrüd Gəncəli qızına ödənilmiş 20.000 manat mənəvi ziyanın 10.000 manatının cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır.
21. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmənəli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3482/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3482/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.