Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-951/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya işi Açar söz: icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi X11 iştirakı ilə (qətnamənin elanı zamanı), ilk iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 MMCyə və Cavabdeh2 MMC-yə qarşı “pul vəsaitinin ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2- 2(113)-2980/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin işdəki xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllədə yerləşən 5 saylı taksi parkının əsasında Cavabdeh1 ATSC yaradılmış və 5 saylı taksi parkının əmlakı özəlləşdirilmişdir. Azərbaycan Respublikası DƏK DƏİİ tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib və təsdiq edilmiş texniki pasportda Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Neft prospekti, 30/68 ünvanında yerləşən ümumi faydalı sahəsi 26996,1 kv.m olan qeyriyaşayış sahəsinin mülkiyyətçi kimi Cavabdeh1 ATSC qeyd olunmuşdur.
2. Cavabdeh1 ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023- cü il tarixli 01 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 11700 kv.m. olan obyekt hər ay üçün 5000 manata icarəyə verilmişdir. Müqavilənin 6.4.11-ci bəndinə əsasən icarəçinin obyekti subicarəyə vermək hüququ nəzərdə tutulmuşdur. İcarə müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaya əsasən müqavilənin 7.1-ci maddəsi dəyişdirilərək müqavilə müddəti 10 il müəyyən olunmuşdur.
3. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, H-5 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən, ümumi sahəsi 2000 kv.m olan ticarət obyekti ƏDV daxil olmaqla kv.m. üçün 2 manat həcmində icarə haqqı ödənilməklə bir il müddətinə icarəyə verilmişdir.
4. Müqavilənin 6.4.4-cü bəndinə əsasən icarəçi arxitektur bütünlüyü pozmamaq şərti ilə icarə obektinin cari təmiri həyata keçirir və onu istismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütünlüyünün qismən dəyişdirilməsi icarəyə verənin razılığı ilə və icarəçinin öz vəsaiti hesabına həyata keçirilə bilər. Müqavilə ləğv olunduqda isə icarəçi heç bir tələb irəli sürə bilməz.
5. İddiaçı MMC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, H- 00005 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən, ümumi sahəsi 2500 kv.m olan ticarət obyektini iki il müddətinə hər kv.m üçün 2 manat (ƏDV-siz) ödənilməklə icarəyə verilmişdir.
6. Müqavilənin 6.4.4-cü bəndinə əsasən arxitektur bütünlüyü pozmamaq şərti ilə icarə obektinin cari təmiri həyata keçirir və onu istismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütünlüyünün qismən dəyişdirilməsi icarəyə verənin razılığı ilə və icarəçinin öz vəsaiti hesabına həyata keçirilə bilər. Müqavilə ləğv olunduqdua isə icarəçi heç bir tələb irəli sürə bilməz.
7. Müqavilənin 6.4.13-cü bəndinə əsasən icarəçi icarə obyektinin istismarı ilə bağlı kommunal xərclərin (su, qaz, elektrik enerji, kanalizasiya) ödənilməsini təmin edir.
8. Müqavilənin 7.5-ci bəndində icarəyəverənin aşağıdakı hallarda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ nəzərdə tutulmuşdur: 2.1 bəndində qeyd olunan həcmdə icarə haqqı 2.2 bəndi ilə müəyyən olunan qaydada (hər ay qabaqcadan nağd və ya köçürmə yolu ilə ödəniş) ödənilmədikdə;
9. – müqavilənin 2.3, 5.2, 5.3, 5.4-cü bəndləri ilə müəyyən olunan müqavilə şərtlərinə icarəçi tərəfindən əməl edilmədikdə.
10. Müqavilənin 2.3-cü bəndinə əsasən icarə haqqı ödənişinin 5 təqvim günü müddətindən artıq bir müddətə gecikdirilməsinə yol verilmir.
11. Müqavilənin 7.6-cı bəndinə əsasən 7.5 bəndi ilə müəyyən olunan əsaslarla müqavilə ləğv edildikdə ödənilmiş icarə haqqı İcarəçiyə geri qaytarılmır.
12. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında кazılaşmaya əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli H00005 saylı müqavilə qüvvədə olduğu müddət ərzində fəaliyyəti ilə əlaqədar olaraq X14 yaranacaq digər xərclər üçün Cavabdeh3 MMC-yə 7500 manat məbləğində ödəniş edəcəyi barədə razılıq əldə etmişlər.
13. İcarəyə verilmiş 5-ci mərtəbəyə məxsus elektrik sayğacının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi göstəriciləri iş materiallarına əlavə edilmişdir.
14. Cavabdeh2 MMC-nin və Cavabdeh3 MMC-nin kassa ödəmə qəbzlərindən görünür ki, Nəzirov Eldar tərəfindən müxtəlif ayların icarə haqqı təyinatı üzrə nağd ödənişlər edilmişdir.
15. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş qaydalarına əməl etmədiyi, xx.xx.2023-cü il tarixə qədər əlavə vaxt təyin edildiyi, növbəti aylarda eyni halın təkrarlanacağı halda icarə müqaviləsinin müvafiq maddəsinə uyğun olaraq icarə müqaviləsinə tərəflərindən xitam veriləcəyi qeyd olunmuşdur.
16. İddiaçı MMC-nin baş direktorunun xx.xx.2023-cü il tarixli izahatında tanış olub qəbul etdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən müəssisə qarşısında olan ödəniş öhdəliyini yerinə yetirmək üçün ona əlavə təyin olunmuş xx.xx.2023-cü il tarixdə ödəyəcəyinə söz verdiyi halda, vaxtında yerinə yetirə bilmədiyini qeyd edərək ona əlavə 1 gün vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda gecikmə səbəbindən müəssisənin əlavə faiz ödənişi məbləği olan 382,60 manat ödəyəcəyini üzərinə götürmüşdür.
17. Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən 01 Mart 2023-cü il tarixli H-00005 No -li “İcarə Müqaviləsi”nin 2.1-2.5, 5.1-5.4 və.s maddələrinə zidd olaraq öhdəliyin zamanında cavabdeh tərəfindən yerinə yetirilməməsində müəssisəyə yaradılan problemlər və eyni zamanda icarə obyektində dəfələrlə yol verilən xətaların, məsuliyyətsizliyin nəticəsi olaraq ümumi kompleksin binasına və digər icarədarların mal-materialına dəymiş zərərlə əlaqədar, nəticədə isə müəssisənin mənafeyninə, işgüzar nüfuzuna xələl gətirən davranışlara yol verdiyi üçün cavabdehə müxtəlif vaxtlarda şifahi və yazılı xəbərdarlıqlar edilmiş, bununla bağlı problemlərin aradan qaldırılması və daha məsuliyyətli yanaşması tapşırıq edilsə də, bu günə kimi həmin problemləri yaratmağa, müəssisənin əleyhinə hərəkətlər etməyə davam edir, növbəti dəfə məsuliyyətsiz yanaşma nəticəsində digər mərtəbələrdə problemlər yaranmışdır (sanitar qovşağı, mətbəx, su çəni, buz soyuducsunun düzgün istifadə edilməməsi nəticəsində fəaliyyət göstərdi mərtəbədən digər mərtəbələr su sızması). Baş vermiş problemlə əlaqədar dəymiş zərərin bir qisminin ödənilməsi və sanitar qovşağının təmiri üçün mütəxəssis tərəfindən təyin edilmiş məbləğin tərəfindən ödənilməsi tələb edilsə də yerinə yetirməkdən boyun qaçırdığı və bu kimi halların yenidən baş verməsinin qarşısını almaq üçün, eyni zamanda ona şifahi və eləcə də yazılı olaraq ünvanladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublara əsasən İcarə müqaviləsinə müvafiq maddəyə uyğun olaraq xitam verilməsi, bu icarə obyektində cavabdehin fəaliyyətinin dayandırılmasına qərar verilməsinə baxmayaraq, növbəti dəfə güzəşt edilərək, onun və subicarədarın nümayəndələrinin müəssisə rəhbərliyinə etdiyi müraciətləri nəzərə almış və fəaliyyətinə müəyyən şərtlər daxilində davam edilməsinə qərar verilmişdir. Gələcəkdə icarə müqaviləsinin 2.1-2.5, 5.1-5.4 maddələrinə zidd olan bu kimi halların bir daha yol veriləcəyi təqdirdə, xx.xx.2023-cü il tarixə qədər təyin edilmiş 1500 manat məbləğin ödəniləcəyi halda 01 Mart 2024-cü il tarixə qədər davam edə biləyəci, əks halda fəaliyyətinin tam dayandırılaraq müəssisə tərəfindən yalnız daşınma üçün müəyyən müddət təyin ediləcəyi qeyd olunmuşdur.
18. xx.xx.2023-cü il tarixli akta əsasən icarəçi İddiaçı MMC H-00005 nömrəli icarə müqaviləsinin 2.1-2.5, 5.1-5.4 və s. maddələrinə dəfələrlə riayət etmədiyindən və nəticədə ticarət kompleksinin ümumi binasına dəymiş zərərlə əlaqədar təmir işlərinin aparılması zərurəti yarandığı üçün, icarəçi müəssisənin təsisçisi Eldar Nəsirovun zərərin bir qismini qarşılamaq məqsədi ilə 1500 manat məbləğin ödənilməsini üzərinə götürdüyü və imzası ilə aktı təsdiq etmişdir.
19. Cavabdeh3 MMC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024- cü il tarixli bildirişinə əsasən bu günə qədər cavabdeh "xxxx" MMC-nin aldığı bildiriş və xəbərdarlıq məktublarında qeyd edildiyi kimi tərəfindən fəaliyyəti ilə bağlı və eyni zamanda icarə obyektində ciddi xətalara yol verməklə icarə müqaviləsinin əsas maddələrini dəfələrlə pozmuş, müəssisənin işgüzar nüfuzuna ciddi xələl gətirmiş, müəssisə ilə yanaşı həmçinin kompleksdə fəaliyyət göstərən digər icarədarların narazılıq və narahatçılığına səbəb olmaqla, maddi -mənəvi zərər vurulmuş, bu səbəbdən ən son 27 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunda qeyd edildiyi kimi, cavabdehin müraciəti nəzərə alınaraq bir daha bu hallara yol verməmək şərti ilə 2024- cü ilin Mart ayına qədər fəaliyyətinə icazə verilmiş, Mart 2024-cü il tarixdən etibarən H00005 No-li icarə müqaviləsinə xitam veriləcəyi öncədən bildirilmişdir. Lakin cavabdeh tərəfindən söz verilməsinə baxmayaraq bu hallara bu günə kimi dəfələrlə yol verilmiş, buna isə hər dəfə cavabdeh tərəfindən subicarədar olan “By Fateh” adlı məkanın qeyriprofessional fəaliyyət göstərməsini, həmin icarədarın rəhbər və digər əməkdaşlarının məsuliyyətsizliyini və.s hərəkətlərini səbəb göstərsə də, cavabdeh MMC tərəfindən nə üçün indiyə qədər onlar haqqında tədbir görmədiyini sual edilsə də, əsaslı bir cavab almamış, o cümlədən İcarə müqaviləsinin Maddə7-7.8 bəndinə əsasən ümumi icarə obyektinin fəaliyyəti ilə bağlı müəssisə qarşısında cavabdeh MMC-nin tam məsuliyyət daşıdığını bildirildiyi, həmçinin növbəti məsuliyyətsizliyi nəticəsində 2024cü il 15 Fevral, ofis və digər icarədarların qeyri-iş saatlarında işçi məsuliyyətsizliyi səbəbindən 5-ci mərtəbədən digər mərtəbələrə su sızması baş vermiş və baş ofislə yanaşı D3 mərtəbədə yerləşən icarə obyektinə və həmin obyektdə fəaliyyət göstərən sahibkara növbəti dəfə maddi və mənəvi zərər dəymiş, həmin mağazada satış üçün nəzərdə tutulmuş məhsulların, mağazanın mebel və kassa avadanlığı sıradan çıxartmaqla ciddi zərərə səbəb olmuş, bundan öncə həmin icarədar müəssisəyə qarşı etik normalara riayət etmək səbəbilə yalnız şifahi narazılığını bildirmiş, başqa tələbi olmasa da müraciət şikayət elməsə də, cavabdeh tərəfindən bundan öncə dəymiş maddi-mənəvi zərər heç bir şəkildə qarşılanmamış, bundan əlavə 15 Fevral 2024-cü il tarixdə su sızması nəticəsində həmin sahibkara dəymiş zərərin dəyəri 11400 manat olduğu, belə ki, zərərçəkmiş sahibkarın yazılı müraciətinə əsasən sıradan çıxmış məhsullar- 1 ədəd FOS Terminal aparatı, mağazanın mebel avadanlığı, müxtəlif qiymətlərdə 15 ədəd kişi kostyum dəsti və 11 ədəd digər geyim çeşidlərindən ibarət olduğu, bu məhsullara müəssisənin və mağazanın əməkdaşları ilə bir yerdə yerində baxış keçirildiyi, tamamilə yararsız halda olduğunun məlum olduğu, dəymiş zərərin (11400 manat) 19 fevral 2024-cü il tarixə qədər ödəməyi cavabdeh İddiaçı MMC-dən tələb etdiyi və ödəniş olunmadığı təqdirdə haqqında tədbir görüləcəyi qeyd olunmuşdur.
20. İşdə olan xx.xx.2023-cü il tarixli H-00005 saylı icarə müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli bildirişdən göründüyü kimi Cavabdeh3 MMC ilə İddiaçı MMC arasında olan xx.xx.2023-cü il tarixli, H-00005 saylı icarə müqaviləsinə xitam verildiyi və 5 iş günü ərzində icarə obyektində mal-material, avadanlıq üzrə sayım aparıldıqdan, öhdəliklər üzrə borclar yerinə yetirildikdən sonra icarəçiyə icarə müqaviləsində qeyd edilən maddələrə uyğun olaraq ona aid olan avadanlıqların daşınmasına icazə veriləcəyi qeyd olunmuşdur. İcarə müqaviləsi və razılaşmaya əsasən bu günə olan icarə haqqı və ƏDV üzrə öhdəlikləri, əlavə olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək kommunal borcların ödənilməsi tələb edilmişdir.
21. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə icarə haqqının ödənişi üçün xx.xx.2023cü il tarixli EBDC372828 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDD274409 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDE648286 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDG245996 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDG936849 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDL170923 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDN490193 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDP543494 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDE648286 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDR802488 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDU162552 saylı eqaimə,xx.xx.2024-cü il tarixli EBDW489389 saylı e-qaimə, xx.xx.2024-cü il tarixli EBDY124516 saylı e-qaimələr göndərilmişdir.
22. "xxxx" ASC-nin hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixə 5000 manat, xx.xx.2023-cü il tarixə 5000 manat, xx.xx.2023-cü il tarixə 1750 manat, xx.xx.2023-cü il tarixə 1750 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə iki dəfə 5000 manat xx.xx.2023-cü il tarixli müqavilə üzrə icarə haqqı ödənişləri edilmişdir.
23. xx.xx.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışa əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixə 900 manat, xx.xx.2023-cü il tarixə 900 manat, xx.xx.2023-cü il tarixə 900 manat, xx.xx.2023-cü il tarixə 820 manat, xx.xx.2023-cü il tarixdə 820 manat, xx.xx.2023-cü il tarixdə 900 manat və 80 manat icarə haqqı ödənişiləri üzrə ƏDV ödənişləri edilmişdir.
24. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli hesab ödəniş vərəqinə əsasən ”X8” MMC-nin 11237, 88 manat borc qalığı qeyd olunmuşdur.
25. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 21 saylı hesab fakturasına əsasən ”X8” MMC-nin cəmi borc 226,50 manat qeyd olunmuşdur.
26. Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixli, 019 saylı mühasibat arayışına əsasən İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixə qalıq borcu: İcarə haqqı- 13 735 manat, 2024 Fevral 3735 manat, 2024 Mart 5000 manat, 2024 Aprel 5000 manat, ƏDV öhdəliyi- 8100 manat, 2023 Avqust -900 manat, 2023 Sentyabr -900 manat, 2023 Oktyabr -900 manat, 2023 Noyabr -900 manat, Dekabr -900 manat, Yanvar -900 manat, 2024 Fevral - 900 manat, 2024 Mart -900 manat, 2024 Aprel-900 manat, Razılaşma üzrə -15 000 manat, 2024 Mart-7500 manat, 2024 Aprel-7500 manat, Azərışıq kommunal üzrə -4504 manat, 2024 Mart -2384 manat, (7139,207-6956,662) *120*0,11 2024 Aprel-2120 manat (7299,835-7139,207)*120*0.11, Azərsu kommunal 284 manat, 2024 Mart -84 manat, 2024 Aprel-200 manat, Azəriqaz kommunal 922.75 manat, 2024 Fevral -390,5 manat, 2024 Mart-532,25 manat olmaqla cəmi borcu 42545,75 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
27. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2ndən, “Ticarət binası”nın 5-ci mərtəbəsinin üstündə qanunsuz olaraq tikilmiş, ticarət binasının 6-cı mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində “Əyləncə mərkəzi”nin təmiri və avadanlıqlarının alınması üçün xərclənmiş 299.600 manatın İddiaçı xeyrinə tutulmasına dair, eləcə də, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2ndən, Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin bağlanması üçün X5 tərəfindən nəğd olaraq alınmış 20.000 manatın İddiaçı xeyrinə tutulmasına dair, həmçinin, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2ndən, “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmiş xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi əsasında 13 ay müddətində X5 tərəfindən icarə haqqı adı ilə nəğd olaraq alınmış 52000 manatın, eyni zamanda, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, “X10” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən, Cavabdeh3 ilə, İddiaçı arasında 01 mart 2023-cü il tarixli H- 00005 №-li İcarə müqaviləsinin bağlanması üçün X2 nəğd olaraq almış olduğu 5.000 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3ndən, 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsi əsasında, icarə haqqı adı ilə köçürmə və nəğd olaraq almış olduqları 60000 manatın, o cümlədən, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3ndən “Razılaşma” adı ilə nəğd olaraq almış olduqları 215.315 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, “X10” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən kommunal xərcləri adı ilə almış olduqları 5400 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, “X10” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən faiz adı ilə almış olduqları 2000 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən xx.xx.2023-cü il tarixli “Bildirişlə” hədə-qorxu gələrək almış olduqları 1500 manatın, digər tərəfdən də, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən məhkəmə rüsumu olaraq ödənilmiş 937 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, “Elite” Ticarət Mərkəzində fərdi sahibkarlıq fəaliyəti ilə məşğul olmuşdur. Sonradan təsis etdiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin də fəaliyyəti “Elite” Ticarət Mərkəzində olmuşdur. Belə ki, hüquqi şəxsi təsis edəndən sonra, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, uzun illər ərzində, Bakı şəhəri Binəqədi rayonu Dərnəgül şossesi, Neft prospekti 3068-ci məhəllə ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur, hazırda da məşğul olmaqdadır. X7” Məhdud Məsuliyyətli Cəmiyyəti, direktoru X2 şəxsində, onun rəhbərlik etdiyi İddiaçı ilə xx.xx.2020-ci il tarixli, D-3-136 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə imzalayaraq, Ticarət binasının 3-cü mərtəbəsində yerləşən 136 saylı ticarət obyektini ona icarəyə vermişdir. Cavabdeh2, direktoru X2 şəxsində, onun rəhbərlik etdiyi İddiaçı ilə xx.xx.2021-ci il tarixli, D-3-60 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə imzalayaraq, Ticarət binasının 3cü mərtəbəsində yerləşən 60 saylı ticarət obyektini ona icarəyə vermişdir. Beləliklə, iki cəmiyyət arasında, eləcə də aralarında işgüzar münasibətlər yaranmışdır. Həmin vaxt, "xxxx" ASC-nin sahibliyində olan “Ticarət binası”nın beşinci mərtəbəsi istifadəyə yararsız vəziyyətdə olması ilə bağlı, boş bir sahə olaraq qalmışdır. O vaxt qərara gəlmişdir ki, bu sahəni götürüb təmir etsin, “Əyləncə mərkəzi” kimi işlətsin. Bu barədə Cavabdeh2 direktoru kimi tanıdığı X3 bu barədə demiş, razılığa gəlmiş və bu sahəni götürüb təmir etmişdir. Cavabdeh2 direktoru kimi tanınan X5, “Elite” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən, mahiyyətcə, "xxxx" ASC-nin sahibliyində olan “Ticarət binası”nın beşinci mərtəbəsində, əsaslı təmir edib yaradacağı “Əyləncə mərkəzi”nin İcarə müqaviləsini onunla bağlayacağı vədi ilə, 2021- ci ilin axırlarından başlayaraq ona təmir etdirmişdir. Nəticədə, “Əyləncə mərkəzi”ni təmir etdirmiş, təmir və avadanlıqlar üçün 283000 manat civarında vəsait xərcləmişdir. Yəni, mahiyyət etibarı ilə, bu vəsait, yuxarıda da qeyd edildiyi kimi, "xxxx" ASC-nin sahibliyində olan “Ticarət binası”nın 5-ci mərtəbəsində tikilərək, yaradılaraq əmələ gəlmiş “Əyləncə mərkəzi”nə xərclənmişdir. Təmirdən sonra, X5 bildirmişdir ki, X20 20.000 manat tələb edir, bu məbləğ tərəfindən X3 verilməlidir ki, X5, Cavabdeh2 direktoru kimi onun rəhbəri olduğu İddiaçı MMC ilə icarə müqaviləsi bağlasınlar. Əks halda, Sehranə Abdullayeva onunla müqavilə bağlamayacaqları ilə hədələmişdir. İddiaçı qənaətə gəlmişdir ki, mahiyyətini, səbəbini bilmədiyi, onların 20.000 manatla bağlı tələbini yerinə yetirsin. Sehranə Abdullayeva bildirmişdir ki, 20.000 manata dair ona sənəd verəcəklər. Beləliklə, bütün bunlara, X17 İddiaçı MMC arasında vasitəçi olmağa, ondan 20.000 manatı almağa, üstəlik Cavabdeh2 Direktor olaraq təmsil etməyə, bu cəmiyyətin adından İcarə müqaviləsi bağlamağa, icarə müqaviləsinə Cavabdeh2in möhürünü vurmağa, hər hansı bir hüququnun olub-olmadığını bilmədiyi halda, X5 20.000 manat pulu nağd olaraq almış, rəhbəri olduğu İddiaçı MMC ilə, “Əyləncə mərkəzi”nin 2000 kvadrat metrinin İddiaçı MMC-nin icarə olaraq istifadəsinə verilməsinə dair 01 fevral 2022-ci il tarixli H-5 saylı, “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə imzalamışdır. X1, 01 fevral 2022-ci il tarixli H-5 saylı, “Ticarət obyektinin icarəyə verilməsi haqqında” İcarə müqaviləsi əsasında da ondan, 2023-cü ilin mart ayına qədər, hər ay üçün 4000 manat pulu nəğd şəkildə almış, ona, üzərində, pulların guya müxtəlif təyinatlarına dair uydurmalar yazılmış kassa qəbzləri vermişdir. 2023-cü ilin mart ayı üçün də, yəni Cavabdeh3 MMC vasitəsilə, onun rəhbəri olduğu İddiaçı MMC ilə yeni, xx.xx.2023-cü il tarixli İcarə müqaviləsi bağlayana qədər, 4.000 manat, ümumikdə isə, artıq 52.000 manat pul almışdır. Bu pullar, yəni, 20.000 manat, 52.000 manat ondan, qanunun tələbi pozulmaqla alınmaları ilə yanaşı, həm də vergidən yayındırılmışlar. Bundan sonra, X5, 01 fevral 2022-ci il tarixli H-5 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilənin vaxtı bitdiyindən, 283.000 manat civarında vəsait xərcləyib təmir etdiyi “Əyləncə mərkəzi”nə dair onunla yeni icarə müqaviləsi imzalamaq istəməmiş, bununla onu qorxu altında saxlamışdır. Çünki, əks halda, o “Əyləncə mərkəzi”ni təmirinə və avadanlığına xərclədiyi 283.000 manatı itirmiş olacaqdı.. Yəni, bu onların, yəni X18 və onun Qanuni təmsilçi təyin etdirdiyi Sehranə Abdullayevanın istədikləri nəticəni almaq üçün, ondan pullar almaları üçün növbəti hədələri-oyunları olmuşdur. Müəyyən söhbətlərdən, hədələrdən sonra, Sehranə Abdullayeva ondan nağd olaraq 5.000 manat tələb edib nəğd olaraq almışdır. Bundan sonra isə tələb etmişdir ki, hər ay 5.000 manat pulu rəhbəri olduğu İddiaçı MMC-nin adından rəsmi olaraq icarə haqqı olaraq Cavabdeh3 MMC-yə ödəməli, üstəlik, imzalayacağı “Razılaşma” əsasında isə hər ay 10.000 manat pulu da Sehranə Abdullayevanın mühasibatlığına nağd olaraq verməlidir. Bununla yanaşı, İddiaçı MMC-nin adından rəsmi olaraq icarə haqqı olaraq Cavabdeh3 MMC-yə ödəniləcək 5.000 manat isə, İcarə müqaviləsində göstərilməyəcəkdir. Ancaq bu müqavilə ilə bağlı, ondan əlavə olaraq 5.000 manat da özü üçün verməyini tələb etmişdir. İddiaçı bu tələbin də əsasını bilməmiş, ancaq hazırkı vəziyyəti dərk edib, aldadıldığını bilib, onun 5.000 manatla bağlı tələbinə də razı olmuşdur. İddiaçı özbaşınalıq edən bu şəxslərin qanunazidd əməlləri qarşısında əlacsız qalıb, “Əyləncə mərkəzi”nə təmir və avadanlıqlar üçün xərclədiyi 283.000 manatı itirməmək üçün, X18 adından danışan, onun tapşırıqlarını yerinə yetirən X2 Qanuni təmsilçisi olduğu Cavabdeh3 MMC ilə, rəhbəri olduğu İddiaçı MMC arasında 2.500 kv.m sahənin 2 il müddətinə icarəyə verilməsinə dair 01 mart 2023cü il tarixli H-00005 №-li icarə müqaviləsini, müqavilədən əvvəl isə, Sehranə Abdullayevanın tələbi ilə, “Razılaşma”nı imzalamışdır. Beləliklə, ondan hər ay alınan 10.000 manatın alınmasına dair sübutlar-xəzinədarın yazıb imza etdiyi, üzərinə isə, Cavabdeh2 möhürü vurularaq ona verildiyi, üzərində, pulların guya müxtəlif təyinatlarına dair uydurmalar yazılmış kassa qəbzləri mövcuddur. Yəni, 01 mart 2023-cü il tarixindən bu günə qədər, ondan artıq olaraq, səbəbi, mahiyyəti, niyyəti məlum olmayan, külli miqdarda, 215.315 manatı nəğd olaraq alınmışdır.
29. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan qarşılıqlı iddia tələbinin həcmini artıraraq ilk iddianın təmin edilməməsi, 13735 manat icarə haqqının, 9 000 manat ƏDV-nin, 15000 manat binanın istismarı ilə bağlı xərcin, 4504 manat elektrik enerjisindən, 284 manat sudan və 922 manat qazdan istifadə üzrə borcun, cəmi 43445 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "X19" MMC-nin xeyrinə ödənilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "X19" MMC-yə geri təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
30. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə tərəflər yəni "X19" MMC (icarəyə verən) və "xxxx" MMC (İcarəçi) arasında, Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsinin icarəsinə dair, xx.xx.2023-cü il tarixli H 00005 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin şərtlərinə görə qeyri-yaşayış sahəsi iki il müddətinə qarşılıqlı iddia üzrə cavabdehin icarəsinə verilmiş, icarə obyektindən istifadəyə görə hər ay bir kvadrat metr üçün 2 (iki) manat müəyyən olmaqla, cəmi 5 000 (beş) min manat ƏDV xaric icarə haqqı müəyyən edilmişdir. İcarəçi, müqavilənin 6.4.3-cü yarımbəndinə əsasən 2-ci bəndi ilə müəyən olunan qaydada, miqdarda və müddətdə icarə haqqını ödəmək, 6.4.5- ci yarımbəndinə əsasən müqavilə ləğv edildikdə icarə obyektini təhvil aldığı vəziyyətdə icarəyə verənə təhvil vermək və 6.4.13-cü yarımbəndinə əsasən icarə obyektinin istismarı ilə bağlı kommunal xərcləri (su, qaz, elektrik enerjisi, kanalizasiya) ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, tərəflər arasında, həmin icarə müqaviləsinə əlavə olaraq, binanın istismarı ilə bağlı xərclərin ödənilməsinə dair razılaşma imzalanmış və əsas iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə isə cavabdeh "xxxx" MMC tərəfindən binanın istismarı ilə bağlı hər ay 7500 manat məbləğində xərclərin ödənilməsini öhdəsinə götürülmüşdür. Lakin "xxxx" MMC, icarəyə verən tərəfindən elektron qaimələrin təqdim edilməsinə baxmayaraq (e-qaimələr iş materiallarına əlavə edilir), icarə müddətində müqavilənin ödəniş şərtlərini dəfələrlə pozmuş, müntəzəm şəkildə icarə haqqının ƏDV-ni ödəməmiş (ƏDV-nin depozit hesabından çıxarış iş materiallarına əlavə edilir), sahənin istismarına dair nöqsanlara yol verdiyinə görə, alt mərtəbələri su basmış və digər şəxslərə ziyan vurmuşdur. Bununla əlaqədar olaraq qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən "xxxx" MMC-yə dəfələrlə yazılı xəbərdarlıq və bildirişlər verilmiş, "xxxx" MMCnin direktoru X14 ziyanın ödənilməsini öhdəsinə götürmüş, lakin, həmin pozuntular davam etdiyinə görə "X19" MMC, icarə müqaviləsinin 7.5-ci bəndinə müvafiq olaraq ləğv edilməsinə dair yazılı bildiriş verərək, müqaviləyə xx.xx.2024-cü il tarixindən xitam verilməsini bildirmiş və "xxxx" MMC-dən xitam gününə ödənilməmiş icarə haqqının, ƏDVnin və kommunal borcların ödənilməsi tələb etmişdir. Odur ki, "xxxx" MMC-nin sözü gedən müqavilə üzrə icarə haqqının ödənilməməsinə görə fevral ayı üçün 3 735 manat, mart və aprel ayları üçün cəmi 10 000 manat (5000+5000), ƏDV-nin 10 (on) ay ərzində (iyul 2023 - aprel 2024) ödənilməməsinə görə 9 000 manat (ƏDV 900*9), binanın istismarı ilə bağlı xərclərə görə mart və aprel ayları üçün 15 000 (7500+7500) manat, elektrik enerjisiinin istifadəsinə görə 4 504 manat, sudan istifadəyə görə 284 manat və qazdan istifadəyə görə isə 922 manat borcu yaranmışdır. Buna baxmayaraq və icarə müqaviləsinin şərtlərinə zidd olaraq icarəçi bu günədək, icarə obyektini ilk iddia üzrə iddiaçıya qaytarmamış, bildirişdə qeyd edilən ödənişləri vaxtında və lazımi qaydada həyata keçirməmiş və icarə obyektindən qanunsuz istifadə edərək, mart və aprel aylarının icarə haqqını ödəməmişdir, üstəlik də əsassız və absurd bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı, qalşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC qanunvericiliyin yuxarıda qeyd edilən normalarına, həmçinin müqavilənin şərtlərinə zidd olaraq, ödəniş öhdəliklərini vaxtında icra etməmiş, iki ay ərzində icarə obyektindən qanunsuz istiafdə müddəti üçün icarə haqqını ödəməmiş və borclu olduğu halda icarə obyektini ilk iddia üzrə iddiaçıya qaytarmamışdır.
31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2980/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək cavabdeh İddiaçı MMC-dən 13735 manat icarə haqqı, 8100 manat ƏDV məbləği, 15 000 manat binanın istismarı ilə bağlı xərc, elektrik enerjisindən istifadə borcuna görə 4504 manat, sudan istifadə borcuna görə 284 manat, qazdan istifadə borcuna görə 922 manat, ümumilikdə 42.545 manat pulun tutularaq iddiaçı Cavabdeh3 MMC-yə ödənilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdeh İddiaçı MMC tərəfindən iddiaçı Cavabdeh3 MMC-yə geri təhvil verilməsi qət edilmişdir.
32. Məhkəmə ilk iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçının tələbi iki hissədən ibarətdir: birincisi – təmir və avadanlıqların xərci olaraq 299600 manatın ödənilməsi (bu hissəyə dair əvvəlki paraqraflarda məhkəmə tərəfindən giymət verilmiş) və ikincisi - bütün müddət ərzində icarə haqqı və bağlanmış əlavə razılaşmaya görə digər xərclər adı altında ödənilmiş pulların geri tələb edilməsi. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər (İddiaçı MMC və Cavabdeh3 MMC) arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
33. Məhkəmə ilk iddiaçının icarə obyektinin təmir və avadanlıqların alınmasına xərclənmiş cəmi 299600 manat tələbinə dair münasibətdə hesab etmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, ilk iddiaçı icarə obyektində təmir işlərinin həqiqətən aparılmasını, təmirə çəkilmiş xərcləri, həmin məbləği hansı formada müəyyən edilməsinə və hansı avadanlıqlara və nə qədər xərc çəkilməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan başqa avadanlıqların nədən ibarət olması və həmin avadanlıqların onun tərəfindən alınması, mülkiyyətində olması və mövcudluğu da məhkəmə prosesi zamanı sübuta yetirilməmişdir.
34. Məhkəmə ilk iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış hər iki icarə müqaviləsinin 6.4.4- cü bəndinə əsasən arxitektur bütünlüyü pozmamaq şərti ilə icarə obektinin cari təmiri həyata keçirir və onu istismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütnlüyünün qismən dəyişdirilməsi icarəyə verənin razılığı ilə və icarəçinin öz vəsaiti hesabına həyata keçirilə bilər. Müqavilə ləğv olunduqdua isə icarəçi heç bir tələb irəli sürə bilməz. Buna görə də məhkəmə hesab edir ki, ilk iddiaçının təmir və avanlıqların alınmasına görə çəkilmiş xərclərin tələb edilməsinə dair tələbinin hüquqi əsası olmadığından təmin edilə bilməz.
35. Məhkəmə ilk iddianın 20.000 manat və 52.000 manat icarə haqqı adı ilə alınmış məbləğin tutulması (geri qaytarılması) hissəsində də əsassız hesab edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi 13 ay müddətində, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni yeni H 00005 saylı icarə müqaviləsi bağlananadək qüvvədə olmuşdur. Həmin icarə müqaviləsinin şərtlərinə əsasən, hər kv.m üçün 2 manat olmaqla icarə haqqı ödənilir, müqavilə üzrə ümumi sahə isə cəmi 2000 kv.m. təşkil etmiş və bununla da hər ay icarə haqqı 4000 manat müəyyən edilmişdir. Yəni aylıq 4000 manatdan olmaqla iddiaçıdan alınmış 13 aylıq məhz icarə haqqı olmuş və ilkin iddiaçı tərəfindən razılaşdırılaraq ödənilmişdir. Müqavilənin qüvvədə olduğu müddətdə də ödənilməsinə dair hər hansı etiraz bildirməmiş və belə etirazının olmasına dair də hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli H-00005 №-li icarə müqaviləsi üzrə hər kv.m. 2 manat olmaqla 2500 kv.m. yəni aylıq icarə haqqı 5000 manat olmaqla ilkin iddiaçının icarəsinə verilmiş və buna dair ona e-qaimələrdə də göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli H00005 saylı müqavilə qüvvədə olduğu müddət ərzində fəaliyyəti ilə əlaqədar olaraq X14 yaranacaq digər xərclər üçün Cavabdeh3 MMCyə 7500 manat məbləğində ödəniş edəcəyi nəzərdə tutulmuşdur. Buna dair ilkin cavabdeh tərəfindən də təsdiq edici sübutlar iş materiallarına əlavə olunmuşdur.
36. Kommunal xərclər üzrə alınmış məbləğin geri qaytarılması ilə bağlı də məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 6.4.13-cü bəndinə əsasən icarə obyektinin istismarı ilə bağlı kommunal xərclərin (su,qaz, elektrik enerjisi, kanalizasiya) ödənilməsini təmin edilməsi nəzərdə tutulmuş və həmin şərt də ilkin iddiaçı tərəfindən müqavilə qüvvədə olduğu müddətdə qəbul və icra edilmişdir.
37. Həmçinin məhkəmə ilkin iddiaçıdan alınmış 1500 manat xərcin geri qayarılması tələbinə dair iddianı əsassız hesab etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli akta əsasən icarəçi İddiaçı MMC H-00005 nömrəli icarə müqaviləsinin 2.1-2.5, 5.1- 5.4 və s. maddələrinə dəfələrlə riayət etmədiyindən və nəticədə ticarət kompleksinin ümumi binasına dəymiş zərərlə əlaqədar təmir işlərinin aparılması zərurəti yarandığı üçün, icarəçi müəssisənin təsisçisi Eldar Nəsirovun zərərin bir qismini qarşılamaq məqsədi ilə 1500 manat məbləğin ödənilməsini üzərinə götürdüyü və imzası ilə aktı təsdiq etmişdir.
38. Məhkəmə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli e-16(113)- 266/2024 saylı müvəqqəti təminat tədbiri barədə qərardadına gədər icarə obyektindən ilk iddia üzrə İddiaçı MMC tərəfindən istifadə edilməsi işin mübahisə edilməyən halıdır. Belə olan halda, müqavilə şərtlərinin icarəçi (iddiaçı) tərəfindən pozulmasına görə müqavilədə müəyyən edilmiş qaydada icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsindən sonra bütün müddət üçün ödənilən icarə haqqının geri tələb edilməsi tamamilə qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, bütün müqavilə və əlavə Razılaşma şərtləri icarəçi tərəfindən bəyənilmiş, sərbəst iradə ifadəsinə uyğun olaraq imzalanmış və icra edilmişdir. Əksini təsdiq edəcək hər-hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.
39. Məhkəmə qarşılıqlı iddia ilə bağlı ilk olaraq qeyd etmişdir ki, iddianın ilk tələbi 13735 manat məbləğində icarə haqqının və 15000 manat binanın istismarı ilə bağlı xərcin tutulmasından ibarətdir və verilən maliyyə arayışından göründüyü kimi həmin məbləğ 2024-cü ilin fevral ayı üzrə kəsir qalmış 3735 manat icarə haqqı, 5000 manat – mart 2024cü il və 5000 manat – aprel 2024-cü icarə haqqı və xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında Razılaşmaya əsasən 2024-cü ilin mart və aprel aylarının binanın digər xərcləri ilə bağlı borcdan formalaşmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin qanuni təmsilçisi X14 məhkəmə verdiyi izahatdında da bildirmişdir ki, həqiqətən də sonuncu dəfə icarə haqqı və Razılaşmaya əsasən digər xərclər üzrə fevral ayında ödənişlər edilmişdir, ondan sonra heç bir ödəniş həyata keçirilməmişdir. Bununla da qarşılıqlı iddia üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtinə və yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən 13735 manat icarə haqqı və binanın istismarı ilə bağlı digər xərclər üzrə 15000 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlər və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh arasında işğuzar münasibət belə formalaşmışdır ki, icarəçinin istifadəsində olan H-5 mərtəbəsi üzrə yaranmış kommunal xərclərə dair sayğac göstəriciləri icarəyəverən tərəfindən icarəçiyə göndərilmiş və icarəçi, tərəflər arasında bağlanmış müqavilənin 6.4.13-cü bəndinə əsasən hər ay üzrə kommunal xərcləri ödəmişdir. Belə olan halda və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən tələb olunan 4504 manat məbləğində elektrik enerjisi, 284 manat su sərfiyatına və 922 manat qazdan istifadəyə görə borc məbləğlərini mübahisələndirmədikləri (həmin məbləğlərin ödənişinə dair hər-hansı sübut təqdim etmədikləri) üçün məhkəmə hesab edir ki, həmin hissədə də qarşılıqlı iddia təmin edilərək 4504 manat məbləğində elektrik enerjisi, 284 manat su sərfiyatı və 922 manat qazdan istifadəyə görə borc məbləğləri cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh3 MMC-yə ödənilməlidir.
41. Qarşılıqlı iddia ərizəsinin 9000 manat ƏDV borcunun tutulması tələbini məhkəmə qismən əsaslı hesab etmişdir. Belə ki, ƏDV-sub uçotundan çıxarış göstəricilərinə və Cavabdeh3 MMC-nin verdiyi maliyyə arayışına əsasən qarşılıqlı iddia üzrə cavabdehin cəmi 8100 manat ödənilməmiş ƏDV məbləği qalmışdır. Belə olan halada məhkəmə hesab etmişdir ki, bu hissədə iddia qismən təmin edilərək 8100 manat ƏD məbləği İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh3 MMC-yə ödənilməlidir.
42. Qarşılıqlı iddia ərizəsinn sonuncu - Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "X19" MMC-yə geri təhvil verilməsi tələbini də məhkəmə əsaslı hesab etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 6.1.3-cü bəndinə əsasən müqavilə ləğv edildikdən sonra icarə obyektinin təhvil alındığı vəziyyətdə geri qaytarılmasının tələb edilməsi icarəyəverənin hüququ kimi müəyyən edilmişdir. Müqavilənin 9.2-ci bəndinə əsasən müqavilə ləğv olunduqdan sonra icarə obyektinin icarəyə verənə təhvil verilməsi 4-cü maddə ilə müəyyən olunan qaydada həyata keçirilir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən isə müqavilə icarəçinin icarə obyektini icarəyə verənə 6.1.3-cü bəndi ilə müəyyən olunan vəziyyətdə təhvil verildiyi və icarə obyektinin icarəyə verən tərəfindən təhvil alındığı gündən ləğv edilmiş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, müqavilə şərtlərinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh onun icarəsinə verilmiş icarə obyektini də müqavilə şərtlərinə uyğun şəkildə icarəyəverənə təhvil verməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
43. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2980/2024 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməsini xahiş etmişdir.
44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış xx.xx.2022- ci il tarixli, H-5 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə, bu müqavilə tərəfinin, “X9” MMC-nin tərəf olmağına hər hansı bir hüququ, səlahiyyəti olmadığından, o cümlədən, müqavilə tərəfi olmayan hüquqi şəxsin, “X9” MMC-nin möhüründən istifadə etməklə bu müqaviləni imzalayan şəxsin, X4 bu müqaviləni imzalamağa hüququ və səlahiyyəti olmadığından, həmçinin bu əsassız müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin qanunsuz tikili olmaqla, hər hansı bir sənədi olmadığından, kimə məxsusluğunun müəyyən edilmədiyindən, o cümlədən hər hansı bir hüquqla “X9” MMC-yə aidiyyəti olmadığından əsassız və etibarsızdır. O cümlədən, belə olan şəraitdə, qeyri-müəyyəndir ki, xx.xx.2022-ci il tarixli, H-5 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə, harada, hansı ölkədə, Azərbaycan Respublikasındamı,İspaniya dövlətindəmi, o cümlədən, hansı şəraitdə, kimlər tərəfindən bağlanmışdır, kimlər tərəfindən imzalanmışdır, kimlər tərəfindən möhürlə təsdiq edilmişdir? Həmçinin, İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, H-00005 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə, bu müqavilə tərəfinin, yəni Cavabdeh3 MMC-nin hazırkı qeyri-yaşayış sahəsini, Cavabdeh1 ASC-dən icarəyə götürdüyü müqavilənin müddəti 1 il müəyyən edildiyindən, ən başlıcası həmin müqavilənin predmeti 5 mərtəbəli qeyri-yaşayış binasının ticarət obyektlərinin ticarət üçün, alış-satış üçün icarəyə götürülmüş obyektlər olduğundan, həmçinin bu əsassız müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin qanunsuz tikili olmaqla, hər hansı bir sənədi olmadığından, kimə məxsusluğunun müəyyən edilmədiyindən əsassız və etibarsızdır. Odur ki, tərəflər arasında müqavilə adı altında bağlanmış, əslində bizi aldatmağa hesablanmış yazı toplusu müqavilə hesab edilmədiyindən bu yazı toplusunun “müqavilə” statusu olmadığından, hakimin MM-nin icarə müqaviləsi ilə bağlı müddəalarını bu qətnaməsinə yerləşdirməsi əsassızdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
45. İş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
46. İş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş ilk iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
47. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 337.1-ci maddə-bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddə-əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.2-ci maddə-bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddə-fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddə- müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.3-cü maddə- müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.4-cü maddə-əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddə-icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddə-Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.4-cü maddə-icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. 675-ci maddə- əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddə- əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 697.1-ci maddə-kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddə- əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddə-əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
“İcarə haqqında” Azərbaycan Respublikası Qanunu 9-cu maddənin 5-ci bəndi-icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. 9-cu maddəsinin 6-cı bəndi- icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 53-cü maddə-iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3-cü maddə-tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4-cü maddə-apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
48. Qətnamənin tam ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən qətnamə qismən - ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2980/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
İddiaçı MMC-nin ilk iddia tələbi ilə bağlı
50. İşin hallarından görünür ki, İddiaçı MMC-nin pul tələbləri icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 ATSC-yə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş icarə müqaviləsinə əsasən həmin sahəni icarəyə vermiş Cavabdeh2 MMC-yə və xx.xx.2023-cü il tarixli, H-00005 saylı icarə müqaviləsinə əsasən sahəni icarəyə vermiş Cavabdeh3 MMC-yə qarşı yönəlmişdir.
51. İlk əvvəl Cavabdeh1 ATSC-yə qarşı yönəlmiş pul tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 ATSC arasında hər hansı öhdəlik münasibəti olmadığından Cavabdeh1 ATSC icarəçinin çəkdiyini iddia etdiyi təmir xərclərinin və digər xərclərin əvəzini ödəmək öhdəliyi daşımır.
52. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində istinad etmədiyi yeni əsas irəli sürərək Cavabdeh2 MMC-nin icarəyə verilmiş sahə üzərində hər hansı hüququ olmadığından onunla bağlanmış xx.xx.2022-ci il tarixli, H-5 saylı icarə müqaviləsinin etibarsız əqd olduğunu göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-nin 53-cü və 372.3-cü maddələrinə əsasən apellyasiya instansiyası mərhələsində iddia tələbinin faktiki əsası kimi kimi istinad edilmiş halların dəyişdirilməsinə yol verilmir. İddiaçının bu dəlili iddia ərizəsində öz əksini tapsaydı və birinci instansiya məhkəməsində müzakirə predmeti olsaydı Cavabdeh2 MMC-nin icarəyə verilmiş sahə üzərində öz hüquqlarını təsdiq edən sübutları təsdim etmək imkanı olardı. MPM-nin 372.2.-ci maddəsinə əsasən apellyasiya mərhələsində yeni sübutların qəbul edilməsi mümkün olmadığından prosessual qanunvericilikdə iddiaçıya birinci instansiya məhkəməsində irəli sürdüyü iddianın əsasını dəyişmək hüququ verilməmişdir. Eyni zamanda MM-nin 337.2-ci və 354.2-ci maddələrinə əsasən müqavilənin mübahisə edilməsi müqavilənin bağlandığı andan bir il ərzində (kəsici müddət-Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarı) müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Cavabdeh2 MMC ilə bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək olmuş, müqavilənin qüvvədə olduğu müddət ərzində və müqavilə qüvvədən düşdükdən sonra iddiaçı tərəfindən qeyd edilən müqavilə mübahisələndirilməmişdir.
53. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin müqavilədə başqa hal nəzərdə tutulmayıbsa çəkdiyi bütün xərclərin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulsa da hazırkı halda isə hər iki icarə müqaviləsinin 6.4.4-cü bəndində icarəyə götürülmüş sahənin arxitektur bütünlüyünün pozulması ilə həyata keçirilməli olan əsaslı təmir işlərinin icarəçinin öz vəsaiti hesabına həyata keçirilməli olduğu və müqavilə ləğv olunduqdu icarəçinin bu xərclərlə bağlı heç bir tələb irəli sürməyəcəyi əvvəlcədən razılaşdırıldığından birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, təmirə çəkilmiş xərcin cavabdehlərdən tutulmasına dair tələb əsassızdır. İddiaçının bu xərcləri tələb etmək hüququnun olmadığı müəyyən edildiyindən bu xərclərin həqiqətən çəkilib-çəkilmədiyinin, çəkilibsə hansı məbləğdə xərc çəkildiyinin məhkəmə tərəfindən araşdırılması zəruri hesab edilmir.
54. Məhkəmə kollegiyası eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının ödənilmiş icarə haqları və bağlanmış əlavə razılaşmaya görə digər xərclər adı altında ödənilmiş pulların geri ödənilməsinə dair tələbi əsassızdır. Belə ki, MMnin 424.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflərin müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb etmək hüququ istisna olunur. Məhkəmə tərəfindən eyni zamanda icarəyəverən Cavabdeh3 MMC tərəfindən icarə müqaviləsini vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsinin qanuniliyi yoxlanılaraq müəyyən edilmişdir ki, müqavilə şərtlərinin icarəçi tərəfindən pozularaq icarə haqlarının ödənilmədiyi işdəki mötəbər sübutlarla (iddiaçının borcların ödənilməsi üçün möhlə verilməsi barədə məktubları ilə) təsdiq edilir.
55. Məhkəmə eyni zamanda 1500 manat xərcin geri qayarılması tələbinə dair iddianı əsassız hesab edərək qeyd emişdir ki, xx.xx.2023-cü il tarixli akta əsasən icarəçi İddiaçı MMC H-00005 nömrəli icarə müqaviləsinin 2.1-2.5, 5.1- 5.4 və s. maddələrinə dəfələrlə riayət etmədiyindən və nəticədə ticarət kompleksinin ümumi binasına dəymiş zərərlə əlaqədar təmir işlərinin aparılması zərurəti yarandığı üçün, icarəçi müəssisənin təsisçisi Eldar Nəsirovun zərərin bir qismini qarşılamaq məqsədi ilə 1500 manat məbləğin ödənilməsini üzərinə götürdüyü və imzası ilə aktı təsdiq edildiyindən bu hissədə də iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə bu hissədə də razılaşaraq hesab edir ki, ilk iddianın rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.
Cavabdeh3 MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı
56. İşin hallarından aydın olur ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli e-16(113)- 266/2024 saylı qərardadla müvəqqəti təminat tədbiri görülənə gədər icarə obyektindən ilk iddia üzrə İddiaçı MMC tərəfindən istifadə edilmişdir
57. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia tələblərindən bir hissəsi 13.735 manat məbləğində icarə haqqının və 15.000 manat binanın istismarı ilə bağlı xərcin tutulmasından ibarətdir və verilən maliyyə arayışından göründüyü kimi həmin məbləğ 2024-cü ilin fevral ayı üzrə kəsir qalmış 3735 manat icarə haqqı, 5000 manat – mart 2024-cü il və 5000 manat – aprel 2024-cü icarə haqqı və xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən 2024-cü ilin mart və aprel aylarının binanın digər xərcləri ilə bağlı borcdan formalaşmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin qanuni təmsilçisi X14 izahatında sonuncu dəfə icarə haqqı və razılaşmaya əsasən digər xərclərin fevral ayında həyata keçirildiyini təsdiq etmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtinə və Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən 13.735 manat icarə haqqı və binanın istismarı ilə bağlı digər xərclər üzrə 15.000 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
58. Məhkəmə həmçinin düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlər və tərəflərin verdiyi izahatlara əsasən qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh arasında icarəçinin istifadəsində olan H-5 mərtəbəsi üzrə yaranmış kommunal xərclərə dair sayğac göstəricilərinin icarəyəverən tərəfindən icarəçiyə göndərilməsi və icarəçi tərəfindən müqavilənin 6.4.13-cü bəndinə əsasən hər ay üzrə kommunal xərclərin ödənilməsi kimi işguzar münasibət formalaşmışdır. Belə olan halda və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən tələb olunan 4504 manat məbləğində elektrik enerjisi, 284 manat su sərfiyatına və 922 manat qazdan istifadəyə görə borc məbləğlərini mübahisələndirmədikləri (həmin məbləğlərin ödənişinə dair hər-hansı sübut təqdim etmədikləri) üçün məhkəmə hesab edir ki, həmin hissədə də qarşılıqlı iddia təmin edilərək 4504 manat məbləğində elektrik enerjisi, 284 manat su sərfiyatı və 922 manat qazdan istifadəyə görə borc məbləğləri cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh3 MMC-yə ödənilməlidir.
59. ƏDV borcunun tutulması hissəsində məhkəmə qarşılıqlı iddianı 8100 manat hissədə təmin edərək düzgün olaraq müəyyən etmişdir ki, ƏDV-sub uçotundan çıxarış göstəricilərinə və Cavabdeh3 MMC-nin verdiyi maliyyə arayışına əsasən qarşılıqlı iddia üzrə cavabdehin cəmi 8100 manat ödənilməmiş ƏDV məbləği qaldığından bu məbləğ İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh3 MMC-yə ödənilməlidir.
60. Qarşılıqlı iddianın Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2.500 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "X19" MMC-yə geri təhvil verilməsi hissəsində təmin edilməsi də məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilir. İcarə münasibətlərinə xitam verildikdən sonra icarəçinin icarəyə götürülmüş sahəni geri qaytarma öhdəliyi həm qanunun (MM-nin 697.1, 705-ci), həm də tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin şərtlərindən (6.1.3-cü, 9.2-ci və 9.3-cü bəndlər) irəli gəldiyindən bu hissədə də qətnamə qanuni və əsaslı hesab edilir.
61. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2980/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İlk iddia üzrə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2980/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.