Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-952/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(113)-2773/2024 saylı qətnaməsindən cavabdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat pulun, 250 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 20.000 manat dəyərində əsas borc, 1416 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 21416 manat məbləğində pulun və 250 manat məbləğində ödənilmiş dövlət rusumunun tutularaq iddiaçıya ödənilməsi xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyana görə 98600 manat pul vəsaitinin (habelə əldən çıxmış faydaya görə 30.000 manat pul vəsaiti də daxil olmaqla), ödədiyi 150 manat dövlət rusumunun və iddianın verilməsi ilə bağlı 385.80 pul vəsaitinin, cəmi 99.135,80 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(113)-807/2024 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 20000 manat məbləğində pul, 200 manat dövlət rüsumu, ümumilikdə 20200 (iyirmi min iki yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, ilkin iddia üzrə dövlət rüsumu 154,248 manat, qarşılıqlı iddia üzrə isə 385,8 manat məbləğində təşkil edir. Hazırkı iş üzrə apellyasiya şikayətini verən cavabdeh birinci instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə, yəni məhkəmənin həm ilkin iddia, həm də qarşılıqlı iddiaya münasibətdə olan mövqeyini mübahisələndirmiş, lakin yalnız qarşılıqlı iddiaya münasibətdə 199 manat dövlət rüsumu ödəmişdir. Halbuki MPM-in 112.3-cü maddəsinin tələbinə əsasən, qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. “X4” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi təşkil edir. Həmin Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50% ödənilməlidir. Məhkəmə kollegiyası vurğulayır ki, qeyd olunan prosessual qanunvericiliyin tələbinə görə ilkin və qarşılıqlı iddialar üzrə rüsumların cəmlənməsi nəzərdə tutulmayıb. Hazırki iş üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ 21416 manat təşkil edir. Bu halda ilkin iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 154,248 manat (120+11416x0.3/100=154,248) olduğundan, apellyasiya şikayətinə görə ”X4” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 154,248 manatın 50%-i yəni 77,124 manat dövət rüsumu ödənilməlidir. Qarşılıqlı iddia üzrə tələb olunan məbləğ 98600 manat təşkil edir. Bu halda qarşılqılı iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 385,8 manat (120+88600x0.3/100=385,8) olduğundan, apellyasiya şikayətinə görə ”X4” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 385,8 manatın 50%-i yəni 192,9 manat dövət rüsumu ödənilməlidir. Göründüyü kimi cavabdeh apellyasiya şikayəti verilərkən dövlət rüsumu ilk iddianın qiyməti olan 21416 manata münasibətdə 77,124 manat, qarşılıqlı iddia qiyməti olan 98600 manata münasibətdə isə 192,9 manat məbləğində ödəməli idi. Odur ki, “X4” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 77,124 manat, qarşılıqlı iddia üzrə isə 192,9 manat olmaqla, cəmi 270,024 manat təşkil etməlidir. Lakin, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən cəmi 199 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu da MPM-in 112.3-cü maddəsinə ziddir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(113)-2773/2024 saylı qətnaməsindən cavabdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 363.1.2, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(113)-2773/2024 saylı qətnaməsindən cavabdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(103)-952/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-952/2024
29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver