Məhkəmə qərarları › İş №2-2(103)-953/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-953/2022

04.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-953/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1rşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4411/2022 nömrəli iş üzrə 05 avqust 2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraicət edərək, onun tərəfindən 2019-cu il tarixdə cavabdehə göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış 419.948,74 manat və 710 manat ödənilmiş dövlət rüsumu, cəmi 420.658,74 manatın cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 310 manat məbləğdə dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbz geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, “... Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası X7nin yaradılması haqqında Fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin Dövlət X4 əsasında “AzərbaycanRespublikası X7” publik hüquqi şəxs yaradılmış və sonuncunun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X4 fəaliyyətinin davam etdirilməsi müəyyən edilmişdir. “Azərbaycan Respublikası X7” publik hüquqi şəxsin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada cari ilin fevral ayında dövlət qeydiyyatına alındığına görə hazırki tələb üzrə cavabdeh mövcud deyil.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, cavabdeh faktiki fəlaiyyətini dayandırsa da, hüquqi şəxs olaraq ləğv edilməmiş, hazırda da Dövlət Vergi Xidmətinin rəsmi saytında aktiv hüquqi şəxs kimi göstərilir. Həmçinin, elektron məhkəmə portalında da cavabdeh aktiv hüquqi şəxs kimi göstərilmişdir. Məhkəmə iddia ərizəsinə məhkəmədə baxılmalı deyildisə, o halda iddiaçıya hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını qeyd etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası X7nin yaradılması haqqında” xx.xx.2021-ci il tarixli 1456 nömrəli Fərmanı ilə: 1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X4 əsasında “Azərbaycan Respublikasının X7” publik hüquqi şəxs (bundan sonra - Agentlik) yaradılmış; 6. Agentliyin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X6 öz fəaliyyətini davam etdirməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə X9 Azərbaycan Respublikası X7 İdarə heyətinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası X7nin fəaliyyətinin təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 1594 nömrəli Fərmanı ilə: 1. “Azərbaycan Respublikası Dövlət X2” təsdiq edilmiş; 2. “Azərbaycan Respublikası X7nin strukturu” təsdiq edilmiş; 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, 3.1. Azərbaycan Respublikası X7nin (bundan sonra ‒ Agentlik) nizamnamə fondunun formalaşdırılması üçün “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.12.4.1-ci yarımbəndində (Dövlət ehtiyatlarının yaradılması və təşkili) nəzərdə tutulmuş vəsaitdən 2.516.300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etsin. Qanunvericilik aktlarından görünür ki, cavabdeh artıq fəaliyyət göstərmir və onun əsasında yaradılan “Azərbaycan Respublikasının X7” publik hüquqi şəxsin rəhbəri təyin edilmiş, strukturu və nizamnaməsi təsdiq edilmiş, nizamnamə fondunun formalaşdırılması üçün vəsaitin Agentliyə ayrılması təmin edilmişdir. MPM-in: Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və bildirir ki, artıq mövcud olmayan cavabdehə qarşı qaldırılan iddia üzrə hazırda məhkəmə mübahisəsi mövcud deyil, birinci instansiya məhkəməsinin MPM-in 153.2.1-ci maddəsinə istinadən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinası düzgün olmuşdur. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4411/2022 nömrəli iş üzrə 05 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" QSC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar