Məhkəmə qərarları › İş №2-2(103)-954/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-954/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-954/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4032/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı MMM tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMM cavabdeh “Provarker” Makina Mühəndislik Sanayi ve Ticaret A.Ş-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Provarker” Makina Mühəndislik Sanayi ve Ticaret A.Ş tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq İddiaçı MMM tərəfindən ödənilən 29000 ABŞ dolları və 7923,36 məbləğində pul vəsaitinin, müqavilənin predment olan işlərin yerinə yetirilmə müddətlərinin pozulmasına görə 2550 ABŞ dolları məbləğində cərimə, 200 manat mediasiya xərcinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat, cəmi 31550 ABŞ dolları və 8198,36 manat manat məbləğində pulun cavabdeh “Provarker” Makina Mühəndislik Sanayi ve Ticaret A.Ş tərəfindən tutularaq İddiaçı MMM-ə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4032/2022 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı MMM həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 35.1, 35.2, 440.1, 440.0.3, 153.2 və 153.2.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, hazırki işdən görünür ki, cavabdeh “Provarker” Makina Mühəndislik Sanayi ve Ticaret A.Ş Türkiyə Respublikasında fəaliyyət göstərən hüquqi şəxsdir. Göründüyü kimi, cavabdeh “Provarker” Makina Mühəndislik Sanayi ve Ticaret A.Şnin Azərbaycan Respublikasında hər hansı bir əmlakı və yaxud filial və ya nümayəndəliyinin qeydə alındığı ünvan (yəni olduğu yer) yoxdur. Belə olan halda Türkiyə Respublikasında fəaliyyət göstərən hüquqi şəxsə qarşı iddiaya baxılmasında Azərbaycan Respublikası məhkəmələri səlahiyyətli deyildir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı elektron sistemə xx.xx.2021-ci il tarixli təmirlə bağlı müqaviləni əlavə etsə də, hazırki tələbin əsasını sistemə əlavə edilməyən xx.xx.2018-ci il tarixli müqavilə təşkil edir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrində göstərilən əsaslar mövcud deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Hazırki işdə də sifarişçi İddiaçı MMM ilə podratçı “Provarker” Makina Mühəndislik Sanayi ve Ticaret A.Ş arasında 31 mart 2021-ci il tarixli 01 saylı texniki avadanlığın təmiri üzrə xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən görülən işlərin qəbulu Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən bu sazişdə nəzərdə tutulmayan digər bütün məsələlərdə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hərəkət edirlər. Həmin müqavilənin 7.1-ci bndinə əsasən tərəflər bu sazişin həyata keçirilməsindən irəli gələn bütün mübahisələri danışıqlar yolu ilə həll etməyi öhdələrinə götürürlər. Razılaşma əldə edilmədikdə, tərəflər mediasiyaya müraciət edəcəklər. Mediasiya qaydasında da razılaşma əldəedilməzsə, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sifarişçinin hüquqi ünvanı üzrə aidiyyatı məhkəmədə həll olunur. Göründüyü kimi tərəflər öz aralarındakı müqavilə ilə mübahisənin sifarişçinin hüquqi ünvanı üzrə aidiyyatı məhkəmədə həll olunması barədə razılığa gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı MMM-in hüquqi ünvanı ünvan 1əmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsinin Bakı Kommersiya Məhkəməsinə verilməsi prosessual qaydalara uyğun olmuşdur. Birinci instansiya məhkəməsinin qeyd etdiyi dəlillərə dair kollegiya qeyd edir ki, iddia ərizəsində tərəflər arasında bağlanmış 31 mart 2021-ci il tarixli 01 saylı texniki avadanlığın təmiri üzrə xidmətlərin göstərilməsi müqaviləsinə də istinad edilmiş və həmin müqavilə iddia tələbinin əsasını təşkil etmişdir. Cavabdehin xarici hüquqi şəxs olması, onun Azərbaycan Respublikasında hər hansı bir əmlakının və yaxud filial və ya nümayəndəliyinin olmamasına dair isə qeyd olunur ki, bu hal hazırki işə Azərbaycan Pespublikasının məhkəməsində baxılmasını istisna etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 443.0 və 443.0.7-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMM tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4032/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar