Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-956/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC və "xxxx" ASC-yə qarşı “siyahıların etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-2(113)-2335/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC və "xxxx" ASC-yə təqdim edilən siyahıların etibarsız hesab olunması, həmçinin həqiqətən şirkət tərəfindən, qanunvericiliyə uyğun olaraq tərtib edilmiş, yəni mənzillərin həqiqi sahiblərinin məlumatları əks olunmuş, şirkətin qanuni rəhbəri tərəfindən imzalanmış və möhürlənmiş akt və adlı siyahıların müvafiq olaraq Cavabdeh2 ASC və Xətai rayonu Enerji Təchizatı və Satışı idarəsinə təqdim olunması və qeydiyyatının icra olunması təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-2(113)-2335/2024 nömrəli qərardadı ilə baxılan iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, e-2-2(113)-2335/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)-1443/2023 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6366/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı MTK-nın cavabdeh X1 qarşı xx.xx.2017-ci il, xx.xx.2014-cü il tarixli, 91, 5 saylı müqavilələrin, xx.xx.2015-ci il, xx.xx.2016 tarixli nömrəsiz müqavilələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mansard mərtəbəsində 294 nömrəli sahəsi 59,7 kv.m, 295 nömrəli sahəsi 117,01 kv.m və 14-cü mərtəbədə 145 nömrəli sahəsi 114,33 kv.m zəbt olunmuş mənzillərin cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Eləcə də, həmin qətnaməyə əsasən müəyyən edilir ki, hazırkı material mübahisələndirilən siyahılar yuxarıda qeyd olunan iş üzrə sübutlardan biri qismində qiymətləndirilmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn mübahisə üzrə hər hansı sübutun ayrıca müstəqil şəkildə mübahisələndirilməsi yolverilməzdir. Qüvvədə olan müvafiq prosessual qanunvericiliyin mahiyyətinə görə mülki iş və ya kommersiya mübahisəsi üzrə təqdim edilmiş sübutun mübahisələndirilməsi ayrıca icraatda deyil, həmin mülki iş və ya kommersiya mübahisəsinə baxılan icraatda həyata keçirilir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-2(113)-2335/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-956/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-956/2024
18.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver