Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-957/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2023-cü il tarixdə KY231917562 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən iddiaçıda xx.xx.2023-cü il başlama tarixindən xx.xx.2023-cü il qurtarma tarixinədək keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.
2. xx.xx.2023-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsində (təndirxana) quraşdırılmış qaz sayğacı xətdən açılmış, dövlət yoxlamasına göndərilmişdir.
3. xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4800 saylı “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktın surətindən görünür ki, dövlət yoxlamasına aparılmış iddiaçıya məxsus qaz xəttinə quraşdırılmış G6 markalı smart kart tipli qaz sayğacına xx.xx.2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində aşkar olunmuşdur ki, sayğaca geriyə axın verildi. Alarm-5 rejiminə düşmədi. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Sayğaca ümumi baxış keçirildi. Sayğacın batereya yuvasının daxilində olan düymə yapışqan vasitəsilə yapışdırılıb. Maqnit ötürücünün dişli çarxı aşkar edilmədi. Hesablayıcı mexanizmin rəqəmlərini birindən digərinə ötürən dişli çarxların dişləri kənar təsir nəticəsində kəsilib. Platadan gövdəyə gedən naqil öz yerindən çıxarılıb. Hesablayıcı mexanizmin rəqəmlərindən biri qarışıb.
4. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2023-cü ilin aprel ayına 7200 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7200 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 150 manat məbləğində xərcin, 100 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi təndirxana kimi fəaliyyət göstərir. Həmin təndirxananı icarə müqaviləsi əsasında vətəndaş X1 icarəyə vermişdir. Halhazıradək həmin qeyri-yaşayış sahəsi təndirxana kimi fəaliyyət göstərir. Həmin yerdə təbii qazdan istifadə üzrə **********00035 saylı abonent istifadəçisidir. Karta pul köçürülməklə təbii qazdan istifadə edilir. 28 aprel 2023-cü il tarixdə qeyri-yaşayış sahəsinə quraşdırılmış İtron G-6 markalı sayğac növbədənkənar dövlət yoxlaması səbəbi ilə çıxarılmışdır. Bununla bağlı, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. 29 aprel 2023-cü il tarixdə isə sözügedən ünvana Elster G6 markalı müvəqqəti sayğac quraşdırılmışdır. Bununla bağlı, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 may 2023-cü il tarixli bildirişdə ünvanından çıxarılaraq dövlət yoxlamasına aparılmış sayğacın istismara yararsız olduğu göstərilmiş və fasiləsiz qaz təchizatının təmin edilməsi üçün yeni qaz sayğacının alınması tələb olunduğu göstərilmişdir. Araşdırma nəticəsində iddiaçıya 7200 manat borc yazıldığı məlum olmuşdur. Bununla bağlı, cavabdeh təşikalata müraciət etdikdə iddiaçıya müvafiq sənədlər təqdim edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-4800 saylı aktla müəyyən edilir ki, ünvanından çıxarılmış sayğac 08 may 2023-cü il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, sayğaca geriyə axın verildi. Alarm-5 rejiminə düşmədi. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Sayğaca ümumi baxış keçirildi. Sayğacın batereya yuvasının daxilində olan düymə yapışqan vasitəsilə yapışdırılıb. Maqnit ötürücünün dişli çarxı aşkar edilmədi. Hesablayıcı mexanizmin rəqəmlərini birindən digərinə ötürən dişli çarxların dişləri kənar təsir nəticəsində kəsilib. Platadan gövdəyə gedən naqil öz yerindən çıxarılıb. Hesablayıcı mexanizmin rəqəmlərindən biri qarışıb. Əsassız yoxlaması nəticəsində iddiaçıya 7200 manat məbləğində borc yazılmışdır. Üstəlik abonentin saldosuna baxdıqda aydın olur ki, dövlət yoxlaması 08 may 2023-cü il tarixdə keçirilmiş, lakin borc 2023-cü ilin aprel ayında yazılmışdır. Təbii qazdan istifadəyə görə ödənişlərini vaxtı-vaxtında etmiş və heç bir müdaxilə etməmişdir. Dövlət yoxlaması qərəzli şəkildə aparılmış, iddiaçı tərəfimdən sayğaca hər hansı bir kənar təsir olmamışdır. İstifadəsində olmuş qaz sayğacının yararsız olması ehtimal olunduğu halda da həmin hal mübahisəli borcun əsaslı hesab edilməsi üçün əsas vermir. İddiaçıya yazılan 7200 manat məbləğində borc pulun silinməsi üçün pretenziya qaydasında cavabdehə rəsmi qaydada ərizə ilə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3953/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı xx.xx.2023-cü il tarixdə ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməklə çıxarılaraq dövlət yoxlamasına aparılmış, Metrologiya Departamenti tərəfindən xx.xx.2023cü il tarixdə sayğaca baxış keçirilmiş və yoxlamanın nəticəsində aşkar olunmuşdur ki, sayğaca geriyə axın verildi. Alarm-5 rejiminə düşmədi. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Sayğaca ümumi baxış keçirildi. Sayğacın batereya yuvasının daxilində olan düymə yapışqan vasitəsilə yapışdırılıb. Maqnit ötürücünün dişli çarxı aşkar edilmədi. Hesablayıcı mexanizmin rəqəmlərini birindən digərinə ötürən dişli çarxların dişləri kənar təsir nəticəsində kəsilib. Platadan gövdəyə gedən naqil öz yerindən çıxarılıb. Hesablayıcı mexanizmin rəqəmlərindən biri qarışıb. Bu barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5- 4800 saylı “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyan 21292 kub.metr müəyyən edilərək, cavabdeh tərəfindən iddiaçıya 7200 manat borc hesablanmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən yoxlama xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə qurtarmışdır. Lakin cavabdeh tərəfindən yoxlamaların vahid məlumat reyestrində yoxlamanın başlanma tarixi xx.xx.2023, qurtarma tarixi isə xx.xx.2023-cü il göstərilmişdir. Göründüyü kimi Metrologiya Departamenti tərəfindən aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, hansı ki, nöqsanlar həmin yoxlama ilə müəyyən edilərək iddiaçıya əlavə sərfiyyat hesablanmışdır.
10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3953/2023 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli aktın nəticəsi mübahisələndirilir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh tərəfindən yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçdiyi müddət xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qeyd edilsə də, cavabdeh təşkilat yoxlamanı xx.xx.2023-cü il tarixədək davam etdirmişdir. İş materiallarından isə göründüyü kimi hazırda nəticəsi mübahisələndirilən akt xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY231917562 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh İB tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacının göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi və sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar yoxlamanın aparılması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Bu barədə KY231917562 saylı reyestrdən çıxarış verilmişdir. Müvafiq qaydada xx.xx.2023-cü il tarixdə əməkdaşlarımız tərəfindən iddiaçıya məxsus qaz sayğacına baxış keçirildikdə sayğaca müdaxilə nəticəsində sayğacın qaz sərfini qeyd etmədiyi müəyyən edilmişdir. Bu səbəbdən əməkdaşlarımız tərəfindən qaz sayğacı çıxarılmış və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilərək itirilmiş qazın dəyərini təşkil edən 7200 manat borc hesablanmışdır. Bundan başqa çıxarılmış qaz sayğacı müvafiq qaydada laboratoriyada müayinədən keçirilmiş və sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən aparılmış yoxlamanın nəticəsinə dair akt xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və həmin akt mübahisələndirilən borcun hesablanmasının əsasıdır. Cavabdeh tərəfindən həyata keçirilən digər hərəkətlər (sayğacın laboratoriya müayinəsindən keçirilməsi, laboratoriya aktının tərtib edilməsi və s.) borcun hesablanmasına əsas deyildir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdirlər.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndi- məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9-cu bəndi- istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndi-bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3953/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
17. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən cavabdehin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsində (təndirxana) quraşdırılmış qaz sayğacı xətdən açılmış, dövlət yoxlamasına göndərilmiş, yoxlama nəticəsində qaz sayğacında qüsur olduğu aşkar edilərək iddiaçıya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında 7200 manat borc hesablanmışdır. Yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid dövlət reyestrində qeydiyyata alınmışdır.
18. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacına qanunsuz müdaxilə edilmədiyi təqdirdə istehlakçıya əlavə sərfiyyat hesablanması nəzərdə tutulmadığından, o cümlədən Qaydaların 5.2-ci bəndində istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçıdan tələb edilməsinə yol verilmədiyindən iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı, cavabdehin apellyasiya şikayəti əsassızdır.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3953/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3953/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.