Məhkəmə qərarları › İş №2-2(103)-959/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-959/2025

10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-959/2025 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh1 və cavabdeh2 qarşı “borc məbləğinin tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, hərracda satılma Hakimlər X sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi - katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 iştirakları ilə, Iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankının cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh1 və cavabdeh2 qarşı “borc məbləğinin tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:

1. ASC “xxxx” Bankı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən bank borc alana 36 (otuz altı) ay müddətinə, illik 12% ödənilməsi şərtilə, 2650000 manat məbləğində bərpa olunan kredit xətti aşmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borc alanın müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində ##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak obyekti çıxış edir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi barədə məlumat, FIFD-in hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan * saylı əlavəsində göstərilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kredit xətti müqavilənin 3.4.6-cı yarımbəndində göstərilən vəzifə borc alan tərəfindən icra edildikdən sonra 5 gün ərzində bank tərəfindən açılır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müqavilənin 2.2-ci bəndində nəzərdə tutulan ərizədə göstərilən məbləği bank həmin sifarişin banka təqdim edildiyi gündən 3 iş günü ərzində borc alan üçün bankda açılan AZ**HAJCHCRAZN************** saylı cari hesaba köçürülməsi yolu ilə verir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlər, borc alanın ssuda hesabı üzrə borcunun yarandığı təqvim ayından başlamaqla, hər ayın 30-dan gec olmayaraq, borc alan tərəfindən banka ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndilə müəyyənləşdirilmiş faiz dərəcəsinə 15% əlavə edilməklə 27% dərəcəsi ilə hesablanan penya ödəyir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən müqavilənin 3.4.11-ci yarımbəndinə göstərilən vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən borc alan banka, həmin öhdəliyin icrasının pozulduğu tarixə mövcud olan əsas borc məbləğinin 0,15% həcmində cərimə ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2014-cü il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%-dən 11%ə endirilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə əlaqədar olaraq kredit xətti müqaviləsinə dəyişiklik edilməsi təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndinə dəyişiklik edilərək bank borcalana 36 ay müddətinə, illik 11% ödənilməsi şərtilə 2650000 manat məbləğində bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bəndinə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür kimi redaktə edilmişdir. Həmin sazişin 1.4-cü bəndinə əsasən kredit xətti müqaviləsinin 6.2ci bəndinə dəyişiklik edilərək, borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə hesablanan penya ödəməsi kimi redaktə edilmişdir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə ##.##.2015-ci il tarixli əlavə sazişin 1.3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, əlavə sazişin 1.2-ci bəndində nəzərdə tutulmuş borc alanın kredit xətti üzrə pul öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının əlavə sazişin tarixinə müəyyən etdiyi rəsmi məzənnə üzrə ABŞ dollarına konvertasiya edilməsi nəticəsində kredit xətti üzrə əsas borcun 2432430 manat məbləğində qalığı 2320356,77 ABŞ dolları məbləğində, kredit xəttinin 217570 manat məbləğində istifadə edilməmiş hissəsi 207545,55 ABŞ dolları məbləğində müəyyən edilir. Həmin sazişin 1.5-ci bəndinə əsasən əlavə sazişin təsir etmədiyi kredit xətti müqaviləsinin digər şərtləri dəyişilməz olaraq öz qüvvəsini saxlayır. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini borc alana kredit xətti müqaviləsinə əsasən bank tərəfindən təqdim edilmiş kredit xətti limitinin 500000 ABŞ dolları artırılaraq 3027902,32 ABŞ dolları məbləğində müəyyən edilməsi, həmin müqavilə üzrə kreditləşmə müddətinin 24 ay, yəni ##.##.2018-ci il tarixinədək uzadılması, habelə borc alanın bank qarşısında kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında ##.##.2015-ci il tarixli, ****************/IM-* saylı ipoteka müqaviləsinin bağlanması ilə əlaqədar kredit xətti müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən bu sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit müqaviləsinin 1.1-ci və 1.3-cü bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1.1. Bu müqaviləyə əsasən bank borc alana 60 ay müddətinə 3027902,32 ABŞ dolları məbləğində, kredit xəttindən istifadəyə görə illik 11% ödənilməsi şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilmiş məqsədlər üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.”; “1.3. Borc alanın bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində ## ###### 2013-cü il tarixli, ***************/IM saylı və ## ###### 2015-ci il tarixli, ***************/IM-* saylı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyektləri çıxış edir”. Həmin sazişin 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti müqaviləsi üzrə bank qarşısında 2527902,32 ABŞ dolları məbləğində əsas borcu mövcuddur. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2016-cı il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 11%-dən 10%ə endirilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə əlaqədar olaraq kredit xətli müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit müqaviləsinin 1.1-ci və 4.3-cü bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1.1. Bu müqaviləyə əsasən bank borc alana 60 ay müddətinə 3027902,32 ABŞ dolların məbləğində, kredit xəttindən istifadəyə görə illik 10% (on faiz) ödənilməsi şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilmiş məqsədlər üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.”; “4.3. Bu müqavilənin 4.2-ci bəndinə müvafiq olaraq ayrılmış kreditdən istifadəyə görə borc alan banka illik 25% ödəyir.” Həmin sazişin 2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti üzrə əsas borcunun qalıq məbləği 2653902,32 ABŞ dolları təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 10%-dən 5%-ə endirilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə əlaqədar olaraq kredit xətli müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən sazişin 1.1-ci bəndinə əsasən kredit müqaviləsinin 1.1-ci bəndinə aşağıdakı kimi yeni redaksiya verilmişdir: “Bu müqaviləyə əsasən bank borc alana 60 ay müddətinə, kredit xəttindən istifadəyə görə illik 5% ödənilməsi şərtilə, 3027902,32 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açmağı, borc alan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Həmin sazişin 2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti üzrə əsas borcunun qalıq məbləği 2571245,66 ABŞ dolları təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay uzadılması barədə tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə əlaqədar olaraq kredit xətti müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit xətti müqaviləsinin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Bu müqaviləyə əsasən bank borc alana 84 ay müddətinə 3027902,32 ABŞ dolları məbləğində, kredit xəttindən istifadəyə görə illik 5% ödənilməsi şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilmiş məqsədlər üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı, habelə ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.” Həmin sazişin 2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti üzrə əsas borcunun qalıq məbləği 2453598,60 ABŞ dolları təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişinin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin əlavə 36 ay uzadılması, kredit xətti üzrə limitin 27902.32 ABŞ dolları məbləğində azaldılaraq 3000000 ABŞ dolları məbləğinə çatdırılması, kredit xətti üzrə hesablaşma qaydasının dəyişdirilməsi və digər məsələlərlə əlaqədar olaraq kredit xətti müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit xətti müqaviləsinin 1.1-ci, 2.7-ci, 9.1-ci bəndləri və 3.4.6cı yarımbəndi aşağıdakı yeni redaksiyada verilmişdir: “1.1. Bu müqaviləyə əsasən bank borc alana 120 ay müddətinə 3000000 ABŞ dolları məbləğində, kredit xəttindən istifadəyə görə illik 5% ödənilməsi şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2ci bənddə göstərilmiş məqsədlər üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı, habelə ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.”; “2.7. Kredit xətli üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlər borc alanın ssuda hesabı üzrə borcunun yarandığı təqvim ayından başlamaqla, hər ayın 23dən gec olmayaraq borc alan tərəfindən banka ödənilir.”; “3.4.6. Kreditin verilməsi üçün müqavilənin 9.1-ci bəndində istinad edilən normativ xarakterli aktla və bankın daxili qaydaları ilə müəyyən olunan sənədləri banka təqdim etmək, ona kreditin verilibverilməməsi məsələsinin təhlili üçün bank tərəfindən "xxxx” MMC-yə edilən sorğulara və kreditin rəsnıiləşdirilməsinə görə xidmət haqlarını banka ödəmək”; “9.1. Kredit banklarda kreditlərin verilməsi qaydalarını tənzimləyən Azərbaycan Respublikasının normativ xarakterli aktları ilə və həmin aktlar əsasında hazırlanmış bankdaxili qaydalarla müəyyən olunan sənədlər banka təqdim olunduqdan sonra verilir.”. Həmin sazişin 2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti üzrə əsas borcunun qalıq məbləği 2665798,60 ABŞ dolları təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Ipoteka saxlayan ASC “xxxx” Bank, ipoteka qoyan Muradov Vidadi Aydın oğlu və borc alan “xxxx” MMC arasında ##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşnmaz Əmlakın Dövlöət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestirndən ##.##.2010-cu il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 0.01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737,9 kv.m ümumi, 377,7 kv.m yardımçı, 360,2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, 103 a saylı fərdi yaşayış evidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka qoyan təsdiq edir ki, müqavilənin bağlanması anına ipoteka predmeti onun müstəsna mülkiyyətindədir, ipoteka predmeti üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, ipoteka predmetinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyil. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən “xxxx” konsaltinq şirkətinin ##.##.2013-cü il tarixli, 132537 XB saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 3200000 manat, likvid dəyəri isə 2800000 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən qanunvericilikdə, kredit xətti müqaviləsi və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasını ipoteka qoyana yazılı şəkildə bildirir. Bu bildirişi aldığı tarixdən 1 ay ərzində ipoteka qoyan kredit xətti müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirir və ya məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilər. Bildirişi aldığı tarixdən keçən 1 ay ərzində ipoteka qoyan yuxarıda göstərilən hərəkətlərdə hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma yönəldilməsi məhkəmə qaydasında həyata keçirlir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 10.##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsinə ##.##.2014-cü il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixli, *************** nömrəli kredit xətti müqaviləsinə ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş bağlanmaqla kredit xətti üzrə illik faiz dərəcəsinin 12%-dən 11%-ə endirilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 11.##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsinə kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə ##.##.2015-ci il tarixli əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixindı bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı əlavə sazişlə edilmiş dəyişiklikləri redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə ##.##.2015-ci il tarixli əlavə saziş bağlanması və həmin əlavə sazişlə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit xətti müqaqviləsi üzrə borc alana açılmış kredit xətti üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit xətti üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 12.##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsinə ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixində bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş və ##.##.2015ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) ##.##.2015-ci il tarixli, ** saylı əlavə saziş bağlanmaqla həmin müqaqvilə üzrə kredit limitinin 500000 ABŞ dolları artırılaraq 3027902,32 ABŞ dolları məbləğində müəyyən edilməsi, habelə qeyd edilən kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay, yəni ##.##.2018-ci il tarixinədək uzadılması ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 13.##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsinə ##.##.2016-cı il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixində bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş və ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) ##.##.2016-cı il tarixli, ** saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 11%-dən 10%-ə endirilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 14.##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsinə ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixində bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, ##.##.2015ci il tarixli, ** saylı və ##.##.2016-cı il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) ##.##.2018-ci il tarixli, ** saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 10%-dən 5%-ə endirilməsi ilə əlaqədar edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 15.##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsinə ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixində bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, ##.##.2015ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı və ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) ##.##.2018- ci il tarixli, ** saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaqviləsi üzrə kreditləşmə müddətinin 24 ay uzadılması (84 ay qeyd edilməsi) ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi, habelə tərəflərin qarşılıqlı razılaşmasına əsasən “xxxx” konsaltinq qiymətləndirmə şirkəti tərəfindən sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən əmlakın yenidən qiymətləndirilməsi (bazar və likvid dəyərinin yenidən müəyyən olunması) ilə əlaqədar olaraq ipoteka müqaviləsinə dəyişiklikləin edilməsi təşkil edir. Sazişə əsasən “xxxx” MMC konsaltinq qiymətləndirmə şirkətinin ##.##.2018-ci il tarixli, 180332 XB saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 3400000 manat, likvid qiyməti isə 3000000 manat məbləğində müəyyən edilmişdir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 16.##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsinə ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixində bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, ##.##.2015ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) ##.##.2020-ci il tarixli, ** saylı əlavə saziş bağlamaqla kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin əlavə 36 ay uzadılması (120 ay qeyd edilməsi), kredit xəttinin limitinin 27902,32 ABŞ dolları məbləğində azaldılaraq 3000000 ABŞ dolları məbləğinə çatdırılması, kredit xətti üzrə hesablaşma qaydasının dəyişdirilməsi, tərəflərin qarşılıqlı razılaşmasına əsasən “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən ipoteka predmeti qismində çıxış edən əmlakın yenidən qiymətləndirilməsi (bazar qiyməti və likvid dəyərinin yenidən müəyyən olunması), “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ##.##.2018-ci il tarixli, ****-VQD saylı qanununun qüvvəyə minməsi nəzərə alınmaqla ipoteka müqaviləsinin həmin qanuna uyğunlaşdırılması, həmçinin tərəflərin həmin dəyişiklikdən irəli gələn qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar olaraq ipoteka müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 17.Ipoteka saxlayan ASC “xxxx” Bank, ipoteka qoyan “xxxx” MMC arasında ##.##.2015-ci il tarixlli, ***************/IM-* saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən kredit xətti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış ## ###### 2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestirndən ##.##.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasıdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka qoyan təsdiq edir ki, müqavilənin bağlanması anına ipoteka predmeti onun müstəsna mülkiyyətindədir, ipoteka predmeti üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, ipoteka predmetinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyil. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən “xxxx” konsaltinq şirkətinin ##.##.2015-ci il tarixli, 151328 XB saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 4500000 manat, likvid dəyəri isə 4000000 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən qanunvericilikdə, kredit xətti müqaviləsi və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasını ipoteka qoyana yazılı şəkildə bildirir. Bu bildirişi aldığı tarixdən 1 ay ərzində ipoteka qoyan kredit xətti müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirir və ya məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlayır. Bildirişi aldığı tarixdən keçən 1 ay ərzində ipoteka qoyan yuxarıda göstərilən hərəkətlərdə hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma yönəldilməsi məhkəmə qaydasında həyata keçirilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq eidlmişdir. 18.##.##.2015-ci il tarixli, ***************/IM-* saylı ipoteka müqaviləsinə ##.##.2016-cı il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixində bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli “kredit xətti üzrə öhdəliyin valyutasının konvertiyası barədə” əlavə saziş və ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişlə edilmiş dəyişiklikləri redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) ##.##.2016-cı il tarixli, ** saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 11%-dən 10%-ə endirilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 19.##.##.2015-ci il tarixli, ***************/IM-* saylı ipoteka müqaviləsinə ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixində bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli, ** saylı və ##.##.2016-cı il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) ##.##.2018-ci il tarixli, ** saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 10%-dən 5%-ə endirilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 20.##.##.2015-ci il tarixli, ***************/IM-* saylı ipoteka müqaviləsinə ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixində bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, ##.##.2015ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı və ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) ##.##.2018-ci il tarixli, ** saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay uzadılması (ümumilikdə 84 ay qeyd edilməsi) ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 21.##.##.2015-ci il tarixli, ***************/IM-* saylı ipoteka müqaviləsinə ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında ##.##.2013-cü il tarixində bağlanmış *************** saylı kredit xətti müqaviləsinə (müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı, ##.##.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci tarixli, ** saylı və ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında, bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) ##.##.2020- ci il tarixi, ** saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin əlavə 36 ay uzadılması (yəni ümumi 120 ay), kredit xəttinin limitinin 27902,32 ABŞ dolları məbləğində azaldılaraq 3000000 ABŞ dolları məbləğinə çatdırılması, kredit xətti üzrə hesablaşma qaydasının dəyişdirilməsi, tərəflərin qarşılıqlı razılaşmasına əsasən “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən ipoteka predmeti qismində çıxış edən əmlakın yenidən qiymətləndirilməsi (bazar qiyməti və likvid dəyərinin yenidən müəyyən olunması), “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ##.##.2018-ci il tarixli, ****-VQD saylı qanununun qüvvəyə minməsi nəzərə alınmaqla ipoteka müqaviləsinin həmin qanuna uyğunlaşdırılması, həmçinin tərəflərin həmin dəyişiklikdən irəli gələn qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar olaraq ipoteka müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 22.ASC “xxxx” Bank tərəfindən tərtib və təsdiq edilmiş faizlərin hesablanması cədvəlinin məzmunundan müəyyən olunur ki, “xxxx” MMC tərəfindən müqavilə üzrə 1389634,97 ABŞ dolları faiz borcundan 1219916,58 ABŞ dolları ödəniş edilmiş, 169718,39 ABŞ dolları faiz borcu qalmışdır. 23.ASC “xxxx” Bank tərəfindən tərtib və təsdiq edilmiş cərimələrin hesablanması cədvəlinin məzmunundan müəyyən olunur ki, “xxxx” MMC tərəfindən müqavilə üzrə 172338,74 ABŞ dolları cərimə borcu hesablanmışdır. 24.ASC “xxxx” Bankı tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ASC “xxxx” Bankı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit razılaşması üzrə ##.##.2022-ci il tarixinə yaranmış vaxtı keçmiş borc 2685798,6 ABŞ dolları, faiz borcu 169718,39 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 172338,74 ABŞ dolları olmaqla, ümumilikdə borc 3027855,73 ABŞ dolları təşkil edir. 25.ASC “xxxx” Bankı tərəfindən tərtib edilmiş maliyyə arayışından müəyyən olunur ki, “xxxx” MMC-nin ##.##.2013-cü il tarixli, *************** saylı kredit müqaqviləsi üzrə ASC “xxxx” Bankı qarşısında ##.##.2024-cü il tarixinə olan vaxtı keçmiş borcu 2685798,6 ABŞ dolları, faiz borcu 95112,87 ABŞ dolları, cərimə borcu 1039627,87 ABŞ dolları, ##.##.2022ci il tarixindən ##.##.2024-cü il tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 346542,63 ABŞ dolları olmaqla, ümumilikdə 4167081,97 ABŞ dolları təşkil edir. 26.ASC “xxxx” Bankı tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2013-##.##.2022-ci illər dövrü üçün çıxarışdan müəyyən olunur ki, ##.##.2022-ci il tarixə gecikdirilmiş borc 2685798,6 ABŞ dolları təşkil edir. 27.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası *************** saylı kredit xətti müqaviləsi üzrə ASC “xxxx” Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-1115084392, qeydiyyat tarixi##.##.2015). 28.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası və 0.142087 ha torpaq sahəsi *************** saylı kredit xətti müqaviləsi, ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli konvertasiya sazişi və ##.##.2015-ci il tarixli, ** saylı əlavə saziş üzrə ASC “xxxx” Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-1116005785, qeydiyyat tarixi- ##.##.2016). 29.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası və 0.142087 ha torpaq sahəsi *************** saylı kredit xətti müqaviləsi, ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli konvertasiya sazişi və ##.##.2015-ci il tarixli, ** saylı və ##.##.2016-cı il tarixli, ** saylı əlavə saziş üzrə ASC “xxxx” Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-1116009642, qeydiyyat tarixi-##.##.2016). 30.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası *************** saylı kredit xətti müqaviləsi, ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli konvertasiya sazişi, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı və ##.##.2018-ci il tarixli, ** saylı əlavə saziş üzrə ASC “xxxx” Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-1118028283, qeydiyyat tarixi-##.##.2018). 31.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası *************** saylı kredit xətti müqaviləsi, ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli konvertasiya sazişi, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2018-ci il tarixli əlavə saziş üzrə ASC “xxxx” Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-1118084239, qeydiyyat tarixi- ##.##.2018). 32.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası *************** saylı kredit xətti müqaviləsi, ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli konvertasiya sazişi, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2020-ci il tarixli, ** saylı əlavə saziş üzrə ASC “xxxx” Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-1120112647, qeydiyyat tarixi- ##.##.2020). 33.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ***a saylı fərdi yaşayış evi *************** saylı kredit xətti müqaviləsi, ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli konvertasiya sazişi, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı əlavə saziş, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2020-ci il tarixli, ** saylı əlavə saziş üzrə ASC “xxxx” Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi- 1120112645, qeydiyyat tarixi-##.##.2020). 34.##.##.2021-ci il tarixli, ****** saylı ölüm haqqında şəhadətnamənin məzmunundan müəyyən olunur ki, Muradov Vidadi Aydın oğlu ##.##.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 35.Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş cavabdeh2 tərəfindən ərizənin məzmunundan müəyyən olunur ki, cavabdeh2 ##.##.2021-ci il tarixdə vəfat etmiş atası Muradov Vidadi Aydın oğlundan ona çatası miras payını rəsmi və faktiki olaraq qəbul etməmiş, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağına dair üzərinə öhdəlik götürmüşdür. 36.Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi X1, təqsirləndirilən şəxsin hüquqi varisi X8 və müdafiəçisi vəkil2 tərəfindən birgə verilmiş, maraqlarına toxunan şəxs cavabdeh2 və onun vəkili vəkil3 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2022-ci il tarixli qərarının həmin kassasiya şikayətlərinə münasibətdə əmlakların xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilməsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci sülh döngəsi, * nömrəli ev, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **a/** saylı bağ sahəsi xüsusi müsadirə edilmiş əmlaklar siyahısından çıxarılması və üzərlərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Maraqlarına toxunan şəxs “xxxx” MMC-nin direktoru Qanuni nümayəndə və vəkili X7 tərəfindən birgə verilmiş və “xxxx” ASC-nin Idarə Heyətinin sədri X3 və vəkili vəkil1 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2022-ci il tarixli qərarı maraqlarına toxunan şəxs “xxxx” ASC-də ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən ***a saylı ev və ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi müsadirə edilməsi hissəsində ləğv edilməsi və cinayət işinin həmin hissədə baxılması üçün yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdirilməmişdir. 37.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)- ***/**** saylı qərarından görünür ki, Muradov Vidadi Aydın oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313 maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli hökmü Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən ***a saylı ev və ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilmədən, apellyasiya şikayətlərinin həmin hissədə təmin edilmədən saxlanılması qərara alınmışdır. 38.Azərbaycan Respublkası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərarından mərhum Muradov Vidadi Aydın oğlunun müdafiəçisi X1, V.cavabdeh2 hüquqi varisi X8 müdafiəçisi vəkil2, maraqlarına toxunan şəxs “xxxx” İddiaçıəhmdar Cəmiyyətinin nümayəndəsi vəkil1, maraqlarına toxunan şəxs cavabdeh2 və onun nümayəndəsi vəkil3 birgə verdikləri, maraqlarına toxunan şəxs “xxxx” MMC-nin direktoru Qanuni nümayəndə və vəkili X4 birgə verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 39.ASC “xxxx” Bankı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair göndərilən bildirişlər məhkəməyə təqdim edilmişdir. 40.ASC “xxxx” Bankı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsinə ünvanlanmış ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə məhkəməyə təqdim edilmişdir. 41.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, */**** saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq (eləcə də, ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişlər də nəzərə alınmaqla) cavabdeh “xxxx” MMC-nin iddiaçı ASC “xxxx” Bankına ##.##.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 170608,49 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilir. 42.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, */**** saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq (eləcə də, ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişlər də nəzərə alınmaqla) cavabdeh “xxxx” MMC-nin iddiaçı ASC “xxxx” Bankına ##.##.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 101046,76 ABŞ dolları faiz borcu, ##.##.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 170608,49 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilir. 43.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */***** saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq (eləcə də, ##.##.2014-cü il tarixli, ** saylı əlavə saziş, ##.##.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişlər də nəzərə alınmaqla) cavabdeh “xxxx” MMC-nin iddiaçı ASC “xxxx” Bankına ##.##.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 96210,91 ABŞ dolları faiz borcu, ##.##.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 170608,49 ABŞ dolları faiz borcu, ##.##.2024-cü il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 441787,65 ABŞ dolları faiz borcu olduğu müəyyən edilir. 44.“xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə ##.##.2023-cü il tarixli, LP-***/**** saylı mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 4000000 manat, bazar dəyəri 4200000 manat təşkil edir. 45.“xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə ##.##.2023-cü il tarixli, LP-***/**** saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ***a saylı fərdi yaşayış evinin likvid dəyəri 3000000 manat, bazar dəyəri 3200000 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

46. Iddiaçı ASC “xxxx” Bankı cavabdehlər “xxxx” MMC, cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsi üzrə borc alan “xxxx” MMC-dən iddiaçı ASC “xxxx” Bankının xeyrinə 2685798,60 ABŞ dolları məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 169718,39 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, ##.##.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 172338,74 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 3027855,73 ABŞ dolları və ##.##.2022-ci il tarixindən başlayaraq kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat məbləğində çəkilmiş xərclərin ASC “xxxx” Bankının xeyrinə tutulması, mərhum Muradov Vidadi Aydın oğlunun mirası cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən faktiki qəbul edildiyi üçün ##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 0,01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737.9 kv.m ümumi, 377.7 kv.m yardımçı, 360.2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, ***a saylı fərdi yaşayış evinə (1-ci ipoteka predmeti), habelə ##.##.2015-ci il tarixli, ***************/IM-* saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh “xxxx” MMC-yə məxsus olan ünvan 4 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (2-ci ipoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına iddia tələblərinin 1-ci bəndində müəyyən olunan məbləğdə “xxxx” MMC-nin ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsi üzrə borcunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə çəkilmiş xərclərin əvəzinin iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulmasının təmin edilməsi, 1-ci ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdeh1, cavabdeh2, onların ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 3364 manat məbləğində dövlət rüsumu və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən (“xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

47. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “xxxx” Bankı ilə “xxxx” MMC (borc alan) arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 ay müddətinə, illik 12% ödənilməsi şərtilə 2650000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. ##.##.2014-cü il tarixdə borc alanla iddiaçı arasında kredit xətti müqaviləsinə ** saylı əlavə saziş bağlanmışdır. Həmin sazişlə, iddiaçı və borc alan kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%-dən 11%-ə endirilməsi barədə razılığa gəlmişlər. ##.##.2015-ci il tarixdə iddiaçı və borc alan arasında bağlanmış öhdəliyin valyutasının konvertasiyası barədə əlavə sazişə əsasən isə kredit xətti müqaviləsi üzrə borc alana açılmış kredit xətti üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutası həmin kredit xətti üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilmiş və kredit üzrə əsas borcun 2432430 manat məbləğində qalığı 2320356,77 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Daha sonra isə kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişlə kredit xəttinin limiti 500000 ABŞ dolları artırılaraq kreditləşmə müddəti 24 ay uzadılmış, ##.##.2016-cı il tarixli, ** saylı əlavə sazişlə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 11%-dən 10%-ə endirilmiş, ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişlə illik faiz dərəcəsi 10%-dən 5%-ə endirilmiş, ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişlə kreditləşmə müddəti 24 ay uzadılmış və ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişlə isə kreditləşmə müddəti 36 ay uzadılaraq kredit xətti üzrə limit 27902,32 ABŞ dolları məbləğində azaldılmış və kredit xətti üzrə əsas borcun qalıq məbləği həmin tarixə (##.##.2020-ci il) 2665798,60 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Borcalanın kredit xətti müqaviləsi (o cümlədən ##.##.2014-cü il tarixli, ** saylı, ##.##.2015-ci il tarixli öhdəliyin valyutasının konvertasiyası barədə, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı, borc alan və ipoteka qoyan Muradov Vidadi Aydın oğlu arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 0,01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737.9 kv.m ümumi, 377.7 kv.m yardımçı, 360.2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, ***a saylı fərdi yaşayış evinin (bundan sonra “1-ci ipoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə ##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsi (həmin müqaviləyə ##.##.2014-cü il tarixli, ** saylı, ##.##.2015-ci il tarixli öhdəliyin valyutasının konvertasiyası barədə, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla, bundan sonra “xxxx” adlandırılacaq), iddiaçı ASC “xxxx” Bankı ilə cavabdeh “xxxx” MMC arasında sonuncuya məxsus olan ünvan 4 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (bundan sonra “2-ci ipoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə ##.##.2015-ci il tarixli, ***************/IM-* saylı ipoteka müqaviləsi (həmin müqaviləyə ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla, bundan sonra “2-ci ipoteka müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Bankın 1-ci ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “xxxx” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. ##.##.2014-cü il tarixli, ** saylı, ##.##.2015-ci il tarixli, öhdəliyin valyutasının konvertasiyası barədə, ##.##.2015-ci il tarixli, ** saylı, ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişlərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq olaraq ##.##.2014-cü il tarixli, RX seriyalı, ******* saylı, ##.##.2015-ci il tarixli, RX seriyalı, ******* saylı, ##.##.2015-ci il tarixli, RX seriyalı, ******* saylı, ##.##.2016-cı il tarixli, RX seriyalı, ******* saylı, ##.##.2018-ci il tarixli, RX seriyalı, ******* saylı, ##.##.2018-ci il tarixli, RX seriyalı, ******* saylı və ##.##.2020-ci il tarixli (qeydiyyat nömrəsi: 1120112645) çıxarışlar verilmişdir. Bankın 2-ci ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “xxxx” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2015-ci il tarixli, RX seriyalı, ****** saylı çıxarış verilmişdir. ##.##.2016-cı il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı, ##.##.2018-ci il tarixli, ** saylı və ##.##.2020-ci il, ** saylı əlavə sazişlərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq olaraq ##.##.2016-cı il tarixli, RX seriyalı, ******* saylı, ##.##.2018-ci il tarixli, RX seriyalı, ******* saylı, ##.##.2018- ci il tarixli, RX seriyalı, ******* saylı və ##.##.2020-ci il tarixli (qeydiyyat №-si: 1120112647) çıxarışlar verilmişdir. Borcalan “xxxx” MMC kredit xətti müqaviləsi üzrə razılaşdırılmış ödəniş şərtlərinə əməl etməmiş, bank qarşısında götürdüyü öhdəliklərini kobud şəkildə pozmuşdur. Borcalan tərəfindən qeyd edilən pozuntulara yol verildiyinə görə iddiaçının kredit xətti müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini “Ipoteka haqqında” Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, ##.##.2022-ci il tarixinə borc alan “xxxx” MMC-nin kreditor qarşısında ümumi borcu 2855516,99 ABŞ dolları təşkil edir ki, bunun da 2685798,60 ABŞ dolları vaxtı keçmiş əsas borcdan, 169718,39 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə banka kredit xətti müqaviləsinin 6.2ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi ilə penya da ödəməlidir ki, ##.##.2022-ci il tarixinə bu məbləğ 172338,74 ABŞ dolları təşkil edir. Iddiaçı tərəfindən “Ipoteka haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq, ipoteka qoyan Muradov Vidadi Aydın oğlunun adına 1-ci ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2022-ci il tarixli, BŞ-XO-#.#.2022-02* saylı bildiriş, cavabdeh “xxxx” MMC-yə isə 2-ci ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2022-ci il tarixli, BŞ-XO-#.#.2022-0** saylı bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmetləri hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. Iddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında ##.##.2022-ci il tarixli, BŞXO-#.#.****-*** nömrəli və ##.##.2022-ci il tarixli, BŞ-XO-#.#.****-*** nömrəli bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq ##.##.2022-ci il tarixli, BO-XO##.#.2022-004 və BO-XO-##.#.2022-0** saylı ərizələr ilə AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsinə müraciətlər edilmiş və həmin idarə tərəfindən bildirişlərin qeydə alınması barədə müvafiq məktublarla banka məlumat verilmişdir. Iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Iddiaçı ilə borc alan arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Borc alan ilə yuxarıda qeyd olunmuş kredit xətti müqaviləsini bağlamaqla iddiaçı kreditdən istifadəyə görə həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və faiz dərəcəsi ilə hesablanan faizlər formasında gəlir əldə etməyi nəzərdə tutmuşdur. Lakin borc alanın kredit xətti müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması və bunun nəticəsində iddiaçının krediti vaxtından əvvəl tələb etməsi ilə əlaqədar olaraq iddiaçı ən azı borc alan “xxxx” MMC tərəfindən həmin kreditin banka faktiki qaytarılma tarixənədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir əldə etmək imkanından məhrum olur. Kredit xətti müqaviləsi üzrə kreditin qaytarılma müddətinin (##.##.2013-cü il) hələ də bitmədiyini və konstitusiya məhkəməsinin bu abzasda qeyd olunmuş hüquqi mövqeyini nəzərə alaraq iddiaçı həmin dövr üçün əldə çıxmış faydanın hesablanmasında kredit xətti müqaviləsində göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, borc alan tərəfindən kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəlik lazımınca icra edilmədiyinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15% dərəcəsi ilə penya ödənilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, bank tərəfindən müvafiq bildiriş göndərilməklə ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanılmışdır. Lakin məlum olmuşdur ki, xxxx üzrə ipoteka qoyan Muradov Vidadi Aydın oğlu ##.##.2021-ci il tarixində vəfat etmişdir. Qeyd olunanlara əsasən bildirir ki, “Elektron Notariat” X17 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən cavabdeh1 (mərhumun həyat yoldaşı) 1-ci ipoteka predmeti olan fərdi yaşayış evində qeydiyyatdadır. Həmçinin mərhum Muradov Vidadi Aydın oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hüquqi varisi kimi cavabdeh1 müəyyən edilmişdir. Bundan başqa yuxarıda qeyd edilən 1-ci ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş həmin ipoteka predmetinin olduğu ünvana göndərilmiş və həmin ünvanda mərhumun oğlu cavabdeh2 tərəfindən poçt qəbzinə imza edilərək qəbul edilmişdir. Bütün bunlar cavabdehlər tərəfindən miras əmlakın öz mülkiyyətində saxlanılması üzrə iradə ifadəsi və mirasın qəbul olunmasının şəksiz nümayiş etdirilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinin ümumi əsaslarını müəyyən edən müvafiq maddəsində qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallarda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan da başqa şəxsə keçməsi (Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyətinə keçməsi) halının mümkünlüyü göstərilmişdir. Yuxarıda qeyd olunanlar birmənalı şəkildə təsdiq edir ki, ipoteka predmeti hal-hazırda cavabdehlər cavabdeh1 və cavabdeh2 mülkiyyətindədir. Hesab edilir ki, ipoteka predmetlərinin ilkin satış qiymətləri tərəflərin qarşılıqlı razılığı ilə seçdikləri ipoteka müqavilələrində qeyd olunmuş (“xxxx” MMC, “xxxx” MMC,“xxxx” MMC) müstəqil qiymətləndiricilərdən birininin rəyinə müvafiq olaraq məhkəmə tərəfindən müəyyən edilməlidir. Ipoteka predmeti olan mənzil satıldıqdan sonra “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş mənzili 1 aydan gec olmayaraq tərk etməlidirlər. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edilir ki, məhkəmə hazırkı iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi ilə yanaşı, mənzilin satışından sonra həmin mənzildə yaşayan ipoteka qoyanın ailə üzvləri və digər şəxslərin 1 ay ərzində mənzildən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. 1-ci ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan şəxslərin dairəsi yuxarıda sadalanmışdır.

48. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 178.1, 443.2, 528, 1151, 1243.1, 1243.2, 1243.3, 1255-ci və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34, 36, 39.1, 39.3, 59.3, 59.4,-ci maddələrinə istinad olunmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə

49. uyğun olaraq “iddia tələbinin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2013-cü il tarixli, *************** nömrəli kredit xətti müqaviləsi üzrə borc alan “xxxx” MMC-dən 2685798,60 ABŞ dolları məbləğində əsas borc, bildirişin göndərildiyi ##.##.2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 95112,87 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, ##.##.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1039627,87 ABŞ dolları məbləğində penya, ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 346542,63 ABŞ dolları məbləğində zərərin əvəzi olmaqla, cəmi 4167081,97 ABŞ dolları məbləğində pul vəsaiti, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat məbləğində çəkilmiş xərclərin iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, tutmanın mərhum Muradov Vidadi Aydın oğlunun mirası cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən faktiki qəbul edildiyi üçün ##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdehlər cavabdeh1 və cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 0,01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737.9 kv.m ümumi, 377.7 kv.m yardımçı, 360.2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, ***a saylı fərdi yaşayış evinə (1-ci ipoteka predmeti), habelə ##.##.2015-ci il tarixli, ***************/IM-* saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh “xxxx” MMC-yə məxsus olan ünvan 4 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (2-ci ipoteka predmeti) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına cavabdeh “xxxx” MMC-nin ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsi üzrə ASC “xxxx” Bankı qarşısında 2685798,60 ABŞ dolları məbləğində əsas borc, bildirişin göndərildiyi ##.##.2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 95112,87 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, ##.##.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1039627,87 ABŞ dolları məbləğində penya, ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 346542,63 ABŞ dolları məbləğində zərərin əvəzi olmaqla, cəmi 4167081,97 ABŞ dolları məbləğində borcu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən tutularaq ASC “xxxx” Bankına ödənilməsi, 1-ci ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdeh1, cavabdeh2, onların ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 4332,02 manat məbləğində dövlət rüsumu və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlər “xxxx” MMC, cavabdeh1 və cavabdeh2 iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən (“xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

50. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən ##.##.2013-cü il tarixli, *************** saylı kredit müqaviləsi üzrə 2678312,69 ABŞ dolları əsas borc, 95112,87 ABŞ dolları faiz borcu, 110000 ABŞ dolları penya, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 346542,63 ABŞ dolları olmaqla, cəmi 3229968,19 ABŞ dolları pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 3357,81 manatın ASC “xxxx” Bankının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat pulun 232,50 manat hissəsi cavabdeh “xxxx” MMC-dən, 67,50 manat hissəsi isə ASC “xxxx” Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Zeynəb Axundova).

51. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */***** saylı ekspert rəyində cavabdeh “xxxx” MMC-nin iddiaçı ASC “xxxx” Bankına ##.##.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 96210,91 ABŞ dolları faiz borcunun olduğu qeyd edilmişdir. Cavabdehlərə göndərilən ##.##.2022-ci il tarixli, BŞ-XO-#.#.2022-0** saylı bildirişin məzmunundan müəyyən olunur ki, “xxxx” MMC-dən 95112,88 ABŞ dolları hesablanmış faiz borcunun ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən həmin tarixdən etibarən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Məhkəmə tərəfindən ekspert qarşısında ##.##.2022-ci il tarixə olan borcun müəyyən edilməsi ilə bağlı müvafiq sual qoyulmuş və həmin tarixə faiz borcunun 96210,91 ABŞ dolları təşkil etdiyi rəydə göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in tələblərini nəzərə alaraq, faiz borcunu iddia tələbinə uyğun təmin edilməsini qamumvericiliyə uyğun hesab etmişdir.

52. Iddia tələbinin ##.##.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1039627,87 ABŞ dolları məbləğində penyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən penyanın ödənilməsini tələb etməkdə haqlıdır. ASC “xxxx” Bankı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən “xxxx” MMC əsas borcun tam məbləğinin və müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndilə müəyyənləşdirilmiş faiz dərəcəsinə 15% əlavə edilməklə 27% dərəcəsi ilə hesablanan penya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə tərəflərin əsaslı mənafelərini, penyanın əsas borca olan nisbətini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tələb edilən penyanın məbləği azaldılaraq 110000 ABŞ dolları məbləğində müəyyən edilməli, penyanın məbləği ilə əlaqədar iddia tələbi qalan hissədə təmin edilməməlidir.

53. Iddia tələbinin ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 346542,63 ABŞ dolları borcun tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

54. Bundan başqa, ipoteka predmetləri olan yuxarıda qeyd olunan əmlaklar məhkəmə qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edildiyindən iddia tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində və ipoteka predmeti ilə bağlı olan digər hissələrdə (hərracda satılma, əmlakın boşaldılması və s.) təmin edilməməlidir.

55. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası MM-in 269.1, 269.4, 269.5, 270.1, 317.1, 319.1, 385.1, 386.1, 439.2, 442, 445.7, 448.1, 462.1 və 739-cu maddələri, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi, Azərbaycan Respublikasının MPM-in 107, 115.0.1, 119.1 və 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

56. Həmin qətnamədən iddiaçı ASC “xxxx” Bankı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni mübahisələndirilən hissələrdə ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 2166,50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

57. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə borclu “xxxx” MMCnin təsisçisi və ipoteka qoyanlardan biri olmuş Muradov Vidadi Aydın oğlunun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə hazırkı iş üzrə tutma yönəldilən ipoteka predmetləri qismində çıxış edən əmlaklara xüsusi müsadirə tətbiq edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilmişdir. Həmin hökmdən Bank tərəfindən maraqlarına toxunan şəxs qismində müvafiq qaydada yuxarı instansiya məhkəmələrinə şikayət verilmiş və işə baxılması Konstitusiya Məhkəməsinə qədər aparılmışdır. Qeyd edilən cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarından Bank tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilmiş şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ##.##.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardad da xüsusilə qeyd edilmişdir ki, “...eyni hallar üzrə ilk qərarında xüsusi müsadirə edilmiş əmlaklara münasibətdə sübutların tədqiq edilməməsi və ümumiyyətlə müvafiq əmlakın CM-in 99-1-ci maddəsinə əsasən müsadirə oluna biləcək əmlak olub-olmamasına dair apellyasiya instansiya məhkəməsi tərəfindən qiymətləndirilməməsinə dair nəticəyə gələn Ali Məhkəmənin Cinayət Kollegiyası ikinci qərarında özünün ilk mövqeyinə əks mövqe nümayiş etdirmiş, bu da məsələyə dair vahid məhkəmə təcrübəsinə xələl gətirmiş olur”. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə qaldırılan hüquqi məsələ üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının mövcud olduğunu, habelə məsələnin CPMdə nəzərdə tutulmuş qaydada həll edilməsi mümkün olduğundan (Ali Məhkəməyə əlavə kassasiya qaydasında şikayətin verilməsi yolu ilə) şikayətin Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilib baxılmasına zərurət olmadığına dair qənaətə gəlmişdir. Həmçinin, Konstitusiya Məhkəməsi Ali Məhkəmənin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarını vahid məhkəmə təcrübəsinə xələl gətirən məhkəmə aktı kimi qiymətləndirərək, ASC “xxxx” Bankına Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında baxılması üçün şikayət vermək hüququnu izah etmişdir. Bank qeyd edilən hüquqdan istifadə edərək Ali Məhkəmənin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- **/**** saylı qərarından maraqlarına toxunan şəxs qismində əlavə kassasiya qaydasında Ali Məhkəmənin Plenumuna şikayət vermişdir. Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə Bank tərəfindən verilmiş əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəlləsinin 421.1-ci maddəsində nəzərdə tutulmuş halların “olmaması” səbəbi ilə Plenumun baxışına çıxarılmasından imtina edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsi ilə Ali Məhkəmənin mövqeyləri arasında ziddiyyət mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun qərar və şərhləri məhkəmələr üçün hüquqi baza sayılır və onların nəzərə alınmaması qanun pozuntusu hesab edilir. Hazırkı iş üzrə isə ipoteka predmetləri olan əmlakların cinayət işi üzrə məhkəmə qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi zaman Konstitusiya Məhkəməsinin Plenumunun məcburi qüvvəyə malik olan yuxarıda qeyd edilən qərarları məhkəmələr tərəfindən nəzərə alınmayaraq qeyri-qanuni qərar qəbul edilmiş və həmin qərar hazırkı mülki iş üzrə Bankın iddia tələblərinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı hissədə rədd edilməsinin əsası kimi çıxış etmişdir. Muradov Vidadi Aydın oğlunun cinayət işi üzrə qəbul edilmiş məhkəmə qərarları ilə bilavasitə mülkiyyəçilərin mülkiyyət hüquqları pozulmuşdursa, artıq birinci instansiya məhkəməsinin qəbul etdiyi hazırkı qətnamə ilə Bankın ipoteka hüquqları pozulmuşdur. Hazırkı iş üzrə ipoteka predmetləri olan əmlakların cinayət işi üzrə məhkəmə qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi ilk növbədə əmlakların mülkiyyətçilərinin əsas konstitusiya hüquqlarından biri olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Belə ki, məhkəmə qərarı ilə məcburi qaydada müsadirə olunmuş mülkiyyətçilərə məxsus olmuş və ipoteka ilə yüklü edilmiş əmlaklar cinayəti törədilməsindən xeyli əvvəl əldə edilmişdir. Məhkəmələrin mülkiyyətə bu cür qanunsuz müdaxiləsi nəticəsində nəinki mülkiyyəçilərin, o cümlədən ipoteka saxlayan qismində Bankın da əmlak hüquqları pozulmuşdur. Bank müsadirə edilmiş əmlaklara münasibətdə mülkiyyəçisi olmasa da, onun ipoteka saxlayan qismində əmlak hüquqları mövcuddur. Beləliklə, həm cinayət işi üzrə, həm də hazırkı mülki iş üzrə qəbul edilmiş məhkəmə qərarları ilə Bank bu hüquqlardan məhrum edilmişdir. Bundan başqa, Bakı Kommersiya Məhkəməsi tərəfindən yuxarıda qeyd edilmiş qətnamənin qəbul edilməsi nəticəsində əsas konstitusiya hüquqlarından biri olan Bankın məhkəmə müdafiəsi hüququ da pozulmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd edilmiş hökmü ilə təkcə “xxxx” MMC-yə məxsus olan və müvafiq ipoteka müqaviləsi üzrə Bankın ipoteka hüququ ilə yüklü edilmiş ipoteka predmeti deyil, borcalanın səhm payları və bütün digər aktivləri xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Təbii ki, belə olan şəraitdə borcalan “xxxx” MMC-dən Bank qarşısında olan kifayət qədər böyük məbləğdə kredit borcunun hər hansı başqa aktivləri hesabına tutulması qeyri-mümkün olur. Beləliklə, Bakı Kommersiya Məhkəməsi tərəfindən icrasının qeyri-mümkünlüyü əvvəlcədən bəlli olan qətnamənin qəbul edilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə müdafiəsi hüquqi ilə bağlı bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqelərə ziddir və Bankın əsas konstitusiya hüquqlarından biri olan məhkəmə müdafiəsi hüququnu ciddi şəkildə pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən təqdim edilmiş mötəbər sübutları nəzərə almamış, yalnız AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sonuncu ##.##.2025-ci il tarixli, */***** №-li ekspert rəyini mötəbər sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizası həyata keçirilərkən bir çox səhvlərə yol verildiyindən, ödənişlər üzrə silinmələr ekspert tərəfindən müqavilə şərtləri nəzərə alınmadan aparılmış və nəticədə uyğunsuzluqlara görə yekun məbləğlərdə fərq yaranmışdır. Misal üçün ##.##.2020-ci il tarixində edilmiş 8 145.50 dollar məbləğində ödəniş, müqavilə şərtlərinə və ödəniş cədvəlinə uyğun olaraq ##.##.2020-ci il tarixində 8 145.50 dollar faiz borcundan silinmiş. Ekspert rəyində isə ödənilən məbləğ ##.##.2020-ci il tarixində 5924 dollar əsas borcdan, 2221.49 dollar faiz borcundan silindiyi göstərilmişdir. Qeyd edilmiş və digər uyğunsuzluqların olması faktı həm ekspert tərəfindən müqavilə şərtləri nəzərə alınmadan hesablama aparılması, həmçinin də ekspertin kredit xətti müqaviləsinə bağlanmış ##.##.2020-ci il tarixli ** saylı əlavə sazişin 2-ci bəndində əsas borc qalığı göstərildiyindən, həmin müqavilə üzrə faiz borcunun olmaması barədə nəticəyə gəlməsi səbəbindən baş vermişdir. Belə ki, ##.##.2020-ci il tarixinədək hesablanmış və ödənilməmiş faizlər ekspert tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, ekspert elə zənn etmişdir ki, borc alanla bağlanmış ##.##.2020-ci il tarixli ** saylı əlavə sazişə əsasən faiz borcu mövcud olmamışdır (halbuki, Əlavə sazişin bağlandığı tarixədək faizlərin hesablanması davam etdiyindən sazişin tarixinə faiz borcu 5924.01 dollar təşkil edirdi). Bu səbəbdən o, bundan sonra edilmiş ödənişləri müqavilə şərtləri ilə müəyyənləşmiş ardıcıllığa əsasən yox, əsas borcdan silərək hesablama aparmışdır. Bununla da səhv hesablamanı özündə ehtiva edən rəy verilmiş, məhkəmə isə öz növbəsində bu əsassız rəyi mötəbər sübut kimi qəbul edərək iddiaçının tələbini əsas borc hissəsində 7485,91 ABŞ dolları məbləğində azaltmışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilmiş (razılaşdırılmış) dəbbə pulunu (cərimə) azaltmaqda haqlı olmamışdır. Tərəflər (Bank və borcalan) sərbəst şəkildə öz iradə ifadələrini bildirərək ##.##.2013-cü il tarixli *************** №li Kredit xətti müqaviləsinin «Tərəflərin məsuliyyəti» adlanan 6-cı bəndində penyanın hesablanması barədə razılığa gəlmişlər. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi Bankın həməmlak mənafelərini, həmdə bütün əsaslımənafeləri nəzərə almamış, bununla bağlı ədalətsiz mövqe sərgiləmişdir. Belə ki, birinci instansiya məhkəməsi Bankın 1039627,87 ABŞ dolları məbləğində penya tələbini 89,43% (929627,87 ABŞ dolları məbləğində) azaldaraq, cəmi 110000 ABŞ dolları məbləğində təmin etməklə bunun əksini etmişdir. Buradan da göründüyü kimi, birinci instansiya məhkəməsi cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını təsdiq edir.

Apellyasiya şikayətinə qarşı etiraz:

58. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı, izahatlar:

59. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

60. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

61. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını xahiş etdi.

62. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər.

63. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. -269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. -309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. -317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası). -447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

65. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. -11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. -11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Ipoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. -32.2-ci maddəsinə əsasən ipoteka predmeti olan əşya cinayət törədilməsinə və ya başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. -34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -82.4-cü maddəsinin mənasına görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərar həmin hərəkətlərin olubolmaması və bu hərəkətləri etmiş şəxslər barədə mülki işə baxan məhkəmə üçün məcburidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirir. -217.1, 217.3 və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri:

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

68. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

69. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Belə ki, işin faktiki hallarından görünür ki, ASC “xxxx” Bankı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə, illik 12% ödənilməsi şərtilə, 2650000 manat məbləğində bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2014-cü il tarixli, ** saylı əlavə sazişə əsasən kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%-dən 11%-ə endirilmişdir; ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə ##.##.2015-ci il tarixli əlavə sazişə əsasən kredit xətti müqaviləsi üzrə borc alana açılmış kredit xətti üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasını həmin kredit xətti üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasında çevirmək barədə razılığa gəlmişdirlər; ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişinə əsasən borc alana kredit xətti müqaviləsinə əsasən bank tərəfindən təqdim edilmiş kredit xətti limitinin 500000 ABŞ dolları artırılaraq 3027902,32 ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin müqavilə üzrə kreditləşmə müddətinin 24 ay, yəni ##.##.2018-ci il tarixinədək uzadılmış, habelə borc alanın bank qarşısında kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında ##.##.2015-ci il tarixli, ****************/IM-* saylı ipoteka müqaviləsinin bağlanması ilə əlaqədar kredit xətti müqaviləsinə dəyişikliklər edilmişdir; ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2016-cı il tarixli, ** saylı əlavə sazişinə əsasən kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 11%-dən 10%-ə endirilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlmişdirlər; ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişə əsasən kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 10%-dən 5%-ə endirilməsi barədə tərəflər qarşılıqlı razılığa gəlmişdirlər; ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2018-ci il tarixli, ** saylı əlavə sazişinə əsasən kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay uzadılması barədə tərəflər qarşılıqlı razılığa gəlmişdirlər; ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsinə ##.##.2020-ci il tarixli, ** saylı əlavə sazişinə əsasən kredit xətti müqaviləsi üzrə kreditləşmə müddəti əlavə 36 ay uzadılmış, kredit xətti üzrə limitin 27902,32 ABŞ dolları məbləğində azaldılaraq 3000000 ABŞ dolları məbləğinə çatdırılmış, kredit xətti üzrə hesablaşma qaydasının dəyişdirilməsi və digər məsələlərlə əlaqədar olaraq kredit xətti müqaviləsinə dəyişikliklər edilmişdir. Ipoteka saxlayan ASC “xxxx” Bank, ipoteka qoyan Muradov Vidadi Aydın oğlu və borc alan “xxxx” MMC arasında ##.##.2013-cü il tarixli, ***************/IM saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən ASC “xxxx” Bankı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Muradov Vidadi Aydın oğlu tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 0.01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737,9 kv.m ümumi, 377,7 kv.m yardımçı, 360,2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, 103 a saylı fərdi yaşayış evi ASC “xxxx” Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ipoteka saxlayan ASC “xxxx” Bank, ipoteka qoyan “xxxx” MMC arasında ##.##.2015-ci il tarixlli, ***************/IM- * saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən ASC “xxxx” Bankı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə “xxxx” MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası ASC “xxxx” Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

72. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmaq öhdəliyi əmələ gəlir.

73. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını (eləcə də hesablanmış faizləri) borc verənə qaytarmaq öhdəliyini lazımi qaydada icra etməmişdir.

74. Məhkəmə kollegiyası, ilk növbədə, apellyasiya şikayətinin ipoteka predmetlərinin xüsusi müsadirə edilməsi, bununla əlaqədar Bankın ipoteka hüququnun və məhkəmə müdafiəsi hüququnun pozulması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, bu dəlillər iş materialları, qanuni qüvvəyə minmiş məhkəmə aktları və tətbiq edilməli maddi hüquq normaları ilə təkzib olunur.

75. Iş materialları ilə müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə mübahisəli ipoteka predmetləri dövlət nəfinə xüsusi müsadirə edilmiş, həmin hissədə cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktları apellyasiya və kassasiya qaydasında yoxlanılmış və qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin mənasına görə qanuni qüvvəyə minmiş cinayət işi üzrə məhkəmə aktları həmin aktlarda müəyyən edilmiş hərəkətlərin olub-olmaması və onların kim tərəfindən edilməsi məsələləri üzrə mülki-kommersiya işinə baxan məhkəmə üçün məcburi əhəmiyyət daşıyır. Buna görə kommersiya məhkəməsi hazırkı mübahisəyə baxarkən cinayət mühakimə icraatı üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yenidən qiymətləndirə bilməz; həmin aktlar qüvvədə olduğu müddətdə onlardan irəli gələn hüquqi nəticələri nəzərə almağa borcludur.

77. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ipoteka predmeti olan əşya cinayət törədilməsinə və ya başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir və bu halda ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin normanın məzmunu ondan ibarətdir ki, əvvəlki mülkiyyətçinin əmlak kütləsindən çıxaraq dövlət nəfinə keçirilmiş əmlak ipoteka saxlayanın tələbi üzrə mülki icra predmeti kimi yenidən hərraca çıxarıla bilməz.

78. Hazırkı halda ipoteka predmetlərinin qanuni qüvvəyə minmiş cinayət məhkəməsi aktları ilə dövlət nəfinə xüsusi müsadirə edilməsi həmin əmlaklar üzərində ipoteka hüququnun davam etməsini və onlara tutmanın yönəldilməsini hüquqi baxımdan istisna edir. Bankın xüsusi müsadirə barədə məhkəmə aktları ilə razılaşmaması hazırkı kommersiya mübahisəsində ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün müstəqil əsas yaratmır.

79. Bankın məhkəmə müdafiəsi hüququnun pozulması barədə dəlili də əsaslı hesab edilmir. Çünki məhkəmə pul borcunun mövcudluğunu qiymətləndirərək borcun tutulması barədə tələbə hüquqi qiymət vermişdir. Lakin pul tələbinin mövcudluğu artıq dövlət nəfinə keçmiş əmlaklara tutmanın yönəldilməsinə əsas ola bilməz. Həmin əmlakların müsadirəsinə dair məhkəmə aktlarının mübahisələndirilməsi cinayət-prosessual və digər müvafiq hüquqi müdafiə mexanizmləri çərçivəsində mümkündür; kommersiya mübahisəsində isə dövlət mülkiyyətinə keçmiş əmlakların hərrac predmeti kimi müəyyən edilməsi yolverilməzdir.

80. Bu səbəbdən birinci instansiya məhkəməsi ipoteka predmetlərinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, ilkin satış qiymətinin müəyyən edilməsi və fərdi yaşayış evindən şəxslərin çıxarılması barədə tələblərin təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinin hüquqi əsası aradan qalxdığından, həmin tələbdən törəyən digər tələblər də müstəqil şəkildə təmin edilə bilməz.

81. Iddiaçı apellyasiya şikayətində ekspert tərəfindən ##.##.2020-ci il tarixli ** saylı əlavə sazişdən əvvəlki faiz borclarının nəzərə alınmamasını və əsas borcun əsassız olaraq 7.485,91 ABŞ dolları azaldılmasını mübahisələndirmişdir. Bununla əlaqədar olaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

82. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən, ASC “xxxx” Bankı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2013-cü il tarixli, *************** saylı kredit xətti müqaviləsi və ona edilmiş əlavə sazişlər nəzərə alınmaqla, ##.##.2020-ci il tarixinə əsas borc qalığı 2.665.798,60 ABŞ dolları, həmin tarixə faiz borcu isə 0 ABŞ dolları müəyyən edilmişdir. ** saylı əlavə sazişin 2-ci bəndində də tərəflər həmin tarixə kredit xətti üzrə əsas borc qalığını 2.665.798,60 ABŞ dolları kimi təsdiq etmişlər.

83. Kollegiya qeyd edir ki, ##.##.2020-ci il tarixli ** saylı əlavə saziş tərəflərin qarşılıqlı iradə ifadəsini əks etdirən yazılı sübutdur və həmin tarixədək aparılmış hesablaşmaların, ödənişlərin, silinmələrin və borc qalığının tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Iddiaçı həmin sazişdə göstərilməyən əlavə faiz borcunun saxlanıldığını iddia etsə də, bu halı sazişin məzmununu təkzib edən mötəbər sübutlarla təsdiq etməmişdir. Buna görə birinci instansiya məhkəməsinin əsas borc hissəsində ekspert rəyini əsas götürməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələblərinə uyğundur.

84. Eyni zamanda, ##.##.2020-ci il tarixinə əvvəlki faiz borcunun mövcud olmaması sonrakı dövr üzrə borclunun gecikməsinə görə hüquqi nəticələrin tətbiqini istisna etmir. Borclu əsas pul öhdəliyini vaxtında icra etmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış məbləği tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək hesablanmış 346.542,63 ABŞ dolları məbləğində gecikmə faizinin tutulması barədə nəticəsi işin hallarına və maddi hüquq normalarına uyğundur.

85. Penyanın məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.2-ci bəndində penya nəzərdə tutulduğundan, iddiaçı borclunun gecikməsinə görə penya tələb etmək hüququna malikdir. Lakin müqavilədə penyanın nəzərdə tutulması onun tələb edilən bütün həcmdə tutulmalı olması anlamına gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və bu zaman kreditorun əmlak mənafeləri ilə borclunun üzərinə qoyulan məsuliyyətin mütənasibliyi birlikdə qiymətləndirilməlidir. Hazırkı işdə tələb edilən 1.039.627,87 ABŞ dolları penya əsas borcun həcmi, gecikmə müddəti, iddiaçının eyni dövr üzrə illik 5 faizlə hesablanmış 346.542,63 ABŞ dolları məbləğində gecikmə faizini ayrıca əldə etməsi və penyanın kompensasiya vasitəsindən artıq cəza xarakterli həddə çatması nəzərə alınmaqla tənasübsüz yüksəkdir. Bu baxımdan penyanın 110.000 ABŞ dolları məbləğinədək azaldılması ədalət, ağlabatanlıq və mütənasiblik prinsiplərinə uyğundur.

86. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğundur və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3, 217.4, 384.0.1 və 385-ci maddələrinin tələbləri baxımından qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- **/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

87. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

88. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X15, 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar