Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-96/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ilkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X20 Eksport LTD” X4, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nə, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”nə, Cemal Yangına və X8rşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “X20 Eksport LTD” X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, öhdəliyin icrasının təmin olunması, qarantiya və kontrqarantiya münasibətləri) hakimlər X3 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, digər nümayəndəsi (vəkili) X6, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X20 Eksport LTD” X2, həmçinin ilkin iddia üzrə cavabdehlər “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”nin, Cemal Yangının və X10 nümayəndələri (vəkilləri) Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X20 Eksport LTD” X4, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nə, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”nə, Cemal Yangına və X8rşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” barədə ilkin, “X20 Eksport LTD” X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qətnaməsindən “X20 Eksport LTD” X2, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”nin, Cemal Yangının və X10 nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank, kreditor) ilə “X20 Eksport LTD” MMM (borcalan) arasında 09 aprel 2018-ci il tarixdə 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, onun predmeti kreditorun borcalana 650 000 (altı yüz əlli min dollar) ABŞ dolları məbləğində, illik faiz dərəcəsi 30 (otuz) %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altmış) %-dən çox olmamaq şərti ilə, xx.xx.2019-cu il tarixinə qədər kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə bağlı olan digər müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir.
2. xx.xx.2019-cu il tarixdə bankla borcalan arasında 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə 1 nömrəli əlavə razılaşma bağlanmış, razılaşmaya əsasən, müqavilənin 1.1-ci bəndinin “müqavilənin predmeti kreditorun borcalana 1 000 000 ABŞ dolları (bir milyon) (AZN va ya EURO ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altımş)%-dən çox olmamaq şərti ilə, 60 (altmış) ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin (bundan sonra kredit) ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə bağlı olan digər müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir” məzmununda dəyişdirilməsi razılaşdırılmışdır.
3. xx.xx.2020-ci il tarixdə bankla borcalan arasında 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə 2 nömrəli əlavə razılaşma bağlanmış, razılaşmaya əsasən, müqavilənin 1.1-ci bəndinin “müqavilənin predmeti kreditorun borcalana 2 000 000 ABŞ dolları (iki milyon) (AZN va ya EURO ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz) %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altımş) %-dən çox olmamaq şərti ilə, 120 (yüz iyirmi) ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin (bundan sonra kredit) ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə bağlı olan digər müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir” məzmununda dəyişdirilməsi razılaşdırılmışdır”.
4. xx.xx.2021-ci il tarixdə bankla borcalan arasında 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə 03GR21000029 nömrəli əlavə razılaşma bağlanmış, razılaşmada nəzərdə tutulmuşdur ki, “1.1. Prinsipalın tapşırığı ilə prinsipal tərəfindən “Limak İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti№ (benefisiar) qarşısında SZ-TCMB-070-00 nömrəli müqavilədən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında “Ziraat Bankası” A.S.T.C (“Qarant”) tərəfindən benefisiara xx.xx.2023cü il müddətinə 1 358 080,2 TRY (bir milyon üç yüz əlli səkkiz min səksən türk lirəsi iyirmi kuruş) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.2. Kontrqarant, prinsipialla benefisiar arasında bağlanmış müqaviləyə əsasən prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçiriləcəyi və qarant tərəfindən kontrqarantiya üzrə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə 1 358 080.20 (bir milyon üç yüz əlli səkkiz min səksən türk lirəsi iyirmi kuruş) məbləğindən artıq olmayan məbləği qaranta ödəməyi öhdəsinə götürür; 1.3. Kontrqarantiya qarant tərəfindən benefisiara verilən qarantiya müddətində və həmin müddət bitdikdən sonra 15 (on beş) gün müddətində qüvvədə olacaq; 1.4. Prinsipal kontrqarantiyanın açılmasına görə 733,07 TRY (yeddi yüz otuz üç lirə yeddi kuruş) məbləğində birdəfəlik istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (iki) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın cəmi məbləği 56 112,56 TRY); 1.5. Qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontraqarant kontrqarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz) % hesablayır; 1.6. Prinsipal kontrqaranta kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu Əlavə Razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant konrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60 (altmış)% həcmində faiz hesablayır”.
5. xx.xx.2021-ci il tarixdə bankla borcalan arasında 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə 03GR21000030 nömrəli əlavə razılaşma bağlanmış, razılaşmada nəzərdə tutulmuşdur ki, “1.1. Prinsipalın tapşırığı ilə prinsipal tərəfindən “Limak İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti” (benefisiar) qarşısında SZ-TCMB-070-00 nömrəli müqavilədən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında “Ziraat Bankası” A.S.T.C (“Qarant”) tərəfindən benefisiara xx.xx.2023cü il müddətinə 448 913,95 avro məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.2. Kontrqarant, prinsipialla benefisiar arasında bağlanmış müqaviləyə əsasən prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçiriləcəyi və qarant tərəfindən kontrqarantiya üzrə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə 448 913,95 avro məbləğindən artıq olmayan məbləği qaranta ödəməyi öhdəsinə götürür; 1.3. Kontrqarantiya qarant tərəfindən benefisiara verilən qarantiya müddətində və həmin müddət bitdikdən sonra 15 (on beş) gün müddətində qüvvədə olacaq; 1.4. Prinsipal kontrqarantiyanın açılmasına görə 83,90 avro məbləğində birdəfəlik istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (iki) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın cəmi məbləği 18 389,61 avro); Qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontraqarant kontrqarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz) % hesablayır; 1.6. Prinsipal kontrqaranta kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu Əlavə Razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant konrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60 (altmış)% həcmində faiz hesablayır”.
6. xx.xx.2021-ci il tarixdə bankla borcalan arasında 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə 03GR21000069 nömrəli əlavə razılaşma bağlanmış, razılaşmada nəzərdə tutulmuşdur ki, “Prinsipialın tapşırığı ilə “Fatsa Dış Ticaret İnşaat ve Turizm” LTD ŞTİ tərəfindən “X21 Bankası” A.Ş. (Türk Eximbank) (benefisiar) qarşısında “Fatsa Dış Ticaret İnşaat ve Turizm” Ltd.Şti-nin sifarişi ilə “Türkiyə Eximbank”dan kredit alınması üçün müqavilədən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında “Ziraat Bankası” A.Ş.T.C. (bundan sonra "Qarant" adlanacaq) tərəfindən benefisiara xx.xx.2023-cü il müddətinə 500 000 avro məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.2 Kontrqarant, prinsipalla benefisiar arasında bağlanmış müqaviləyə əsasan prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçiriləcəyi və qarant tərəfindən kontrqarantiya üzrə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə 500 000 avro məbləğindən artıq olmayan məbləği qaranta ödəməyi öhdəsinə götürür; 1.3 Kontrqarantiya qarant tərəfindən benefisiara verilən qarantiya müddətində və həmiıı müddət bildikdən sonra 15 (on beş) gün müddətində qüvvədə olacaq; 1.4 Prinsipal kontrqarantiyanın açılmasına görə 0 avro (sıfır avro 00 sent) məbləğində birdəfəlik, istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2.15 (İki tam yüzdə on beş) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın ümumilikdə məbləği 22 903,47 avro); 1.5. Qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra, kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontrqarant kontrqarantiyanın lam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz)% hesablayır; 1.6. Prinsipal kontraqaranta kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu Əlavə Razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant kontrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60 (altmış) % həcmində faiz hesablayır”.
7. xx.xx.2021-ci il tarixdə “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında 09 aprel 2018ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə 03GR21000074 nömrəli əlavə razılaşma bağlanmış, razılaşmaya əsasən: “1.1. Bu əlavə razılaşmaya əsasən prinsipalın tapşırığı ilə prinsipal tərəfindən “X18 X14 Ticaret ve Sanayi AŞ” (benefisiar) qarşısında “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” ile “X18 X14 Ticaret ve Sanayi AŞ” firması arasında imzalanmış Yüklenici Sözləşməsindən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında “Ziraat Bankası” A.Ş.T.C. (“Qarant" adlanacaq) tərəfindən benefisiara xx.xx.2022-ci il müddətinə 1 644 600 avro (bir milyon altı yüz qırx dörd min altı yüz) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.2 Kontrqarant, prinsipalla benefisiar arasında bağlanmış müqaviləyə əsasən prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar oluraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçiriləcəyi və qarant tərəfindən kontrqarantiya (ilə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə 1 644 600 avro (bir milyon altı yüz qırx döıd min altı yüz) məbləğindən artıq olmuyan məbləği qaranta ödəməyi öhdəsinə götürür; 1.3. Kontrqarantiya qarant tərəfindən benefisiara verilən qarantiya müddətində və həmin müddət bitdikdən sonra 15 (on beş) gün müddətində qüvvədə olacaq; 1.4. Prinsipal kontrqarantiyanın açılmasına görə 3289,2 avro (üç min iki yüz səksən doqquz avro iyirmi sent) məbləğində birdəfəlik. istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (iki) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın ümumi məbləği 37 460,33 avro); 1.5. Qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontrqarant kontrqarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz)% hesablayır. Prinsipal kontrqarantın kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu Əlavə Razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant kontrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60 (altmış) % həcmində faiz hesablayır”.
8. xx.xx.2022-ci il tarixdə bankla borcalan arasında bağlanmış xx.xx.2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşmaya Əlavə bağlanmış, həmin razılaşmaya əsasən, “prinsipalın tapşırığı ilə “X18 X14 Ticaret ve Sanayi AŞ” (“Benefisiar”) qarşısında “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi ilə X18 X14 Ticaret ve Sanayi” AŞ firması arasında imzalanmış Yüklenici Sözləşməsindən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında “Ziraat Bankası A.Ş.T.C. (bundan sonra “Qarant” adlanacaq) tərəfindən benefisiara xx.xx.2023-cü il müddətinə 1 644 600 avro (bir milyon altı yüz qırx dörd min altı yüz) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.4. Prinsipal kontrqarantiyanın açılmasına görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 3289,2 avro məbləğində birdəfəlik, istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (İki) faizi həcmində, xx.xx.2022-ci il tarixdən etibarən qarantiya müddətinin uzadılmasına görə 508,16 avro məbləğində birdəfəlik, istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (İki) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın ümumilikdə məbləği 46 191,49 avro); 2. Müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır; 3. Bu razılaşma tərəflər saxlanılmaqla eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir; 4.Bu razılaşma müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. 5. Bu razılaşma imzalandığı gündən qüvvəyə minir”.
9. Bankla borcalan arasında bağlanmış 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə (borcalan qrupu üçün qarışıq müqavilə) Əlavə Razılaşma bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “bu müqavilənin predmeti kreditorun borcalana 8 000 000 (səkkiz milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz, dərəcəsi 60 (altmış)%-dən, cərimə faizi gündəlik 1 (bir)%-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 (on)%-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 (on)%dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanm ümumi məbləğinin illik 15 (on beş)%-dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə iliik 15 (on beş)%-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılınış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15 (on beş)%-dən çox olmamaq şərti ilə 120 (yüz iyirmi ay) ay müddətinə kredit, kredit xətli, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasan bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir”.
10. Bankla borcalan arasında bağlanmış 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə 030CRLN18000005-18 nömrəli Əlavə Razılaşma bağlanmış, həmin Əlavə razılaşmaya əsasən borcalan bankdan təsisçiyə olan borcun ödənilməsi məqsədi ilə 36 ay müddətinə illik faiz dərəcəsi 5% olmaqla 100 000 (yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür.
11. Bankla borcalan arasında xx.xx.2022-ci il tarixdə 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, “bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzardə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanır. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 500 000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. Qeyd: Kredit xətti çərçivəsində borcalan tərəfindən hər bir məbləğdən istifadə edilməsi kreditorun ayrıca razılığı ilə həyata keçirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit xətti 12 (on iki) ay müddətinə açılır”.
12. xx.xx.2022-ci il tarixli 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixdə əlavə razılaşma bağlanmış, həmin razılaşmaya əsasən 1) müqavilənin 2.3-cü bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.3. Kredit xətti xx.xx.2022- cl il tarixinədək açılır”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
13. xx.xx.2021-ci il tarixli 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixdə əlavə razılaşma bağlanmış, həmin razılaşmaya əsasən 1) müqavilənin 2.3-cü bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.3. Kredit xətti xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək açılır”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
14. “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixdə 030CRLN21000023 nömrəli (hüquqi şəxslər və sahibkarlar üçün) kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzardə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 500000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. Qeyd: Kredit xətti çərçivəsində borcalan tərəfindən hər bir məbləğdən istifadə edilməsi kreditorun ayrıca razılığı ilə həyata keçirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit xətti 12 (on iki) ay müddətinə açılır.
15. xx.xx.2021-ci il tarixli 030CRLN21000023 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixdə əlavə razılaşma bağlanmış, həmin razılaşmada göstərilmişdir ki: 1) müqavilənin 2.3-cü bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.3. Kredit xətti xx.xx.2021- ci il tarixindən xx.xx.2023-cü il tarixinədək açılır”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
16. “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixdə 001EQUİ18000022 nömrəli girov müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcalan/girov qoyan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.2ci bəndində göstərilən əmlak 030CKLN18000005 nömrəli 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/girov saxlayana girova verir. Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, borcalan/girov qoyan (girov qoyan) yeni borclunun əvəzinə də cavabdeh olacağı barədə kreditor/girov saxlayana razılıq verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə kreditor/girov saxlayanın tələbi ilə onun hüquqları borcalan/girov qoyan (girov qoyan) tərəfindən tərtib edilən və kreditor/girov saxlayana verilən girov kağızı ilə rəsmiləşdirilə bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən girov predmeti kredit müqaviləsinə əsasən bağlanan və onun tərkib hissəsini təşkil edən digər müqavilələr üzrə də təminat qismində çıxış edir. Həmin müqavilənin 2.2-ci bəndində girova verilən predmetlərin təsviri verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müştərinin yazılı bilgisinə əsasən daşınar əmlaklar 1 056 844,49 (bir milyon əlli altı min səkkiz yüz qırx dörd manat qırx doqquz qəpik) manat dəyərində qiymətləndirilir.
17. “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 001EQUİ18000022 nömrəli girov müqaviləsinə xx.xx.2020-ci il tarixdə 2 nömrəli razılaşma bağlanmış, razılaşmada göstərilmişdir ki: 1) müqavilənin 2.1-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. Bu müqavilə ilə 1.1-ci bənddə göstərilən kredit müqaviləsi üzrə girov saxlayan girovqoyana (borcalana) ******* ABŞ dolları (AZN və ya EURO ekvivalenti) (iki milyon) məbləğində, 120 (bir yüz iyirmi) ay müddətinə, illik 30 (otuz)% dərəcəsi ilə kredit verir. Kreditin qaytarılması gecikdirilidiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altmış)%, cərimə faizi gündəlik 1 (bir)% təşkil edir.”; 2) Müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır; 3) Bu razılaşma tərəflərdə saxlanılmaqla eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilmişdir; 4) Bu razılaşma müqavilənin ayrılmaz tərkib hissəsim təşkil edir; 5) Bu razılaşma imzalandığı gündən qüvvəyə minir.
18. “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixdə 001EQUİ18000031 nömrəli girov müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən borcalan/girov qoyan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.2ci bəndində göstərilən əmlak 030CKLN18000005 nömrəli 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/girov saxlayana girova verir. Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, borcalan/girov qoyan (girov qoyan) yeni borclunun əvəzinə də cavabdeh olacağı barədə kreditor/girov saxlayana razılıq verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə kreditor/girov saxlayanın tələbi ilə onun hüquqları borcalan/girov qoyan (girov qoyan) tərəfindən tərtib edilən və kreditor/girov saxlayana verilən girov kağızı ilə rəsmiləşdirilə bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən girov predmeti kredit müqaviləsinə əsasən bağlanan və onun tərkib hissəsini təşkil edən digər müqavilələr üzrə də təminat qismində çıxış edir. Həmin müqavilənin 2.2-ci bəndində girova verilən predmetlərin təsviri verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müştərinin yazılı bilgisinə əsasən daşınar əmlaklar ******* (bir milyon yüz iyirmi doqquz min doqquz yüz on üç) manat dəyərində qiymətləndirilir.
19. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və “Fatsa Dış Ticaret İnşaat ve Turizm LTD ŞTİ” (zamin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 003GRNT21000089 nömrəli zaminlik müqaviləsinə görə, “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X20 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə “Fatsa Dış Ticaret İnşaat ve Turizm LTD ŞTİ” bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
20. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” (zamin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 003GRNT21000090 nömrəli zaminlik müqaviləsinə görə, “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X20 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
21. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və X15 (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinə görə, “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X20 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə X15 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
22. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və X15 (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixdə 1 nömrəli razılaşma bağlanmış, həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. 1 000 000 (bir milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği; 2.2. 60 (altmış) ay təşkil edən kreditin qaytarılma müddəti”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
23. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və X15 (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixdə 3 nömrəli razılaşma bağlanmış, həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. 2 000 000 (iki milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği; 2.2. 120 (yüz iyirmi) ay təşkil edən kreditin qaytarılma müddəti”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
24. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və X15 (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinə xx.xx.2021-ci il tarixdə əlavə razılaşma bağlanmış, həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. 8 000 000 (səkkiz milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği;”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
25. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və Cemal Yangın (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinə görə, “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X20 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cemal Yangın bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
26. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və Cemal Yangın (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixdə 1 nömrəli razılaşma bağlanmış, həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. ******* (bir milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği; 2.2. 60 (altmış) ay təşkil edən kreditin qaytarılma müddəti”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
27. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və Cemal Yangın (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixdə 3 nömrəli razılaşma bağlanmış, həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. 2 000 000 (iki milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği; 2.2. 120 (yüz iyirmi) ay təşkil edən kreditin qaytarılma müddəti”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
28. İddiaçı ASC (kreditor), “X20 Eksport LTD” MMM (borcalan) və Cemal Yangın (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinə xx.xx.2021-ci il tarixdə əlavə razılaşma bağlanmış, razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. 8 000 000 (səkkiz milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği;”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
29. İddiaçı ASC tərəfindən “X20 Eksport LTD” MMM-nə, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nə, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”nə, Cemal Yangına və X12 ünvanlanan pretenziya məktubunda borcun dərhal ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
30. İddiaçı ASC (iddiaçı) “X20 Eksport LTD” X4 (MMC), “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nə və “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”nə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşmaya əsasən 1 645 040,6 avro əsas borc, 84 057 avro faiz borcu təşkil etməklə, cəmi 1 729 097,6 avro, 19 mart 2021-ci il tarixli 03GR21000029 nömrəli əlavə razılaşmaya əsasən əsas borc üzrə 104 791,13 manat, faiz məbləği 813,24 manat təşkil etməklə, cəmi 105 604,37 manat, 19 mart 2021-ci il tarixli 03GR21000030 nömrəli əlavə razılaşmaya əsasən əsas borc üzrə 449 334,59 avro, faiz məbləği 8762,03 avro təşkil etməklə, cəmi 458 096,62 avro, 24 sentyabr 2021-ci il tarixli 03GR21000069 nömrəli əlavə razılaşmaya əsasən əsas borc üzrə 344 157,50 avro, faiz məbləği 62,14 avro, kontrqarantiya məktubunun qalıq borcu 156 000 avro təşkil etməklə, cəmi 500 219,64 avro, 15 aprel 2021-ci il tarixli 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə əsasən 500 000 ABŞ dolları əsas borc, 10 138,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 510 138,90 ABŞ dolları, 04 may 2021-ci il tarixli 030CRLN18000005-18 nömrəli əlavə razılaşmaya əsasən 406 893,46 ABŞ dolları əsas borc, 3846,85 ABŞ dolları faiz borcu, 1249,23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 411 989,54 ABŞ dolları, 14 iyun 2021-ci il tarixli 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsinə əsasən 500 000 ABŞ dolları əsas borc, 1944,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 501 944,44 ABŞ dolları borc olmaqla, cəmi 105 604,37 manat, cəmi 2 687 413,86 avro və cəmi 1 424 072,88 ABŞ dolları məbləğində borcun, 4535 manat dövlət rüsumunun, 400 manat məbləğində mediasiya xərcinin və müvəqqəti təminat tədbiri barədə ödənilmiş 458 manat dövlət rüsumunun birgə (müştərək) qaydada tutulması, tutmanın “X20 Eksport LTD” MMM-ə məxsus olan və 09 aprel 2018-ci il tarixli 001EQUİ18000022 nömrəli və 19 aprel 2018-ci il tarixli 001EQUİ18000031 nömrəli girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə borcun ödənilməsi, hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən və “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən müştərək (birgə) qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi bağlanmış, bu müqaviləyə 18 fevral 2019-cu il tarixdə, 03 sentyabr 2020-ci il tarixdə və 12 mart 2021-ci il tarixdə əlavələr imzalanaraq sonuncu əlavə ilə borcalana 8 000 000 ABŞ dolları (manat və ya avro ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərtilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Baş kredit müqaviləsinin təminatı olaraq 09 aprel 2018-ci il və 19 aprel 2018-ci il tarixli daşınar əşyalar barədə girov müqavilələri bağlanmışdır. Həmçinin Baş Kredit müqaviləsinin digər təminatları olaraq “X24 Şirkəti” ilə 20 may 2021-ci il tarixli və “Fatsa Dış Ticaret İnşaat və Turizm LTD ŞTİ” ilə 20 may 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşmaya əsasən 1 644 600 avro məbləğində kontrqarantiya məktubu, 19 mart 2021-ci il tarixli 03GR21000029 nömrəli əlavə razılaşmaya əsasən 1 358 080,20 türk lirəsi (bir milyon üç yüz əlli səkkiz min səksən türk lirası iyirmi kuruş) məbləğində kontrqarantiya məktubu, 19 mart 2021-ci il tarixli 03GR21000030 nömrəli əlavə razılaşmaya əsasən 448 913,95 avro məbləğində kontrqarantiya məktubu, 24 sentyabr 2021-ci il tarixli 03GR21000069 nömrəli əlavə razılaşmaya əsasən 500 000 avro məbləğində kontrqarantiya məktubu verilmişdir. Bundan başqa, 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 15 aprel 2021-ci il tarixli 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə əsasən 500 000 ABŞ dolları kredit xətti, 04 may 2021-ci il tarixli 030CRLN18000005-18 nömrəli əlavə razılaşmaya əsasən 1 000 000 ABŞ dolları kredit, 14 iyun 2021-ci il tarixli 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsinə əsasən 500 000 ABŞ dolları kredit xətti verilmidir. Kontrqarantiya məktubları üzrə daxil olmuş tələblərə əsasən qarant olan T.C.”Ziraat Bankası” A.Ş-yə iddiaçı tərəfindən ödənişlər edilmişdir. Belə ki, 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşmaya əsasən verilmiş olan kontqarantiya məktubu üzrə T.C. “Ziraat Bankası” A.Ş. (qarant) tərəfindən xx.xx.2022-ci il tarixində ödəniş tələbi (tələbnamə) daxil olmuş və həmin kontqarantiya məktubu üzrə İddiaçı ASC tərəfindən qaranta edilmiş ödəniş nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixə borcu əsas borc üzrə 1 645 040,6 avro, faiz borcu 84 057 avro təşkil etməklə, cəmi 1 729 097,6 avro, 19 mart 2021-ci il tarixli 03GR21000029 nömrəli əlavə razılaşmaya əsasən verilmiş olan kontqarantiya məktubu üzrə T.C. “Ziraat Bankası A.Ş” (qarant) tərəfindən xx.xx.2023-cü il tarixində ödəniş tələbi (tələbnamə) daxil olmuş və həmin kontqarantiya məktubu üzrə İddiaçı ASC tərəfindən qaranta edilmiş ödəniş nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixə borcu əsas borc üzrə manat ekvivalentində 104 791,13 manat, faiz məbləği 813,24 manat təşkil etməklə, cəmi 105 604,37 manat, 19 mart 2021-ci il tarixli 03GR21000030 nömrəli əlavə razılaşmaya əsasən verilmiş olan kontqarantiya məktubu üzrə T.C. “Ziraat Bankası A.Ş” (qarant) tərəfindən xx.xx.2023-cü il tarixində ödəniş tələbi (tələbnamə) daxil olmuş və həmin kontqarantiya məktubu üzrə İddiaçı ASC tərəfindən qaranta edilmiş ödəniş nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixə borcu əsas borc üzrə 449 334,59 avro və faiz məbləği 8762,03 avro təşkil etməklə, cəmi 458 096,62 avro, 24 sentyabr 2021-ci il tarixli 03GR21000069 nömrəli əlavə razılaşmaya əsasən verilmiş kontrqarantiya məktubu üzrə T.C. “Ziraat Bankası A.Ş” (qarant) tərəfindən xx.xx.2023-cü il tarixində ödəniş tələbi (tələbnamə) daxil olmuş və həmin kontqarantiya məktubu üzrə iddiaçı tərəfindən qaranta edilmiş ödəniş nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixə borcu əsas borc üzrə 344 157,50 avro, faiz məbləği 62,14 avro, kontrqarantiya məktubunun qalıq borcu 156 000 avro təşkil etməklə, cəmi 500 219,64 avro təşkil edir. Bundan əlavə, 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 15 aprel 2021-ci il tarixli 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə əsasən verilmiş 500 000 ABŞ dolları kredit xətti üzrə cavabdehlərin xx.xx.2023-cü il tarixə 500 000 ABŞ dolları əsas borcu, 10 138,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 510 138,90 ABŞ dolları, 04 may 2021-ci il tarixli 030CRLN18000005-18 nömrəli əlavə razılaşmaya əsasən verilmiş 1 000 000 ABŞ dolları kredit üzrə cavabdehlərin xx.xx.2023-cü il tarixə 406 893,46 ABŞ dolları əsas borcu, 3846,85 ABŞ dolları faiz borcu, 1249,23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 411 989,54 ABŞ dolları, 14 iyun 2021-ci il tarixli 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsinə əsasən verilmiş 500 000 ABŞ dolları kredit xətti üzrə cavabdehlərin xx.xx.2023-cü il tarixə 500 000 ABŞ dolları əsas borcu, 1944,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 501 944,44 ABŞ dolları borcu vardır. Cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşlar. Rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə 05 may 2023-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmiş, cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etmədiyi üçün mediator tərəfindən iddiaçıya İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanılmış 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşmanın, 19 mart 2021-ci il tarixli 03GR21000029 nömrəli əlavə razılaşmanın, 19 mart 2021-ci il tarixli 03GR21000030 nömrəli əlavə razılaşmanın, 24 sentyabr 2021-ci il tarixli 03GR21000069 nömrəli əlavə razılaşmanın 1.5-ci və 1.6-cı bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulur. Əlavə razılaşmaların 1.5-ci bəndinə əsasən qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra, kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontrqarant kontrqarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30% hesablayır. Əlavə razılaşmaların 1.6-cı bəndinə görə prinsipal kontrqaranta kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu əlavə razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant kontrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60% həcmində faiz hesablayır. 04 may 2021ci il tarixli 030CRLN18000005-18 nömrəli əlavə razılaşmaya əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 0,1 % məbləğində cərimə hesablanır. Bundan əlavə, tərəflər arasında bağlanmış 15 aprel 2021-ci il tarixli 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə və 14 iyun 2021-ci il tarixli 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsinə əsasən kredit xəttinin müddətinin bitməsinə qədər hesablanmış, lakin vaxtında ödənilməmiş kredit faizinin gündəlik 0,1 faizi miqdarında cərimə hesablanır. Kredit xəttinin müddəti bitdiyi tarixdən gecikən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı miqdarında gecikmə faizi hesablanır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin kreditordan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan əlavə, zaminlik müqavilələrinin 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 385.1, 442, 445.1, 445.2.1, 448, 449.1, 449.4, 462.1, 465.2, 470.1, 472.1, 501-ci maddələrinə istinad olunmuşdur.
33. Daha sonra ilkin iddia üzrə iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə vermiş, “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 İddiaçı ASC-nin xeyrinə 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşma üzrə əsas borc 1 645 040,6 avro və faiz borcu 244 448,46 avro olmaqla, cəmi 1 889 489,06 avro, 19 mart 2021-ci il tarixli 03GR21000029 nömrəli əlavə razılaşma üzrə əsas borc 101 443,19 manat və faiz borcu 17 737,96 manat olmaqla, cəmi 119 181,15 manat, 19 mart 2021-ci il tarixli 03GR21000030 nömrəli əlavə razılaşma üzrə əsas borc 449 334,59 avro və faiz borcu 52 572,15 avro olmaqla, cəmi 501 906,74 avro, 24 sentyabr 2021-ci il tarixli 03GR21000069 nömrəli əlavə razılaşma üzrə əsas borc 344 157,50 avro və faiz borcu 32 933,96 avro və qarantiya üzrə komissiya borcu isə 736,02 avro olmaqla, cəmi 377 827,48 avro; 15 aprel 2021-ci il tarixli 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 500 000 ABŞ dolları və faiz borcu 47 638,90 ABŞ dolları olmaqla, cəmi 547 638,90 ABŞ dolları, 04 may 2021-ci il tarixli 030CRLN18000005-18 nömrəli əlavə razılaşma üzrə əsas borc 406 893,46 ABŞ dolları, faiz borcu 25 473,42 ABŞ dolları və cərimə borcu isə 48 479,65 ABŞ dolları olmaqla, cəmi 480 846,53 ABŞ dolları, 14 iyun 2021-ci il tarixli 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 500 000 ABŞ dolları, faiz borcu 35 758,40 ABŞ dolları olmaqla, cəmi 535 758,40 ABŞ dolları, ümumilikdə bütün müqavilələr üzrə 119 181,15 manat, 2 769 223,28 avro və 1 564 243,83 ABŞ dolları (hər valyuta üzrə ayrıayrılıqda) məbləğindəki borcun, həmçinin məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 4716,22 manat dövlət rüsumunun, 400 manat məbləğində mediasiya xərcinin və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 458 manat dövlət rüsumunun birgə (müştərək) qaydada tutulması, tutmanın “X20 Eksport LTD” MMM-ə məxsus olan və 09 aprel 2018-ci il 001EQUİ18000022 nömrəli və 19 aprel 2018-ci il tarixli 001EQUİ18000031 nömrəli girov müqavilələri üzrə girov predmetlərinə (müqavilədə qeyd olunan) yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra girov predmetlərinin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılması, əldə olunan vəsaitin İddiaçı ASC-yə ödənilməsi, hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin “X20 Eksport LTD” MMM, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”, Cemal Yanğın və X9 müştərək (birgə) qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
34. “X20 Eksport LTD” MMM qarşılıqlı iddia ərizəsi təqdim edərək, qüsurlu, müqavilə şərtlərinə zidd bank xidməti ilə əlaqədar istehlakçı hüquqlarını pozduğuna görə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 1 729 000 (bir milyon yeddi yüz iyirmi doqquz min) avro məbləğində pulun alınıb “X20 Eksport Ltd” X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “X20 Eksport Ltd” MMM arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 030CRLN000005 nömrəli baş kredit müqaviləsinə edilmiş 03GR21000074 nömrəli 20 oktyabr 2021-ci il tarixli əlavə razılaşmanin 1.1-ci bəndinə əsasən prinsipalın tapşırığı ilə “X18 X14 Ticaret ve Sanayi AŞ” qarşısında “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” ilə “X18 X14 Ticaret ve Sanayi AŞ” arasında imzalanmış Yüklenici Sözleşmesinden irəli gələn öhdəliklərin tamamilə və ya hissə-hissə icra etməsi üçün kontqarantın müraciəti (kontrqarantiyası) əsasında “Ziraat Bankası A.Ş” T.C. tərəfindən Benefisiara xx.xx.2022-ci il müddətinə 1 644 600 avro məbləğində verilən qarantiya müqabilində kontqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir. Qeyd edilən əlavə razılaşmanın 1.2-ci bəndinə əsasən isə kontqarant, prinsipalla benefisiar arasında bağlanmış müqaviləyə əsasən prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçirələcəyi və qarant tərəfindən kontrqarantiya üzrə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə 1 644 600 avro məbləğindən artıq olmayan məbləği qaranta ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, əldə olunmuş razılığın 1.2-ci bəndinin tələbinə görə kontrqarantiya məktubuna əsasən kontrqarant olaraq İddiaçı ASC tərəfindən qarant “Ziraat Bankası A.Ş” T.C-yə 1 644 600 avro o halda ödənilə bilərdi ki, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” ilə “X18 X14 Ticaret ve Sanayi A.Ş” arasında imzalanmış Yüklenici Sözleşmesi üzrə öhdəliklər “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən yerinə yetirilməmiş və ya lazımınca yerinə yetirilməmiş olsun. Lakin benefisiar “X18 X14 Ticaret ve Sanayi A.Ş” arasında imzalanmış Yüklenici Sözleşmesi üzrə öhdəliklər “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən tam olaraq yerinə yetirilmişdir. İddiaçı ASC tərəfindən “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” ilə “X18 X14 Ticaret ve Sanayi A.Ş” arasında imzalanmış Yüklenici Sözleşmesi üzrə öhdəliklərin “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən yerinə yetririlməsini araşdırmadan qarant “Ziraat Bankasi A.Ş” T.C-yə 1 644 600 avro ödənməsi həm müqavilə öhdəliklərinin, həm də “X20 Eksport Ltd” MMM-nin istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Bununla da, İddiaçı ASC müqavilənin şərtlərindən kənara çıxaraq xidməti pisləşdirmiş və xidmətdə qüsura yol vermişdir.
36. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 5-ci, 9-cu, 12-ci, “Banklar haqqında” Qanunun 36.2-ci, 36.6-cı maddələrinə istinad olunmuşdur.
37. İddiaçı ASC tərəfindən qarşılıqlı iddia ərizəsinə qarşı yazılı etiraz verilmiş, etiraz aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “...Qarşılıqlı iddia ərizəsində 1 644 600 avro məbləğində kontrqarantiyanın verilməsi ilə bağlı müvafiq əlavə razılaşmanın 1.2-ci bəndinə əsasən benefisiar və prinsipal arasında bağlanmış öhdəliyə istinad edilərək göstərilir ki, kontrqarantiya üzrə kontrqarant (İddiaçı ASC) tərəfindən qaranta (T.C. “Ziraat Bankası A.Ş”-yə) ödəniş prinsipal tərəfindən benefisiar qarşısında öhdəliyin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi halında aparıla bilərdi. Ancaq kontrqarant benefisiar qarşısında öhədliklərin yerinə yetirilməsini araşdırmadan qaranta ödəniş aparımışdır ki, bununla da “X20 Eksport LTD” MMM-in istehlakçı hüquqları pozulmuş, xidmət qüsurlu olmuşdur. Qarşılıqlı iddiaçı buna görə “X20 Eksport LTD” MMM-ə İddiaçı ASC tərəfindən 1 729 000 avro məbləğinin ödənilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsi əsassız olduğundan və heç bir qanunvericilik normasına uyğun olmadığından rədd edilməlidir. Belə ki, “X20 Eksport LTD” MMM-lə bağlanmış 09.04.18 tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşma üzrə kontrqarant tərəfindən qaranta 1 644 600 avro məbləğində qarantiyanın verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən baş kredit müqaviləsinin 6.2.1-ci bəndində görə əgər qarantın tələbi və ya ona qoşulmuş sənədlər kontrqarantiya şərtlərinə uyğun deyildirsə və ya kontrqarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra kontrqaranta təqdim edilmişdirsə, kontrqarant bu tələbi ödəməkdən imtina edir. 6.7.2-ci bəndə əsasən qarantın kontrqarantiya üzrə pul məbləğinin ödənilməsinə dair tələbi kontrqarantiyada göstərilmiş sənədlər qoşulmaqla, kontrqaranta yazılı formada təqdim edilməlidir. 6.7.3-cü bəndə əsasən tələbdə və ya ona qoşmada qarant prinsipalın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. 6.2.3-cü bəndə əsasən kontrqarant kontrqarantiya üzrə qaranta ödənilmiş məbləğin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb edə bilər. Mülki Məcəllənin 480-cı maddəsinə görə qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. Bu hal analogiya üzrə kontrqarantiyaya da aid edilə bilər. Belə ki, Beynəlxalq Ticarət Palatasının Tələb üzrə Qarantiyalar üçün X5 (URDG 758) 5-ci bəndində göstərilmişdir ki, kontrqarantiya təbiətinə görə qarantiyadan, əsas öhdəlikdən, yaxud onun aid olduğu hər hansı bəyanatdan və ya kontrqarantiyadan asılı deyil, kontrqarantiya isə heç bir halda belə əqdlərlə bağlı deyil və məhdudlaşmır. Kontrqarantiyada əsas öhdəliyin eyniləşdirilməsi məqsədilə əsas öhdəliyə istinad olunması kontrqarantiyanın müstəqilliyini dəyişmir. Kontrqarantiya üzrə kontrqarantın ödəniş öhdəliyi kontrqarant və qarant arasında və ya həmin kontrqarantiyanın verildiyi digər kontrqarantdan başqa hər hansı digər münasibətlərdən irəli gələn tələb və etirazlardan asılı deyildir.
38. İddiaçı ASC-nin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
39. “X20 Eksport LTD” MMM-in məhkəmə iclaslarında iştirak edən nümayəndəsi ( vəkili) Vəkil q arşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, kredit götürülüb, banka borc yaranıb və borc ödənilməlidir, lakin iddia tələbini 20 oktyabr 2021-ci il tarixli qarantiya müqaviləsi üzrə məbləğin tutulması hissəsində qəbul etmir. Baş kredit müqaviləsinə edilmiş həmin əlavə razılaşmanı mübahisələndirirlər. Qarantiya müqaviləsi əsas müqavilə deyil, törəmə müqavilədir. Qarantiya müqaviləsi yenidən kontrqarantiya müqaviləsi ilə gücləndirilibdir. Qarantiya münasibətlərinə xüsusi şərtlə daxil olunmuşdur, “Alucon Yapı Sanayi Şirkəti” tərəfindən öhdəliklər təmin olunmasa idi, ilkin iddiaçı haqlı olardı. Lakin “X20 Eksport LTD” MMM sübut edibdir ki, “Alucon Yapı Sanayi Şirkəti” tərəfindən öhdəliklər təmin olunubdur. Sənədlərdən də görünür ki, “Alucon Yapı Sanayi Şirkəti” tərəfindən öhdəliklər icra edilib, qarşılıqlı iddia ərizəsində bütün hallar qeyd edilmişdir.
40. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7345 saylı rəyində göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, 20 Oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 1 645 040,60 avro, faiz borcu 43 365,10 avro olmaqla, cəmi 1 688 405,70 avro; xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 1 645 040,60 avro, faiz borcu 47 523,40 avro olmaqla, cəmi 1 692 564 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 03GR21000029 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 03GR21000029 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 104 791,13 manat, faiz borcu 715,28 manat olmaqla, cəmi 105 506,41 manat; xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 101 964,78 manat, faiz borcu 244,38 manat olmaqla, cəmi 102 209,16 manat məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 03GR21000030 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 03GR21000030 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 449 334,59 avro, faiz borcu 5030,10 avro olmaqla, cəmi 454 364,69 avro; xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 449 334,59 avro, faiz borcu 6165,90 avro olmaqla, cəmi 455 500,50 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 03GR21000069 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 03GR21000069 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 344 157,50 avro, faiz borcu 62,14 avro olmaqla, cəmi 344 219,64 avro; xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 344 157,50 avro, faiz borcu 932,09 avro olmaqla, cəmi 345 089,60 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 030RLN21000009 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 030RLN21000009 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 500 000 ABŞ dolları, faiz borcu 6111,11 ABŞ dolları olmaqla, cəmi 506 111,11 ABŞ dolları; xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 500 000 ABŞ dolları, faiz borcu 7083,30 ABŞ dolları olmaqla, cəmi 507 083,30 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 030RLN18000005- 18 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 030RLN18000005-18 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 350 106,78 ABŞ dolları, faiz borcu 336,88 ABŞ dolları olmaqla, cəmi 350 443,65 ABŞ dolları; xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 350 106,78 ABŞ dolları, faiz borcu 1017,60 ABŞ dolları olmaqla, cəmi 351 124,38 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 030CRLN21000013 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 030CRLN21000013 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 500 000 ABŞ dolları, faiz borcu 1944,44 ABŞ dolları olmaqla, cəmi 501 944,44 ABŞ dolları; xx.xx.2023-cü il tarixə “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 500 000 ABŞ dolları, faiz borcu 2916,67 ABŞ dolları olmaqla, cəmi 502 916,67 ABŞ dolları məbləğində müəyyən edilir”.
41. Məhkəmənin təyinatı əsasında təkrar tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2153 saylı rəyində göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 1 645 040,60 avro, faiz borcu 43 365,10 avro; xx.xx.2023-cü il tarixə 1 645 040,60 avro, faiz borcu 47 523,40 avro; xx.xx.2024-cü il tarixə 1 645 040,60 avro, faiz borcu 121 778,70 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 03GR21000029 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 03GR21000029 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 104 791,13 manat, faiz borcu 715,28 manat; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 101 964,78 manat, faiz borcu 244,38 manat; xx.xx.2024-cü il tarixə 101 964,78 manat, faiz borcu 21 487,04 manat məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 03GR21000030 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 03GR21000030 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 449 334,59 avro, faiz borcu 5030 avro; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 449 334,59 avro, faiz borcu 6165,87 avro; xx.xx.2024-cü il tarixə 449 334,59 avro, faiz borcu 26 448,33 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 03GR21000069 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 344 157,50 avro, faiz borcu 62,14 avro; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 344 157,50 avro, faiz borcu 932,09 avro; xx.xx.2024-cü il tarixə 344 157,50 avro, faiz borcu 16 466,98 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 030RLN21000009 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 030RLN21000009 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 500 000 ABŞ dolları, faiz borcu 6111,11 ABŞ dolları; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 500 000 ABŞ dolları, faiz borcu 7083,30 ABŞ dolları; xx.xx.2024-cü il tarixə 500 000 ABŞ dolları, faiz borcu 24 444,45 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli 030RLN18000005-18 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 030RLN18000005-18 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 406 893,46 ABŞ dolları, faiz borcu 3669,80 ABŞ dolları; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 406 893,46 ABŞ dolları, faiz borcu 4460,98 ABŞ dolları; xx.xx.2024-cü il tarixə əsas kredit borcu 406 893,46 ABŞ dolları, faiz borcu 18 589,27 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 030CRLN21000013 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli 030CRLN21000013 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X20 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 500 000 ABŞ dolları, faiz borcu 1944,44 ABŞ dolları; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 500 000 ABŞ dolları, faiz borcu 2916,67 ABŞ dolları; xx.xx.2024-cü il tarixə əsas kredit borcu 500 000 ABŞ dolları, faiz borcu 20 277,78 ABŞ dolları məbləğində müəyyən edilir”.
42. Birinci instansiya məhkəməsinin 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin qismən təmin edilməsi, “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşma üzrə 1 645 040,6 avro (bir milyon altı yüz qırx beş min qırx avro altmış sent) əsas, 43 365,1 avro (qırx üç min üç yüz altmış beş avro on sent) faiz borcu olmaqla, cəmi 1 688 405,7 (bir milyon altı yüz səksən səkkiz min dörd yüz beş avro yetmiş sent) avronun, 19 mart 2021-ci il tarixli 03GR21000029 nömrəli əlavə razılaşma üzrə 101 443,19 manat (yüz bir min dörd yüz qırx üç manat on doqquz qəpik) əsas borc, 244,38 manat (iki yüz qırx dörd manat otuz səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 101 687,57 (yüz bir min altı yüz səksən yeddi manat əlli yeddi qəpik) manatın, 19 mart 2021-ci il tarixli 03GR21000030 nömrəli əlavə razılaşma üzrə 449 334,59 avro (dörd yüz qırx doqquz min üç yüz otuz dörd avro əlli doqquz sent) əsas borc, 5030,1 avro (beş min otuz avro on sent) faiz borcu olmaqla, cəmi 454 364,69 (dörd yüz əlli dörd min üç yüz altmış dörd avro altmış doqquz sent) avronun, 24 sentyabr 2021-ci il tarixli 03GR21000069 nömrəli əlavə razılaşma üzrə 344 157,50 avro (üç yüz qırx dörd min yüz əlli yeddi avro əlli sent) əsas borc, 62,14 avro (altmış iki avro on dörd sent) faiz borcu, qarantiya üzrə komissiya borcu 736,02 avro (yeddi yüz otuz altı avro iki sent) olmaqla, cəmi 344 955,66 (üç yüz qırx dörd min doqquz yüz əlli beş avro altmış altı sent) avronun, 15 aprel 2021-ci il tarixli 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi üzrə 500 000 (beş yüz min) ABŞ dolları əsas, 6111,11 ABŞ dolları (altı min yüz on bir dollar on bir sent) faiz borcu olmaqla, cəmi 506 111,11 (beş yüz altı min yüz on bir dollar on bir sent) ABŞ dollarının, 04 may 2021-ci il tarixli 030CRLN18000005-18 nömrəli əlavə razılaşma üzrə 406 893,46 ABŞ dolları (dörd yüz altı min səkkiz yüz doxsan üç dollar qırx altı sent) əsas borc, 3669,80 ABŞ dolları (üç min altı yüz altmış doqquz dollar səksən sent) faiz borcu, 20 000 (iyirmi min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 430 563,26 (dörd yüz otuz min beş yüz altmış üç dollar iyirmi altı sent) ABŞ dollarının, 14 iyun 2021-ci il tarixli 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsi üzrə 500 000 (beş yüz min) ABŞ dolları əsas borc, 1944,44 ABŞ dolları (min doqquz yüz qırx dörd dollar qırx dörd sent) faiz borcu olmaqla, cəmi 501 944,44 (beş yüz bir min doqquz yüz qırx dörd dollar qırx dörd sent) ABŞ dollarının, ümumilikdə bütün müqavilələr üzrə 101 687,57 (yüz bir min altı yüz səksən yeddi manat əlli yeddi qəpik) manatın, 2 487 726,05 avronun (iki milyon dörd yüz səksən yeddi min yeddi yüz iyirmi altı avro beş sent) manatın ödəniş gününə məzənnə nisbəti ilə və 1 438 618,81 ABŞ dollarının (bir milyon dörd yüz otuz səkkiz min altı yüz on səkkiz dollar səksən bir sent) manatın ödəniş gününə məzənnə nisbəti ilə (hər valyuta üzrə ayrı-ayrılıqda) məbləğində pul vəsaitinin, “X20 Eksport LTD” MMM-dən, “ Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4197,50 manatın (dörd min yüz doxsan yeddi manat əlli qəpik), 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 407,60 manat (dörd yüz yeddi manat altmış qəpik) dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın “X20 Eksport LTD” MMM-ə məxsus olan və 09 aprel 2018-ci il 001EQUİ18000022 nömrəli və 19 aprel 2018-ci il tarixli 001EQUİ18000031 nömrəli girov müqavilələri üzrə girov predmetlərinə (müqavilədə qeyd olunan) yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra girov predmetlərinin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin “X20 Eksport LTD” MMM-ə qaytarılması, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat məbləğində pulun 801 (səkkiz yüz bir) manat hissəsinin “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada, 99 (doxsan doqquz) manat hissəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
43. Məhkəmə işin faktiki hallarını sadalayaraq hazırkı apellyasiya baxışının predmeti olan hissədə belə nəticəyə gəlmişdir ki, “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşma üzrə 1 645 040,6 avro (bir milyon altı yüz qırx beş min qırx avro altmış sent) əsas borc və 43 365,1 avro (qırx üç min üç yüz altmış beş avro on sent) faiz borcu ilkin iddiaçının xeyrinə tutulmalı, ilk iddia ilə bağlı gəlinən nəticə qarşılıqlı iddianın təmin edilməsini istisna etdiyindən, qarşılıqlı iddia rədd olunmalıdır.
44. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 739-cu, 655.1-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 269.1-ci, 269.4-cü, 269.5-ci, 270.1-ci, 272-ci, 276.1-ci, 295-ci, 296.1-ci, 297-ci, 298.1.3-cü, 298.2-ci, “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 16.1-ci, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinad etmişdir.
45. Qətnamədən “X20 Eksport LTD” MMM-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən - “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşma üzrə 1 645 040,6 avro (bir milyon altı yüz qırx beş min qırx avro altmış sent) əsas, 43 365,1 avro (qırx üç min üç yüz altmış beş avro on sent) faiz borcu olmaqla, cəmi 1 688 405,7 (bir milyon altı yüz səksən səkkiz min dörd yüz beş avro yetmiş sent) avronun tutulması, habelə qarşılıqlı iddianın rədd olunması hissəsində - ləğv edilməsini, ilkin iddianın həmin hissədə rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, kontrqarantiya məktubuna əsasən kontrqarant olaraq İddiaçı ASC tərəfindən qarant “Ziraat Bankası A.Ş” T.C-yə 1 644 600 avronun yalnız “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” ilə “X18 X14 Ticaret ve Sanayi A.Ş” arasında imzalanmış Yüklenici Sözleşmesi üzrə öhdəliklərin “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi halda ödənilməli olduğunu, Yüklenici Sözleşmesi üzrə öhdəliklərin “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən tam olaraq yerinə yetirildiyini, İddiaçı ASC tərəfindən isə “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” ilə “X18 X14 Ticaret ve Sanayi A.Ş” arasında imzalanmış Yüklenici Sözleşmesi üzrə öhdəliklərin “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən yerinə yetririlməsi araşdırılmadan qarant “Ziraat Bankasi A.Ş” T.C-yə 1 644 600 avro ödənildiyi, beləliklə də həm müqavilə öhdəliklərinin, həm də “X20 Eksport Ltd” MMM-nin istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
46. İddiaçı ASC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
47. “X20 Eksport Ltd” MMM-nin, həmçinin ilkin iddia üzrə digər cavabdehlərin məhkəmə iclaslarında iştirak edən nümayəndələri (vəkilləri) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, İddiaçı ASC-nin nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmişdir.
48. Apellyasiya baxışı zamanı məhkəməyə kömək üçün X1 dəvət olunmuş mütəxəssis X17 aşağıdakıları bildirmişdir: “Kontrqarantiya münasibətləri ilə bağlı ilk öncə onu bildirirm ki, Azərbaycan qanunvericiliyndə kontrqarantiya münasibətlərini ətraflı şəkildə tənzimləyən normalar mövcud deyildir. Bununla bağlı Rusiya qanunvericiliyinə də nəzər salıb araşdırmalar həyata keçirsəm də, orada da ətaflı şəkildə tənzimedici normalar müəyyən edə bilmədim. Lakin təcrübədə əsasən beynəlxalq ödənişlər və beynəlxalq əməkdaşlıq çərçivəsində geniş tətbiq edilən münasibətlərdir. Kontrqarantiya ilkin qarantiya verən şirkətin öhdəliyinə zəmanət vermək formasıdır. Burada yalnız prinsipalla kontrqarant arasında deyil, həmçinin kontrqarantla ilkin qarantiya verən şirkət arasında da münasibətlər mövcud olur. Əgər razılaşdırılıbsa, kontrqarantiya ilkin qarantiya verən şirkət müraciət etdiyi təqdirdə ödənilməlidir. Bizim qanunvericilikdə öhdəliyin icra olunub-olunmadığının araşdırılması ilə bağlı müddəa mövcuddur, lakin təcrübədə bankın məsələni detallı şəkildə araşdırması ağlabatan və mümkün deyildir. Bank təqdim edilən sənədlərin etibarlılığını, kim tərəfindən təqdim edildiyini, həmçinin zəruri olan bütün sənədlərin təqdim edilibedilmədiyini araşdırır. Hazırkı mübahisədə əsas öhdəlik Türkiyədə olan şirkətlə ilkin qarantiyanı verən bank arasında olduğu üçün, araşdırma zərurəti varsa, “Ziraat Bank” TC tərəfindən araşdırılma aparılmalıdır. Kontrqarantiya münasibətləri əlavə razılaşma ilə müəyyən edildiyi üçün hesab edirəm ki, ilkin qarantiya verən bank tərəfindən müraciət daxil olduqda artıq ilkin qarantiya verən bank tərəfindən lazımi araşdırmaların aparıldığı hesab edilərək heç bir əlavə araşdırılma aparılmadan tələb edilən öhdəlik yerinə yetirilməlidir. Əgər mübahisələndirmə baş verəcəkdirsə, bu “Ziraat Bank” TC tərəfindən həyata keçirilməlidir. Kontrqarantiya münasibətləri bizim təcrübədə çox geniş şəkildə istifadə edilən münasibətlərdir. Tələbə əlavə edilən zəruri sənədlər mövcud olduğu təqdirdə kontrqarant tərəfindən heç bir əlavə araşdırılma aparılmadan tələb edilən vəsaitin qaranta köçürülməsinə razılıq verilməlidir. Yaranmış olan digər mübahisələr isə artıq ilkin qarantiya verən bank və öhdəliyi pozmuş prinsipal arasında baş verir. Qarantiya üzrə benefisiarın tələbi ödənilmişdirsə, bank reqress olaraq həmin vəsaiti prinsipaldan tələb edir. Qarantiya üzrə əsas prinsipal, öhdəliyi kim icra etmişdirsə, o hesab edilməlidir. Yəni, qarantiya üzrə prinsipal qismində “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”dir. Mən Türkiyə qanunvericiliyi ilə bağlı geniş məlumata sahib olmadığım üçün “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin “Ziraat Bank” TC ilə hüquqi münasibətlərinin olub-olmamasının mümkünlüyü məsələsinə münasibət bildirə bilmirəm. Bankın qarant olması üçün prinsipal tərəfindən banka müraciət edilir və qarantiya müqaviləsi bağlanılır. Hesab edirəm ki, pulun ödənilməsi barədə tələb gəldiyi anda araşdırma ilə bağlı heç bir müddəa olmadığı üçün, İddiaçı ASC tərəfindən heç bir əlavə araşdırılma aparılmadan tələb dərhal yerinə yetirilməli idi”.
49. Digər mütəxəssis, Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı X11 da Lalə Musayeva ilə eyni fikirdə olduğunu bildirmiş, həmçinin qeyd etmişdir ki, beynəlxalq köçürmələrdə “Swift MT 760” formatı mövcuddur və bu formatla qarantiya münasibətləri yaradılması mümkündür. Yazılı müqavilə qarantla prinsipal arasında bağlanılır, yani hazırkı işdə “Ziraat Bank” TC ilə “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” arasında müqavilə bağlanıla bilərdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
50. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
51. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
52. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
53. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
54. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
55. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
56. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
57. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
58. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
59. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
60. Maddə 478. Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
61. Maddə 479.1. Qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir.
62. Maddə 479.2. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir.
63. Maddə 480. Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.
64. Maddə 484.1. Benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir.
65. Maddə 484.2. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləşdirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir.
66. Maddə 485.1. Benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipiala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim etməlidir.
67. Maddə 485.2. Qarant qoşulmuş sənədlərlə birlikdə benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə ağlabatan müddətdə baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir.
68. Maddə 486.1. Əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir.
69. Maddə 486.2. Əgər benefisiarın tələbini ödəyənə qədər qaranta məlum olsa ki, qarantiya ilə təmin edilmiş əsas öhdəlik tamamilə və ya müvafiq hissədə artıq icra edilmişdir, digər əsaslara görə xətm edilmişdir və ya etibarsızdır, bu barədə o dərhal benefisiara və prinsipiala məlumat verməlidir. Bu cür məlumat verildikdən sonra qarant benefisiardan təkrarən aldığı tələbi ödəməlidir.
70. Maddə 487.1. Qarantın benefisiar qarşısında qarantiyada nəzərdə tutulan öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi ilə məhdudlaşır.
71. Maddə 487.2. Qarantın qarantiya üzrə öhdəliyi yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi üçün benefisiar qarşısında məsuliyyəti, əgər qarantiyada ayrı hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşmır.
72. Maddə 489.1. Qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.
73. Maddə 489.2. Əgər qarantın prinsipialla razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, qarant prinsipialdan qarantiya şərtlərinə uyğun olmadan və ya qarantın benefisiar qarşısında öhdəliyinin pozulmasına görə benefisiara ödənilmiş məbləğlərin əvəzini tələb edə bilməz.
74. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
79. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
80. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
81. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
83. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
84. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
85. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
87. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
88. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yalnız “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşma üzrə 1 645 040,6 avro (bir milyon altı yüz qırx beş min qırx avro altmış sent) əsas, 43 365,1 avro (qırx üç min üç yüz altmış beş avro on sent) faiz borcu olmaqla, cəmi 1 688 405,7 (bir milyon altı yüz səksən səkkiz min dörd yüz beş avro yetmiş sent) avronun tutulması, habelə qarşılıqlı iddianın rədd olunması” hissələrində yoxlanılması təşkil edir. Qətnamədən İddiaçı ASC şikayət vermədiyindən qətnamənin ilkin iddianın təmin olunmaması ilə bağlı hissəsi, eləcə də “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada 19 mart 2021-ci il tarixli 03GR21000029 nömrəli əlavə razılaşma üzrə 101 443,19 manat (yüz bir min dörd yüz qırx üç manat on doqquz qəpik) əsas borc, 244,38 manat (iki yüz qırx dörd manat otuz səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 101 687,57 (yüz bir min altı yüz səksən yeddi manat əlli yeddi qəpik) manatın, 19 mart 2021-ci il tarixli 03GR21000030 nömrəli əlavə razılaşma üzrə 449 334,59 avro (dörd yüz qırx doqquz min üç yüz otuz dörd avro əlli doqquz sent) əsas borc, 5030,1 avro (beş min otuz avro on sent) faiz borcu olmaqla, cəmi 454 364,69 (dörd yüz əlli dörd min üç yüz altmış dörd avro altmış doqquz sent) avronun, 24 sentyabr 2021-ci il tarixli 03GR21000069 nömrəli əlavə razılaşma üzrə 344 157,50 avro (üç yüz qırx dörd min yüz əlli yeddi avro əlli sent) əsas borc, 62,14 avro (altmış iki avro on dörd sent) faiz borcu, qarantiya üzrə komissiya borcu 736,02 avro (yeddi yüz otuz altı avro iki sent) olmaqla, cəmi 344 955,66 (üç yüz qırx dörd min doqquz yüz əlli beş avro altmış altı sent) avronun, 15 aprel 2021-ci il tarixli 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi üzrə 500 000 (beş yüz min) ABŞ dolları əsas, 6111,11 ABŞ dolları (altı min yüz on bir dollar on bir sent) faiz borcu olmaqla, cəmi 506 111,11 (beş yüz altı min yüz on bir dollar on bir sent) ABŞ dollarının, 04 may 2021-ci il tarixli 030CRLN18000005-18 nömrəli əlavə razılaşma üzrə 406 893,46 ABŞ dolları (dörd yüz altı min səkkiz yüz doxsan üç dollar qırx altı sent) əsas borc, 3669,80 ABŞ dolları (üç min altı yüz altmış doqquz dollar səksən sent) faiz borcu, 20 000 (iyirmi min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 430 563,26 (dörd yüz otuz min beş yüz altmış üç dollar iyirmi altı sent) ABŞ dollarının, 14 iyun 2021-ci il tarixli 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsi üzrə 500 000 (beş yüz min) ABŞ dolları əsas borc, 1944,44 ABŞ dolları (min doqquz yüz qırx dörd dollar qırx dörd sent) faiz borcu olmaqla, cəmi 501 944,44 (beş yüz bir min doqquz yüz qırx dörd dollar qırx dörd sent) ABŞ dollarının, ümumilikdə bütün müqavilələr üzrə 101 687,57 (yüz bir min altı yüz səksən yeddi manat əlli yeddi qəpik) manatın, 2 487 726,05 avronun (iki milyon dörd yüz səksən yeddi min yeddi yüz iyirmi altı avro beş sent) manatın ödəniş gününə məzənnə nisbəti ilə və 1 438 618,81 ABŞ dollarının (bir milyon dörd yüz otuz səkkiz min altı yüz on səkkiz dollar səksən bir sent) manatın ödəniş gününə məzənnə nisbəti ilə (hər valyuta üzrə ayrı-ayrılıqda) məbləğində pul vəsaitinin, “X20 Eksport LTD” MMM-dən, Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4197,50 manatın (dörd min yüz doxsan yeddi manat əlli qəpik), 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 407,60 manat (dörd yüz yeddi manat altmış qəpik) dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın “X20 Eksport LTD” MMM-ə məxsus olan və 09 aprel 2018-ci il 001EQUİ18000022 nömrəli və 19 aprel 2018-ci il tarixli 001EQUİ18000031 nömrəli girov müqavilələri üzrə girov predmetlərinə (müqavilədə qeyd olunan) yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra girov predmetlərinin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin “X20 Eksport LTD” MMM-ə qaytarılması, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat məbləğində pulun 801 (səkkiz yüz bir) manat hissəsinin “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada, 99 (doxsan doqquz) manat hissəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissələrində apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
89. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır (mübahisələndirilən və yoxlanılan hissədə) və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
90. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
91. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
92. İşin müəyyən olunan və mübahisələndirilməyən halı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə “X20 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə 03GR21000074 nömrəli əlavə razılaşma bağlanmış, razılaşmaya əsasən, “prinsipalın tapşırığı ilə prinsipal tərəfindən “X18 X14 Ticaret ve Sanayi AŞ” (benefisiar) qarşısında “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” (prinsipal) ile “X18 X14 Ticaret ve Sanayi AŞ” firması arasında imzalanmış Yüklenici Sözləşməsindən (podrat müqaviləsi) irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında “Ziraat Bankası” A.Ş.T.C. (Qarant) tərəfindən benefisiara xx.xx.2022-ci il tarixinə qədər 1 644 600 avro (bir milyon altı yüz qırx dörd min altı yüz) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilmişdir.
93. Yuxarıda qeyd olunduğu kimi, həmin razılaşmanın şərtlərinə görə İddiaçı ASC, prinsipalın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçiriləcəyi və qarant tərəfindən kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə 1 644 600 (bir milyon altı yüz qırx dörd min altı yüz) avro məbləğindən artıq olmayan məbləği qaranta ödəməyi öhdəsinə götürmüş, prinsipal kontrqarantiyanın açılmasına görə kontrqaranta komissiya ödəmiş, qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən, pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra kontrqarantiyanın tam və ya bir hissəsinin dərhal kreditə çevriləcəyi və kontrqarantın kontrqarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz)% hesablayacağı razılaşdırılmışdır.
94. İşin müəyyən olunan halına görə, 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşmaya əsasən verilmiş olan kontrqarantiya məktubu üzrə T.C.“Ziraat Bankası A.Ş” (qarant) tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı ASC-nə ödəniş tələbi (tələbnamə) daxil olmuş və İddiaçı ASC qaranta 1 645 040,6 avro ödəniş həyata keçirmişdir.
95. “X20 Eksport LTD” MMM-nin ilkin iddia tələbinin müvafiq hissəsinə etirazının, həmçinin qarşılıqlı iddia tələbinin dəlili ondan ibarətdir ki, kontrqarant olaraq İddiaçı ASC tərəfindən qarant “Ziraat Bankası A.Ş” T.C-yə 1 644 600 avro o halda ödənilə bilərdi ki, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” ilə “X18 X14 Ticaret ve Sanayi A.Ş” arasında imzalanmış Yüklenici Sözleşmesi üzrə öhdəliklər “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən yerinə yetirilməmiş və ya lazımınca yerinə yetirilməmiş olsun. Halbuki, sözügedən Yüklenici Sözleşmesi üzrə öhdəliklər “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən tam olaraq yerinə yetirilmiş, İddiaçı ASC tərəfindən isə bu hal araşdırılmadan qarant “Ziraat Bankasi A.Ş” T.C-yə 1 644 600 avro ödənilmişdir.
96. Kollegiya, “X20 Eksport LTD” MMM-nin həmin arqumentini əsaslı hesab etmir; belə ki, qanunvericiliyə görə, benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilmişdirsə və tələbdə və ya ona qoşmada qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğu göstərmişdirsə, bu halda qarant müvafiq tələbi icra etməlidir (§ 64,65).
97. Qanunvericilik qarantın tələbi icra etməkdən imtinasını o halda mümkün hesab edir ki, benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun olmasın, yaxud qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilsin (§ 68).
98. “X20 Eksport LTD” MMM-lə bağlanmış xx.xx.2018-ci tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinin 6.2.1-ci bəndinə görə də, əgər qarantın tələbi və ya ona qoşulmuş sənədlər kontrqarantiya şərtlərinə uyğun deyildirsə və ya kontrqarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra kontrqaranta təqdim edilmişdirsə, kontrqarant bu tələbi ödəməkdən imtina edir; 6.7.2-ci bəndinə əsasən isə, qarantın kontrqarantiya üzrə pul məbləğinin ödənilməsinə dair tələbi kontrqarantiyada göstərilmiş sənədlər qoşulmaqla, kontrqaranta yazılı formada təqdim edilməlidir.
99. Nəzərə alınmalıdır ki, qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir (§ 63).
100. Kontr-qarantiya (counter-guarantee) isə, digər tərəfin qarantiya və ya digər kontrqarantiyanın açılması üçün həmin tərəfin xeyrinə açılmış uyğun sənədlər üzrə ödəniş aparmaq öhdəliyidir (Beynəlxalq Ticarət Palatasının (İnternational Chamber of Commerce–İCC) Tələb üzrə Qarantiyalar üçün X7 (URDG 758)).
101. Kontr-qarantiya ilə nəzərdə tutulan öhdəlik də, qarantiyada olduğu kimi müstəqil öhdəlikdir. Beynəlxalq Ticarət Palatasının (İnternational Chamber of Commerce–İCC) Tələb üzrə Qarantiyalar üçün X5 (URDG 758) 5-ci bəndində göstərilmişdir ki, kontrqarantiya təbiətinə görə qarantiyadan, əsas öhdəlikdən, yaxud onun aid olduğu hər hansı bəyanatdan və ya kontrqarantiyadan asılı deyil, kontrqarantiya isə heç bir halda belə əqdlərlə bağlı deyil və məhdudlaşmır. Kontrqarantiyada əsas öhdəliyin eyniləşdirilməsi məqsədilə əsas öhdəliyə istinad olunması kontrqarantiyanın müstəqilliyini dəyişmir. Kontrqarantiya üzrə kontrqarantın ödəniş öhdəliyi kontrqarant və qarant arasında və ya həmin kontrqarantiyanın verildiyi digər kontrqarantdan başqa hər hansı digər münasibətlərdən irəli gələn tələb və etirazlardan asılı deyildir.
102. Apellyasiya baxışı zamanı cəlb olunmuş mütəxəssislər də bildirmişlər ki, ilkin qarantiya münasibəti Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlə ilkin qarantiyanı verən Türkiyə bankı (“Ziraat Bankasi A.Ş” T.C) arasında yarandığı üçün, icrasına qarantiya verilmiş əsas öhdəliyin pozulub-pozulmadığını araşdırma zərurəti olsaydı belə, bu araşdırmanı kontrqarant olan İddiaçı ASC deyil, “Ziraat Bank” A.Ş.TC (Türkiyə bankı) həyata keçirməli idi. Kontrqarantiya münasibətləri əlavə razılaşma ilə müəyyən edildiyindən, ilkin qarantiya verən bank tərəfindən müraciət daxil olduqda, ilkin qarantiya verən bank tərəfindən artıq lazımi araşdırmaların aparıldığı prezumpsiyası əsas götürülməklə, kontrqarantiya öhdəliyi yerinə yetirilməlidir.
103. Kollegiya “X20 Eksport LTD” MMM-nin arqumentini həm də ona görə əsaslı hesab etmir ki, ümumiyyətlə qarantın (yaxud kontrqarantın) əsas öhdəliyin pozulub-pozulmadığını araşdırmaq imkanı faktiki olaraq mümkün deyildir və qarantın (kontrqarantın) üzərinə bu cür vəzifənin qoyulması qarantiya (kontrqarantiya) institutunun mahiyyətinə də uyğun sayıla bilməz.
104. Mülki qanunvericiliyin qarantiya ilə bağlı müddəalarının (§ 64, 67, 68) qarşılıqlı təhlili də o nəticəyə gəlməyə əsas verir ki, “benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir” tələbi, qarantın üzərinə yalnız tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini araşdırmaq baxımından formal vəzifə qoyur.
105. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
106. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
107. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-118/2024 saylı iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni “X20 Eksport LTD” MMM-dən, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndən, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”ndən, Cemal Yanğından və X9 müştərək qaydada 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli əlavə razılaşma üzrə 1 645 040,6 avro (bir milyon altı yüz qırx beş min qırx avro altmış sent) əsas, 43 365,1 avro (qırx üç min üç yüz altmış beş avro on sent) faiz borcu olmaqla, cəmi 1 688 405,7 (bir milyon altı yüz səksən səkkiz min dörd yüz beş avro yetmiş sent) avronun tutulması, habelə qarşılıqlı iddianın rədd olunması” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən “X20 Eksport LTD” MMM, “Alucon Yapı Sanayi ve Ticaret Anonim Şirketi”, “Fatsa Dış Ticaret İnşaat ve Turizm Limited Şirketi”, Cemal Yanğın və X16 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.