Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-968/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2- 2(113)-3388/2023 saylı qərardadından cavabdeh X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 346260-CNS- 36793 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023- cü il tarixə Banka borclu olduğu 5.136,44 manat məbləğində əsas borc, 607,10 manat məbləğində faiz borcu, 552,75 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 6.296,29 manat pul məbləğinin və 100 manat ödənilmiş mediasiya dair xərci cavabdeh X2 “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3388/2023 saylı, 07 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 5.136,44 manat məbləğində əsas borc, 400,35 manat məbləğində faiz borcu və 250 məbləğində dəbbə pulu, cəmi 5786,79 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir xx.xx.2023-cü il tarixdə cavabdeh X3 nümayəndəsi və vəkili həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbinin üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh X3 nümayəndəsi və vəkili tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, e-2-2(113)- 3388/2023 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3388/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan prosessual müddət tərəflərindən üzrlü səbəbdən ötürüldüyü üçün ərizə ilə məhkəməyə müraciət etmişdilər. Lakin müddətin bərpası barədə ərizələri əsassız olaraq təmin edilməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, sözügedən qətnamə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində xəbərnaməyə imza edilməklə cavabdehə rəsmi qaydada verildiyi üçün, apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan müddət ötürüldüyü üçün bərpa edilməməlidir. Halbuki bir daha məhkəmənin diqqətinə çatdırırlar ki, cavabdeh məhkəmə qətnaməsindən məlumatlı olmamışdır və o heç bir xəbərnaməyə imza etməyib. Yəni sözügedən xəbərnamədəki imza cavabdehə məxsus deyil. Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsində faktiki yaşamaqla, Mehdiabad qəsəbəsinin mərkəzi hissəsində diş klinikası təsis edərək orada fəaliyyət göstərir. Cavabdeh zərfdə qeyd edilən ünvanda yaşamır. Ona bu barədə hər hansı bir məlumat verilməyib. Zərfi kimin alması barədə məlumatsızdı. Cavabdeh yalnız Şərur rayon icra və probasiya şöbəsindən qətnamənin icrası tələb edilərkən məlumat almış və vəkillə müqavilə bağlayaraq hüquqlarının müdafiə olunmasını istəmişdir. Qətnamə yalnız vəkil sorğusu əsasında əldə edilmişdir. İddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərkən əsas olaraq qətnaməni almaması, zərfdəki imzanın ona məxsus olmaması və nümunə kimi məhkəməyə cavabdehin şəxsiyyət vəsiqəsini, etibarnaməsini və imza nümunələrini təqdim etsələr də, bu nüansları məhkəmə nəzərə almamışdır. Həmin imza nümənələrindən və şəxsiyyət vəsiqəsindən də açıq-aydın görünür ki, xəbərnamədəki imza tamamilə fərqlidir, o imzanın cavabdehin imzası ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Bir daha məhkəmənin diqqətinə çatdırırlar ki, cavabdeh X1 qətnamədən, hətta məhkəmə prosesindən xəbəri olmamışdır. Eyni zamanda, diqqətə çatdırırlar ki, prosessual müddətin bərpası barədə ərizəyə baxış 22 sentyabr tarixinə təyin edilmişdir. Lakin səhhəti ilə əlaqədar ərizəyə baxış iclasında iştirakı mümkün olmadığı üçün iclasın növbəti tarixə təxirə salınması ilə bağlı elektron məhkəmə sistemi vasitəsilə təxir ərizəsi ünvanlanmışdır. Lakin məhkəmə təxir ərizəsini nəzərə almamışdır. Belə ki, vəkil və nümayəndə olaraq ərizəyə baxış iclasında iştirak etmək istəyirdilər. Bununla da məhkəmə MPM-in 68.2-ci maddəsinə əsasən vəkil üçün nəzərdə tutulmuş hüquqlardan bir vəkil olaraq onu məhrum etmişdir. Məhkəmə məhkəmə bildirişlərinin cavabdehə çatıb çatmamasını, qətnamə göndərilən zərfin üzərindəki imzanın kimə məxsus olmasını araşdırmadan, sübutların təqdim edilməsi üçün psosesi təxirə salmadan qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı iş materiallarından görünür ki, 07 iyul 2023-cü il tarixli, e-2-2(113)- 3388/2023 saylı qətnaməsi poçt vasitəsilə cavabdehə göndərilmiş və xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilməklə cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinə verilmişdir. Bununla da apellyasiya şikayətinin verilməsi üçün MPM-də nəzərdə tutulmuş bir aylıq müddət buraxılmışdır. Cavabdeh X3 nümayəndəsi və vəkili prosessual müddətin bərpası üçün əsas kimi xəbərnamədəki imzanın cavabdeh X4 məxsus olmamasına istinad etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq xəbərnaməli məktubun poçt vasitəsilə X3 qeydiyyata olduğu ünvana göndərilməsini, həmin ünvanda sonuncunun adından imzalanaraq qəbul edilməsini, məktubun təqdim edilməsi faktının poçt əməkdaşının imzası və möhürü ilə təsdiq edilməsini nəzərə alaraq cavabdehin qətnamənin ona təqdim edilməməsi barədə dəlillərini əsassız hesab etmişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq prosessual müddətin bərpasına dair ərizənin rədd olunması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-3388/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-968/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-968/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver