Məhkəmə qərarları › İş №2-2(103)-969/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-969/2022

20.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-969/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 562/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 23.500 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti olan 39.950 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə faiz olaraq 4.609 manat məbləğinin və mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğinin, məhkəməyə müraciət edərkən ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 44.779 manat pul məbləğinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 39.950 manat məbləğdə pul vəsaitinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddianin qalan hissədə rədd edilməsi, ilk mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 197 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və Cavabdeh2 ondan apellyasiya şikayətləri verərək, iddiaçı iddia rədd edilən hissədə ləğv edilib, həmin hissədə iddianın təmin edilməsini, cavabdeh ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiyası mümkün hesab edilərək, iş Məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə məktubla müraciət edib, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verildiyi üçün, işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərini nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı1 MMC-nin apellyasiyasının icraata qəbul edilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar