Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-97/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-84/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 01K/12 №-li kredit müqaviləsinə əsasən xx xxxxxx 2019-cu il tarixə faiz borcu üzrə 75658,02 manat, cərimə üzrə 36170,85 manat, müqavilə müddəti bitdikdən sonra 5 % ilə hesablanan borc üzrə 15798,18 manat olmaqla, ümumilikdə 127627,05 manat məbləğində və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 01K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh MMC-yə 36 ay müddətinə 12 %-lə 428150 manat məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh MMC-ə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 01K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2019-cu il tarixə Cavabdeh MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında faiz borcu üzrə 75658,02 manat, cərimə borcu üzrə 36170,85 kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 15798,18 olmaqla ümumilikdə 127627,05 manat borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-84/2020 saylı qətnaməsi iddia qismən təmin edilmiş, 45977,24 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-84/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin təqdim etdiyi maliyyə arayışına uyğun olaraq müəyyən edilmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 5 % borcu təmin edilməmişdir. Cavabdeh MMC-nin əsas borc məbləği Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixli qərarına əsasən silinmişdir. Kredit müqaviləsinin müddəti isə xx.xx.2015-ci il tarixində bitmişdir. Göründüyü kimi xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək əsas borc məbləğindən faiz dərəcəsi 5 % olmaqla borcun hesablanması tamamilə qanuna uyğundur. Buna baxmayaraq, məhkəmə tərəfindən iddia tələbinin faiz dərəcəsi 5 % ilə hesablanan hissəsi tamamilə rədd edilmişdir. Digər tərəfdən Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia tələbinin cərimə borcu hissəsində rədd edilməsi qanunsuzdur. Belə ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış olan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin 5-ci maddəsində qeyd edilir: bu müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləndirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Borc alan bu müqavilənin 3.5-ci bəndində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitmə tarixinə kimi kredit vəsaiti tam şəkildə bağlanmadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan illik faiz dərəcəsi iki dəfə artırılır. Göründüyü kimi kredit müqaviləsi bağlandığı tarixdən əsas borc ödənilənədək cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Bu müddət ərzində haqlı olaraq, cərimə borcu hesablanmışdır. Əsas borcun kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilmiş olması cərimə borcunun silinməli olması mənasını ifadə etmir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, sonradan xx.xx.2021-ci il tarixə təxirə salınmış, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-84/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndililən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmunundan aydın olur ki, iş üzrə qəbul edilmiş qətnamə iddianın rədd edildiyi hissədə mübahisələndirilir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 01K/12 saylı təminatsız kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh MMC-yə 428.150 manat məbləğində 12 ay müddətinə illik 12 faizlə kredit xətti açmağı, Cavabdeh ASC isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, **********164 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 01K/12 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə əsas borcu 242530,68 manat və faiz borcu 37096,57 manat qeyd olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 17941 saylı rəyində qeyd olunmuşdur ki, xx xxxxxx 2012-ci il tarixli, 01K/12 nömrəli təminatsız kredit xətti müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərara müvafiq olaraq CavabdehMMC-nin İddiaçıASC-ə olan borcu xx xxxxxx 2013-cü il tarixə əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla ümumilikdə 161.656,16 manat borcu müəyyən edilir. Məhkəmə-mühasibatlıq ekspertizasının 08 may 2020-ci il tarixli, 9/114 saylı rəyində isə cavabdehin qeyd edilən borclarından əlavə xx xxxxx 2019-cu il tarixə 5% hesablanmaqa faiz borcunun 33.545,37 manat olduğu qeyd edilmişdir. Qeyd edilən ekspertiza rəyləri daxil olduqdan sonra iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli 01K/12 saylı təminatsız kredit xətti müqaviləsinə xx.xx.2012-ci il tarixli 1 saylı və xx.xx.2014-cü il tarixli 2 saylı Əlavələr edilərək müqavilənin müddəti xx.xx.2015-ci il tarixədək uzadılmışdır. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlardan sonra iş üzrə yenidən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 9/2525 saylı rəyinə əsasən Cavabdeh MMC-nin İddiaçı ASC-yə olan borcu x xxxxxx 2015-ci il tarixə əsas borcunun 242530,68 manat, faiz borcunun 45977,24 manat olmaqla ümumilikdə 288507,92 manat olduğu, əsas borcun 25.0.2016-cı il tarixdə tam ödənildiyi, xx xxxxx 2019-cu il tarixə-iddia ərizəsinin verilmə tarixənədək 5% hesablanmaqla cavabdehin 61775,42 manat faiz borcu olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə alaraq, MM-nin 445.7-ci maddəsinə istinad edərək hesab etmişdir ki, müqavilə üzrə əsas borc xx.xx.2016-cı il tarixdə tam ödənildiyindən iddiaçının xx xxxxxx 2019-cu il tarixədək cavabdehə illik 5 %-lə əldən çıxmış faydaya görə 15798,18 manat borc hesablaması və tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizdən faiz ödənilməsi yolverilməz olduğundan illik 5 %-lə əldən çıxmış fayda yalnız cavabdehin ödənilməmiş əsas borc qalığı olduqda tələb edilə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Ekspert rəylərindən görünür ki, işdəki hesabdan çıxarış məlumatlarında cavabdehə bank tərəfindən dəbbə pulu hesablandığı öz əksini tapmır. Bank tərəfindən tələb edilən 36170,85 manat dəbbə pulu məbləğinin hansı dövr üçün və hansı məbləğə hesablanması barədə məhkəməyə maliyyə arayışı təqdim edilmədiyindən məhkəmə dəbbə pulu ilə bağlı hissədə iddianı düzgün olaraq təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-84/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-84/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-97/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-97/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver