Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-977/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli e-2-2(113)-45/2023 saylı qərardadından iddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 01 may 2015-ci il tarixli K-026/2015 saylı kredit müqaviləsi üzrə 35186,72 manat əsas borc, 7092,64 manat faiz borcu, 129773,71 manat dəbbə pulu olmaqla ümumilikdə 172053,71 manat məbləğində borcun və 07 iyul 2015-ci il tarixli, k-033/2015 saylı kredit müqaviləsi əsasında xx.xx.2022-ci il tarixədək ödənilməmiş 31088,1 manat əsas borc, 7704,49 manat faiz borcu və 138143,16 manat dəbbə pulu olmaqla ümumilikdə 176935,75 manat məbləğində borcun, ilkin mediyasiya sessiyasına ödənilmiş 400 manatının 200 manat hissəsinin və dövlət rüsumuna ödənilmiş 857 manatının 402 manatı hissəsinin ödənilməsi, cavabdeh X1 05 oktyabr 2015-ci il tarixli K-041/2015 saylı kredit müqaviləsi əsasında 21 sentyabr 2022-ci il tarixədək ödənilməmiş 52521,8 manat əsas borc, 9639,57 manat faiz borcu, 183037,60 dəbbə pulu olmaqla ümumilikdə 245198,93 manat məbləğində borcun və 18 dekabr 2015- ci il tarixli, k-054/2015 saylı kredit müqaviləsi əsasında 21 sentyabr 2022-ci il tarixədək ödənilməmiş 36604,53 manat əsas borc, 14486 manat faiz borcu və 139410 manat dəbbə pulu olmaqla 159689,27 manat məbləğində borcun, 400 manatının 200 manat hissəsinin və dövlət rüsumuna ödənilmiş 857 manatının 455 manatı hissəsinin ödənilməsinə, Cavabdeh1 borc tələbi tutumu 01 may 2015-ci il tarixli K026/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin xx.xx.2014-cü il tarixli, İ-07/2014 saylı ipoteka müqaviləsinə və 07 iyul 2015-ci il tarixli K033/2015 saylı kredit müqaviləsi üzrə İ010/2015 saylı, sonrakı ipoteka müqaviləsinə əsasən öhdəliklərin təminat üsulu olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (16/81 saylı mağaza) yönəldilərək 210000 manat likvid dəyərlə yönəldilərək və 07 iyul 2015-ci il tarixli K-033/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin 15 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən təminat üsulu olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 846 nömrəli bağ sahəsi, ünvanında yerləşən 0,225 ha torpaq sahəsinə 67500 manat likvid dəyərlə yönəldilərək, açıq hərraca çıxarılması və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişi təmin edilməsinə, cavabdeh X1 borc tələbi tutumu 05 oktyabr 2015-ci il tarixli, K-041/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan 05 oktyabr 2015-ci il tarixli, İ-014/2015 saylı, sonrakı ipoteka müqaviləsinə dövlət rüsumunun ödənilməsi haqqında məlumat əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 210000 manat likvid dəyərlə yönəldilərək və 05 oktyabr 2015-ci il tarixli, K041/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan xx.xx.2015-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş X3 məxsus Sumqayıt şəhəri. ə/d, Sarıqaya bağlar zonasında istifadədə 0.32 ha torpaq sahəsində yerləşən binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71.4 kv.m ümumi, 38.3 kv.m əsas 33.1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə 71400 manat likvid dəyərlə yönəldilərək, açıq hərraca çıxarılması və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişi təmin edilməsinə, cavabdeh X1 borc tələbi tutumu 18 dekabr 2015-ci il tarixli, k054/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 846 ünvanında yerləşən ümumi sahəsi 0,225 ha olan torpaq sahəsinə 56250 manat likvid dəyərlə yönəldilərək, 18 dekabr 2015-ci il tarixli, k-054/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 163 nömrəli bağ sahəsi, ünvanında yerləşən 0.2450 ha torpaq sahəsinə 64300 manat likvid dəyərlə yönəldilərək və 18 dekabr 2015-ci il tarixli, k-054/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, 772 nömrəli sahə ünvanında yerləşən 0,079 ha torpaq sahəsinə yönəldilərək 11850 manat likvid dəyərlə yönəldilərək, açıq hərraca çıxarılması və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişi təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) cavabdehlər Cavabdeh1 və X3 qarşı borc və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və ********* saylı qəbzə əsasən ödənilmiş 857 manat və ********** saylı qəbzə əsasən ödənilmiş 165 manat məbləğində dövlət rüsumu iddiaçıya ("xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə) geri qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" BOKT MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Dörd kredit müqaviləsi üzrə beş əmlak ipoteka və sonrakı ipoteka ilə yüklü edilmişdir. Lakin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alındığını bildirsə də və məhkəmə tərəfindən həmin bildirişlərin məhkəməyə təqdim edilməsinə dəfələrlə şərait yaradılmasına baxmayaraq həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixində EMİS vasitəsi ilə məhkəməyə təqdim olunan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023 və xx.xx.2023 tarixli məktublarından görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m olan qeyri-yaşayış sahəsi və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 846 ünvanında yerləşən bağ torpaq sahəsi üzərinə yönəldilmiş tutma barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, müəyyən olunur ki, iddiaçı qanunun tələblərinə riayət etmədən, məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən qabaq beş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişləri dövlət qeydiyyatına aldırmamışdır, iki əmlaka dair bildirişlər isə məhkəmə gedişatı zamanı qeydiyyata alınmışdır. Yuxarıda göstərilən nöqsanların aradan qaldırılması üçün iddiaçıya dəfələrlə vaxt verilsə də, nöqsanlar aradan qaldırılmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci, 37.1-ci, 39.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə istinad edərək məhkəmə hesab etmişdir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.4.1-ci maddəsində isə təsbit olunmuşdur ki, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Qeyd olunan maddi hüquq normalarının birgə təfsirindən belə müəyyən olunur ki, ipoteka saxlayan əvvəlcə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın ünvanına poçt göndərişi (məktubu) və elektron üsulla göndərməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin bildiriş qeyd olunan qaydada təqdim edildikdən sonra ipoteka qoyan 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməlidir. Göründüyü kimi qanunvericilikdə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi ipoteka saxlayanın, yəni iddiaçının ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınmasına dair sübutları məhkəməyə təqdim etmək kimi bir vəzifəsi təsbit olunmamışdır. Qeyd olunan maddi hüquq normalarına əsasən ipoteka saxlayanın üzərinə qoyulan vəzifə əvvəlcə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyana göndərməkdən və həmin bildiriş təqdim edildikdən sonra isə 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etməkdən ibarətdir. Hazırki işdən də görünür ki, dörd kredit müqaviləsi üzrə beş əmlak ipoteka və sonrakı ipoteka ilə yüklü edilmişdir. Bununla belə iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, kredit borcunun yalnız dörd ipoteka predmetinə yönəldilməsini xahiş etmiş, bir əmlaka dair tutmanın yönəldilməsini tələb siyahısından çıxarmışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktublara əsasən müəyyən olunur ki, o, kredit borcunun ödənilməsini, əks təqdirdə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmin məktublar eyni tarixdə şəxsən cavabdehlərə təqdim edilmişdir. Həmçinin iddiaçı yuxarıda qeyd olunan vəzifə öhdəliyinə uyğun olaraq xx.xx.2021-ci tarixdə elektron xidmət vasitəsi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Sumqayıt Ərazi İdarəsinə ərizələr göndərərək, ipoteka predmetləri olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (16/81 saylı mağaza), Sumqayıt şəh., Novxanı bağ massivi, 846 nömrəli bağ sahəsi, ünvanında yerləşən 0.225 ha torpaq sahəsi və Sumqayıt ş. ə/d,Sarıqaya bağlar zonasında istifadədə 0.32 ha torpaq sahəsində yerləşən binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71.4 kv.m ümumi, 38.3 kv.m əsas 33.1 kv.m köməkçı sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyata alınmasını xahiş etmiş və həmin müraciətlər dövlət orqanları tərəfindən qəbul edilmişdir. Həmçinin iş materiallarından görünür ki, yuxarıda adları sadalanan 3 torpaq sahəsi tutmanın yönəldilməsi barədə bildirişlər dövlət qeydiyyatına da alınmışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktuba əsasən ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (16/81 saylı mağaza) dair tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023 və xx.xx.2023 tarixli məktublarına əsasən Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m olan qeyri-yaşayış sahəsi və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 846 ünvanında yerləşən bağ torpaq sahəsi üzərinə yönəldilmiş tutma barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin hansı tarixdə, yəni iddia ərizəsi verilməzdən əvvəl, ya sonra dövlət qeydiyyatına alınmasının isə işin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki yuxarıda da qeyd olunduğu kimi iddiaçının üzərinə belə bir vəzifə qanunvericiliklə qoyulmamışdır. Həmçinin hazırki şikayətə baxan birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadında qeyd etmişdir ki, iddiaçı məhkəmə gedişatı zamanı da iddia tələblərinə ayrıayrılıqda deyil həm kredit tələbi, həmdə ipoteka premedmetlərinə tutma yönəldilməsi ilə bir yerdə tam baxılmasını xahiş etdiyindən, məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldildiyi digər əmlaklara dair işə mahiyyəti üzrə baxılıb qərar çıxarılmasına etiraz edildiyinən iddia ərizəsi tam baxılmamış saxlanılmışdır. Kollegiya hesab edir ki, məhkəmənin işin tam baxılmamış saxlanılması ilə bağlı həmin mövqeyi də səhv olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsin görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə iddia ərizəsinin qaytarılması bağlı iddiaçının iradəsi yazılı qaydada ifadə olunmalıdır. Hazırki işdə isə iddiaçı tərəfindən belə məzmunda hər hansı ərizə verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin hər hansı ərizə olmadan yalnız iddiaçının nümayəndəsinin şifahi izahatı əsasında kredit borcunun tutulması barədə tələblərə münasibətdə də iddia ərizəsini baxılmamış saxlaması yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli e-2-2(113)-45/2023 saylı qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-977/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-977/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver