Məhkəmə qərarları › İş №2-2(103)-98/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-98/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-98/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının (BOKT) cavabdeh Cavabdeh MMC-yə qarşı “kredit borcun tutulması və tutmanın əmlaklara yönəldilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-301/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib müəyyən e t d i: İddiaçı QSC bank olmayan kredit təşkilatının (BOKT) cavabdeh Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 766.967,40 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 766.967,40 ABŞ dolları) və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxxxx 2017-ci il tarixli, S-78 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 766.967,40 ABŞ dolları və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2005-ci il tarixli 737 saylı, xx.xx.2006-cı il tarixli 1244 saylı, xx.xx.2007-ci il tarixli 1790 saylı və xx.xx.2008-ci il tarixli 3124 saylı kredit müqavilələrinə əsasən yaranmışdır. Həmin borc İddiaçı QSC BOKT-un idarəetməsinə keçdikdən sonra, borcdan heç bir ödəniş edilməmişdir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-301/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməməsi haqqında yeni qətnamə çıxarımasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə yanlışdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlandığını, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddətinin göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanması ilə əlaqələndirərək əsaslandırmağa çalışmışdır. Məhkəmə müqavilə tərəfi olan Azərbaycan Beynəxalq Bankının yuxarıda qeyd olunan xx xxxxx 2017-ci tarixli müqavilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli məlum Sərancamına qədər iddia qaldırmaq hüququnun olması baxımından əsaslandırmamış və Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması müddəasını unudmuşdur. Bundan başqa məhkəmə tələb olunan borc məbləği əsassız olmaqla faiz borcundan ibarətdir. Borclu cəmiyyət əsas borc öhdəliyini vaxtında icra edərərək banka olan kredit məbləğinin əsas borcunu tam ödəmişdir. Uzun müddət keçdikdən sonra güzəşt hüququnun başqa bir bank olmayan kredit təşkilatına keçməsi səbəbindən hazırki iddia tələbinin əsassız və qanunsuz olmasına varmayan məhkəmə yanlışlığa yol verərək iddia tələbini tam təmin etmişdir. Məhkəmə iddia müddətinin buraxılmış hesab edilməsi səbəbindən iddianın rədd edilməsi ilə bağlı qətnamə çıxarılmalı olması qanunu olduğu halda buna əhəmiyyət verməmişdir. Mülki Məcəllənin 375-2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddianın mahiyyətinə varmadan hesab edirəm ki, hər dörd müqavilə üzrə borc tələbinə dair 3 (üç) illik iddia müddəti ötürüldüyündən iddia əsassız olduğundan rədd edilməli idi . Beləliklə də hər 4 (dörd) müqavilənin şərtlərindən görünür ki, borcalana verilən kredit vəsaitinin istifadə müddəti 12 (on iki) aydır. Axırıncı bağlanmış müqavilə üzrə də xx xxxxxx 2009 - cu il tarixdə kredit vəsaitindən istifadə müddəti bitmişdir. Hətta axırıncı müqaviləni götürsək belə xx xxxxxx 2012-ci il tarixinədək bank cavabdeh “Cavabdehl” MMC-dən kredit borcunun və yaxud da faiz borcunun qaytarılması barədə tələb irəli sürməli idi. Deməli axırıncı bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilə üzrə tələb irəli sürülməli olan müddətdən artıq 8 (əkkiz) il keçmişdir. Qanunda göstərildiyi kimi müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 (üç) ildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia müddəttinin axımının xx xxxxxxx 2017-ci il tarixli, S-78 saylı təhvil-təslim akt əsasında “xxxx” ASC-dən İddiaçı QSC BOKT-a keçən vaxtdan hesablanmalı olduğunu bildirərək, apellyasiya şikayətinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İdddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işin digər materiallarına əsasən müəyyən olunur ki, “xxxx” ASC arasında aşağıda qeyd olunan dörd kredit müqaviləsi bağlanmışdır: 1) xx xxxxxx 2005-ci il tarixli 737 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18%-lə, 558400 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilənin 4.1-ci bəninə əsasən alınmış kreditin qaytarılması ilə bağlı icra müddəti 2 ay müəyyən edilmişdir. 2) xx xxxx 2006-cı il tarixli 1244 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18%-lə, 500.000 ABŞ dolları kredit verilmiş və həmin müqavilənin icra müddəti 4.4-cü bəndinə əsasən 12 ay müəyyənləşdirilmişdir. 3) xx xxxxxx 2007-ci il tarixli 1790 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18%-lə 1.000.000 ABŞ dolları məbəlğində vəsait verilmiş və həmin müqavilənin 4.4-cü bəndinə əsasən kreditin qaytarılması ilə bağlı icra müddəti 12 ay müəyyən edilmişdir. 4) xx xxxxxx 2008-ci il tarixli 3124 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18 %-lə 100.000 manat kredit verilmiş, həmin müqavilənin də icra müddəti də 4.4-cü bəndinə əsasən 12 ay müddətinə müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, hər bir kredit müqaviləsi üzrə əsas borc məbləğləri ödənilmiş, hazırda iddia tələbi üzrə cavabdehdən tutulması tələb olunan 766.967,40 ABŞ dolları məbləğində pul vəsaiti dörd müqavilə üzrə faiz mələğilərinin cəmidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən və iş materiallarından göründüyü kimi, birinci instasiya məhkəməsində işə baxılarkən kredit müqavilələri üzrə iddia müddətinini keçdiyi mübahisələndirilərək, iddianın rədd olunması məhkəmədən xahiş olunmuşdur. Bununla əlaqədar birinci instansiya məhkəməsinin qətnaməsində təsbit olunan mövqiyi aşağıdakı kimi olmuşdur: “İddiaçının pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması xx xxxxxxx 2017-ci ildən sonra baş vermişdir. Belə ki, problemli aktivlərin satın alınması ilə bağlı cavabdehə verilmiş kreditlərə dair sənədlər “xxxx” açıq səhmdar cəmiyyəti tərəfindən iddiaçının idarəetməsinə xx xxxxxxx 2017-ci il tarixli S-78 saylı aktla təhvil verildikdən sonra ona məlum olmuşdur ki, bu halda iddiaçıya münasibətdə iddia müddətinin axımı xx xxxxxxx 2017-ci il tarixdən başlanır. İddiaçı mübahisənin məhkəmədən kənar həlli ilə baglı cavabdehə göndərdiyi pretenziyalara cavabdeh tərəfindən heç bir münasibət bildirmədiyini gördükdən sonra xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir ki, bu halda iddia müddəti keçməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsnin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, kredit müqavilələrinin hər biri üzrə kreditin qaytarılması üçün icra müddətləri myəyyən olunmuşdur: 1) xx xxxxxx 2005-ci il tarixli 737 saylı kredit müqaviləsi üzrə -2 ay 2) xx xxxx 2006-cı il tarixli 1244 saylı kredit müqaviləsi üzrə 12 ay 3) xx xxxxxx 2007-ci il tarixli 1790 saylı kredit müqaviləsi üzrə -12 ay 4) xx xxxxxx 2008-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə 12 ay Göründüyü kimi, Mülki Məcəllənin 373.2-ci və 377.2-ci maddələri baxımından, birinci müqavilənin icra müddəti xx.xx.2005-ci il tarixində, ikinci müqavilənin icra müddəti xx.xx.2007-ci il tarixində, üçüncü müqavilənin icra müddəti xx.xx.2008-ci il tarixində, üçüncü müqavilənin icra müddəti isə xx.xx.2008-ci il tarixində - başa çatmışdır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən əasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşə əlavə olunmuş xx xxxxxx 2020-ci il iarixli 9/1108 saylı ekspert rəyi ilə işdə olan xx xxxxxxx 2017-ci il tarixli akta 1 saylı əlavəyə, memorial orderlər hesabdan çızxarışa əsasən müəyyən olunmuşdur: -xx.xx.2005-ci il tarixli müqavilə üzrə ödənişlər xx.xx.2012-ci il tarixinədək; - xx.xx.2006-cı il tarixli müqavilə üzrə ödənişlər xx.xx.2012-ci il tarixinədək; - xx.xx.2007-ci il tarixli müqavilə üzrə ödənişlər xx.xx.2012-ci il tarixinədək, - xx.xx.2008-ci il tarixli müqavilə üzrə ödənişlər isə xx.xx.2012-ci il tarixinədək aparılmışdır. Mülki Məcəllənin qeyd olunan 380.1-ci tələbi baxımından, borcu etirafedici həmin hərəkətlər nəzərə alındıqda, həmin Məcəllənin 373.2 və 377.2-ci maddələri ilə hesablanan üç illik iddia müddəti: - birinci müqavilə üzrə xx.xx.2015-ci il tarixində; - ikinci müqavilə üzrə xx.xx.2015-ci il tarixində; - üçüncü müqavilə üzrə xx.xx.2015-ci il tarixində -dördüncü müqavilə üzrə xx.xx.2015-ci il tarixində başa çatmış olur. Göründüyü kimi, bütün kredit müqavilələri üzrə tələb hüququ xx xxxxxxx 2017-ci il tarixli, S-78 saylı təhvil-təslim akt əsasında“xxxx” ASC-dən İddiaçı QSC BOKT-a keçənə qədər iddia müddətləri artıq keçmişdir. Belə olan zhalda, Mülki Məcəllənin 375.2-ci maddəsi isə nəzərdə tutur ki, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeydə olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin axımının xx xxxxxxx 2017-ci il tarixdən hesablanması tamamilə əsassızdır. Beləliklə də gəstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və MPM-in 385.1.1-ci maddəsinin tələbi baxımından yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-301/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, məhkəmə mühasibatlıq ekspertizası cavabdehin nümayəndəsinin vəsatəti əsasında təyin edilmişdir. Odur ki, MPM-in 115,0.1-ci və 117.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-301/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının iddia tələbi təmin edilməsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyndəki hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar