Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-98/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin Cavabdehna qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1/2022 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.
2. Kredit xətti müqaviləsi üzrə həmin tərəflər arasında 05 mart 2013-cü il tarixli, 1 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən cavabdehə 36 ay müddətinə, illik 14% olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 iyul 2015ci il tarixdə həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır.
3. Həmin tərəflər arasında 04 aprel 2013-cü il tarixli 2 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən cavabdehə 36 ay müddətinə, illik 14% olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 iyul 2015-ci il tarixdə həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır.
4. Həmin tərəflər arasında 23 aprel 2013-cü il tarixli 3 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən cavabdehə 36 ay müddətinə, illik 14% olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 iyul 2015-ci il tarixdə həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır.
5. Həmin tərəflər arasında 03 iyun 2013-cü il tarixli 4 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən cavabdehə 36 ay müddətinə illik 14% olmaqla 100000 USD məbləğində kredit verilmişdir. 07 iyul 2015-ci il tarixdə həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır.
6. Həmin tərəflər arasında 21 iyun 2013-cü il tarixli 5 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən cavabdehə 36 ay müddətinə, illik 14% olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 iyul 2015-ci il tarixdə həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır.
7. Həmin tərəflər arasında 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 14% olmaqla 500000 manat məbləğində kredit ayrılmışdır. 07 iyul 2015-ci il tarixdə həmin kredit müqaviləsinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır.
8. Borcalanın 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsindən (kredit xəttinin açlması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013-cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0.0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257.8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1 B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 250000 manat müəyyən edilmişdir.
9. Borcalanın 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013-cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0.05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 300000 manat müəyyən edilmişdir.
10. Borcalanın 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013-cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0.02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dan ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 170000 manat təşkil edir.
11. Borcalanın 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 18 iyun 2014-cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan, 1\1 mərtəbəli, ümumi sahəsi 175,3 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, 1\1 mərtəbəli, ümumi sahəsi 174 m2dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, və 1\1 mərtəbəli, ümumi sahəsi 414,4 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b. 19 nömrəli ünvanlarda yerləşən qeyri-yaşayış sahələri bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetlərinin dəyəri ipoteka müqaviləsinə əsasən müvafiq olaraq 420000, 170000 və 170000 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı QSC Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 mart 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi üzrə 206299,63 ABŞ dolları əsas kredit borcunun, 135913,08 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 246018,60 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 588231,31 ABŞ dolları və 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə 500000 manat əsas kredit borcunun, 325423,98 manat əsas məbləğə hesablanmış faiz borcunun, 506336,39 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 1331760,37 manat məbləğində borcun və 500 manat əmlakın qiymətləndirilməsinə dair xərc, 22 manat öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərçləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdehna məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyriyaşayış sahəsinə, 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyriyaşayış sahəsinə, 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyriyaşayış sahəsinə, 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin ipoteka predmetləri hərracda satılsın və əldə olunan vəsaitin hesabına İddiaçı QSC-nin borcu ödənilsin, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməklə, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh qeyri-yaşayış sahələrini boşaldılması, həmçinin ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsi borcludan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı bildirir ki, cavabdeh müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 05 mart 2013-cü il tarixli 3333 nömrəli kredit müqaviləsi üzrə 206299,63 ABŞ dolları əsas kredit borcu, 135913,08 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 246018,60 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 588231,31 ABŞ dolları və 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə 500000 manat əsas kredit borcu, 325423,98 manat əsas məbləğə hesablanmış faiz borcu, 506336,39 manat hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 1331760,37 manat borcu yaranmışdır.
14. Cavabdeh iddiaya etiraz edir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 05 mart 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202283,89 ABŞ dolları əsas borc, 24650,78 ABŞ dolları cərimə, 9429,95 ABŞ dolları faiz borcu və 43635,38 ABŞ dolları illik 5% borcu, cəmi 280000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat, 52585,86 manat cərimə, faiz borcu 93594,70 manat, illik 5%-lə hesablanmış faiz borcu isə 78819,44 manat cəmi 725000 manat, həmçinin 500 manat ipoteka predmeti olan əmlakların qiymətlərindirilməsinə çəkilmiş xərc, 30 manat dövlət rüsumu, 22 manat bildirişlərin göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdehna məxsus ilkin satış qiyməti 259000 manat olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyriyaşayış sahəsinə, ilkin satış qiyməti 223000 manat olan 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 222000 manat olan 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 514000 manat olan 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 326500 manat olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 581000 manat olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına İddiaçı QSC-nin borcunun ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh qeyri-yaşayış sahələrini boşaltması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsinin borcludan tutulması, iddia tələbinin 51,01%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 545 manat məbləğində xərcin 278 manatının Cavabdeh, 267 manatının isə İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin "xxxx" MMC tərəfindən aparılan əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 1300 manat məbləğində xərcin 663,10 manatının Cavabdeh, 636,90 manatının isə İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməsi tələbi hissəsində iddianın rədd edilməsi qət edilmişdir.
16. İddiaçı QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın əsas borc, faiz borcu və cərimə borclarının təmin olunmayan hissələrində, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunmuş hissələrində ləğv edilərək, əsas borc, faiz borcu və cərimə borcları hissəsində tam təmin edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin tərəflərin iradə ifadəsi əsasında müqavilədə razılaşdırdıqları qiymətlərlə müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh da apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni 05 mart 2013-cü il tarixli 3333 saylı Kredit müqaviləsi üzrə 24650,78 ABŞ dolları cərimə və 43635,38 ABŞ dolları illik 5% borcu, cəmi 68.286,16 ABŞ dolları məbləğində pulun; 18 iyun 2014-cü il tarixli, 555 nömrəli Kredit müqaviləsi üzrə 52585,86 manat cərimə və 78819,44 manat illik 5%- lə hesablanmış faiz borcu, cəmi 131.405,3 manat məbləğində pulun tutulması hissəsində ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia tələblərinin əhəmiyyətli hissəsi, yəni 05 mart 2013-cü il tarixli 3333 №-li kredit müqaviləsi üzrə 308231,31 ABŞ dolları hissəsi, 8 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə 606760,37 manat hissəsi təmin olunmamışdır. İpoteka predmetlərinin ilkin satış qiymətinə münasibətdə məhkəmə, ipoteka predmetlərinin ilkin satış qiymətini, tərəflərin ipoteka müqaviləsi bağlanan zaman sərbəst iradə ifadəsi kimi müəyyən etdikləri qiymətlərdən təqribən iki dəfə çox “likvid” qiymətlər müəyyən edən "xxxx" MMC-nin qiymətləndirmə hesabatlarına istinad etsə də, sonuncunun bu qiymətləri hansı meyarlar əsasında müəyyən etdiyinin fərqinə varmamış, açıq-aşkar şişirdilmiş ipoteka predmetlərinin həmin qiymətlər üzərindən hərraca çıxarılmasını qət etmişdir. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, cavabdehdən tutulmalı olan borc məbləğinin məhz müqavilə şərtlərinə uyğun olaraq hesablanması iş üçün həlledici əhəmiyyət kəsb edir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış edən müqavilənin şərtləri onların sərbəst iradə ifadəsi ilə müəyyən edilmişdir və cavabdehdən tutulmalı olan əsas borc, faiz və cərimə məbləğləri də məhz həmin müqavilə şərtlərinə əsasən hesablanmaqla müəyyən edilə bilərdi. Məhkəmə qətnamədə müqavilə şərtlərini və ona tətbiq edilməli olan maddi hüquq normasının tələblərini nəzərə almadan yalnız ekspertiza rəylərində (özü də ekspert qarşısında tərəflərin münasibətlərinə uyğun olmayan və mübahisənin həllinə əvvəlcədən münasibət bildirən suallar qoymaqla) göstərilən rəqəmlər əsasında qətnamə çıxarmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrində nəzərdə tutulmamışdır ki, “müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur.” Əksinə, həm kredit xətti müqavilələrində (10.1-ci maddə), həmdə həmin müqavilələr əsasında bağlanmış kredit sazişlərində (maddə 7) tərəflərin öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalması şərti nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə iddia tələbinin qüvvədə olan müqavilə şərtlərinə uyğun hesablanmış faiz məbləğlərini istinad edilən maddənin tələbləri nəzərə alınmadan, Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etməklə kreditin qaytarılma müddətini müqavilənin bitmə müddəti kimi təfsir edərək, kreditin qaytarılma müddətindən sonrakı müddət üçün illik 5% hesablamaqla, öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyən edilmiş şərtindən fərqli şərt tətbiq etmişdir. Mübahisənin həllinə belə yanaşma, tətbiq edilməli olan Mülki Məcəllənin 399.3-cü maddəsinin məhkəmə tərəfindən tətbiq edilmədiyini təsdiq edir. Halbuki, Mülki Məcəllənin 399.3-cü maddəsinin düzgün tətbiq ediləcəyi təqdirdə, 445.7-ci maddə tətbiq edilə bilməzdi. Belə ki, 445.7-ci maddədə nəzərdə tutulmuş “əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə” şərti yerinə yetirilmirdi. Hazırkı işdə kreditor digər əsaslardan (tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərindən) çıxış edərək daha böyük məbləğ tələb edə bilir. Bundan əlavə məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddənin bu tərzdə tətbiq edilməsi həm qeyd edilən maddənin tələblərinə, həm də Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarındakı hüquqi mövqelərə tamamilə ziddir. Belə ki, maddənin dispozisiyasından da göründüyü kimi, dəbbə pulunun azaldılması “kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”müddəası ilə şərtləndirilmişdir. Həmçinin hazırkı işdə tərəflər ipoteka predmetlərinin ilkin satış qiymətini qanunun 10.5-ci maddəsinə müvafiq olaraq ipoteka müqaviləsində sərbəst iradə ifadəsi kimi müəyyənləşdirmişdilər. Qanunun istinad edilən 10.5 və 39.3.3-cü maddələrinin müddəalarından da göründüyü kimi, məhkəmə tərəfindən ilkin satış qiymətinin qətnamədə müəyyən edilməsi tərəflərin razılığının olmadığı hallarda tətbiq oluna bilər. Əks yanaşma həmin qanunun 10.5-ci maddəsində nəzərdə tutulmuş ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərilməsinə dair imperativ şərtin təsirini heçə endirmiş olur. Digər tərəfdən, ilkin satış qiymətinin “müstəqil qiymətləndiricinin rəyi əsasında” müəyyən edilməsi şərti heç də qiymətləndiricinin məhkəməni əvəz etməsi kimi başa düşülə bilməz. Məhkəmə qətnaməsində ilkin satış qiymətinin müəyyən edilməsi sübutların qiymətləndirilməsinə dair fəaliyyətin nəticəsi kimi, yəni digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməklə həyata keçirilməlidir. Lakin tərəflərin müqavilədə razılaşdırdığı 170000 manata qarşı həmin əmlakın “likvid” qiymətinin qiymətləndirici tərəfindən müəyyən edilmiş 259000 manatla məhkəmənin sözsüz razılaşması ədalətli qətnamə çıxarıldığını şübhə altına alan amillərdəndir. Bundan əlavə, məhkəmə istinad etdiyi qiymətləndirmənin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığı, əmlak qiymətləndirilməsi zamanı hansı metodlardan istifadə edilməsi ilə də maraqlanmamış, bu barədə hər hansı fikir bildirməmişdir.
19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı 43.635,38ABŞ dolları və 78.819,44 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcunun tutulması hissəsində haqlı hesab etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, bu hissədə tələbin əsasını MM-in 445.7-ci maddəsi təşkil edir. Həmin maddədən də göründüyü kimi, müqavilə ilə dəbbə pulu müəyyənləşdirilməmiş hallarda tətbiq edilə bilər. Bank, kredit müqaviləsindən çıxış edərək onsuz da yüksək məbləğdə dəbbə pulu tələb edir. Məhkəmə bu məbləği tənasübsüz surətdə yüksək hesab edib və MM-in 467ci maddəsini tətbiq edərək, azaldıb. Deməli, məhkəmə ziddiyyətli davranıb. Çünki bir tərəfdən, müqavilədə göstərilən qaydada hesablanmış dəbbə pulunu, digər tərəfdən isə illik 5 faiz məbləğini tutub. Həmçinin məhkəmə heç bir inandırıcı əsaslandırma aparmadan dəbbə pulu məbləğini kifayət qədər yüksək miqdarda müəyyənləşdirmişdir. Məhkəmə dəbbə pulunu müqavilə faiz borcundan 2 dəfədən artıq müəyyən edib. Bu mənada, məhkəmə MM-in 467-ci maddəsini düzgün təfsir etməyib. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Mövlüd oğlu, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 təmsil etdikləri şəxsin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.
22. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
25. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
26. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
27. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı əsas, faiz, cərimə borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
32. Belə ki, əsas və faiz borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 445.7-ci maddələri təşkil edir.
33. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqavilələri üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
34. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 9/4600 nömrəli 29 iyul 2022-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 05 mart 2013-cü il tarixli 1 nömrəli kredit sazişinin və və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 35319 ABŞ dolları, faiz borcu 878,16 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 7902,63 ABŞ dolları, 04 aprel 2013-cü il tarixli 2 nömrəli kredit sazişinin və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 39988,94 ABŞ dolları, faiz borcu 1445,67 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 8780,90 ABŞ dolları, 23 aprel 2013-cü il tarixli 3 nömrəli kredit sazişinin və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 39467,61 ABŞ dolları, faiz borcu 1719,54 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 8562,28 ABŞ dolları, 06 iyun 2013-cü il tarixli 4 nömrəli kredit sazişinin və və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 44020,97 ABŞ dolları, faiz borcu 2579,23 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 9305,54 ABŞ dolları, 21 iyun 2013-cü il tarixli 5 nömrəli kredit sazişinin və və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 43487,37 ABŞ dolları, faiz borcu 2807,35 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 9084,03 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsinin və və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 500000 manat, faiz borcu 93594,70 manat, illik 5%-lə hesablanmış faiz borcu isə 78819,44 manat təşkil edir.
35. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun əsas və faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir.
36. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını, qeyd olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas və faiz borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
38. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
39. İşin hallarını, yəni tərəflər arasında bağlanmış kredit müqavilələrində öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kreditlərin məbləğini, kreditlərin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək kollegiya belə nəticəyə gəlir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 246018,60 ABŞ dolları və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 506336,39 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğlər azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 24650,78 ABŞ dolları və 52585,86 manat deyil, əsas borcun 5% həddində, yəni müvafiq olaraq 10000 ABŞ dolları və 25000 manat məbləğində müəyyənləşdirilməlidir.
40. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilməlidir.
41. İpoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə isə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
42. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən ipoteka predmetlərinin dəyəri yuxarıda qeyd olunan qaydada müəyyən edilmişdir.
43. İlkin satış qiyməti ilə bağlı tərəflər əsasında mübahisə olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında aşağıda qeyd olunan qiymətləndirilməsi hesabatları təqdim edilmişdir:
44. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-463 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 305000 manat, likvid dəyəri 259000 manat təşkil edir.
45. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-466 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan birinci mərtəbədə yerləşən 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 262000 manat, likvid dəyəri 223000 manat təşkil edir.
46. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-465 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan birinci mərtəbədə yerləşən 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 261000 manat, likvid dəyəri 222000 manat təşkil edir.
47. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-467 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan birinci mərtəbədə yerləşən 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 605000 manat, likvid dəyəri 514000 manat təşkil edir.
48. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-462 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 384000 manat, likvid dəyəri 326500 manat təşkil edir.
49. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-464 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 684000 manat, likvid dəyəri 581000 manat təşkil edir.
50. İpoteka müqavilələrinin bağlandığı tarixdən 10 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin kifayət qədər dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəylərini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetlərinin ilkin satış qiyməti kimi tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən müəyyən olunan qiymətləri deyil, məhz hazırki qiymətləndirmə rəylərini əsas götürərək, müəyyən etmişdir.
51. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı kredit müqavilələrinin müddəti bitdikdən sonra həmin müqavilələrin şərtlərinə uyğun hesablanmış faizlərin ödənilməsini tələb edir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında isə qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki işdə də Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borcun gecikdirilməsinə görə illik 5%-lə faiz borcu hesablanaraq cavabdehdən tutulması qət edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır. İddiaçı tərəfindən tələb olunan dəbbə pulu məbləğinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldılması isə həmin maddənin tələblərinə və bu növ iddialar üzrə məhkəmə təcrübəsinə uyğun olmuşdur. İpoteka predmetlərinin ilkin satış qiymətinin aşağı məbləğdə müəyyən edilməsi ilə bağlı dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır.
52. Dəbbə puluna aid hissə istisna olmaqla cavabdeh apellyasiya şikayətinin digər dəlilləri də əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş faizin ödənilməsini tələb edə bilər. Eyni zamanda dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqavilələri üzrə ödənişləri vaxtında həyata keçirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdeh öhdəliyi icra etmədiyi üçün həm dəbbə pulunu, həm də müqavilə müddətindən sonrakı tarixlər üçün illik 5%- faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1/2022 saylı qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilsin. xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cərimə 10000 ABŞ dolları, xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə cərimə 25000 manat məbləğində müəyyən edilsin. Qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Məmməd Məmmədov
Rəşad Həsənov