Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-986/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2720/2023 saylı qətnaməsindən cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2720/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “pulun tutulması tələbinə dair iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətindən 1497,77 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti elektron qaydada Nümayəndə3 imzalamışdır. Lakin işdə olan cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin adından Nümayəndə3 adına verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusilə göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 adına verilmiş etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilmədiyindən, apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2720/2023 saylı qətnaməsindən cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-986/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-986/2023
31.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver