Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-987/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdeh “Beton-İnşaatçı” firmasının nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-44/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Beton- İnşaatçı” firması tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “Beton- İnşaatçı” firmasına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə cavabdeh “Beton-İnşaatçı” firmasından 02.02.2021-ci il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 108044,70 manat əsas borc və kredit müqaviləsi bitəndən sonra 02.02.2021-ci il tarixə kimi Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 23760,83 manat faiz, ümumilikdə 131805,53 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və tutmanın “Beton-İnşaatçı” firmasına məxsus olan, 06 noyabr 2009-cu il tarixli, 21/09 saylı ipoteka müqaviləsinə əsasən ** AJ *** qeydiyyat nişanlı, HYUNDAİ HS16-C markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 25/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 24/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait “Beton-İnşaatçı” firmasının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin “Beton-İnşaatçı” firmasının təsisçiləri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mənsub əmlaklarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “Beton-İnşaatçı” firması ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia qaldıraraq, tərəflər arasında bağlanmış 09.11.2009-cu il tarixli, 187/09 nömrəli “Təminatlı Kredit” müqaviləsinə, həmin müqavilənin tərkib hissəsi olan 31.05.2010-cu il tarixli əlavəyə, həmçinin tərəflər arasında bağlanmış 06 noyabr 2009-cu il tarixli, 21/09 saylı ipoteka müqaviləsinə, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə, 06 noyabr 2009-cu il tarixli. 25/09 saylı ipoteka müqaviləsinə, 06 noyabr 2009-cu il tarixli, 24/09 saylı ipoteka müqaviləsinə, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan əmlakların **-AJ-*** qeydiyyat nişanlı, Hyundai HS 16-C markalı, ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələrinin girovdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli e-2-2(113)-44/2021 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, 108044,70 manat məbləğində əsas borc və iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 23760,82 manat olmaqla ümumilikdə 131805,52 manat pul vəsaitinin “Beton- İnşaatçı” firmasından tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın “BETON-İNŞAATÇİ” firmasına məxsus olan, 06 noyabr 2009-cu il tarixli, 21/09 saylı ipoteka müqaviləsinə əsasən ** AJ *** qeydiyyat nişanlı, HYUNDAİ HS16-C markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 25/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 24/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılmaqla satışdan əldə olunan vəsait 131805,52 manat məbləğində kredit borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin “Beton-İnşaatçı” firmasından tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, “Beton-İnşaatçı” firmasının ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqavilələrinə xitam verilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin “Beton- İnşaatçı” firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh “Beton-İnşaatçı” firması apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdeh “Beton-İnşaatçı” firmasının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “Beton-İnşaatçı” firması arasında 09.11.2009-cu il tarixli 187/09 nömrəli təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borc alana 6 ay müddətinə illik 20 % dərəcəsi ilə 270000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında aşağıda sadalanan ipoteka müqavilələri bağlanmışdır: 06 noyabr 2009-cu il tarixli 21/09 saylı ipoteka müqaviləsinə əsasən ** AJ *** qeydiyyat nişanlı, HYUNDAİHS16-C markalı; 06 noyabr 2009-cu il tarixli 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı; 06 noyabr 2009-cu il tarixli 25/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı; 06 noyabr 2009-cu il tarixli 24/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı; 06 noyabr 2009-cu il tarixli 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələri bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında 31 may 2010-cu il tarixdə 09.11.2009-cu il tarixli 187/09 nömrəli təminatlı kredit müqaviləsinə əlavə bağlanmış və əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında kredit vəsaitindən istifadə müddəti 30 noyabr 2010-cu il tarixədək uzadılmışdır. Eyni zamanda 09.09.2013-cü il tarixində tərəflər arasında razılığa əsasən qeyd olunan tarixə cari gün üçün mövcud olan 205000 manat gecikdirilmiş məbləğ üçün gecikdirilməmək şərti ilə 36 aylıq, faizsiz ödəniş cədvəli tərtib olunması, həmçinin borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən, gecikdirilən məbləğə, hər gecikdirilən gün üçün 0,1 % miqdarında borcverənə dəbbə pulu ödəməsi görüş protokolunda qərara alınmışdır. Bundan sonra tərəflərin qarşılıqlı razılığı əsasında yeni ödəniş cədvəli tərtib olunmuş və həmin cədvəl əsasında kredit vəsaitindən istifadə müddəti 11 sentyabr 2016-cı il tarixədək uzadılmışdır. İddiaçı bildirir ki, cavabdeh “Beton-İnşaatçı” firması müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 02.02.2021-ci il tarixədək əsas borcu 108044,70 manat əsas, kredit müqaviləsi bitəndən sonra 02.02.2021-ci il tarixə kimi Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 23760,83 manat, cəmi borcu isə 131805,53 manat təşkil edir. Cavabdeh “Beton-İnşaatçı” firması ilk iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək, həmin iddianın rədd edilməsini xahiş edir, eyni zamanda qarşılıqlı iddia irəli sürərək bildirir ki, İddiaçı ASC ilə borc alan “Beton-İnşaatçı” firması arasında bağlanmış 09.11.2009-cu il tarixli 187/09 nömrəli təminatlı kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 10 may 2010-cu il tarixdə bitmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin 5.4-cü bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. Təminatlı kredit müqaviləsinin tərkib hissəsi olan 31.05.2010-cu il tarixli əlavəyə görə müqavilənin 5.3 və 5.4-cü bəndləri yeni redaksiyada yazılmış və borc öhdəliyinin tam həcmdə icra edilməsinin son müddəti 30 noyabr 2010-cu il tarixə müəyyən edilmişdir. Tərəflər arasında 09.09.2013-cü il tarixdə keçirilmiş görüş, həmin görüşə dair tərtib olunmuş görüş protokolu və ödəniş cədvəli isə müqavilə deyil, tərəflərin hüquq və vəzifələrini müəyyən edən əqd kimi qəbul edilə bilməz. Cavabdeh son ödənişi 15 may 2015-ci il tarixdə icra etmişdir. Odur ki, həmin tarixdən iddia müddətinin axımı başlayır və 15 may 2018-ci il tarixdə bitir. İddiaçı isə iddia ərizəsini iddia müddəti keçdikdən sonra vermişdir. Bu baxımdan İddiaçı ASC-nin iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Əgər iddia tələbi rədd edilirsə təminatlı kredit müqaviləsi və ipoteka müqavilələrinə də xitam verilməlidir. Bundan başqa, “Beton-İnşaatçı” firmasının Nizamnaməsinin 1.8-ci bəndinə əsasən müəssisənin təsisçisinin ixtiyarı yoxdur ki, qalan təsisçilərin razılığı olmadan öz adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri üçün müəssisənin fəaliyyət predmetini təşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlasın. İddiaçı ilə təminatlı kredit müqaviləsini, müqaviləyə əlavəni, ipoteka müqavilələrini təsisçilərdən yalnız biri Cavabdeh2 bağlamış, həmin müqavilələrin bağlanmasına digər təsisçilərin Cavabdeh3 və Cavabdeh1 razılığı olmamışdır. Bu da “Beton-İnşaatçı” firmasının nizamnaməsinə ziddir. Bu baxımdan da təminatlı kredit müqaviləsi və ipoteka müqavilələri hüquqa zidd formada bağlanmışdır. Cavabdeh1 da iddiaya etiraz edir və ona aid hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, kredit borcunun tutulması hissəsində ilk iddia əsaslıdır. Belə ki, kredit borcunun müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11.11.2020-ci il tarixli 9/4848 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən “Beton İnşaatçı” firmasının 09.11.2009-cu il tarixli 187/09 saylı “Təminatlı kredit xətti müqaviləsi”, həmin müqaviləyə 31 may 2010-cu il tarixli əlavə və 09 sentyabr 2013-cü il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 09.09.2016-cı il tarixə İddiaçı ASC-yə olan borcu 108045 manat təşkil edir, o cümlədən əsas borc üzrə 108045 manat, 09.09.2016-cı il tarixdən 09.09.2019-cu il tarixədək olan dövr üzrə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 16206,75 manat təşkil edir. “Beton İnşaatçı” firmasının 09.09.2016-cı il tarixə İddiaçı ASC-yə olan borcu 124251,75 manat təşkil edir və əsas borc üzrə 108045 manat və faiz borcu üzrə 16206,75 manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı kollegiya hesab edir ki, tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 309.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 309.2-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü bəndinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1 və 11.2-ci bəndlərinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 14.1.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Həmin Qanunun 14.5-ci maddəsində isə təsbit olunmuşdur ki, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi ipoteka müqaviləsinin qüvvəyə minməsinin imperativ şərti onun dövlət qeydiyyatına alınmasıdır. Eyni zamanda ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Qanunvericilikdə müəyyən edilmiş müddətlər ərzində əlavə qeydiyyatın aparılmaması ipotekanın ilkin qeydiyyatının aparılmaması ilə eyni hüquqi nəticələrə səbəb olur, başqa sözlə ipoteka saxlayanın ipoteka hüququ yaranmır. Hazırkı işdə də qeyd olunan hallar mövcuddur. Belə ki, İddiaçı ASC ilə “Beton-İnşaatçı” firması arasında 31 may 2010-cu il tarixli 09.11.2009-cu il tarixli 187/09 nömrəli təminatlı kredit müqaviləsinə əlavə, o cümlədən 09.09.2013-cü il tarixli ödəniş cədvəli ilə kreditdən istifadə müddəti uzadılmış, lakin həmin vaxt ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə olan halda isə iddiaçının ipoteka hüququ yaranmamış hesab olunur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş 09.11.2009-cu il tarixli 187/09 nömrəli təminatlı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə tələblər təmin edilə bilməz. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq, tələbin ipoteka predmetlərinə yönəldilməsi hissəsində iş üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ilk iddiada irəli sürülmüş həmin iddia tələbləri rədd edilməlidir. Qarşılıqlı iddia tələbləri isə əsassızdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci maddəsinin tələblərinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Lakin “Beton-İnşaatçı” firmasının öz tələblərinin əsası kimi istinad etdiyi dəlillər qeyd olunan halların heç birinə aid deyil. Belə ki, qarşılıqlı iddia tələblərini irəli sürərkən ilk növbədə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. Kollegiya hesab edir ki, məhz həmin əsasla qarşılıqlı iddia tələbləri təmin edilə bilməz. Çünki həmin hal özü-özlüyündə yalnız ilk iddianın rədd edilməsi üçün əsas ola bilər. Lakin hazırki işdə həmin əsaslar mövcud deyil. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflərin qarşılıqlı razılığı əsasında 09.09.2013-cü il tarixdə yeni ödəniş cədvəli tərtib olunmuş və həmin ödəniş cədvəlinə əsasən son ödəmə tarixi 09 sentyabr 2016-cı il tarix müəyyən olunmuşdur. İddiaçı isə məhkəməyə 06 sentyabr 2019-cu il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti ötürülməmişdir. Tərəflərin tərtib etdiyi 09.09.2013-cü il tarixli görüş protokolunun əhəmiyyətsizliyi ilə bağlı dəlillər də əsassızdır. Çünki həmin protokoldan sonra tərəflərin qarşılıqlı razılığı əsasında yeni ödəniş cədvəli tərtib olunmuş və həmin cədvəl əsasında kredit vəsaitindən istifadə müddəti 09 sentyabr 2016-cı il tarixədək uzadılmışdır. Ona görə də, həmin ödəniş cədvəlindən əvvəl hansı sənədin (protokol, razılaşma, müqaviləyə əlavə və s.) tərtib olunması əhəmiyyət daşımır. Qarşılıqlı iddianın digər əsası ilə bağlı kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi Cavabdeh2 iddiaçı bankla kredit müqaviləsi imzalayarkən direktor qismində iştirak etmişdir. “Beton İnşaatçı” firmasının 2002-ci il tarixli Nizamnaməsinin 10.10-cu maddəsinin 2-ci bəndinə əsasən direktor əmrlər verir, vəzifə təlimatlarını təsdiq edir, müəssisənin adından müqavilə və başqa hüquq xarakterli sənədləri imzalayır. Həmçinin 25.10.2002-ci il tarixli 1 saylı protokol ilə “Beton-İnşaatçı” firmasının bütün sahədə rəhbərliyi Cavabdeh2 həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi həm firmanın bütün sahədə rəhbərliyi, həm də direktoru kimi Cavabdeh2 kredit müqaviləsinin tərəfi kimi həmin müqaviləni imzalaması ilə hər hansı hüququ pozuntusuna yol verməmiş və müqaviləni imzalamaqda səlahiyyətli olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, yuxarıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə tələblərin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə ilk iddia rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “Beton-İnşaatçı” firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-44/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30 aprel 2021-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə tələblərin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə ilk iddia rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-987/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-987/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver