Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-987/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2589/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-yə müəyyən olunmuş dəyərdən artıq ödənilmiş 64476612,6 manat məbləğində pul vəsaitinin Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2589/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tələbin iddia müddətinin tətbiq edilməyən tələblərə aid olduğunu, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə yerinə yetirilmiş işlərin dəyərinə aid olduğunu nəzərə almamışdır. Halbuki, hətta cavabdeh də faktiki öz hərəkətləri ilə (iddia müddətinin tətbiq edilməsi barədə ərizə verəndən sonra) işin mahiyyəti üzrə baxılması üçün məhkəməyə sənədlər təqdim etmişdir. Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisi”nin 1-ci mərhələsi üzrə 79073886,0 manat məbləğində, 2-ci mərhələ üzrə isə 185808215,0 manat məbləğində, cəmi 264880101,0 manat məbləğində Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2010-cu il tarixli 41 nömrəli və xx.xx.2011-ci il tarixli birbaşa satınalmalar müqavilələri bağlanmışdır. Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisi”nin 1-ci mərhələsi xx.xx.2015-ci il tarixdə istismara qəbul edilmişdir. Müqavilələr icra edildiyi və tikinti işlərinin bitirilməsindən sonra Fövqəladə Hallar Nazirliyinin “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən yerinə yetirilmiş tikintiquraşdırma işlərinin 2015-ci ilin sentyabr ayında cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci ilin bazis smeta qiymətlərinə nisbətən ehtimal olunan müqavilə dəyərinin məbləği 197223469,41 manat, artım əmsalı isə 23,26 dəfə hesablanmış və 64476612,6 manat məbləğində vəsait Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə artıq ödənilməsi müəyyən edilmişdir. X1 Qrupunun 2017-ci il sentyabroktyabr aylarında Əsaslı Tikinti Şöbəsində keçirtdiyi planlı yoxlama zamanı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə Qaradağ rayonu Puta qəsəbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisi üçün bağlanmış müqavilə üzrə podratçı təşkilata ödənilmiş vəsaitlərin obyektə təyin olunmuş dəyərdən artıq olduğunu əsas gətirərək qeyd olunan vəsaitin dövlət büdcəsinə qaytarılmalı olduğunu yekun aktda qeyd etmişdir. Beləliklə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tarixinə obyekt üzrə 264880101,0 manat məbləğində işlərin yerinə yetirilməsinin rəsmiləşdirilməsi və həmin Cəmiyyətə Müdafiə Nazirliyi tərəfindən 261700082,0 manat məbləğində vəsaitin ödənilməsi və həmin pulun, 64476612,6 manat məbləğində vəsait Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə artıq ödənilməsi müəyyən edilmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən 2015-ci ilin sentyabr ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyəri cədvəlində qeyd olunmuş qiymətlər və layihə-smeta sənədlərinə uyğun olaraq, obyekt üzrə 197223469,4 manat məbləğində yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma №2) yenidən hazırlanaraq, tərəfindən təsdiq edilmiş və imzalanmaq üçün Podratçıya təqdim edilmişdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tikintidə müqaviləqiymətlərinin hesablanmasında “bazis-əmsal” üsulunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.1995ci il tarixli 200 №-li qərarının 4-cü bəndinə əsasən: “A zərbaycan Respublikası Maliyyə Nazirliyinə, maliyyələşdirici banklara, sifarişçi nazirlik, komitə, şirkət və təşkilatlara tapşırılsın ki, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun) yerinə yetirilmiş işlərin dəyərini ancaq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müəyyən etdiyi əmsallar əsasında hesablanmış məbləğlərdə ödəsinlər.” Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən 2015-ci ilin sentyabr ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyəri cədvəlində qeyd olunmuş qiymətlər və layihə-smeta sənədlərinə uyğun olaraq, obyekt üzrə 197223469,4 manat məbləğində yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma №2) yenidən hazırlanaraq, tərəfindən təsdiq edilmiş və imzalanmaq üçün Podratçıya təqdim edilmiş, lakin Forma №2 aktlarının Podratçı tərəfindən audit keçirilən müddətədək imzalanmadığı aşkar edilmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən bu haqda xx.xx.2016-cı il tarixdə 43 №-li məktubla Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə müraciət olunmuşdur. Dəyərindən artıq ödənilmiş 64476612,6 manat məbləğində vəsait ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuş və Nazirlər Kabineti əmələ gəlmiş problemlərin qısa müddət ərzində aradan qaldırılması haqqında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə rəsmi göstəriş vermişdir. Məhkəmə tələbin iddia müddətinin tətbiq edilməyən tələblərə aid olduğunu, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə yerinə yetirilmiş işlərin dəyərinə aid olduğunu nəzərə almamışdır. Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən 2015-ci ilin sentyabr ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyəri cədvəlində qeyd olunmuş qiymətlər və layihə-smeta sənədlərinə uyğun olaraq, obyekt üzrə 197223469,4 manat məbləğində yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma №2) yenidən hazırlanaraq, tərəfindən təsdiq edilmiş və imzalanmaq üçün Podratçıya təqdim edilmişdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tikintidə müqavilə qiymətlərinin hesablanmasında “bazisəmsal” üsulunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.1995-ci il tarixli 200 №-li qərarının 4-cü bəndinə əsasən: “Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, maliyyələşdirici banklara, sifarişçi nazirlik, komitə, şirkət və təşkilatlara tapşırılsın ki, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun) yerinə yetirilmiş işlərin dəyərini ancaq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müəyyən etdiyi əmsallar əsasında hesablanmış məbləğlərdə ödəsinlər.” Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən 2015-ci ilin sentyabr ayında yerinə yetirilmiş tikintiquraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyəri cədvəlində qeyd olunmuş qiymətlər və layihə-smeta sənədlərinə uyğun olaraq, obyekt üzrə 197223469,4 manat məbləğində yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma №2) yenidən hazırlanaraq, tərəfindən təsdiq edilmiş və imzalanmaq üçün Podratçıya təqdim edilmiş, lakin Forma №2 aktlarının Podratçı tərəfindən audit keçirilən müddətədək imzalanmadığı aşkar edilmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən bu haqda xx.xx.2016-cı il tarixdə 43 №-li məktubla Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə müraciət olunmuşdur. Dəyərindən artıq ödənilmiş 64476612,6 manat məbləğində vəsait ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuş və Nazirlər Kabineti əmələ gəlmiş problemlərin qısa müddət ərzində aradan qaldırılması haqqında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə rəsmi göstəriş vermişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
7. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
10. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
11. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
12. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
13. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
14. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
15. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
21. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.
22. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
23. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
27. Hazırkı işin müəyyən edilmiş faktiki halları bundan ibarətdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Cavabdeh iddiaçı ilə aralarında imzalanmış müqaviləyə uyğun olaraq Qaradağ rayonu, Puta qəsəbəsində “Hərbi Dəniz Qüvvələrinin Baza”sının tikintisi layihəsini işlərini görməyi, iddiaçı isə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh tərəfindən müvafiq işlər görülüb başa çatdırılmış, təhvil-təslim aktı əsasında iddiaçıya xx.xx.2015-ci il tarixdə təhvil verilmiş, iddiaçı təhvil almış və həmin müqavilələr üzrə ödənilməli olan ********* manat məbləğdən ********* manat hissəsi iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. X2 Nazirliyinin “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin 2015-ci ilin sentyabr ayında cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci ilin bazis smeta qiymətlərinə nisbətən ehtimal olunan müqavilə dəyərinin məbləği 197223469,41 manat, artım əmsalı isə 23,26 dəfə hesablanmış və 64476612,6 manat məbləğində vəsaitin Cavabdeh ASC-yə artıq ödənilməsi müəyyən edilmişdir.
28. Qeyd edilənlər podrat müqavilələri, cədvəl, məktublar, yerinə yetirilmiş işlərin qəbulu aktları və digər sənədlərlə təsdiq olunmuşdur.
29. İddiaçı həmin artıq ödənilmiş 64476612,6 manat məbləğində pul vəsaitin cavabdeh alınaraq onun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddianın ədd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni əsaslı hesab edərək, iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. Ona görə ki, iddiaçı, həm Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik iddia müddətini, həm də 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Çünki iddiaçı artıq ödədiyi 64476612,6 manat məbləğində vəsait hesabına əsassız varlanmış cavabdehdən sonradan aradan qalxmış əsasa görə həmin məbləğin geri qaytarılmasını xx.xx.2016-cı il tarixdə tələb etmiş və həyata keçirilmiş əsasın aradan qalxması iddiaçıya xx.xx.2016-cı il tarixdən məlum olmuşdur. Lakin həmin vaxtdan sonra iddiaçı cavabdehə bu barədə müraciət etməmiş, cavabdeh tərəfindən həmin məbləğin ödənilməsini etiraf edən hər hansı hərəkətlər edilməmişdir. Göründüyü kimi iddiaçı cavabdehə artıq ödənişlər edilməsini, yəni əsasın aradan qalxdığını bildiyi xx.xx.2016-cı il tarixdən iddia müddətinin axımı başlanmış və həmin tarixdən də 2 il müddət keçmişdir.
30. Beləliklə, məhkəmənin gəlmiş olduğu qənaətə görə işin faktiki halları ilə müəyyən olunur ki, əsassız varlanma üzrə iddia müddətinin başlanğıcı xx.xx.2016-cı il tarixdə başlanmış və xx.xx.2018-ci il tarixdə bitmiş, müqavilələrdən əmələ gələn öhdəliklər üzrə iddia müddətinin başlanğıcı müvafiq olaraq 1ci müqavilə üzrə xx.xx.2012-ci il tarixdə başlanmış və xx.xx.2015-ci il tarixdə bitmiş, 2-ci müqavilə üzrə xx.xx.2013-cü il tarixdə başlanmış və xx.xx.2016-ci il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni hər bir halda artıq ödənilmiş pulun qaytarılması barədə iddia üzrə iddia müddəti keçmişdir.
31. Tərəflər arasında podrat müqaviləsi əsasında münasibətlər yaranmış, Hesablama Palatası tərəfindən iddiaçı tərəfindən dövlət büdcəsindən cavabdehə artıq ödənişlər edilməsi müəyyən edilmiş, bundan sonra iddiaçı artıq ödəniş məbləğini geri tələb etmişdir. Lakin işdən görünür ki, iddiaçı iddia müddətini ötürmüşdür.
32. Apellyatorun şikayətdə göstərdiyi dəlillər iddia müddətinin keçməsinə və məhkəmənin onu işə tətbiq etməsinə maneə yaratmır. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq emiş, prosessual pozuntulara yol verməmiş, işi tam, hərtərəfli, obyektiv araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur.
33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2589/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.