Məhkəmə qərarları › İş №2-2(103)-99/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-99/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-99/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri X4 və X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-30/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Cavabdeh3 MMC ilə "xxxx" İKB ASC arasında 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0- 105-5 saylı bərpa olunan kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən borcalana 48 ay müddətinə, illik 10% ödənilmək şərtilə 1.140.000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır.

2. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə "xxxx" ASC ("xxxx" İKB) arasında 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G (A) nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğu (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğu (seriya nömrəsi 002744), 36-BD084 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ- 322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **- DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ-33021”, 4552 AQX dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillər bankın xeyrinə girov ilə yüklü edilmişdir.

3. Həmçinin kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 ilə "xxxx" ASC ("xxxx" İKB) arasında bağlandığı qeyd olunan 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G nömrəli girov müqaviləsinə əsasən LAND CROPS PROCESSİNG MACHİNE, ELEVATOR, LOADİNG BUNKER, ELEVATOR 5.5 MT, BLACHİNG MACHİNE, PLATFORM AND SİLO, CYCLON FAN, SELECT TABLE, Z ELEVATOR, SİLO, SCREW AİR COMPRESSOR, CHOPPİNG MACHİNE, CHOPPİNG SİEVE, REGULATOR, BAG, PALET TRANSPORTER, SCALES, VACUUM MACHİNE avadanlıqlar bankın xeyrinə girov ilə yüklü edilmişdir.

4. Kredit müqaviləsi üzrə Cavabdeh3 MMC ilə "xxxx" İKB ASC arasında 24 oktyabr 2016-cı il tarixli kredit sazişi bağlanmış və sazişə əsasən kredit müqaviləsi üzrə borc məbləği konvertasiya edilərək ******* manat, faiz borcu isə 60897 manat müəyyən edilmişdir.

5. Həmçinin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə "xxxx" İKB arasında 13 iyun 2017-ci il tarixli, 6-BİZ-2-0-105-15 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMCdən və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 20 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1822544,69 manat əsas, 566704,11 manat faiz, 267385,93 manat cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 52147,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2708781,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzi Cavabdeh1 mülkiyyətindəki “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ33021”, 4552 AQX dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərə, Cavabdeh4 mülkiyyətindəki “X15 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici-xırdalayıcı maşına, elektrik və ya qeyri elektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran cihaza yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, Cavabdeh3 MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə banka 1822544,69 manat əsas, 566704,11 manat faiz, 267385,93 manat cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 52147,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2708781,88 manat borcu yaranmışdır.

8. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddiaya etiraz etmiş və bildirmişdir ki, 20 avqust 2015-ci il tarixili 6-BİZ-2-0-105-5 saylı kredit müqaviləsi üzrə bank tərəfindən ayrılmış məbləğ onun tərəfindən istifadə edilməmişdir. 13 iyun 2017-ci il tarixli zaminlik müqaviləsindən cavabdehin xəbəri olmamışdır. Eyni zamanda, avqust ayında bağlanmış kredit müqaviləsi üzrə nəzərdə tutulmuş məbləğin verilməsini təsdiq edən kassa məxaric orderinin aprel ayına təsadüf etməsi əsaslı şübhələr doğurur. Eyni zamanda tələb olunan məbləğlə təqdim edilən qəbzlərdə əks olunan məbləğlər arasında kəskin fərq mövcuddur.

9. Cavabdeh4 da iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı kassadan pulların götürülməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etməmişdir. Belə ki, həmin sənədlər mövcud deyildir. Habelə, pul vəsaiti cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən götürülmüşdür.

10. Cavabdeh1 Cavabdeh4 etirazı ilə eyni məzmunlu ərizə təqdim edərək, iddia tələbinin ona aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və girov müqavilələrinə münasibətdə əlavə olaraq bildirmişdir ki, avtomobillər mülkiyyət hüququ ilə ona məxsus olmamış, yalnız etibarnamə əsasında ona səlahiyyətlər verilmişdir. Avtomobillərə yönəldilmə hissəsi təmin oluna bilməz, belə ki, girov müqavilələri müvafiq qeydiyyat orqanında qeydiyyata alınmamış, notarial qaydada təsdiq edilməmışdir. Həmin müqavilələr ipoteka Haqqında Qanunun tələbinə əsasən müvafiq qeydiyyat orqanında qeydiyyata alınmalı, sonra bankın adına girov şəhadətnaməsi verilməli idi. Bu səbəbdən də həmin hissədə yəni avtomobillərə yönəldilməsi hissəsində bankın iddiası əsassızdır və təmin oluna bilməz. Kredit məbləği isə Cavabdeh3 MMC-yə verilmiş və onun təminatı kimi Cavabdeh2lə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh2 Cavabdeh3 MMC-nin direktoru olmuşdur. Cavabdeh1 isə 2014-cü ilin əvvəlindən direktor vəzifəsindən azad olunmuş, həmin vaxtdan 2019-cu ilin mart ayında qədər isə təsisçi Cavabdeh2 özü direktor olmuşdur. 06 mart 2019-cu il tarixdən MMC-nin direktoru X2muşdur. Halhazırda Cavabdeh1 Cavabdeh3 MMC və bankla heç bir əlaqəsi yoxdur.

11. Bakı Kommersiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2-2(113)-30/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi barədə iddiası qismən təmin olunaraq, 20 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1822544,69 manat əsas, 566704,11 manat faiz və 20000 manat cərimə, habelə, 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 51429,96 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2460678,76 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh3ndən və Cavabdeh2 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun ödənilməsi üçün tutmanın 20 avqust 2015-ci il tarixli girov müqavilələrinə əsasən girov qoyulmuş Cavabdeh1nf məxsus “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002744), 36- BD084 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ-33021”, 4552 Arx dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərə və Cavabdeh4 məxsus “X15 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ“ tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici-xırdalayıcı maşına, elektrik və ya qeyri elektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran çıhaza yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına 2460678,76 manat məbləğində borc ödənilməsi qət edilmişdir.

12. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Cavabdeh4 apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın Cavabdeh4 məxsus “X15 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ“ tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici xırdalayıcı maşına, elektrik və ya qeyri-elektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran çıhaza (LAND CROPS PROCESSİNG MACHİNE, ELEVATOR, LOADİNG BUNKER, ELEVATOR 5.5 MT, BLACHİNG MACHİNE, PLATFORM AND SİLO, CYCLON FAN, SELECT TABLELEVATOR, SİLO, SCREW AİR COMPRESSOR, CHOPPİNG MACHİNE, CHOPPİNG SİEVE, REGULATOR, BAG, PALET TRANSPORSCALES, VACUUM MACHİNE) yönəldilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh1 da apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində, yəni “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ- 322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **- DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ-33021”, 4552 Arx dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərə yönəldilməsi hissəsinin ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, zamin kimi öhdəliyin götürülməsi barədə müqavilə bağlamamış və onun tərəfindən imzalanmamışdır. Bununla bağlı tərəfindən imzanın ona məxsus olmaması ilə bağlı verilmiş vəsatət məhkəməyə təqdim edilsə də, vəsatət məhkəmə tərəfindən müzakirə edilməmiş və baxılmamış saxlanılmışdır. Sözügedən kredit müqaviləsinə əsasən müqavilə öhdəliyi cavabdehlər tərəfindən vaxtı-vaxtında yerinə yetirilmiş, müqavilə üzrə borcdan çox hissəsi ödənilmiş və nəticədə cavabdehlərin iddiaçıya müəyyən məbləğində əsas borcu qalmışdır. İddiaçı cavadehlərin öhdəliyini yerinə yetirmədiyini əsas tutaraq tərəflər arasındakı kredit müqaviləsinin müddəti başa çatmamış, vaxtından əvvəl ləğv edilməsini xahiş etmədən cavabdehlərdən tam borcunu tələb etmişdir Cavabdeh3 MMC-nin Nikoil bankda olan kredit borcuna zamin durduğuna görə Bankın İdarə heyətinin sədri Nikoloz Şurqay zamin olduğu 326.000 USD məbləği ondan tələb etdi. Həmin dövrdə Cavabdeh3 MMC-nin hesabında vergilər nazirliyi tərəfindən sərəncam olduğundan o, həmin vəsaiti bank hesabına deyil, birbaşa olaraq “Nikoil” Bankın İdarə heyətinin sədrinə təhvil vermişdir. Hal-hazırda o, zamin olduğu vəsaiti ödəməyinə baxmayaraq ondan təkrarən tələb olunur. Bu hallarla bağlı məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə bu halları araşdırmamış, bununla bağlı sübutlar iddiaçı tərəfdən tələb edilməmiş, nəticə də isə onun bank qarşısında əlavə öhdəliyi yaranmışdır.

16. Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən onun etiraz ərizəsinə və təqdim etdiyi sənədlərə qiymət verməmiş və iddianı ona aid hissədə əsassız olaraq təmin etmişdir. O, bank qarşısında heç bir əmlakını girov qoymamışdır. Ümumiyyətlə 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G (G) nömrəli girov müqaviləsini imzalamamış və müqavilə özü etibarsız əqd olduğundan məhkəmə həmin hissədə araşdırma apararaq iddianı təmin etməməli idi.

17. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən etiraz ərizəsinə və təqdim etdikləri sənədlərə qiymət verməmişdir. Belə ki, o, məhkəməyə bir neçə dəfə etiraz göndərərək girov qoyulmuş avtomobillərin ona məxsus olmamasını, həmin avtomobillərə dair bağlanmış girov müqavilələrinin onu aldadaraq imza etdirmələrini, həmçinin makina ilə bağlı da girov müqaviləsində ehtimal ki, imzanın saxtalaşdırılması və ya aldadılaraq imza edilməyini araşdırmamışdır. Ümumiyyətlə avtomobillərin kimlərə məxsus olması araşdırmadan məhkəmə həmin hissədə iddianı təmin etmişdir. Həmçinin müqavilələr notarial təsdiq edilməyib və müvafiq qeydiyyat orqanına qeydiyyata alınmayıb. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətlərini müdafiə etdilər, iddiaçının nümayəndələri X5, X9 və X8 isə apellyasiya şikayətlərinə etiraz etdilər.

20. Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Mülki Məcəllənin 139.2.-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 22.Həmin Məcəllənin 271.1-ci maddəsinə görə əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 23.Həmin Məcəllənin 182.1-ci maddəsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

24. Həmin Məcəllənin 280.3-cü maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır.

25. Həmin Məcəllənin 280.4-cü maddəsinə görə bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.

26. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

27. Həmin Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

29. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

30. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

31. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

32. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

36. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

38. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə.

40. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısı.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır.

43. Belə ki, kredit borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462.1, 445.7-ci maddələri təşkil edir.

44. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

45. Belə ki, kredit borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 may 2021-ci il tarixli, 9/1097 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iş materiallarında olan cari hesab çıxarışında Cavabdeh3 MMC tərəfindən həmin hesab üzərindən müxtəlif təsərrüfat ödənişləri aparıldığından ödənişlərin hansı kreditə aid olduğunu müəyyənləşdirmək qeyri-mümkün olmuş, bu səbəbdən ekspertiza tədqiqatı ilə borcun hesablanmasını aparmaq mümkün olmamış və borcun məbləği maliyyə arayışı məlumatlarına əsasən əsas borcun məbləği 1822544,69 manat, faiz borcunun məbləği 566704,11 manat təşkil edir.

46. Göründüyü kimi Cavabdeh3 MMC tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

47. Qeyd olunanları, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və ekspert rəyini nəzərə alaraq və Mülki Məcəllənin 739.1, 741, 462.1, 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

48. Həmçinin iddiaçı 13 iyun 2017-ci il tarixli, 6-BİZ-2-0-105-15 saylı zaminlik müqaviləsinə istinad edərək, borcun həm də Cavabdeh2 tutulması tələbini irəli sürmüşdür.

49. Sonuncu həmin müqaviləni mübahisələndir və bildirir ki, müqavilədəki imzalar ona məxsus deyil.

50. Qeyd olunanların aydınlaşdırılması üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 iyul 2023-cü il tarixli 4/1019 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, 2-2(103)-99/2023 nömrəli işin 4-cü cildinin 24- 25-ci vərəqələrində olan "xxxx" İKB (hazırki “Yelobank" ASC) ilə Cavabdeh2 öğlu arasında bağlandığı qeyd olunan 13 iyun 2017-ci il tarixli, 6-BİZ-2-0-105-15 saylı zaminlik müqaviləsinin 1-ci vərəqəsində “Zamin” və “Borcalan” qrafalarındakı imzalar, 2-ci vərəqəsində “Zamin”, “Borcalan” və “Direktor Cavabdeh2” qrafalarındakı imzalar - Cavabdeh2 tərəfindən icra olunmuşdur.

51. Göründüyü kimi zaminlik müqaviləsindəki imzanın zaminə aid olması ekspert rəyi ilə öz təsdiqini tapır.

52. Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh2 borclu olan Cavabdeh3 MMC ilə birgə məsuliyyət daşıyır.

53. Bu baxımdan kollegiya hesab edir ki, həmin borcun Cavabdeh2 tutulması barədə nəticə də düzgündür.

54. Bununla yanaşı kollegiya hesab edir ki, borcun girov predmetlərinə yönəldilməsi hissəsində iddia qismən əsaslıdır.

55. Belə ki, kredit müqaviləsinin təminatı kimi 2 girov müqaviləsi bağlanmışdır.

56. Birinci müqavilə Cavabdeh4 ilə bank arasında bağlanan 20 avqust 2015-ci il tarixli, 6- BİZ-2-0-105-15 G nömrəli müqavilədir. Həmin müqavilə ilə əlavə 1-də qeyd olunan avadanlıqlar bank qarşısında girovla yüklü edilmişdir.

57. Həmin avadanlıqların məhz Cavabdeh4 mülkiyyətində olması işin mübahisəsiz halıdır. Çünki bu halı həm həmin cavabdeh, həm də iddiaçının nümayəndələri təsdiq edir.

58. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli 4/1019 saylı ekspert rəyində isə göstərilmişdir ki, 2-2(103)-99/2023 nömrəli işin 4-cü cildinin 26-32-ci vərəqələrində olan "xxxx" İKB (hazırki "xxxx" ASC) ilə Cavabdeh1 arasında bağlandığı qeyd olunan 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G (A) nömrəli girov müqaviləsinin 1-7-ci vərəqələrində “Girov qoyan” və “Borclu” qrafalarındakı imzalar, i/v 16-22-ci vərəqlərində olan "xxxx" İKB (hazırki "xxxx" ASC) ilə Cavabdeh4 arasında bağlandığı qeyd olunan 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G nömrəli girov müqaviləsinin 1-7-ci vərəqələrində “Girov qoyan” və “Borclu” qrafalarındakı imzalar – Cavabdeh1 tərəfindən icra olunmuşdur.

59. Göründüyü kimi Cavabdeh4 ilə bağlandığı qeyd olunan girov müqaviləsi onun tərəfindən deyil, Cavabdeh1 tərəfindən hər hansı təmsilçilik olmadan imzalanmışdır.

60. Belə olan halda isə həmin girov müqaviləsinin bağlanmasında Cavabdeh4 iradə ifadəsi mövcud olmamışdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, həmin tərəflər arasında girov müqavilənin bağlanılması sübut olunmadığından, bununla da, tərəflər arasında Mülki Məcəllənin 280-ci maddəsinin tələbləri baxımından girov münasibətləri yaranmadığına görə iddiaçı tərəfindən həmin müqaviləyə istinad edilərək tələbin girov predmetlərinə yönəldilməsi barədə tələbləri irəli sürməsi əsassızdır.

62. Eyni zamanda, hazırki işdə Mülki Məcəllənin 271.1-ci maddəsinin tətbiq edilməsi və iddiaçının girov hüququnun vicdanlı olması nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil. 63.Belə ki, həmin maddənin tələblərinə görə əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 64.Həmin Məcəllənin 182.1-ci maddəsində isə təsbit edilmişdir ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 65.Kollegiya hesab edir ki, iddiaçı girov müqaviləsinin predmeti olan avadanlıqların müqaviləni imzalayan Cavabdeh1 deyil, Cavabdeh4 mülkiyyətində olduğunu bildiyinə görə vicdanlı əldə edən hesab edilə bilməz.

66. İkinci müqavilə, Cavabdeh1 ilə bank arasında bağlanan 20 avqust 2015-ci il tarixli, 6- BİZ-2-0-105-15 G (A) nömrəli müqavilədir. Həmin müqavilə ilə əlavə 1-də qeyd olunan avtomaşınlar və avadanlıqlar bank qarşısında girovla yüklü edilmişdir.

67. Lakin həmin avtomaşınların məhz Cavabdeh1 mülkiyyətində olması heç bir sübutla təsdiq olunmur. Ümumiyyətlə həmin avtomaşınların mövcudluğu və kimin mülkiyyətində olması barədə sübutlar iddiaçı tərəfindən təqdim edilməmiş və məhkəmə iclasında iddiaçının nümayəndələri həmin sübutların olmadığını bildirmişlər.

68. Bundan əlavə, “X12” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndindən müəyyən olunur ki, avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalara aiddir.

69. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

70. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

71. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydalarının 1.2 və 1.3-cü bəndlərinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X16 idarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra "qeydiyyat məntəqələri") müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır.

72. Mülki Məcəllənin 280.3-cü maddəsinin tələblərinə görə bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır.

73. Həmin Məcəllənin 280.4-cü maddəsinə görə isə bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.

74. Qanunvericiliyin də yuxarıda qeyd edilən müddəalarından da göründüyü kimi daşınar (müvafiq dövlət qeydiyyatı aparılan) əmlaklarla bağlı əqdlər bağlanarkən müqavilə notariat qaydada təsdiqlənməlidir. Bunlara əməl olunmaması əqdin etibarsızlığına səbəb olur.

75. Lakin tərəflər arasında bağlanmış 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G (A) nömrəli girov müqaviləsi notariat qaydasında təsdiqlənməmiş və dövlət qeydiyyatına alınmamışdır.

76. Həmin Məcəllənin 329.1-ci maddəsində də göstərilmişdir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

77. Göründüyü kimi tərəflər arasında bağlanmış girov müqaviləsi avtomaşınlara aid hissədə əhəmiyyətsiz əqddir.

78. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrində isə təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

79. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən həmin müqaviləyə istinad edərək tələbin girov predmeti olan avtomaşınlara yönəldilməsi barədə tələbləri irəli sürməsi əsassızdır.

80. Ona görə də, həmin müqavilədə göstərilən avtomaşınlara aid hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.

81. Bununla yanaşı, həmin girov müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 295ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh3 MMC kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun girov predmeti olan avadanlıqlara yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə düzgün nəticəyə gəlmişdir.

82. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, zaminlik müqaviləsinin imzalanmaması barədə dəlillər yuxarıda qeyd olunan ekspert rəyi ilə tam təkzib olunur. Həmçinin cavabdeh zamin olduğu 326.000 USD məbləği birbaşa olaraq “Nikoil” Bankın İdarə heyətinin sədrinə təhvil verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

83. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni xx.xx.2015-ci il tarixli 6-BİZ-2-0-105-15 (G) nömrəli girov müqaviləsində göstərilən əmlaklara və xx.xx.2015-ci il tarixli 6-BİZ-2-0-105-15 (A) nömrəli girov müqaviləsində göstərilən avtomaşınlara aid hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Qətnamə qəlan mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

84. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-30/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 may 2022-ci il qətnaməsi qismən, yəni tələbin xx.xx.2015-ci il tarixli 6- BİZ-2-0-105-15 (G) nömrəli girov müqaviləsində göstərilən əmlaklara və xx.xx.2015-ci il tarixli 6-BİZ-2-0-105-15 (A) nömrəli girov müqaviləsində göstərilən avtomaşınlara yönəldilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaiti bərabər hisasələrdə Cavabdeh2, Cavabdeh1 və iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Məmməd Məmmədov

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar