Məhkəmə qərarları › İş №2-2(103)-99/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-99/2025

15.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-99/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə (“Əliyev və K” X5 şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “soyuducu və ya pul” tələbinə dair kommersiya mübahisəsi Açar söz: əmlakın geri qaytarılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə (“Əliyev və K” X5 şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “soyuducu və ya pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3513/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən: Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 may 2011-ci il tarixli çıxarışa əsasən Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən icarə predmetinin dəqiq təsviri və sahəsi aşağıdakı kimidir: regional anbar - sahəsi 848.2 kv.m.

3. Müqavilənin 1.3-cü bəndinə əsasən icarəyə verən bu Müqavilə imzalandıqdan sonra 10 (on) gün ərzində icarə predmetini İcarəçinin istifadəsinə təhvil verməlidir. İcarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların nümayəndələrinin imzası ilə təsdiqlənən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı və vəziyyəti əks olunmalıdır.

4. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalanan andan qüvvəyə minir və 31 dekabr 2017-ci il müddətinə qədər qüvvədədir.

5. xx.xx.2017-ci il tarixli 05 saylı təhvil-təslim aktına əsasən Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsinin anbarında yerləşən 70.79 (3.8x8.1x2.3)(0+5C), 18.35(3.8x2.1x2.3)(-18C) kamera soyuducu iki ədəd satıcı “Əliyev və K” ŞİKŞ tərəfindən alıcı X6 təhvil verilməsi müəyyən edilmişdir.

6. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildə İddiaçı ASCyə işə qəbul olunub. Həmin vaxtı məlum oldu ki, ofislərinin yeri dəyişdirilir və bu səbəbdən "xxxx"ın ərazisində olan inventarların çıxarılması bildirildi. Onlar həmin ərazidən çıxdığı zaman onların orada ancaq soyuducuları qaldı. Məlumat üçün bildir ki, dövlət orqanlarında ildə ən azı bir dəfə inventarizasiya aparılır və bunun üçün digər reqional idarələrə əməkdaşlar göndərilir, inventarlarımız sayılır. 2019-cu ilin sonunda aparılmış inventarizasiya zamanı müəyyən olundu ki, soyuducuları "xxxx"ın ərazisindən götürülməmişdir. Bununla bağlı əlaqə saxladıqları Rizvan adlı şəxsə dəfələrlə müraciət ediblər. O isə cavabında bildirib ki, “mənə olan borcumu verin, gəlin soyuducunu götürün”. Sonuncu dəfə 2023-cü ildə özü həmin şəxslə görüşüb danışıb və o, yenə də, bildirdi ki, borcu ödənildkdən sonra gəlib soyuducunu götürə bilərlər. Borcun ödənilməsini istəyirlərsə əgər, borcun olmasını təsdiq edən sənədin təqdim edilməsini təklf ediblər, lakin onlar bu cür sənəd təqdim edə bilmədilər.

7. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, bu iş onun kurasiyasında olmadğı üçün bu işlə bağlı məlumatı olmamışdır. Lakin xx.xx.2024-cü ildə müvəqqəti təminat tədbirinin tədbiqi ilə bağlı qərardadın icrası zamanı ezam olunub və icra məmuru ilə bir yerdə "xxxx" ASC-nin ünvanında baxış keçiriblər. Onları orada Rizvan adlı şəxs qarşılayıb və anbara aparıb və soyuducuları göstərib və o, icra məmuru ilə həmin soyuducuların şəkillərini çəkib. Lakin akt tərtib ediləndə həmin şəxs aktı imzalamaqdan imtina etdi.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər "xxxx" ASC-dən və“Əliyev və K” ŞİKŞ-dən müştərək qaydada dəyəri 7120,12 (yeddi min yüz iyirmi manat on iki qəpik) manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə dair və yaxud cəmi 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12234,24 manat pulun cavabdehlərdən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair, ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdehlərdən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh “Əliyev və K” ŞİKŞ arasında 25 may 2017-ci il tarixli 20 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kamera, cəmi 2 ədəd soyuducular İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməmişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, işləri və xidmətləri (malları) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilənin 26.2-ci bəndinə əsasən Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "xxxx" ASC arasında 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda tərəflər Azərbaycan Respublikasının aiddiyyatı məhkəmələrinə müraciət edə bilərlər. Hazırda cavabdehlərin iddiaçı qarşısında öhdəliyi ümumilikdə 12 234,24 manat dəyərində 2 ədəd soyuducular təşkil edir. "xxxx" ASC ilə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq yaranmış mübahisənin həlli istiqamətində nəticə əldə edilməmişdir. “Əliyev və K” ŞİKŞ ilə mübahisənin həlli istiqamətində danışıqlar aparılması isə mümkün olmamışdır. Cavabdehlərə pretenziya məktubu göndərilməsinə baxmayaraq məsələyə heç bir münasibət bildirilməmişdir.

10. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh "xxxx" ASC-nin qanunsuz sahibliyindən dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə, əgər bu mümkün olmadığı halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12234,24 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdeh "xxxx" AS-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər "xxxx" ASC-dən və “Əliyev və K” ŞİKŞ müştərək qaydada dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə dair və yaxud cəmi 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12234,24 manat pulun cavabdehlərdən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdehlərdən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh “Əliyev və K” ŞİKŞ təhvil-təslim aktlarını məhkəməyə təqdim edərək bildirmişdir ki, 25 may 2017-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsinə əsasən dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kamera, cəmi 2 ədəd soyuducular İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və digər cavabdeh "xxxx" ASC arasında 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlanmışdır. Digər cavadeh “Əliyev və K” ŞİKŞ tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim edilmiş 16 iyun 2017-ci il tarixli 5 nömrəli təhvil-təslim aktından görünür ki, 25 may 2017-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsi üzrə mübahisə predmeti olan 2 ədəd poliretan kamera (soyuducu) 16 iyun 2017-ci il tarixdə cəmiyyətin əməkdaşı X6 Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsinin anbarında təhvil verilmişdir. (X4 İddiaçı ASC-nin əməkdaşı olduğunu təsdiq edən müqavilə əlavə olunur). İş materiallarına əlavə olunmuş 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri- yaşayış sahəsinin icarəsi haqqında müqavilədən görünür ki, Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsi xx.xx.2017-ci il tarixdən Şamaxı rayonu, Mədrəsə qəsəbəsində fəaliyyət göstərmiş, 2 ədəd poliretan kamera (soyuducu) 16 iyun 2017-ci il tarixdə Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsində təhvil verilmişdir. 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləsi və 16 iyun 2017-ci il tarixli 5 nömrəli təhvil-təslim aktından müəyyən olunur ki, dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) X8 rayonu Mədrəsə qəsəbəsində fəaliyyət göstərmiş Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsində quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC ilə işgüzar danışıqlar aparılmış, bundan əlavə MPM-nin tələblərinə uyğun pretenziya məktubu, iddia ərizəsinin surəti göndərilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "xxxx" ASC arasında 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər bir-birinə vurduqları zərərə görə mülkihüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda tərəflər Azərbaycan Respublikasının aiddiyyatı məhkəmələrinə müraciət edə bilərlər. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi ümumilikdə 12 234,24 manat dəyərində 2 ədəd soyuducular təşkil edir.

12. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC-nin qanunsuz sahibliyindən dəyəri 7120,12 (yeddi min yüz iyirmi manat on iki qəpik) manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə, əgər bu mümkün olmadığı halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12 234,24 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və məhkəməyə ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı iddianın əsası kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "xxxx" ASC arasında 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsaslanıb. Həmin müqavilənin 5-ci maddəsinə görə tərəflər arasında bağlanmış müqavilənin müddəti 31 Dekabr 2017-ci il tarixədək olub. Məhkəmənin nəzərinə çatdırıram ki, AR Mülki Məcəlləsinin öhdəliyin xitamı əsaslarından biri kimi iddia müddətinin keçməsini nəzərdə tutur. İddia müddəti hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Bu maddənin mahiyyətindən də görünür ki, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müddətlər ərzində iddiaçı öz pozulmuş hüquqlarını tələb etmədikdə, bu hal qarşı tərəfin öhdəliyinin xitamına səbəb olur. Sözügedən Məcəllənin 550-ci maddəsində də birbaşa olaraq göstərilir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. AR MM-nin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Deməli iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə müşavirə otağına gedənək təqdim edilə bilər. Hal hazırda işin hallarından göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətinin ötməsini nəzərə alaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə qarşı 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə, əgər bu mümkün olmadığı halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12 234,24 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və məhkəməyə ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi iddiasına iddia müddəti tətbiq edilməsi və iddia müddətinin keçməsi əsası ilə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3513/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binasının (848,2 kv.m olan regional anbar) icarəyə verilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə xx.xx.2027-ci il tarixinə kimi qüvvədə olmuşdur. Və iş materiallarına və iddiaçının nümayəndəsinin verdiyi izahatına əsasən həmin müqavilənin müddəti nə uzadılmamışdır, nə də ki, tərəflər arasında yeni müqavilə bağlanmmamışdır. İddiaçı iddia edir ki, icarə müqaviləsi bağlanıldıqdan sonra satıcı “Əliyev və K” X5 şirkətindən iki ədəd soyuducu alaraq onu cavabdehdən icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə apararaq ondan istifadə etmişdir, müqavilə münasibətlərinə 2017-ci ildə xitam verilsə də, əşyaları 2019-cü ilə kimi həmin icarə obyektində qalıb (xx.xx.2017-ci il tarixindən sonra icarəyə verənə hər-hansı icarə haqqı ödənilməyib), 2019-cü ildə bütün əmlaklarını həmin icarə obyektindən köçürüblər başqa ünvana, yalnız bu iki soyuducu qalıb icarəyə verəndə, indi də həmin əmlakların və ya dəyərinin verilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə bildirir ki, icarə münasibətlərinə xx.xx.2017-ci il tarixində xitam verilib, iddiaçı hazırki iddia tələbinin irəli sürülməsi üçün 3 illik iddia müddətini ötürüb, bundan əlavə soyuduculara faktiki sahiblik etməklə onların cavabdeh şirkətinə məxsus olmasını bildirir. Yəni, iddiaçı sübut etməlidir ki, cavabdehin faktiki sahibliyində olan suyuducunun və ya hər hansı əşyanın faktiki sahibi iddiaçıdır. Adi bir xırda məişət texnikasının markası, modeli olur. Necə ola bilər ki bu böyüklükdə olan istesal məqsədilə nəzərdə tutulan texnikanın heç bir modeli olmasın ölçü ilə müəyyən edilsin. Cavabdehə məxsus ərazidə çoxlu soyuducudan ibarət olan anbarlar vardır. Qeyriyaşayış sahəsinin icarəsindən yaranan münasibətlərlə bağlı, həm də əmlak tələbi ilə bağlı iddia qaldırılıb. Hesab edir ki, əgər xx.xx.2017-ci ildən bu müqavilə üzrə münasibətlər bitibsə və iddia müddəti burda 3 ildirsə belə olan halda iddia müddəti tədbiq edilməlidir. Digər tərəfdən qarşı tərəf əmlakı tələb edirlərsə, onda həmin əmlakın bizdə olmasını sübut etməlidir. Lakin bununla bağlı iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. Hər iki halda iddianın əsassız olduğunu hesab edir və iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı iddia tələbində 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) cavabdehdən alınıb ona qaytarılmasını tələb edir və sübut qismində iddiaçı ilə 3-cü şəxs arasında bağlanmış alqı-satqı müqavləsi əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli 05 saylı təhvil-təslim aktına istinad edir. Lakin, qeyd edilən təhvil-təslim aktında soyuducuların göstəriciləri iddia ərizəsində göstərilən soyuducuların göstəricilərindən fərqlənir (70.79 (3.8 x 8.1 x 2.3) 18.35(3.8 x 2.1 x 2.3)). Beləliklə, iddiaçı tələb etdiyi soyuducuların onlara məxsus olmasını, müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağlanan alqı-satqı müqaviləsi nəticəsində əldə etdiyi soyuducuların hazırda cavabdehdən tələb etdiyi soyuducularla eynilik təşkil etdiyini, məhz həmin soyuducuların cavabdehdə olmasını (icarə münasibətləri zamanı quraşdırdığını) sübuta yetirə bilməmişdir. Digər tərəfdən, əgər iddiaçı yuxarıda göstərilən halları sübuta yetirmiş olsaydi belə, yenə də qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddəti buraxmışdır.

15. Məhkəmə hazırkı mübahisəyə AR Mülki Məcəlləsinin 443.1, 443.7, 697.4, 700.3-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3513/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında Azərbaycan Respublkası Mülki Məcəlləsinin 443.1 və 443.7-ci maddələrinə istinad etmişdir. Bu maddələr öhdəliklərin icrası və borclu tərəfindən vurulan zərərin ödənilməsi ilə bağlıdır. Lakin iddia tələbi borcun icrası ilə bağlı zərər tələbindən ibarət deyil. Əsas tələb "xxxx" ASC tərəfindən qanunsuz olaraq sahiblik edilən əmlakın qaytarılmasıdır və ya qaytarılmadığı halda həmin əmlakın dəyərinin ödənilməsidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və digər cavabdeh "xxxx" ASC arasında 05 yanvar 2017-ci il tarixli 39 nömrəli Qeyri-Yaşayış sahəsinin icarəsi haqqında müqavilə ilə 16 iyun 2017-ci il tarixli 5 nömrəli təhvil-təslim aktından müəyyən olunur ki, dəyəri 7120,12 (yeddi min yüz iyirmi manat on iki qəpik) manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 (beş min yüz on dörd manat on iki) manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) X8 rayonu Mədrəsə qəsəbəsində fəaliyyət göstərmiş Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsində quraşdırılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" ASC arasında 05 yanvar 2017ci il tarixli 39 nömrəli Qeyri-Yaşayış sahəsinin icarəsi haqqında müqavilə ilə müəyyən olunur ki, Cəmiyyət Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən, 848.2 kv.m qeyriyaşayış sahəsini cavabdeh "xxxx" ASC-dən icarəyə götürmüşdür. Poliretan Kameraların quraşdırılması ilə bağlı icarə müqaviləsində tərəflərin heç bir öhdəliyi olmamışdır və müqavilədə heç bir bənddə bu öz əksini tapmamışdır. Belə ki, 25 may 2017-ci il tarixli 20 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən dəyəri 7120,12 (yeddi min yüz iyirmi manat on iki qəpik) manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 (beş min yüz on dörd manat on iki qəpik) manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kamera, cəmi 2 (iki) ədəd soyuducuların alınması qərarlaşdırılmışdır. “Əliyev və K” ŞİKŞ tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim edilmiş 16 iyun 2017-ci il tarixli 5 nömrəli təhviltəslim aktından görünür ki, 25 may 2017-ci il tarixli 20 nömrəli Alqı-satqı Müqaviləsi üzrə mübahisə predmeti olan 2 ədəd poliretan kamera (soyuducu) 16 iyun 2017-ci il tarixdə cəmiyyətin əməkdaşı X6 Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsinin anbarında təhvil verilmişdir. Beləliklə müəyyən olunur ki, dəyəri 7120,12 (yeddi min yüz iyirmi manat on iki qəpik) manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 (beş min yüz on dörd manat on iki qəpik) manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kamera icarə müqaviləsi bağlanarkən Cəmiyyətin mülkiyyətində olmamışdır, tərəflər arasında yaranan hüquq münasibətləri icarə müqaviləsindən əmələ gəlməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

19. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

- Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı ASC tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3513/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binasının (848,2 kv.m olan regional anbar) icarəyə verilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə xx.xx.2027-ci il tarixinə kimi qüvvədə olmuşdur. Və iş materiallarına və iddiaçının nümayəndəsinin verdiyi izahatına əsasən həmin müqavilənin müddəti nə uzadılmamışdır, nə də ki, tərəflər arasında yeni müqavilə bağlanmamışdır. İddiaçı iddia edir ki, icarə müqaviləsi bağlanıldıqdan sonra satıcı “Əliyev və K” X5 şirkətindən iki ədəd soyuducu alaraq onu cavabdehdən icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə apararaq ondan istifadə etmişdir, müqavilə münasibətlərinə 2017-ci ildə xitam verilsə də, əşyaları 2019-cü ilə kimi həmin icarə obyektində qalıb (xx.xx.2017-ci il tarixindən sonra icarəyə verənə hər-hansı icarə haqqı ödənilməyib), 2019-cü ildə bütün əmlaklarını həmin icarə obyektindən köçürüblər başqa ünvana, yalnız bu iki soyuducu qalıb icarəyə verəndə, indi də həmin əmlakların və ya dəyərinin verilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə bildirir ki, icarə münasibətlərinə xx.xx.2017-ci il tarixində xitam verilib, iddiaçı hazırki iddia tələbinin irəli sürülməsi üçün 3 illik iddia müddətini ötürüb, bundan əlavə soyuduculara faktiki sahiblik etməklə onların cavabdeh şirkətinə məxsus olmasını bildirir. Yəni, iddiaçı sübut etməlidir ki, cavabdehin faktiki sahibliyində olan suyuducunun və ya hər hansı əşyanın faktiki sahibi iddiaçıdır. Adi bir xırda məişət texnikasının markası, modeli olur. Necə ola bilər ki, bu böyüklükdə olan istesal məqsədilə nəzərdə tutulan texnikanın heç bir modeli olmasın ölçü ilə müəyyən edilsin. Cavabdehə məxsus ərazidə çoxlu soyuducudan ibarət olan anbarlar vardır. Qeyri-yaşayış sahəsinin icarəsindən yaranan münasibətlərlə bağlı, həm də əmlak tələbi ilə bağlı iddia qaldırılıb. Hesab edir ki, əgər xx.xx.2017-ci ildən bu müqavilə üzrə münasibətlər bitibsə və iddia müddəti burda 3 ildirsə belə olan halda iddia müddəti tədbiq edilməlidir. Digər tərəfdən qarşı tərəf əmlakı tələb edirlərsə, onda həmin əmlakın bizdə olmasını sübut etməlidir. Lakin bununla bağlı iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. Hər iki halda iddianın əsassız olduğunu hesab edir və iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) cavabdehdən alınıb ona qaytarılmasını tələb edir və sübut qismində iddiaçı ilə 3-cü şəxs arasında bağlanmış alqı-satqı müqavləsi əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli 05 saylı təhvil-təslim aktına istinad edir. Lakin, qeyd edilən təhvil-təslim aktında soyuducuların göstəriciləri iddia ərizəsində göstərilən soyuducuların göstəricilərindən fərqlənir (70.79 (3.8 x 8.1 x 2.3) 18.35(3.8 x 2.1 x 2.3)). Beləliklə, iddiaçı tələb etdiyi soyuducuların onlara məxsus olmasını, müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağlanan alqı-satqı müqaviləsi nəticəsində əldə etdiyi soyuducuların hazırda cavabdehdən tələb etdiyi soyuducularla eynilik təşkil etdiyini, məhz həmin soyuducuların cavabdehdə olmasını (icarə münasibətləri zamanı quraşdırdığını) sübuta yetirə bilməmişdir.

25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan əmlakın cavabdehin qanunsuz sahibliyində olması iş materialları ilə müəyyən edilmir. Belə ki, ilk olaraq, iddiaçının mübahisələndirilən əmlaklara dair subyektiv hüququ müəyyən edilmir, digər tərəfdən isə mübahisələndirilən əmlakların məhz cavabdehin qanunsuz sahibliyində olması sübut olunmur. Mövcud şəraitdə iddia tələbinin təmin edilməsi ədalət mühakiməsinin ən önəmli prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnər. Belə ki, sübutlar kifayət qədər aydın və təkzibedilməz olmalı, tərəflərin qarşılıqlı münasibətlərini dəqiq tənzimləməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə bu meyarlara cavab verən mötəbər sübutlar təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

26. Belə olan halda məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmaıdır.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3513/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar