Məhkəmə qərarları › İş №2-2(103)-991/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-991/2022

21.11.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-991/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Karxana” X9 Sahəsinin Cavabdeh Kooperativi – X2rşı “torpaq sahəsindən çıxarılma və istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı “Karxana” X9 Sahəsinin Cavabdeh Kooperativi – X2rşı torpaq sahəsindən çıxarılma və istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-684/2022 saylı qətnaməsindən Cavabdeh Kooperativi – X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “Karxana” X9 Sahəsinin Cavabdeh Kooperativi – X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Karxana” X9 Sahəsinə məxsus, Qaradağ rayonu, Güzdək qəsəbəsinin cənubunda mişar daşı istehsalı üzrə daş karxanasından və karxananın yerləşdiyi torpaq sahəsindən X4 çıxarılması, karxananın qaytarılması və torpaq sahəsindən istifadəyə maneələrin yaradılmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/520 nömrəli Qərarı ilə “Azərbmebelsənaye” Dövlət Konserninin Bakı X10 (halhazırda Bakı Ağac Emalı Zavodu) Qaradağ rayonunun Güzdək qəsəbəsinin cənubunda mişar daşı istehsalı üzrə daş karxanası təsərrüfatının təşkilinə icazə verilmişdir. “Azərbmebelsənaye” Dövlət Konserninin direktoru N.Paşayevin 19 noyabr 1992-ci il tarixli 135/KŞ nömrəli əmri ilə qeyd olunan karxananın ərazisində olan maşınların, elektrik avadanlıqları və sair vasitələrlə birlikdə Bakı Təmir-Tikinti İdarəsinin balansına keçirilmişdir. “Azərbmebelsənaye” Dövlət Konserninin Bakı Təmir-Tikinti İdarəsinin rəisi C.Əliyevin 19 yanvar 1994-cü il tarixli 14 nömrəli Əmri ilə Təmir-Tikinti İdarəsinin nəzdində “Karxana” X9 Sahəsi yaradılmış və həmin təşkilat hüquqi şəxs kimi 31 yanvar 1994-cü il tarixində dövlət qeydyyatından keçirilmişdir. Bakı Təmir Tikinti İdarəsi ilə “Karxana” X9 Sahəsi arasında bağlanılmış 27 yanvar 1994-cü il tarixli müqavilə əsasında Bakı Təmir-Tikinti İdarəsinin sərəncamında olan Güzdək qəsəbəsində yerləşən daş karxanası, karxananın ərazisində olan maşınlar, elektrik avadanlıqları sonuncunun icarəsinə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən 18 may 2006-cı il tarixində “daş karxanasının dağ-mədən işlərinin inkişaf Planı” təsdiqlənmişdir. Lakin sonradan iqtisadi sıxıntılar səbəbindən tərəflərindən karxananın işlədilməsi bir müddət müvəqqəti olaraq dayandırılmışdır. Bundan istifadə edən cavabdeh qanunsuz olaraq müəssisənin icazəsi olmadan karxanadan özbaşına olaraq istifadə etməyə başlamış və bu qanunsuzluq halhazırda da davam etməkdədir. Cavabdehin zəbt etdiyi torpaq sahəsindən və karxanadan istifadə etməsinə əsas verən hər hansı hüquq müəyyənedici sənədi yoxdur.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh Kooperativi – X7 məxsusdur və “Karxana” X9 Sahəsinə aidiyyatı yoxdur. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Kooperativi – X6 “Karxana” X1rşı yerquruluşu planının ləğv edilməsi barədə inzibati iş üzrə məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən təqdim olunmuş “Karxana” X9 Sahəsinin qeydiyyat qovluğunda müqavilənin müddəti 01 fevral 1994-cü il tarixdən 01 fevral 2019-cu il tarixədək müəyyən olunmuşdur. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilənin bitmə müddəti 01 fevral 2059-cu il tarixədək göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-684/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Cavabdeh Kooperativi – X11 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı “Karxana” X9 sahəsinin adından çıxış edən şəxslər tərəfindən saxta sənədlər hazırlanaraq sübutların saxtalaşdırılması və həmin sənədlərdən bilə-bilə istifadə edilməsi faktlarının araşdırılması barədə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətə heç bir münasibət bildirməməklə göstərilən prosessual hüquq normasının tələbini pozmuşdur. Məhkəmə iddaçının adından çıxış edən şəxslərin əməllərində Cinayət Məcəlləsinin 294.1-ci və 320-ci maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərinin açıq-aşkar mövcud olmasına baxmayaraq bu barədə xüsusi qərardad çıxararaq prokurora xəbər verməməklə qanunun imperativ tələbini pozmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi.

9. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

11. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

14. Belə ki, iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələrin dispozisiya şərtlərinə görə iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadə və sahibliyində olan torpaq sahəsidir, lakin cavabdeh qanunsuz olaraq torpaq sahəsini zəbt etmişdir. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur.

15. Belə ki, iş materiallarında olan 27 yanvar 1994-cü il tarixli daş karxanasının icarəyə verilməsi haqqında müqavilənin Dövlət Vergi Xidməti tərəfindən təqdim olunmuş surətindən müəyyən olunur ki, müqavilənin müddəti 01 fevral 1994-cü il tarixdə başlamış, 01 fevral 2019-cu il tarixdə başa çatmışdır.

16. Həmin müqavilənin müddətinin uzadılması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.

17. Bundan əlavə məhkəməyə təqdim olunmuş sənədlərdə torpaq sahələrinin sərhədlərinin haradan keçməsinin, üst-üstə düşüb-düşməməməsinin, həmçinin iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunubolunmamasının aydınlaşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin hüquqmüəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

18. Göründüyü kimi 1-ci şərtin mövcud olması, yəni mübahisəli torpaq sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsində olması və onun həmin torpaq sahəsinə dair hər hansı bir hüququnun mövcud olması müəyyən olunmur.

19. Bu baxımdan kollegiyası hesab edir ki, digər şərtlərin mövcudluğunun yoxlanılmasına zərurət yoxdur və ona görə də, iddia rədd edilməlidir.

20. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, hazırki qətnamə ilə yanaşı Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2- 2(113)-991/2022 saylı xüsusi qərardadı qəbul edilmişdir. Həmin qərardadla icarəyə verən “Azərmebelsənaye” Dövlət Konserni Bakı Təmir Tikinti İdarəsi ilə icarəçi “Karxana” X9 Sahəsi arasında bağlanılmış 27 yanvar 1994-cü il tarixli daş karxanasının icarəyə verilməsi haqqında müqavilənin iddiaçının təqdim etdiyi surətində həmin müqavilənin müddətinə aid məlumatların dəyişdirilməsi ilə bağlı iddiaçı “Karxana” X9 Sahəsinin əməkdaşları və ya iddianın təmin edilməsində maraqlı olan digər şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1 və 320.1-ci maddələrinin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

21. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Kooperativi – X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-684/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar