Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-992/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulmasının ipoteka predmeti daşınmaz əmlaklara yönəldilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1585/2022 nömrəli iş üzrə 29 avqust 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraicət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 393.740,81 manat əsas, 9.583,54 manat faiz, 1.634,94 manat gecikən əsas məbləğ üzrə hesablanmış ikiqat gecikmə faizi, 1.838,79 manat vaxtında ödənilməmiş öhdəliyin 0,1% miqdarında cərimə borcu olmaqla, cəmi 406.797,63 manat məbləğində borcun, ödənilmiş 30.4 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının, həmçinin, ilk mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə, ünvan 2 (yeni qaydalarla: AZ1122 ünvan 3 ünvanda yerləşən mənzilə, ünvan 4 (yeni qaydalarla: AZ1122 ünvan 5 ünvanda yerləşən mənzilə və ünvan 6n bağ evinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə, ünvan 2 (yeni qaydalarla: AZ1122 ünvan 3 ünvanda yerləşən mənzilə, ünvan 4 (yeni qaydalarla: AZ1122 ünvan 5 ünvanda yerləşən mənzilə və ünvan 7ən bağ evinə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 393.740,81 manat əsas, 42.847,5 manat faiz, 56.541,89 manat vaxtında ödənilməmiş öhdəliyin 0,1% miqdarında cərimə borcu olmaqla, cəmi 493.130,2 manat məbləğdə borcun, daha sonra isə yenidən iddia tələbinin artırılmasına dair ərizə verərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 393.740,81 manat əsas, 108.328,53 manat ümumi faiz borcu (adi və ikiqat faizlə birlikdə), 60.110,27 manat vaxtında ödənilməmiş öhdəliyin 0,1% miqdarında cərimə borcu olmaqla, cəmi 562.179,61 manat məbləğdə borcun tutulmasının ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılmasına dair ikinci ərizə geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, “... iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılmasına dair ərizə məhkəmə baxışı zamanı verildiyindən iddia tələbinin artırılmasına dair ərizə geri qaytarılmalıdır.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə iddia tələbinin həcminin artırılması barədə tələbə hüquqi qiymət verərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini düzgün təfsir etməmişdir. Həmin maddəyə nəzər yetirərkən müəyyən olunur ki, məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Göründüyü kimi, prosessual hüquq norması işin məhkəmə baxışı mərhələsində iddia tələbinin artırılmasına icazə verir. Həmçinin, iş üzrə xüsusi diqqət yetirilməli məqam ondan ibarətdir ki, tərəflər arası müqavilə öhdəlikləri üzrə cavabdehlərin borcu faiz və cərimə hissəsində müqavilə şərtlərinə əsasən hər gecikdirilən günə görə artır və artan faiz və cərimə borcları işin məhkəmə baxışında baxıldığı müddətdə də davam edir. Belə olan halda iddiaçının iddia tələbi həcminin işin məhkəmə baxışı mərhələsində artırması tamamilə qanuni və əsaslıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini MPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. MPM-in 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, qərardadın və şikayətin dəlilinin qanuni əsası kimi eyni norma çıxış edir və həmin norma ilə müəyyən edilən qayda iddianın əsasının və ya predmetinin dəyişməsinin, iddia tələbinin həcminin artırılmasının yaxud azaldılmasının işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həyata keçirilməli olmasından ibarətdir. Başqa sözlə, qanunvericinin məsələ ilə bağlı açıq mövqeyi odur ki, sözügedən prosessual hərəkətlər məhkəmə baxışınadək yerinə yetirilməlidir. Bu qaydaya istisna təşkil edən hala görə isə, əgər iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq yaxud azaltmaq üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gələrsə, habelə iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırarsa, həmin ərizələrə məhkəmə baxışı zamanı da yol verilir. Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 53-cü maddəsində müəyyən edilən qaydaya istisna yalnız xüsusi əhəmiyyətə malik hallarda tətbiq edilə bilər. Yəni, bu hallar elə bir kəskin hüquqi zərurətdən irəli gəlməlidir ki, qeyd olunan ərizələr həmin anda təqdim edilməzsə, iddiaçı üçün ağır nəticələrə səbəb olsun. İşdən məlum olur ki, iddiaçı istinad olunan müstəsna halın tanıdığı imkanlardan artıq bir dəfə istifadə etmiş, lakin yenidən bu imkana müraciət etmişdir. İddiaçının ikinci ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi fərz olunan halda da, onun üçüncü və sonrakı sayda belə ərizələr təqdim etməyəcəyi bəlli deyil. Bu məntiqlə, məhkəmə mövcud iddia tələbləri üzrə araşdırmanı tam yekunlaşdıraraq qətnamə çıxarmaq üçün müşavirə otağına getməyə hazırlaşan anda da iddiaçı iddianın əsasını və ya predmetini dəyişə, iddia tələbinin həcmini artıra yaxud azalda və bu vəziyyət iddiaçıdan asılı olaraq sonsuzadək davam edə bilər. İddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizələrdən isə aydın olur ki, həmin ərizələrlə hər dəfə faiz və cərimə borclarının məbləğləri artırılmışdır ki, qeyd olunan məbləğlərin artan hissəsinin sonradan cavabdehdən tələb edilməsinə hüquqi əngəl mövcud deyil. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin həcminin artırılmasına dair ərizələrin qaytarılması ilə əlaqədar mövqeyi nəticə olaraq qanuni və əsaslıdır, şikayətin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1585/2022 nömrəli iş üzrə 29 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-992/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-992/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver