Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-995/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sənədlərin təqdim edilməsi və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması” tələblərinədair kommersiya mübahisəsi (açar sözlər: sənədlərin təqdim edilməsi və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “sənədlərin təqdim olunması və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2257/2024 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2022-ci il tarixli, **********852400 nömrəli reyestrdən çıxarışdan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin 2.2-ci bəndindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında İddiaçı1 25 pay, İddiaçı2 25 pay, Cavabdeh1 15 pay və X2 35 paya sahibdir.
2. Bakı şəhər Nərimanov rayon Prokurorluğunun xx.xx.2024 tarixli ittiham aktına əsasən Cavabdeh2 MMC-də satış təmsilçisi kimi işləmiş Məmmədov Seymur təqsirləndirilir ondan ötrü ki, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmiş, həmçinin tamah niyyəti ilə rəsmi sənədlərə billə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətmiş və öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə, ona etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə talamışdır. Həmin şəxs Cavabdeh2 MMC-nin külli miqdarda yəni 448 515 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 möhürünü, asan imzanı, maliyyə əməliyyatları barədə sənədləri, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi və Cavabdeh2ndə audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC İddiaçı1, İddiaçı2, Cavabdeh1 və X2 tərəfindən təsis edilərək xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 100 (yüz) manat həcmindədir və hər biri 25 (iyirmi beş) manat olmaqla 4 (dörd) paydan ibarətdir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti ağartı məhsullarının istehsalı və satışı olmuşdur. Cəmiyyət yaradılarkən məhsul istehsalı üçün zəruri olan bütün avadanlıqlar və texnika ilə təmin olunsa da, həmin əmlaklar balansa alınmamışdır. Qeyd edilən əmlakların bir qismi iddiaçılar, bir qismi cavabdehlər tərəfindən alınmış, qalan hissəsi, eləcə də xammal alışı üçün banklardan kredit götürülmüşdür. Cəmiyyət əvvəllər normal fəaliyyət göstərsə də, 2023-cü ildən cəmiyyətin fəaliyyəti birtərəfliqaydada aparılmış, təsisçilər məlumatlandırılmamış, xüsusilə təsisçilərdən İddiaçı1, İddiaçı2 idarəetmədən, həmçinin şirkətə nəzarətdənkənarlaşdırılmış, MMC-də hansı əməliyyatların aparılmasından, debit və kreditlərdən, habelə mənfəətdən məlumatsız qalmışlar. Hazırda alınan məlumatlara görə MMC fəaliyyətini dayandırmaq üzrədir. Dəfələrlə həm şifahi, həm də yazılı qaydada MMC-nin fəaliyyətinin təftiş edilməsi, audit keçirilməsi, kredit və debit borclarının müəyyən edilməsi üçün təsisçilərin ümumi yığıncağının keçirilməsi tələb edilsə də, bugünki günədək qanunun tələblərinə uyğun olaraq təsisçilərin ümumi yığıncağı keçirilməmişdir. Bakı Kommersiya Məhkəməsində cavabdehlər X1 və Cavabdeh1 qarşı üçüncü şəxs olaraq Cavabdeh2 MMC-ni cəlb etməklə Cavabdeh2MMC-nin təsisçilərinin ümumi yığıncağının çağırılması barədə iddia qaldırılmış, məhkəmə prosesində birgə auditin keçirilməsi istiqamətində barışıq təklif edilmiş, lakin, cavabdehlər auditin keçirilməsindən imtina etmişlər. Məhkəmə isə ümumi yığıncağın keçirilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməsi əsası ilə iddianı təmin etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2257/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 maliyyə əməliyyatları barədə sənədləri, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması, maliyyə sənədləri auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulması qət edilmişdir.
6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda İddiaçı2 və İddiaçı1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hər biri 25% payçıdır. Ona görə də, MMC-nin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ vardır. Belə ki, hazırda hüquqi şəxsin payçıları olan iddiaçılar idarəetmədən, şirkətə nəzarətdən kənarlaşdırılıldıqlarını, MMC-də hansı əməliyyatların aparılmasından, debitorvə kreditor borcların, habelə mənfəətin olubolmamasında məlumatsız olduqlarını, hüquqi şəxsə müraciət etsələr də, sənədlərlə tanış olmaq imkanı yaradılmadığını bildirirlər. Məhkəmə qeyd edir ki, MMC-nin iştirakçısının hüquqi şəxsə aid sənədləri tələb etmək imkanı Mülki Məcəllənin də, 49.6-cı maddəsinin tələblərindən də, göründüyü kimi, 49.4-cü maddəsində nəzərdə tutulan halların baş verməsinə dair əsaslı şübhələr olmasını yetərli hesab etmişdir. Sadalanmış normaların məzmunundan görünür ki, Cəmiyyətin üzvü onun fəaliyyətinə dair məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır. Bu xüsusda Məhkəmə qeyd edir ki, sadalanmış normalar Səhmdar Cəmiyyətə aid olsa da, məzmununa nəzər yetirildikdə aydın olur, bu normalar məhz hüquqi şəxsin iştirakçılarının mənafelərinin qorunmasına yönəlmişdir. Hazırda isə, nəyə görə hüquqi şəxs tərəfindən, onun fəaliyyəti ilə bağlı sənədlərin onun ayrı-ayrılıqda 25 faiz payçıları olan şəxslərə təqdim etməməsi halı da,izah edilə bilən deyildir. Nəzərə alınmalıdır ki, hüquqi şəxsin fəaliyyəti ilə bağlı sənədlərin, təsisçilərin tələbi ilə onlara təqdim edilməməsi, onların təsisçi kimi hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, iddiaçının iddiasında qeyd etmiş olduğu cəmiyyətin maliyyə əməliyyatları barədə sənədlər, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədlər, vergi və audit yoxlamaları üzrə aktlar məhz onun fəaliyyəti ilə bağlı olan sənədlər kateqoriyasına aiddir. Ona görə də, Məhkəmə hesab edir ki, Cavabdeh2 maliyyə əməliyyatları barədə sənədlərin, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalı, Cəmiyyətinin möhürünün, asan imzanın tələb edilməsi isə əsassızdır. Məhkəmə iddianın digər hissəsi, maliyyə sənədlərinin auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 91.4-cü maddəsininin tələbindən də, göründüyü kimi hüquqi şəxsin ayrı-ayrılıqda 25 faiz payçıları olan şəxslər auditin keçirilməsini tələb etsələr də, hüquqi şəxs tərəfindən tələbləri təmin edilməmişdir. Məhkəmə bu xüsusda da, bir daha qeyd edir ki, hüquqi şəxsin onun ayrı-ayrılıqda 25 faiz payçıları olan şəxslərin tələblərini təmin etməkdən yayınması halı izahedilə bilən deyildir.
7. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 49.4, 49.6, 87.1, 97.4-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-2257/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh hüquqi şəxs tərəfindən cəmiyyətə məxsus sənədlərin iddiaçılara təqdim edilməsinə və cavabdehin üzərinə auditin keçirilməsi öhdəliyinin qoyulması məsələlərinə münasibət bildirərkən bir sıra maddi və prosessual normaları pozmuşdur. Cavabdeh tərəfindən hüquqi şəxsin sənədlərinin iddiaçılara təqdim olunmasına münasibətdə Məhkəmə hesab etmişdir ki, MMC-nin iştirakçısının hüquqi şəxsə aid sənədləri tələb etmək imkanı Mülki Məcəllənin 49.6-cı maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüququ vardır. Göründüyü kimi qeyd olunan maddə Səhmdar Cəmiyyətinin səhmdarlarına tətbiq olunmaq üçün nəzərdə tutulmuşdur. Aydın məsələdir ki, Səhmdar Cəmiyyəti və Məhdud Məsuliyyətli Cəmiyyət tamamilə müxtəlif təşkilati hüquqi formalar olmaqla, bir-birindən fərqlənir. Məhkəmə isə həmin maddəni Məhdud Məsuliyyətli cəmiyyətin təsisçilərinə də tətbiq olunmasını fərz etmişdir. İdarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bununla bağlı qeyd edirik ki, hazırki mübahisədə Mülki Məcəllənin 49.4-cü maddəsində qeyd olunan hallar baş verməmiş və ya bu hallara dair əsaslı şübhə müəyyən edilməmişdir. Məhkəmə öz qətnaməsində müvafiq maddəyə istinad etsə də, həmin halların baş verməsini və ya əsaslı şübhələrin olmasını əsaslandırmamışdır. Bu səbəbədən də Məhkəmə tərəfindən həmin maddənin işə tətbiq olunması əsassız və qanunsuzdur. Məhkəmə iddianın digər hissəsi, maliyyə sənədlərinin auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması hissəsi ilə bağlı Mülki Məcəllənin 91.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Bildiririk ki, Mülki Məcəllənin qeyd olunan maddəsi yanlız orta və böyük sahibkarlara tətbiq olunur. Belə ki, Mülki Məcəllənin 9.1.4-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Bildiririk ki, cavabdeh kiçik sahibkar olduğundan, Mülki Məcəllənin qeyd olunan müddəası cavabdehə tətbiq olunmur. Beləliklə, Məhkəmə tərəfindən işə baxılarkən düzgün qanunvericilik normalarına istinad olunmamış, Məhkəmə öz qərarını əsaslandırmamışdır. Bu səbəbdən də, məhkəmənin əsassız qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçılara və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
11. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
6.1-ci maddəsinin tələblərinə əsasən mülki qanunvericiliyin əsas prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. 13-cü maddənin tələbinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 14.1-ci maddəsinin tələbinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1-ci maddəsinin tələbinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.3. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.4. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. - 49.6-cı maddəsinə əsasən Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir. 87.1-ci maddəsinə bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 91.4.-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh2 MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2257/2024 nömrəli qətnaməsi “auditin keçirilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulması” hissəsində dəyişdirilməli, həmin hissədə iddiaçıların hesabına auditin keçirilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalıdır.
16. İşin hallarından görünür ki, hazırda İddiaçı2 və İddiaçı1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hər biri 25% payçıdır. Ona görə də, MMC-nin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ vardır. Belə ki, hazırda hüquqi şəxsin payçıları olan iddiaçılar idarəetmədən, şirkətə nəzarətdən kənarlaşdırılıldıqlarını, MMC-də hansı əməliyyatların aparılmasından, debitorvə kreditor borcların, habelə mənfəətin olubolmamasında məlumatsız olduqlarını, hüquqi şəxsə müraciət etsələr də, sənədlərlə tanış olmaq imkanı yaradılmadığını bildirirlər. Məhkəmə qeyd edir ki, MMC-nin iştirakçısının hüquqi şəxsə aid sənədləri tələb etmək imkanı Mülki Məcəllənin də, 49.6-cı maddəsinin tələblərindən də, göründüyü kimi, 49.4-cü maddəsində nəzərdə tutulan halların baş verməsinə dair əsaslı şübhələr olmasını yetərli hesab etmişdir. Sadalanmış normaların məzmunundan görünür ki, Cəmiyyətin üzvü onun fəaliyyətinə dair məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır. Bu xüsusda Məhkəmə qeyd edir ki, sadalanmış normalar Səhmdar Cəmiyyətə aid olsa da, məzmununa nəzər yetirildikdə aydın olur, bu normalar məhz hüquqi şəxsin iştirakçılarının mənafelərinin qorunmasına yönəlmişdir. Hazırda isə, nəyə görə hüquqi şəxs tərəfindən, onun fəaliyyəti ilə bağlı sənədlərin onun ayrı-ayrılıqda 25 faiz payçıları olan şəxslərə təqdim etməməsi halı da,izah edilə bilən deyildir. Nəzərə alınmalıdır ki, hüquqi şəxsin fəaliyyəti ilə bağlı sənədlərin, təsisçilərin tələbi ilə onlara təqdim edilməməsi, onların təsisçi kimi hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, iddiaçının iddiasında qeyd etmiş olduğu cəmiyyətin maliyyə əməliyyatları barədə sənədlər, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil- təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədlər, vergi və audit yoxlamaları üzrə aktlar məhz onun fəaliyyəti ilə bağlı olan sənədlər kateqoriyasına aiddir. Ona görə də, Məhkəmə hesab edir ki, Cavabdeh2 maliyyə əməliyyatları barədə sənədlərin, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalı, Cəmiyyətinin möhürünün, asan imzanın tələb edilməsi isə əsassızdır. Məhkəmə iddianın digər hissəsi, maliyyə sənədlərinin auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 91.4-cü maddəsininin tələbindən də, göründüyü kimi cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Ona görə də auditin aparılması yoxlamanı tələb edən iddiaçıların hesabına reallaşmalıdır. Hüquqi şəxsin ayrı-ayrılıqda 25 faiz payçıları olan şəxslər auditin keçirilməsini tələb etsələr də, hüquqi şəxs tərəfindən tələbləri təmin edilməmişdir. Təsisçi kimi onların qanuni tələblərinin digər təsisçi və hüquqi şəxs tərəfindən yerinə yetirilməməsi mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulmasıdır.
17. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərin araşdırılmasını və müəyyən edilməsini qeyd edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin istinad etdiyi dəlil kimi MMC və ASC-nin təşkilatı-hüquqi formalarının ayrı-ayrı olması və birinci instansiya məhkəməsinin səhmdarlara aid normanın payçılara münasibətdə tətbiq edilməsi dəlili qətnamənin ləğvinə əsas ola bilməz. Belə ki, qanunvericilikdə MMC-nin təsisçilərinin iddia tələbində sadalanan sənədlərin tələb edilməsi kimi hüquqları konkret göstərilməməsi bu hüququn ümumiyyətlə təmin edilməməsi üçün əsas ola bilməz, qanunvericilikdə bu halla bağlı qadağanedici norma nəzərdə tutulmamışdır (MM 14.1 maddə). Təsisçinin təsisçi kimi formalaşması prosesi hüquqi şəxsin yaradılması zamanı qoyduğu əmlak payı ilə reallaşır, əmlak payı olmayan şəxs təsisçi kimi tanına bilməz və dövlət reyestrində qeydiyyata alına bilməz. Belə olan halda, hazırkı mübahisədə mülki qanunvericiliyin əsas prinsiplərindən olan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi təmin edilməli, digər təsisçilər kimi iddiaçıların da hüquqları təmin edilməlidir. Apellyasiya şikayətinin digər dəlili isə normanın məzmununda qeyd olunan payçıya və ya hüquqi şəxsə vurulan ziyana dair əsaslı şübhələr barədə sübutların təqdim edilməməsidir. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmır və qeyd edir ki, normanın məzmununda əsaslı şübhələrin yaranması qeyd edilib, bu şübhələrin sübut edilməsi imperativ hal kimi nəzərdə tutulmayıb. İddiaçılar digər təsisçilərlə birgə hüquqlara malikdir və yuxarıda qeyd olunan əsaslandırmaya əsasən hüquqi şəxsin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüquqları var. Bundan əlavə, iddia tələbinin təmin olunması cavabdehlərin heç bir hüququnu pozmur, müəssisənin normal fəaliyyətinə heç bir xələl gətirmir, cavabdehlərin maraqlarına hər hansı formada toxunmur. Belə olan halda cavabdehlərin hansı tutarlı arqumentlə iddiaya etiraz etdikləri anlaşılan və əsaslı deyil. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2257/2024 nömrəli qətnaməsi “auditin keçirilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulması” hissəsində dəyişdirilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 hesabına auditin keçirilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.