Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-997/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul və əmlakların geri qaytarılması» tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: əlavə qətnamənin qəbul edilməsi məsələsinə baxılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul və əmlakların geri qaytarılması» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-398/2025 nömrəli əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 dekabr 2022ci il tarixli, № 01/1222P saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır.
2. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı əlavə olan qiymət razılaşma protokoluna əsasən ayaqaltı iskələ H-tipli və iskələ nevsan, xx.xx.2023-cü il tarixli 2 saylı əlavəyə əsasən dirək-3.85 m və dirək-4.5 m, xx.xx.2024-cü il tarixli 3 saylı əlavəyə əsasən iskələ bakı, taxta 5x15 4 m və dairəvi kolon 0.50x4m icarə giymətləri razılaşdırılmışdır.
3. xx.xx.2024-cü il tarixli malların təhvil-təslimi haqqında 1 saylı akta əsasən iskələ Bakı 84 ədəd, iskələ Bakı qısa qol 80 ədəd, iskələ Bakı uzun qol 160 ədəd, taxta 5x15 4 m 32 ədəd, dairəvi kolon 0.50x4 m 2 ədəd və iskələ bakı 400 ədəd cavabdeh MMC-yə təhvil verilmişdir.
4. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan hesbata əsasən 16992 manat dəyərində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan xidmətlərə dair hesabata əsasən 4702,10 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixzinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV daxil 590 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan xidmət haqqında hesabata əsasən 645,60 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi xidmətər haqqında heabata əsasən ƏDV daxil 590 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabda 708 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabata əsasən 1617,74 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabata əsasən 390,34 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabatlara əsasən 390.34 manat və 1888 manat dəyərində icarə xidmətlərin göstərilməsi qeyd olunmuşdur.
5. Maliyyə arayışına əsasən 1 ədədinin qiyməti 27 manat olan 248 ədəd (cəmi dəyəri 6696 manat) Dirək 3.85m; 1 ədədinin qiyməti 38 manat olan 69 ədəd (cəmi dəyəri 2622 manat) Dirək 4.5m; 1 m qiyməti 240 manat olan 3 m (cəmi dəyəri 720 manat) 5x15 Taxta; 1 m qiyməti 15 manat olan 500 m (cəmi dəyəri 7500 manat) İskələ Bakı (İskələ Bakı ayaq hissə 105 ədəd, İskələ Bakı qısa qol 100 ədəd, İskələ Bakı uzun qol ədəd 200); 1 m qiyməti 15 manat olan 800 m (cəmi dəyəri 12000 manat) İskələ Türk; (İskələ Türk ayaq hissə ədəd 168, İskələ Türk qısa qol ədəd 255, İskələ Türk uzun qolədəd 510) xx.xx.2024-cü ilədək "xxxx" MMC-nin icarəsinə verilmiş və geri qaytarmamışdır.
6. Azərbaycan Respublikası ƏD MEM-in xx.xx.2025-ci il tarixli, 9/334 saylı ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2226 manat müəyyən edildiyi, dirəklərin divarının qalınlığından, taxtanın keyfiyyətindən həmçinin tələb və təklifən asılı olaraq müəyyən edilmiş qiymətərdə dəyişiklik olmasının istisna edilmədiyi, o cümlədən 87 ədəd qısa qol Türk İskələ və 194 ədəd uzun qol Türk iskələ ekspertiza tədqiqatına təqdim edilmədən, texniki göstəricilərinin müəyyən edilmədəyi üçün nəzəri qaydada qiymətəndirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, № 01/1222P saylı icarə müqaviləsinin ləğv olunması, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, № 01/1222P saylı icarə müqaviləsi üzrə yaranmış 9764,82 manat və 1757,7 manat ƏDV borcunun cavabdehdən tutularaq İddiaçı MMC-nə verilməsi, cavabdehə təqdim olunmuş mallardan 29538 manat dəyərində olan: 1 ədədinin qiyməti 27 manat olan 248 ədəd (cəmi dəyəri 6696manat) Dirək 3.85m; 1 ədədinin qiyməti 38 manat olan 69 ədəd (cəmi dəyəri 2622 manat) Dirək 4.5m; 1 m qiyməti 240 manat olan 3 m (cəmi dəyəri 720 manat) 5x15 Taxta; 1 m qiyməti 15 manat olan 500 m (cəmi dəyəri 7500 manat) İskələ Bakı (İskələ Bakıayaq hissə 105 ədəd, İskələ Bakı qısa qol 100 ədəd, İskələ Bakı uzun qolədəd 200); - 1 m qiyməti 15 manat olan 800 m (cəmi dəyəri 12000 manat) İskələ Türk; (İskələ Türk ayaq hissə ədəd 168, İskələ Türk qısa qol ədəd 255, İskələ Türk uzun qolədəd 510) və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq İddiaçı MMC-nə verilməsi və hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun və ödənilmiş 215 manat dövlət rüsumunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 01 dekabr 2022-ci il tarixli, № 01/1222P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.4.2-ci bəndinə əsasən icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq vəzifəsi müəyyən edilmişdir. Müqavilənin 8.3-cü bəndinə əsasən “Mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı Tərəfin müraciəti ilə fiziki şəxslərlə bağlı işlərdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, hüquqi şəxslərlə bağlı işlərdə Bakı Kommersiya Məhkəməsində həll olunur.” Ona görə də hazırkı ərizəyə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. Bundan başqa, müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus bir sıra əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Hazırda cavabdehin qeyd olunan icarə müqaviləsi üzrə İddiaçı MMC-nə 9764,82 manat və 1757,7 manat ƏDV borcu yaranmışdır. Bundan başqa,cavabdehə təhvil verilən və aşağıda qeyd olunan cəmi dəyəri 29538 manat olan əmlakları da geri qaytarmır: 1 ədədinin qiyməti 27 manat olan 248 ədəd (cəmi dəyəri 6696manat) Dirək 3.85m; 1 ədədinin qiyməti 38 manat olan 69 ədəd (cəmi dəyəri 2622 manat) Dirək 4.5m; 1 m qiyməti 240 manat olan 3 m (cəmi dəyəri 720 manat) 5x15 Taxta; 1 m qiyməti 15 manat olan 500 m (cəmi dəyəri 7500 manat) İskələ Bakı (İskələ Bakıayaq hissə 105 ədəd, İskələ Bakı qısa qol 100 ədəd, İskələ Bakı uzun qolədəd 200); 1 m qiyməti 15 manat olan 800 m (cəmi dəyəri 12000 manat) İskələ Türk; (İskələ Türk ayaq hissə ədəd 168, İskələ Türk qısa qol ədəd 255, İskələ Türk uzun qol ədəd 510) xx.xx.2024-cü ilədək "xxxx" MMC-ninİddiaçı MMC-nə 9764,82manat icarə müqaviləsi üzrə və 1757,7 ƏDV borcu yaranmış, lakin cavabdeh nə həmin borcunu ödəmir, nə də ona təhvil verilmiş mallardan 29538 manat dəyərində olan avadanlıqları bu günədək geri qaytarmamışdır. Cavabdehə müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır.
9. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, № 01/1222P saylı icarə müqaviləsi üzrə yaranmış 9764,82 manat və 1757,7 manat ƏDV borcunun cavabdehdən tutularaq İddiaçı MMCnə verilməsi; - Cavabdehə təqdim olunmuş mallardan 29538 manat dəyərində olan: 1 ədədinin qiyməti 27 manat olan 248 ədəd (cəmi dəyəri 6696manat) Dirək 3.85m; 1 ədədinin qiyməti 38 manat olan 69 ədəd (cəmi dəyəri 2622 manat) Dirək 4.5m; 1 m3 qiyməti 240 manat olan 3 m3 (cəmi dəyəri 720 manat) 5x15 Taxta; 1 m 2 qiyməti 15 manat olan 500 m2 (cəmi dəyəri 7500 manat) İskələ Bakı (İskələ Bakı ayaq hissə 105 ədəd, İskələ Bakı qısa qol 100 ədəd, İskələ Bakı uzun qol ədəd 200); - 1 m2 qiyməti 15 manat olan 800 m2 (cəmi dəyəri 12000 manat) İskələ Türk; (İskələ Türk ayaq hissə ədəd 168, İskələ Türk qısa qol ədəd 255, İskələ Türk uzun qol ədəd 510) və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq İddiaçı MMC-nə verilməsi; - Hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun və ödənilmiş 215 manat dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılaraq 24 ədəd dəmir dirək 3.85m; 30 ədəd dəmir dirək 4.5m; 3 m3 5x15 Taxta; 87 ədəd qısa qol Türk İskələnin və 194 ədəd uzun qol Türk İskələnin, Hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 215 manat dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-2(113)- 398/2025 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 24 ədəd dəmir dirək 3.85m; 30 ədəd dəmir dirək 4.5m; 3 m3 5x15 Taxta; 87 ədəd qısa qol Türk İskələ və 194 ədəd uzun qol Türk İskələ alınaraq İddiaçı MMC-yə geri qaytarılsın. Vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməsi, qalan hissədə iddia rədd edilməsi, məhkəmə-əmtəəşünaslıqq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdеh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, tərəfər arasında müqavilə münasibətləri davam etmədiyindən və cavabdeh MMC-də müqavilə üzrə ona verilən malları iddiaçı hüquqi şəxsə qaytarılmasına dair öhdəlik götürdüyü halda həmin öhdəlikləri pozaraq bugünə kimi iddiaçıya geri qaytarmamışdır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan əmlaklar cavabdehə təhvil verilməsi işdə olan aktlarla sübuta yetirildiyindən və həmin əmlakların bəzilərinin geri qaytarılması müqavilə şərtlərində nəzərdə tutulduğundan iddia tələbi əsaslıdır və təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 24 ədəd dəmir dirək 3.85m; 30 ədəd dəmir dirək 4.5m; 3 m3 5x15 Taxta; 87 ədəd qısa qol Türk İskələnin və 194 ədəd uzun qol Türk İskələ alınaraq İddiaçı MMC-yə geri qaytarılmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddianın təmin edilmiş hissəsinə münasibətdə 100 manat məbləğində dövlət rüsumu və 300 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya, ekspertiza xərci isə cavabdehə aid edilməlidir.
15. 10.06.2025-ci il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-398/2025 saylı xx.xx.2025-ci tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-dən 24 ədəd dəmir dirək 3.85m; 30 ədəd dəmir dirək 4.5m; 3 m³ 5x15 Taxta; 87 ədəd qısa qol Türk iskələ və 194 ədəd uzun qol Türk iskələ alınaraq İddiaçı MMC-yə geri qaytarlması, vəkil xərci əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi təmin olunmuş və qalan hissədə iddia rədd olunması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı tərəfindən Apellyasiya şikayəti verilmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırırlar ki, onlar tərəfindən cavabdehə qarşı 9767,82 manat olan icarə haqqı və 1757,7 manat ƏDV tələbindən rəsmi qaydada imtina olunmayıb və bu barədə hər hansı yazılı və ya şifahi qaydada məhkəməyə müraciət olunmayıb. Onlar yalnız iddianın əmlak tələbinə dair tələbin azaldılmasına dair ərizə vermişlər və həmin hissədə də ərizələrini əsaslandırmışlar. Ona görə də hesab edirlər ki, məhkəmə həmin məsələ ilə bağlı iclası təşkil edərək iddianın həmin hissədə də təmin olunması barədə əlavə qətnamə qəbul etməlidir. İş üzrə əlavə qətnamə qəbul edərək iddianı 11525,52 manat pul tələbinə dair hissədə təmin edilməsini xahiş etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-2(113)- 398/2025 saylı əlavə qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh "xxxx" MMCdən ƏDV daxil 11525,52 manat icarə haqqı borcu və dövlət rüsumunun əvəzi olaraq 25 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
17. Cavabdehin nümayəndəsi və vəkili əlavə qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icraat boyunca iddiaçı bir neçə dəfə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmədən iddia tələbinin azaldılaraq aşağıdakı kimi qəbul edilməsini xahiş etmişdir: “məhkəmədən xahiş edirik ki 24 ədəd dəmir dirək 3.85m; 30 ədəd dəmir dirək 4.5m; 3 m3 5x15 Taxta; 87 ədəd qısa qol Türk İskələnin və 194 ədəd uzun qol Türk İskələnin, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 215 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul ediləsiniz”. Bakı Kommersiya Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-2(113)-398/2025 saylı qətnaməsinin 34-cü bəndində iddiaçının icarə haqqına nisbətdə iddia tələbini azaltması qeyd edilmiş, məhkəmə tərəfindən bu məqam ayrıca qiymətləndirilmişdir. Buna baxmayaraq, iddiaçı qətnamənin qanuni qüvvəyə minməsindən, hətta icraya yönəlməsindən sonra iddia tələbinə yenidən düzəliş etməyə çalışmış, buna görə bir sıra bəhanələr gətirərək əlavə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə açıq-aşkar zidd olmasına baxmayaraq, məhkəmə heç bir qanuni əsas olmadan əlavə qətnamə qəbul etmiş, 11525,52 manat icarə haqqı borcu və müvafiq dövlət rüsumunun cavabdehdən tutulmasına qərar vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli,e-2-2(113)-398/2025 nömrəli qətnaməsi mülki prosessual qanunvericiliyin kobud pozuntusu nəticəsində qəbul edilmişdir və ləğv edilməlidir.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
19. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
21. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətini müdfiə edərək təmin olunmasını xahiş etmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 218.3. hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
24. Maddə 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər:https://eqanun.az/framework/46945
25. 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa;
26. 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə;
27. 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə.
28. 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır.https://e-qanun.az/framework/46945
29. 229.3. Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarı
30. Bənd 15.1. Əlavə qətnamənin çıxarılmasına yalnız Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsində müəyyən edilmiş hallarda yol verilir. Bu halların siyahısı qətidir və genişləndirilə bilməz.
31. Bənd 15.2. Qeyd etmək lazımdır ki, əlavə qətnamənin çıxarılması barədə məsələyə əsas qətnamə qanuni qüvvəyə minənə kimi baxıla bilər. Məhkəmə baxışında müəyyən edilməmiş hallar barədə əlavə qətnamənin çıxarılmasına yol verilmir.
32. Bənd 15.3. Əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydalarına əsasən həyata keçirilir.
33. Bənd 15.4. Əlavə qətnamənin çıxarılmasından imtina olunması maraqlı şəxsi eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.
34. Bənd 16.1. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
35. Məhkəmə kollegiyası qeyd edir ki, əlavə qətnamənin çıxarılmasına yalnız Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsində müəyyən edilmiş hallarda yol verilir. Bu halların siyahısı qətidir və genişləndirilə bilməz. (§25-27)
36. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək 24 ədəd dəmir dirək 3.85m; 30 ədəd dəmir dirək 4.5m; 3 m3 5x15 Taxta; 87 ədəd qısa qol Türk İskələnin və 194 ədəd uzun qol Türk İskələnin, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 215 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul ediləsini xahiş etmişdir.
37. Bakı Kommersiya Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-2(113)- 398/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, sonuncu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsasən malların təhvili, vəkil xərci və rüsumun ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamənin 34-cü bəndində məhkəmə icarə haqqına münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən icarə haqqı borcu tam ödənilsə də (iddiaçı həmin hissədə tələbini azaltmışdır) və icarəyə verilmiş əmlakların bir hissəsi iddiaçıya geri qaytarılsa da, lakin icarəyə verilmiş bəzi əmlaklar qaytarılmamış qalmışdır. Belə olan halda məhkəmənin mövqeyi qətnamədə əks olunduğundan hazırki işə MPM-in 229.1.2-ci maddəsinin tətbiqi istisna edilir.
38. Həmçinin Mülki Prosessual Məcəllənin 229.2-ci maddəsinin tələblərinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 15.2-ci bəndinə əsasən qeyd edilməlidir ki, əlavə qətnamənin çıxarılması barədə məsələyə əsas qətnamə qanuni qüvvəyə minənə kimi baxıla bilər.
39. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-2(113)-398/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə qüvvəyə minərək iş üzrə icra vərəqəsi verilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərini pozaraq əsas qətnamə qanuni qüvvəyə mindikdən sonra əlavə qətnamənin çıxarılması barədə məsələyə baxmışdır.
40. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslıdır və birinci instansiya məhkəməsinin əlavə qətnaməsi ləğv edilməli və ərizə rədd edilməlidir.
41. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
42. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-398/2025 nömrəli əlavə qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin “əlavə qətnamə qəbul edilməsi barədə” ərizəsi rədd edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.