Məhkəmə qərarları › İş №2-2(104)-10/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-10/2025

27.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-2(104)-10/2025 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi) Əzizov Sevindik Əziz oğlu, Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, iddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Мəhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 ASC və cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Iddiaçı iddiaçı1 ASC iddia ərizəsi ilə Gəncə Kommersiya Мəhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ## ###### 2020ci il tarixli kredit müqaviləsi üzrə 32527,54 manat əsas, 4014,41 manat faiz və 126 manat cərimə borcu olmaqla cəmi 35831,79 manat borcun, 200 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdeh1 mülkiyyətindəki Şəmkir şəhəri, Bakı-Qazax yolunun sağ tərəfində olan 0.05 ha torpaq sahəsində yerləşən 3 girişli, 79.4 kv.m ümumi, 18.2 kv.m əsas, 61.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlaka tutma yönəldikdən və o satıqldıqdan 1 ay sonra cavabdehlərin əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin qeyri-yaşayış sahəsindən çıxarılmaları həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, həmçinin cavabdeh1 ilə iddiaçı1 ASC arasında bağlanmış ## ###### 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Мəhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə cavabdeh1 arasında bağlanmış ## ###### 2020-ci il tarixli **- BIZGZ-*-*-**-**(K) nömrəli kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə cavabdeh1 arasında bağlanmış ## ###### 2020-ci il tarixli **- BIZGZ-*-*-**-**(K) nömrəli kredit müqaviləsi üzrə 30857 manat 54 qəpik əsas borc, 8941 manat 73 qəpik faiz borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 40299 (qırx min iki yüz doxsan doqquz) manat 27 (iyirmi yeddi) qəpik kredit borcu, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 120 (yüz iyirmi) manat xidmət haqqının müştərək qaydada cavabdehlər cavabdeh1 və cavabdeh2 tutularaq iddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh cavabdeh1 mülkiyyətində olan Şəmkir şəhəri, BakıQazax yolunun sağ tərəfində olan 0,05 ha torpaq sahəsində yerləşən 3 girişli, 79,4 kv.m ümumi, 18,2 kv.m əsas, 61,2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması, cavabdeh cavabdeh1 mülkiyyətində olan Şəmkir şəhəri, BakıQazax yolunun sağ tərəfində olan 0,05 ha torpaq sahəsində yerləşən 3 girişli, 79,4 kv.m ümumi, 18,2 kv.m əsas, 61,2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 85000 (səksən beş min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qeyri-yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər cavabdeh1 və cavabdeh2 tutularaq iddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh cavabdeh1 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər cavabdeh1 və cavabdeh2 qeyri-yaşayış binasından çıxarılması və qeyri-yaşayış binasının boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərcinin cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına (M/h:AZ03NABZ01350100000000002944, “xxxx” ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BIC:IBAZAZNX, H/h: AZ52IBAZ40090019446978334201) ödənilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 210 (iki yüz on) manat 90 (doxsan) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Iddiaçı iddiaçı1 ASC apellyasiya şikayəti verərək Gəncə Kommersiya Мəhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsinin qismən - ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 42000 manat müəyyən edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Мəhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və işin apellyasiya baxışında müəyyən edilmiş hallar üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən könüllü olaraq imtina etdiyini bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iddiaçı iddiaçı1 ASC ##.##.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında borca dair razılıq əldə edildiyini və bu səbəbdən də apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və apellyasiya şikayətindən imtinanın qəbul edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materialları və apellyasiya şikayəti vermiş tərəflərin apellyasiya şikayətlərindən imtinalarını araşdırıb hesab edir ki, apellyasiya şikayətlərindən imtina olunduğundan imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iddiaçı və cavabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Kommersiya Мəhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyəti və cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtinaları qəbul edilsin və iddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar