Məhkəmə qərarları › İş №2-2(104)-101/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-101/2025

04.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-101/2025 04.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-88/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. İşin halları

1. Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktına əsasən, Cavabdeh verilən ittiham üzrə epizodlardan biri də İddiaçı ilə bağlıdır. Belə ki, Cavabdeh yaxın münasibətdə olduğu, əvvəllər birgə avtomobilin alveri ilə məşğul olduğu İddiaçı pul vəsaitinin qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə İddiaçı Ukrayna Respublikasından ucuz qiymətə şəkər tozu gəldiyinə inandıraraq həmin şəkər tozunu alıb yenidən satmaq barədə yalan verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2021-ci ilin sentyabr ayında Gəncə şəhər, Yeni Gəncə qəsəbəsində sonuncunun xeyli miqdarda yəni 9000 manat pulunu aldatma yolu ilə ələ keçirirərək dələduzluq etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-38/2024 saylı hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-cü il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə Cavabdeh ilə İddiaçı, X12, Şahid1 aralarında olan münasibətlər mülki xarakterli olduğundan və təqsirləndiilən şəxsin zərərçəkmiş şəxslərə həmin dələduzluq etməsi faktı məhkəmə istintaqında öz təsdiqini tapmadığından təqsirləndirilən şəxs həmin epizodlara görə təqsirli sayılmamış, İddiaçı aid epizod təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan xaric olunmuşdur.

3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(104)-170/2024 saylı qərarına əsasən, zərərçəkmiş şəxslər İddiaçı və Şahid1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-38/2024 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Məhkəmə araşdırması zamanı tədiqiq edilmiş 01 ədəd audio disklə müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında borcla bağlı mübahisə gedir. İddiaçı Cavabdeh sonuncunu ona 9000 manat, 5000 manat və 3000 manat borcu olmasını qeyd edir. Həmin səs yazısında Cavabdeh İddiaçı sadaladığı pul məbləğlərini təsdiq edir və bu hal tərəflər tərəfindən mübahisələndirilməyərək məhkəmə iclaslarında etiraf olunan haldır.

5. 21.04.2022-ci il tarixli alğı-satqı müqavilə ilə, X11 “Mercedes-Benz E320” minik markalı, **-DC-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili 7000 manat məlbəğində pula X1.

6. 28.12.2021-ci il tarixli etibarnaməyə əsasən, X11 “Mercedes-Benz E320” minik markalı, **-DC-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili X7 xx.xx.2022-ci il tarixədək idarə etmək, bağışlamaq, iopetaka qoymaq, sərəncam vermək, digər hərəkətlərin edilməsi barədə səlahiyyətlər verilmişdir.

7. “MYGOV” hökümət protalından çıxarılmış məlumata əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər X2 mülkiyyətində olan “Mercedes-Benz E320” minik markalı, **-DC-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibarnamə vermişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh etimaddan sui-istifadə edərək, onu aldadaraq ələ keçirdiyi 17000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsasladırılmışdır ki, onunla yaxın münasibətdə olan, əvvəllər onunla birlikdə xarici ökələrdən Azərbaycana avtomobil getirərək satmaqla məşğul olduğu Cavabdeh 2021-ci ilin sentyabr ayında ona bildirmişdir ki, Ukrayna Respublikasından ucuz qiymətə şəkər tozu gətirərək satıb gəlir əldə edə bilərlər. Cavabdeh iddiaçıya bunun üçün müəyyən miqdarda pul lazım olduğunu və həmin pulu taparaq onunla biznəsə qoşulmağa, şəkər tozu al-verinə qoşulacağı halda xeyli miqdarda qazanc əldə edəcəyinə inandırmışdır. O, cavabdehlə əvvəllər xarici ölkələrdən Azərbaycana avtomobil gətirərək satdıqlarından, onunla yaxın münasibətdə olduğundan ona etibar edərək səmimiyyətinə inanmışdır. İddiaçı özünün pulu olmadığından xalası Şahid2 9000 manat borc pul alaraq cavabdehə Ukrayna Respublikasından şəkər tozu gətirməsi üçün vermişdir. Cavabdeh ona verdiyi 9000 manatın müqabilində ona həmin pulun dövriyyəsindən hər ay 1000 manat qazanc verəcəyini vəd etmiş və ilk 4 ayda ona har ay 1000 manat vermişdir. O, isə həmin 1000 manat pulun 500 manatını 4 ay müddətində hər ay xalası Şahid2 vermişdir. Eyni zamanda iddiaçının qohumu olan Şahid1 ona özünə maşın almaq istədiyini bildirmiş və cavabdehin xarici ölkədən maşın gətirərək satdığını bildiyindən cavabdehə özünə maşın getirməsi üçün onun vasitəsi ilə 7000 manat pul vermişdir. Bundan başqa, cavabdeh ona xarici ölkədən avtomobil gətirəcəyini və bunun üçün əlavə pula ehtiyacı olduğundan ona pul tapmağı, pul verəcək adamla əldə ediləcək qazancı üç yerə böləcəklərini demişdir. İddiaçı qohumu və dostu Şahid3 cavabdehin təklifini bildirmiş, Şahid3 hamin təkliflə razılaşaraq cavabdehə onun vasitəsi ilə 8000 manat pul vermişdir. Cavabdeh xarici ölkədən gətirdiyi avtomobili satıb onlara bildirmişdir ki, həmin satışdan 700 manat gəlir əldə edib. Avtomobil Raminin verdiyi pul ilə gətirildiyindən Raminə 400 manat, ona 150 manat vermiş və guya 150 manat da özünə qalmışdır. Lakin cavabdeh müxtəlif bahanələrlə Şahid1 gətirəcəyi avtomobili üzə çıxarmadıqda va telefonları söndürərək onunla əlaqəni kəsdikdə o, başa düşmüşdür ki, cavabdeh onu aldadıb və nə qohumu Şahid1 avtomobil gətirib, nə da Ukraynadan şəkər tozu gətirib. Əslində cavabdeh iddiaçının ona olan etimadından sui-istifadə edərək onun vasitəsi ilə digər şəxslərdən pul alaraq dələduzluqla məşğul olub, heç bir kommersiya fəaliyyəti ilə məşğul olmayıb. Ondan aldığı pullardan istədiyi kimi istifadə edərək müxtəlif yollarla xərcləmiş, həmin pullardan ilk aylarda ona cüzi məbləğdə pul verərək guya həmin pulların dövriyyəsindən olan qazanc kimi qələmə verərək onu inandırıb. O, aldadıldığını başa düşdüyü andan cavabdehin dələduzluq əməllərindən zərərçəkmiş digər şəxs X8 və anası X4 ilə cavabdehin evinə gedərək onun pulunu cavabdehdən tələb ediblər. Lakin cavabdeh Gəncədan qaçdığı üçün valideynləri qapını açmadığından anası Həsənova Gülayət səs-küy salmışdır. Bundan sonra Cavabdeh valideynləri qapını açmışlar. Qədir və anası Elvinin valideynlarindən Elvinin ondan aldadaraq aldığı 24000 manatı tələb etdikdə Elvinin anası Vəfa onlara həyətində olan "Mercedes-Benz' markalı avtomobilin açarlarını vermişdir. Qədir isə həmin avtomobili sürərək onlara getirmiş və o, hamin avtomobili 7000 manata sataraq həmin pulun üzerinə 1250 manat (cavabdehin Şahid1 guya gətirəcəyi avtomobil gömrük baxışında vaxtından artıq müddətə qaldığı üçün hesablanmış cərimə) əlavə edib Şahid1 olan 8250 manat borcu ödəmişdir. Şahid3 isə ondan cavabdəhə verdiyi pulları və həmin pulların qaytarılmaması səbəbindən çəkdiyi zərəri tələb etdiyindən o, Şahid3 bankdan kredit götürərək, borca girərək 11300 manat pul ödəmişdir. Daha sonra o cavabdeh ilə görüşərkən cavabdehdən onu aldadaraq ondan aldığı pulların bir hissəsi olan 17000 manat pulu tələb etmişdir. Cavabdeh ona 17000 manat pul borcu olduğunu görüş zamanı etiraf etmiş va evini sataraq həmin pulu ona ödəyəcəyini demişdir. Cavabdehin eyni dələduzluq əməllərindən zərərçəkmişlər kimi o və digər şəxslər olan X8, X3, Şahid1, X12 birlikdə xx.xx.2022-ci il tarixində Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmişlər və şikayətə əsasən Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başladılaraq istintaq davam etdirilmiş və ittiham aktı tərtib edilərək Gəncə Şəhər Prokurorluğuna göndərilmiş, cavabdeh barəsində polisin nəzarətinə verilməklə Gəncə Şəhər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi başlamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024 tarixli 1(125)-38/2024 saylı hökmü ilə Cavabdeh barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması qərarı qəbul edilmişdir. Məhkəmə hökmündə ona dəymiş zərərin ödənilməsi üçün mülki məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir.

10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3759/2024 saylı qərardadı ilə iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

11. İddiaçı 20 noyabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 9000 manat xalası Şahid2 ödədiyi, 1250 manat Şahid1 ödədiyi, 5100 manat Şahid3 ödədiyi, 5000 manat Rabitəbanka ödəməkdə olduğu kreditin, ümumilikdə Cavabdeh etimaddan sui-istifadə edərək onu aldadaraq ələ keçirdiyi 20350 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Ərizə belə əsaslandırılmışdır ki, onunla yaxın münasibətdə olan, əvvəllər onunla birlikdə xarici ölkələrdən Azərbaycana avtomobil gətirərək satmaqla məşğul olduqları Cavabdeh 2021-ci ilin sentyabr ayında ona bildirmişdir ki, Ukrayna Respublikasından ucuz qiymətə şəkər tozu gətirərək satıb gəlir əldə edə bilərlər. Bunun üçün müəyyən miqdarda pul lazım olduğunu və ona həmin pulu taparaq onunla biznesə qoşulmağa, şəkər tozu alverinə qoşulacağı halda hər ay 1000 manat qazanc əldə edəcəyinə inandırmışdır. Cavabdeh ilə yaxın münasibətdə olduğundan ona etibar edirək, səmimiyyətinə tam inanmışdır. O, özünün pulu olmadığından xalası Şahid2 9000 manat borc alaraq Cavabdeh Ukrayna Respublikasından şəkər tozu gətirməsi üçün vermişdir. Cavabdeh 4 ay müddətində ona verdiyi 9000 manat müqabilində ona hər ay 1000 manat pul vermişdir. Bundan başqa Cavabdeh xarici ölkələrdən avtomobil gətirəcəyini və bunun üçün əlavə pula ehtiyacı olduğundan ona yenə pul tapmağı, pul verəcək adamla əldə edilən qazancı 3 yerə böləcəklərini demişdir. O, qohumu və iş yoldaşı olan Şahid3 Cavabdeh fikrini bildirmişdir. Şahid3 həmin təklifə razılaşaraq əvvəl 5000 manat ona pul vermiş və o həmin pulu Cavabdeh vermişdir. Bir neçə gün sonra isə əlavə 5100 manat Şahid3 şəxsən Cavabdeh Gəncə şəhəri, Abbas Səhhət ərazisində yerləşən İcra hakimiyyətinə yaxın bir yerdə vermişdir. Cavabdeh ilə birgə satdıqları Chevriolet Cruze ağ rəngli maşından 5500 manat Şahid3 vermişlər, qalan qazancın isə hamısını Cavabdeh özünə götürmüşdür. Lakin Cavabdeh onun vasitəsilə tanıdığı Şahid3 özünün sonradan aldığı 5100 manat pulu qaytarmamışdır. Artıq məlum olduqda ki, Cavabdeh bir neçə şəxsləri bu yolla aldadaraq külli miqdarda pul alıb və qaytarmayıb Şahid3 ondan Cavabdeh verdiyi 5100 manat pulu ondan istəmişdir. O, Şahid3la həm qohum, həm də iş yoldaşı olduğundan münasibətləri korlanmasın deyə 2022-ci ilin noyabr ayında həyat yoldaşının anasının adına Azərbaycan Beynəlxalq Bankından kredit götürərək Şahid3 5100 manat pulunu qaytarmışdır. Hazırda da hər ay onu ödənişini Banka ödəyir. Bundan başqa bir məkanda bir neçə ortaq dostarı ilə söhbət edən zaman onlara Şahid1 öz maşınını satdığını, Toyota Prius markalı maşın almaq istədiyini və əlində 7000 manat olduğunu bildirmişdir. Bunun üçün o dəfələrlə ona Cavabdeh etibar etmədiyini bildirdi və pulu yəni 7000 manatı yalnız ona etibar etdiyi üçün verəcəyini demişdir. Şahid1 7000 manat pulu o evdə olan zaman gətirib vermiş və o həmin pulu Cavabdeh ilə birgə tanıdıqları Gürcüstan vətəndaşı Elçin adlı şəxsə Toyota Prius markalı maşın alması üçün göndərmişdir. Pulu göndərdikdən sonra məlum olmuşdur ki, Cavabdeh həmin Gürcüstan vətəndaşı Elçin adlı şəxsə 7000 manat pul borcludu deyə həmin şəxs o pulu Cavabdeh borcunu ödəyib. Bu vəziyyət məlum olanda Cavabdeh maşını sifariş etdiyini dedi və bir neçə günə Azərbaycana çatacağını söylədi. Bir neçə aydan sonra məlum oldu ki, Cavabdeh başqa şəxsə xaricdən Toyota Prius markalı maşın gəlib və artıq 60 gündən çox gömrükdə ödənişi olmağı üçün gömrük cəriməsi yığılıb qalıb. Bu səbəbdən o, Bakı şəhərinə gedərək Toyota Prius markalı maşının gömrük rəsmiləşdirilməsini etmək üçün 60 gündən çox yığılıb qalan cəriməni ödəmək üçün əlavə 1250 manat məbləğində pul ödəyərək maşını öz adına sənədləşdirib Gəncə şəhərinə gətirərək Şahid1 vermişdir. Nəticədə ona 1250 manat maddi zərər dəymişdir. Bu Cavabdeh birinci əməli deyil. İllər öncə də buna bənzər bir hadisə baş verib və ailə üzvləri tərəfindən onun vurduğu zərər ödənilib. Cavabdeh onunla birgə zərərçəkmiş digər şəxslərlə çox yaxın dost olub, ona olan etimaddan sui istifadə edib. Aldığı pullardan istədiyi kimi istifadə edərək müxtəlif yollarla xərcləmiş və həmin pullardan ona cuzi məbləğdə pul verərək guya həmin pulların dövriyyəsindən olan qazanc kimi qələmə vermişdir. Bundan başqa 2021-ci ilin yanvar ayında Cavabdeh maşın alqı-satqısı etmək üçün pul lazım olduğunu və ona bankdan pul götürməyini demişdir. O, Şəmkir şəhərində yerləşən Rabitəbankdan əvvəl 3000 manat, 2021-ci ilin noyabr ayında isə Cavabdeh oğunun təkidi ilə həmin kredit müqaviləsini yeniləyərək 5000 manat pul götürərək Cavabdeh vermişdir. Hazırda hələ həmin Rabitəbanka olan borcu ödəyir. Ortaq dostları olan X3 ilə birgə Cavabdeh ilə görüşərkən ondan aldadaraq aldığı pulu tələb etmişdir. Cavabdeh ona 17000 manat borclu olduğunu görüş zamanı etiraf etmiş və evini sataraq pulu ona ödəyəcəyini demişdir. Sübut olaraq həmin görüşün səs yazısı olan audio diski məhkəməyə təqdim etmişdir. Cavabdeh eyni dələduzluq əməllərindən zərərçəkmişlər kimi o və digər şəxslər olan X8, X3, Şahid1, X12 ilə birlikdə xx.xx.2022-ci il tarixində Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmişlər və şikayətə əsasən Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə cinayət işi başladılaraq istintaq davam etdirilmiş və ittiham aktı tərtib edilərək Gəncə şəhər Prokurorluğuna göndərilmişdir, Cavabdeh barəsində polisin nəzarətinə verilməklə Gəncə Şəhər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi başlamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)- 38/2024 saylı hökmü ilə Cavabdeh barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması qərarı qəbul edilmişdir. Məhkəmə hökmündə ona dəymiş zərərin ödənilməsi üçün mülki məhkəməyə müraciət etməli olduğum tövsiyyə edilmişdir.

13. İddiaçı iddia tələbini müdafiə edirək izahatında göstərmişdir ki, bankdan kredit götürüb Şahid2 pulunu qaytarmış, evdən götürülən avtomobil Elvinin atasının adına olmuş, onu da ortaq almışlar. 7000 manata satdığı avtomobildən əldə etdiyi pulu Şahid3 olan borcunu qaytarmışdır. Ramindən cəmi 10100 manat pul götürülmüşdür. 5100 manatı Şahid3 Cavabdeh özü götürmüşdür. 5000 manatı ortaya qoymuşdur ki, iş görsünlər. 11600 manata satdığı “Cruze” markalı avtomobilin pulunun yarsını Cavabdeh qoymuş, yarsını isə özü 5000 manat kredit götürüb təxminən 6000-7000 manat qoymuşdur. Avtomobili satdıqdan sonra Cavabdeh gəlib ondan aldığı pul onun pulu deyildi. Satdıqları avtomobildən xeyir götürmüşlər. Sonda Şahid3 5000 manat borclu qalmışlar. Həmin 5000 manat Cavabdeh qalmışdır. Şahid3 pulunu bankdan pul götürüb qaytarmışdır. 5000 manatı Cavabdeh etibar edib vermişdir, Cavabdeh pul verməyi ilə bağlı hər hansı sənədi yoxdur. Şahid3 pulunun yarsını bankdan pul götürüb qaytarmışdır.Təqdim etdiyi disklərdə Cavabdeh borclarını etiraf edir.

14. İddiaçı izahatında daha sonra bildirmişdir ki, Ramindən alınan 5100 manat pula ya “Opel”, ya da “Prius” alınmalı idi, cavabdehin qeyd etdiyi ağ “Cruze” onların pulu ilə alınmışdır. Ramindən alınan 5100 manata hər hansı maşın alınmamışdır. Ağ “Cruze” onun tanışının qaynatasının adına gəlmişdir, onun pulunun yarısını o, yarısını isə Elvin vermişdir. Həmin maşını satmışlar və onun Raminə verəcəyi olduğu üçün ona pul ödəmişdir. O, Raminə Elvinə düşən pulu verməmişdir. Ağ “Cruze”nin pulu ikisinin pulu olmuşdur. 5100 manatı Ramindən alıb Elvin dediyinə görə Gürcüstana göndərmişdir. 9000 manatı Şahid2 ödəmiş, 600 manat dayanacaq pulu, 145 manat dəbbə pulu, Adilin adından avtomobili o adına keçirmək üçün isə 500 manat əlavə pul ödəmişdir. Şahid1 pulunu qaytarmamışdır, ancaq qaytarmalıdır.

15. İddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh xaricdən avtomobil gətirmək üçün Röyala deyib ki, pul tap iş görək, Şahid3 da həm Röyalın qohumudur, həm də onun iş yoldaşıdır. Röyal da pul ilə bağlı Raminə yaxınlaşmışdır, Ramin Röyalın özünə 5000 manat vermişdir, 5100 manatı isə Cavabdeh vermişdir. 11600 manata satılan “Cruze” markalı avtomobilinin pulunun 5500 manatı Raminə verilmişdir. Bundan sonra 5000 manat Ramindən yenidən pul alınmışdır. O, anasının adına 5100 manat pensiya krediti götürüb Raminə vermişdir.

16. Cavabdeh izahatında bildirmişdir ki, onların həyətlərindən aparılıb satılan maşın faktiki olaraq atasının maşını olmuşdur. Şahid3 ancaq 5100 manat pul almışdır. 51000 manata ağ rəngdə “Cruze” markalı maşın almışlar, həmin maşının kimin adına olduğunu bilmir, ancaq onda həmin maşına etibarnamə olmuşdur. Daha sonra Röyal gəlib ona bildirmişdir ki, maşını almaq istəyən var. Maşını tam olaraq neçəyə aldığını bilmir. Röyal həmin maşını 11700 manata satmaq istədiyini bildirmiş, o da razılaşmışdır. Alıcı 10000 manat vermiş 1700 manatı isə 1 aya vercəyini bildirmişdir, Röyal razı olduğu üçün o da heç nə deməmişdir. Həmin 10000 manatdan 4400 manatı o götürmüş, 5100 manatı isə Raminə verməsini demişdir. Ağ “Cruze” satıldıqdan sonra Raminə 5100 manat pul verilmişdir. Röyal ona dediyi üçün gedib Ramindən 5100 manat pul götürmüşdür. Ağ “Cruze”yə görə Ramindən pul alınmışdır, o satıldıqdan sonra 4400 manat ordan pul götürmüşdür, 1700 manat alan adamın borcu qalmışdır. Ramindən 5100 manat götürmüşdür, ondan başqa nə qədər pul alındığını bilmir. 5100 manatı ağ “Cruze” alanda verilmişdir. 5100 manatı da Ramindən alıb Röyalın özünə vermişdir. Məcidin adına gələn maşını bilmir. İslam onun qrup yoldaşı olmuşdur, o öz pulu ilə özünə maşın aldırmışdır. Diskdəki digər səs onundur. Səs yazısında borcu olduğunu demişdir, daha sonra Röyala onun əvəzinə maşın vermişdir. 3000 manatın nə pul olduğunu bilmir. Maşın veriləndən sonra elə bil borc qalmamışdır. Belə ki, Röyal gəlib “4 göz” maşını götürmüş, “Cruze”ni də satmışdır. Yəni 9000 manat və 5000 manat pulun əvəzinə qapıdan gəlib “4 göz” maşını götürmüş və “Cruze”ni satmışdır. 3000 manat yadına gəlmir. Ağ “Cruze” satılanda o demişdir ki, apar 5100 manatı Raminə ver. 9000 manatı isə “4 göz” maşın ilə əvəzləyir. O, Şahid1 yaxşılıq etmək üçün təklif etmişdir ki, Azərbaycandakı avtomobili götürsün. Onların gümrükdəki avtomobilinin sadəcə 600 manat cəriməsi olmuşdur. Cərimənin kim tərəfindən ödənilməsini bilmir.

17. Şahid qismində iştirak edən Şahid2 ifadəsində bildirmişdir ki, o vaxt Elvinlə Röyal alğı-satqı ilə məşğul idilər, o da Röyala onun istəyi üzrə 9000 manat vermişdir, həmin pulu almağa onlar ikisi birlikdə gəlmişlər, lakin pulu o Röyala vermişdir. Röyal da avtomobildə pulu Elvinə vermişdir. 9000 manatı faizlə verməmişdir, sadəcə olaraq Röyal bildirmişdir ki, mümkün olduqca ona də qazanc verəcəklər. Təxminən 400 manat ona pul vermişlər. Daha sonra o, pulunu istəmiş, Röyal da onun 9000 manatını qaytarmışdır. Bir il bundan qabaq pulu Röyalın özü gətirib qaytarmışdır.

18. Şahid qismində iştirak edən Şahid1 ifadəsində bildirmişdir ki, Röyalla Elvin birlikdə iş görürdülər, yəni şərik idilər. O, özü də onların vasitəsi ilə xaricdən avtomobil gətirmək istəmişdir, lakin Elvinin borcu olduğu üçün onun avtomobili xaricdə saxlanılmışdır. Daha sonra Elvin ona zəng etmişdir ki, o Gürcüstandakı borcunu ödəmişdir, istəsə Azərbaycanda onun avtomobili var, hansını istəyir götürsün. Hər iki avtomobilin müddətdən artıq gömrükdə qalması səbəbi ilə cəriməsi yığılmışdır. O, Azərbaycandakı avtomobili götürmüş, lakin 1250 manat əlavə xərci çıxmışdır. Sifariş verdiyi avtomobil toyota prius markalı mavi rəng avtomobil olmuş, pulu o Röyala vermişdir. Mavi avtomobili ona tapan Cavabdeh olmuşdur. Avtomobilin gətirilməsi üçün təxmini 7000 manat ödəniş etmişdir. Avtomobili ona Gürcüstandan Elvin tapmışdı. Azərbaycandakı avtomobili Adil Bayramlı adlı şəxsin adına Elvin gətizdirmişdi. Azərbaycandan götürdüyü avtomobil isə boz rəng toyota prius markalı avtomobil idi. Sifariş verdiyi avtomobillə götürdüyü avtomovilin il və rəng fərqi var idi. Gümrükdə cəriməni o ödəmişdir, yəni onun pulu ilə Röyal ödəmişdir. Röyal ona pulunu qaytarmamışdır. 1250 manatı Röyala versə də o pulu ona Cavabdeh ödəməlidir, çünki həmin cərimənin yığılmasına səbəbkar o olmuşdur. 1250 manatı o şikayətində Cavabdeh istəmişdir. Başqa məhkəmədə gedən işdə o pulu Cavabdeh istəmişdir. Hazırki işdə şahid olsa da, digər məhkəmədə olan işdə o iddiaçı olmuşdur. Gürcüstandakı avtomobil boyanmalı idi, 1000 manat xərci var idi. Cavabdeh ona zəng etdi ki, Gürcüstandakı avtomobilin də cəriməsi vardır, ya Azərbaycandakı avtomobili götür, ya da Gürcüstandakı avtomobili, o də öz-özünə düşünmüş və Azərbaycandakı avtomobili götürmüşdür. Avtomobili əldə edə bilməsəydi pulunu Cavabdeh tələb edəcəkdi. Avtomobil gətirmək işinə o baxırdı. O, Gürcüstandan avtomobilini göndərəsi olan şəxslərlə danışmış, ona bildirmişdilər ki, Cavabdeh onların pulumunu göndərdikdən sonra onun avtomobilini yola salacaqlar.

19. Şahid qismində iştirak edən Şahid3 ifadəsində bildirmişdir ki, İddiaçı vaxtı ilə ona bildirmişdir ki, əlində pul varsa iş görsünlər, yəni xaricdən maşın gətirsin, satsın, üstündə də ona qazanc versin. O da Röyalla razılaşmış və bütün risklərdən onun öhdəlik daşıdığını bildirmişdir. Belə işləməyə başlamışlar. O, Elvini əvvəlcə tanımamışdır. Sonradan Röyal ona demişdir ki, Cavabdeh də bu işdədir, o onlara maşın gətirməkdə, satmaqda köməklik edir, bir pay da onun payıdır. Onlar da beləcə işləmişlər. İlk olaraq Röyala bir maşının pulu vermişdir. Həmin maşından ona qazanc verilmişdir. Bir maşının pulunu Röyala vermişdir. 300-400 manat ona qazanc vermişlər. Röyala adətən 1 maşının pulunu vermişdir, həmin pul da maşının qiymətinə əsasən dəyişmişdir. 6-7 dəfə Röyala pul vermişdir. Axırıncı dəfə Röyala 10000-12000 manat pul vermişdir. Cavabdeh 1 ya da 2 dəfə şəxsən pul vermişdir. Ona pul verməyinin səbəbi isə Röyalın işdə olması olmuşdur. O, Elvinə təxminən 5000 manat pul vermişdir. Daha sonra biləndə ki, Elvinin adına çoxlu borc var, Elvinin atasının adına gəlmiş qara cruze markalı maşını onun adına keçirmişlər. Alınıb, satıla bilinməyən, daha sonra onun adına rəsmiləşdirilən maşının pulu ödənilmişdir. Bundan əlavə ortalıqda 10000 manat pul var idi, bunun 5000 manatını Röyal ona vermiş, axırda Röyalın ona 5100 manat borcu qalmışdır. 5100 manat isə 2-3 ay sonra Röyalın dediyinə görə kredit götürüb ona vermişdir. Axırıncı 5100 manat pulu Röyal ona qaytarmışdır. 2-3 dəfə maşın satıldıqdan sonra Röyala etibar etmiş, ona hesabat verməməsini, hansı maşında qazanc olduğunu bilirsə gətirib satmasını demişdir. Cavabdeh borcu olması məsələsi ortaya çıxan kimi, maşını onun adına keçirmişlər. Lakin, həmin maşın 2-3 aya satımışdır.

20. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2025-ci il tarixli e-2-2(115)-88/2025 nömrəli qətnaməsi (hakim G.Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 2000 (iki min) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

21. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddaçı hazırkı iddia tələbində xalası Şahid2 alaraq Cavabdeh veridiyi 9000 manat pulun, Şahid3 onun tarşırığı ilə Cavabdeh aldığı və qaytarmadığı 5100 manat pulun, Şahid1 avtomobili üçün ödədiyi cərimə (xərc) olaraq 1250 manat pulun, habelə bankdan götürərək Cavabdeh verdiyi 5000 manat pulun, ümumlikdə 20350 manatın Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir.

22. Məhkəmə iddiaçının xalası Şahid2 alaraq Cavabdeh veridiyi 9000 manat pulun cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı xalası Şahid2 9000 manat pul alaraq şəkər tozu gətirib satması, qalan qazancın bölünməsi üçün Cavabdeh 9000 manat pul verməsi həm iddiaçının, həm cavabdehin izahatları, həm də işdə olan sənədlərlə təsdiq edilir. Həmçinin verilən məbləğin dövriyyəsindən qalan qazancın bölünməsi də tərəflərin izahatları ilə öz təsdiqini tapır. 9000 manat pulun tam olaraq İddiaçı tərəfindən Şahid2 qaytarılması iddiaçının izahatı, şahidin ifadəsi ilə təsdiq edilir. Bununla yanaşı həm iddiaçının, həm də cavabdehin izahatları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh məxsus “Mercedes-Benz” markalı avtomobili sonuncunun qapısından gətirərək satmışdır. İddiaçı həmin avtomobili 7000 manat satdığını bildirmişdir.

23. Məhkəmə iddiaçının xalası Şahid2 alaraq Cavabdeh veridiyi 9000 manat pulun cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı xalası Şahid2 9000 manat pul alaraq şəkər tozu gətirib satması, qalan qazancın bölünməsi üçün Cavabdeh 9000 manat pul verməsi həm iddiaçının, həm cavabdehin izahatları, həm də işdə olan sənədlərlə təsdiq edilir. Həmçinin verilən məbləğin dövriyyəsindən qalan qazancın bölünməsi də tərəflərin izahatları ilə öz təsdiqini tapır. 9000 manat pulun tam olaraq İddiaçı tərəfindən Şahid2 qaytarılması iddiaçının izahatı, şahidin ifadəsi ilə təsdiq edilir. Bununla yanaşı həm iddiaçının, həm də cavabdehin izahatları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh məxsus “Mercedes-Benz” markalı avtomobili sonuncunun qapısından gətirərək satmışdır. İddiaçı həmin avtomobili 7000 manat satdığını bildirmişdir.

24. Göründüyü kimi, İddiaçı qazanc əldə etmək məqsədilə xalasından 9000 manat pul alaraq Cavabdeh vermiş, Cavabdeh həmin pulu nə İddiaçı, nə də ki, Şahid2 qaytarmamışdır. İddiaçı Cavabdeh məxsus avtomobili satması və satışdan 7000 manat əldə etməsi nəzərə alınmaqla Cavabdeh İddiaçı 2000 manat borcu qalmışdır. Cavabdeh Şahid2 alınan pul müqabilində avtomobil verdiyini, pulu avtomobillə əvəzləşdirdiyini bildirsə də İddiaçı tərəfindən satılan avtomobilin qiymətinin baha olması, 7000 manatdan daha artıq qiymətə satılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

25. Ona görə də 2000 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir.

26. Bundan başqa iddiaçı iddia tələbində göstərmişdir ki, Şahid3 5000 manat bir pul almış və həmin pulu Cavabdeh vermiş, 11600 manata “Cruze” markalı avtomobil satılmış, satışdan əldə olunan vəsaitdən Şahid3 pulu ödənmiş, sonradan onun tarşırığı ilə Cavabdeh Şahid3 5100 manat pul almış, həmin pul vəsaitinə hər hansı avtomobil alınmamış, pul Cavabdeh tərəfindən qaytarılmamış, həmin pul məbləğini o özü Şahid3 qaytarmışdır.

27. Cavabdeh izahatında Şahid3 İddiaçı tapşırığı ilə yalnız bir dəfə 5100 manat pulu alaraq onun özünə verdiyini, həmin pulun “Cruze” markalı avtomobil satışından əldə olunan vəsait hesabına Şahid3 qaytarıldığını bildirmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Şahid3 5000 manat pul alaraq Cavabdeh verməsi iş materialları ilə təsdiq edilmir. Tərəflərin izahatları (həm məhkəmə iclaslarında, həm də cinayət işi üzrə icraatda verdikləri izahatları), Şahid3 ifadəsi və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı tapşırığı ilə Şahid3 5100 manat pul almış və “Cruze” markalı avtomobilin satışından əldə olunan vəsait hesabına Şahid3 pul ödənilmişdir.

29. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd edilən hissədə iddia tələbini sübuta yetirə bilməmişdir.

30. Bundan başqa iddiaçı cavabdehin təqsiri üzündən Şahid1 avtomobili üçün 1250 manat cərimə (xərc) ödədiyini, həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.

31. Məhkəmə qeyd etmişdir ki, birincisi, məhz Şahid1 avtomobili üçün 1250 manat cərimə (xərc) ödənməsi ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Həmin məbləğin Cavabdeh təqsiri üzündən ödənilməsi təsdiq olunarsa belə həmin məbləği Şahid1 tələb edə bilərdi. Hazırkı halda isə həmin məbləğin iddiaçının vəsaiti olması və ya Şahid1 ödənilməsi müəyyən edilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 1250 manatın onun pulu olduğu, İddiaçı tərəfindən ona ödənilmədiyini bildirmişdir.

32. Bundan başqa iddiaçı bankdan 5000 manat götürərək cavabdehə verdiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

33. Məhkəmə iclasında tədqiq edilmiş audio disk ilə bağlı məhkəmə bildirir ki, səs yazısında İddiaçı və Cavabdeh arasında borcla bağlı mübahisə gedir. İddiaçı Cavabdeh sonuncunun ona 9000 manat, 5000 manat və 3000 manat borcu olmasını qeyd edir. Həmin səs yazısında Cavabdeh İddiaçı sadaladığı pul məbləğlərini təsdiq etməsi, razılaşması eşidilmir. Ümumi olaraq Cavabdeh İddiaçı borcunu evini sataraq ödəyəcəyini bildirir. Məhkəmə iclasında Cavabdeh 9000 manatın Şahid2 alınan pul olduğunu və 5000 manatın Şahid3 alınan pul olduğunu, 3000 manat isə hansı pul olmasını bilmədiyini, həm 9000 manatın, həm də 5000 manatın iki avtomobillə ödəndiyini qeyd etmişdir.

34. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməsli, cavabdehdən 2000 manat pul alınaraq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.

35. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 385.1, 386.1, 389.1, 406.1, 442, 448.1, 427.1 və 427.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-88/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hakimin qətnamədə yazdığı “iddiaçı cavabdehin təqsiri üzündən Şahid1 avtomobili üçün 1250 manat cərimə (xərc) ödədiyini, həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, birincisi, məhz Şahid1 avtomobili üçün 1250 manat cərimə (xərc) ödənməsi ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Həmin məbləğin Cavabdeh təqsiri üzündən ödənilməsi təsdiq olunarsa belə həmin məbləği Şahid1 tələb edə bilərdi. Hazırkı halda isə həmin məbləğin iddiaçının vəsaiti olması və ya Şahid1 ödənilməsi müəyyən edilmir.” fikri tamamilə mahiyyətdən uzaq və yanlışdır. Çünki, o iddiaçı olaraq 1250 AZN məbləği ödəməyi ilə bağlı gömrük sənədlərini məhkəməyə təqdim etmişdir. Hakim isə həmin sübutları tədqiq etməyərək ümumiyyətlə araşdırmamışdır. Hakimin qətnamədə yazdığı “Bundan başqa iddiaçı bankdan 5000 manat götürərək cavabdehə verdiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir” fikri yanlış və əsassızdır. Çünki, o və nümayəndəsi olan həyat yoldaşı Nümayəndə Şahid1 Elxan oğlunun ona qarşı törətdiyi dələduzluq əməlindən zərər çəkdikləri üçün Şahid1 Elxan oğlunun aldatdığı şəxslərin pullarını onlara qaytarmaları üçün banklardan götürdükləri kreditlərin ödəniş cədvəllərini və sənədləri məhkəməyə təqdim etsələr də, hakim həmin sübutları tədqiq etməyərək sübutları ümumiyyətlə araşdırmamışdır. Hakimin “Məhkəmə iclasında tədqiq edilmiş audio disk ilə bağlı məhkəmə bildirir ki, səs yazısında İddiaçı və Cavabdeh arasında borcla bağlı mübahisə gedir. İddiaçı Cavabdeh sonuncunun ona 9000 manat, 5000 manat və 3000 manat borcu olmasını qeyd edir. Həmin səs yazısında Cavabdeh İddiaçı sadaladığı pul məbləğlərini təsdiq etməsi, razılaşması eşidilmir.” fikri tamamilə əsassızdır. Çünki, məhkəməyə təqdim edilən səs yazısında Cavabdeh İddiaçı 9000 manat, 5000 manat və 3000 manat borcu olmasını təsdiq etməsi aydın şəkildə eşidilir. Səs yazısında bütün səslər və şəxslərin sözləri aydın şəkildə eşidilir. Hakim səs yazılarında səsin eşidilməməsi və cavabdehin borc məbləğini təsdiq etdiyinin eşidilməməsini tamamilə əsassız olaraq yazıb. Səslər aydın şəkildə eşidilir və cavabdeh sadalanan pul məbləğlərini aydın şəkildə təsdiqləyərək etiraf edir. Cavabdeh məhkəmə prosesində iddiaçının şahidi (iddiaçının xalası) Şahid2 9000 AZN pul aldığını etiraf etmişdir. Hakim cavabdehin həmin etirafını sübut kimi qəbul etməmişdir. Məhkəmə prosesinin audio-video yazısında həmin etirafı görüb eşitmək mümkündür. Cavabdeh məhkəmə prosesində iddiaçının şahidi Şahid3 5100 AZN pulu aldığını etiraf etmişdir. Hakim cavabdehin həmin etirafını sübut kimi qəbul etməmişdir. Məhkəmə prosesinin audio-video yazısında həmin etirafı görüb eşitmək mümkündür. Hakim məhkəmə prosesi zamanı şahid ifadələrinin cavabdehin iddiaçıya və iddiaçının şahidlərinə qarşı dələduzluq etməsi faktını təsdiq edən dəlil olduğunu tədqiq etməmiş, şahidlərin ifadələrini sübut kimi ümumiyyətlə qəbul etməmişdir. Hakim hadisələrin xronologiyasını, cavabdehə qarşı açılmış cinayət işinin tərkibində şahidlərə və iddiaçıya qarşı dələduzluq hallarının olmasını işin mahiyyətinə aid etməmişdir. Şahid ifadələri, gömrük qəbzləri, bank kreditləri sənədləri, səs yazısı, cavabdehin etirafları sübut yükü kimi hakim tərəfindən ətraflı şəkildə tədqiq edilməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

39. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bildirmşdir ki, o, cavabdehlə şərik olmuşdur. Onlar bir yerdə xarici ölkələrdən avtomobil alaraq gətirmiş və satışından əldə olunmuş qazancı yarı yarıya bölmüşlər. Cavabdehə 3 dəfə olmaqla 9000, 5000 və 3000 manat olmaqla ümumilikdə 17000 manat pul vermişdir. Təqdim etdiyi disklərdə Cavabdeh borclarını etiraf edir. Şərikli münasibətləri zamanı üç maşın almışlar. Bunlar “Mercedes-Benz E” markalı, “Mercedes-Benz C” markalı və “Chevrolet Cruze” markalı avtomobillərdən ibarət olmuşdur. “Chevrolet Cruze” markalı avtomaşını 11800 manata almışlar və 12700 manata satmışlar. Satışdan əldə olunmuş puldan 5400 manatını cavabdehə vermiş, 5400 manatını isə cavabdehin Ramindən borc aldığı pula görə Raminə vermişdir. Cavabdeh Ramindən borcu özü almış və ona qazancla birlikdə maşının satışından 5400 manat tərəfindən verilmişdir. “Chevrolet Cruze” markalı avtomaşının satışından qalan 1900 manatın 1600 manatını cavabdehlə razılaşaraq Qədirə olan borcun əvəzinə vermişdir. Yerdə qalan 300 manatı isə aralarında bölmüşlər. Aralarında narazılıq dü.əndən sonra şərkli aldıqları Mercedes-Benz E” markalı avtomaşını borcun əvəzi olaraq cavabdehdən almışdır. Həmin maşın şərikli pula alınmışdır. Belə ki, alındığı zaman ilki etibarnamə onun adına verilmi və etibarmnamənin müdəti bitəndən sonra mülkiyyətçidən etibarnamə cavabdehin atasının adına verilmişdir. Mercedes-Benz E” markalı avtomaşını o, 7000 manat rəsmi alğı-satqı yolu ilə satmışdır. “Mercedes-Benz C” markalı avtomaşında şərikli pula alınsa da o maşın borc əvəzi olaraq İsmayıl tərəfindən aparılmışdır. Cavabdehin ona borcu vardır və iddia tələbini müdafiə edir.

40. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

41. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, ümumilikdə iddiaçı tərəfindən ona 17.000 manat pul verilmişdir. Bunlar 9000, 5000 və 3000 manat olmuşdur. 9000 manat şəkər tozu üçün verilmişdir. Lakin şəfər tozunun alınması ilə işləri alınmamışdır. “Mercedes-Benz E” markalı maşın şərikli pula alınmamışdır. Həmin maşının pulunu özü vermiş və iddiaçı borc əvəzinə maşını aparıb dəyərindən aşağı 7000 manata satmışdır. “Mercedes-Benz C” markalı “Mercedes-Benz C” markalı avtomaşın borc əvəzi olaraq İsmayıla verilmişdir. “Chevrolet Cruze” markalı avtomaşını 11800 manata almışlar və 12700 manata iddiaçı satmışdır. Satışdan əldə olunmuş puldan 5400 manatını o götürmüşdür. Belə ki, həmin maşında onun 5400 manatı olmuş və o, öz pulunu götürmüşdür. Yerdə qalan puldan 5400 manatını iddiaçı Raminə borcun əvəzi olaraq vermişdir. O, Ramini tanımamış, ona Ramini iddiaçı tanıdaraq Ramindən borc ala biləcəyini demişdir. Oda Raminlə görüşüb Ramindən borc almışdır. Borca alınmış pulun qazancı ilə birdə iddiaçı ona 5400 manat pul vermişdir. Yerdə qalan puldan 1600 manatı Qədirə olan borcun əvəzinə vermişdir. İddiaçı ona 300 manat verməmiş və ya onunla qalan pulu bölməmişdir. Onun iddiaçıya borcu yoxdur. Birinci məhkəmədə ondan 2000 manat tutulmuş və o, razılaşmasa da qətnamədən şikayət verməmişdir. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

42. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

43. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

44. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

50. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

51. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

60. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

61. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

65. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddianın təmin edilməmiş hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını İddiaçı münasibətdə həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməmiş hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

67. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında uzunmüddətli şəxsi münasibətləri olmuş, birgə sahibkarlıq fəaliyyəti həyata keçirmiş, uzun müddət ərzində xarici ölkələrdən avtomobil gətirilməsi və satılması ilə məşğul olmuşlar. Birgə fəaliyyətlərində tərəflərin arasında hər hansı yazılı bir müqavilə olmamışdır. Sonradan münasibətləri korlanmışdır. Həmin hallar həm iddiaçının, həm də cavabdehin izahatları ilə təsdiq edilir və işin mübahisələndirilməyən hallarıdır.

68. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2 və 218.1-ci maddələri).

69. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflər birgə sahibkarlıq fəaliyyətləri nəticəsində xarici ölkələrdən avtomobil gətirilərək ölkə daxilində satılması ilə məşğul olmuşlar.

70. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

71. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

72. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, tərəflərin izahatlarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında uzun müddət davam edən sahibkarlıq fəaliyyəti, qarşılıqlı etimad və faktiki münasibətlər mövcud olmuş, bu münasibətlər çərçivəsində bir-birinə və ya üçüncü şəxslərə məxsus vəsaitlərin idarə olunması, avtomobil alğı-satqısı və malların dövriyyəsi ilə bağlı əməliyyatlar həyata keçirilmişdir. Bu hallar tərəflərin izahatlarında öz təsdiqini tapmışdır.

73. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir.

74. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

75. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

76. Müqavilənin əsas qurucu ünsürü iradə ifadəsidir. Bu iradə, müqavilə tərəfləri arasında münasibətlərin məzmununu müəyyən edir. İradənin sadəcə mövcud olması, özlüyündə müqavilənin yaranması üçün kifayət etmir. Bu baxımdan iradə, şəxsin müəyyən nəticənin əldə edilməsinə yönələn fikirlər kimi təşəkkül tapır, daha sonra həmin düşüncə niyyətə çevrilir və əks tərəfə çatdırılır. Bəyan olunan niyyət əsasında qarşılıqlı razılıq əldə olunduqda, müqavilədən bəhs oluna bilər.

77. Tərəflər arasında yazılı müqavilə bağlanmasa da, onların izahatları və təqdim olunmuş sübutlar əsasında məlum olur ki, şifahi razılaşma mövcud olmuş və bu razılaşma əsasında maliyyə öhdəlikləri yaranmışdır. Cavabdeh də məhkəmə iclasında tərəflər arasında şifahi razılaşmaların olduğunu qəbul etmiş, lakin iddiaçının tələb etdiyi məbləğlərin tamamilə ona aid olmadığını və qaytarıldığını bildirmişdir.

78. Bu baxımdan, məhkəmə hesab edir ki, müqavilələr yazılı və şifahi bağlana bilər. Tərəflər arasında şifahi müqavilə münasibətləri mövcuddur və həmin münasibətlərdən doğan öhdəliklərin icrası Mülki Məcəllənin müqavilə öhdəliklərinə dair müddəaları ilə tənzimlənməlidir.

79. Göründüyü kimi, tərəflər arasında öhdəliyin yaranması üçün müqavilənin (razılaşmanın) olması müəyyən edilmişdir.

80. Beləliklə, tərəflərin qarşılıqlı izahatları, iş materiallarında mövcud olan sübutlar və Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları nəzərə alınmaqla, tərəflər arasında müqavilə münasibətlərinin (şifahi razılaşma formasında) mövcudluğu müəyyən edilir və məhkəmənin iddia tələblərinə hüquqi qiymət verməsi də bu əsas üzərində qurulmalıdır.

81. Hazırki, mübahisə isə avtomobillərin və şəkər tozunun satışı üçün verilən məbləğin qaytarılması ilə bağlıdır.

82. Məhkəmə sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam olaraq əsaslı olmamışdır.

83. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

84. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

85. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

86. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

87. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

88. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

89. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

90. Hazırkı mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

91. Apellyasiya məhkəməsi iş üzrə tərəflərin izahatlarını təhlil etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə şərikli sahibkarlıq fəaliyyəti həyata keçirmiş, birgə avtomobil alğı-satqısı ilə məşğul olmuşlar. Bu fəaliyyət zamanı o, cavabdehə üç dəfəyə – 9.000 manat, 5.000 manat və 3.000 manat olmaqla ümumilikdə 17.000 manat pul vermişdir. İddiaçı iddia edir ki, təqdim etdiyi audio disklərdə cavabdeh borclarını açıq şəkildə etiraf edir. İddiaçı həmçinin “Mercedes-Benz E”, “Mercedes-Benz C” və “Chevrolet Cruze” markalı avtomobillərin alınıb-satıldığını, qazancın bölündüyünü, lakin sonradan cavabdehin öhdəliklərini icra etmədiyini və ona 20.350 manat borclu qaldığını göstərmişdir.

92. Cavabdeh izahatında ümumilikdə iddiaçıdan 17.000 manat aldığını təsdiq etmişdir. O, xüsusilə qeyd etmişdir ki, “Mercedes-Benz E” markalı avtomobil şərikli pula alınmamış, həmin maşın tamamilə onun vəsaiti hesabına əldə olunmuş və iddiaçı yalnız borc əvəzinə həmin maşını apararaq bazar dəyərindən ucuz qiymətə, yəni 7.000 manata satmışdır. “Mercedes-Benz C” markalı avtomobilin isə borc əvəzinə üçüncü şəxs İsmayıl tərəfindən aparıldığını, “Chevrolet Cruze” markalı avtomobilin satışından əldə edilən gəlirdən öz payına düşən 5.400 manatı götürdüyünü, qalan puldan 5400 manatı Raminə olan borcun əvəzinə ödənildiyini və satışdan qalan puldan 1600 manatı Qədirə olan borcun əvəzinə verildiyini bildirir. Cavabdeh nəticə olaraq iddiaçıya hər hansı borcunun olmadığını, birinci instansiyada ondan 2.000 manat tutulmasına baxmayaraq, həmin qərardan şikayət vermədiyini bəyan etmişdir.

93. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 17.000 (on yeddi min) manat pulun verilməsi faktı təsdiqini tapmışdır. Həm iddiaçı, həm də cavabdeh bu məbləği etiraf etmişdir.

94. İş üzrə mübahisə, əsasən, həmin vəsaitin hansı hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olması ilə bağlıdır. Apellyasiya məhkəməsi bu məsələyə hüquqi qiymət verərkən aşağıdakı nəticələrə gəlmişdir:

95. Həmin məbləğin 9.000 manatı şəkər tozu alınması məqsədilə iddiaçının xalasından alınmış və sonradan iddiaçının özü tərəfindən qaytarılmışdır. Cavabdeh bu pulu aldığını etiraf etsə də, malların alınması ilə işin baş tutmadığını və nəticədə iddiaçıya qaytarılmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh bu vəsaiti aldığını etiraf etdiyi halda, onun qaytarılmaması cavabdehin üzərində öhdəlik yaradır və bu məbləğ ümumi öhdəlik hesablamasında nəzərə alınmalıdır.

96. Qalan 8.000 manatın (5.000 manat və 3.000 manat hissələrlə) isə tərəflərin birgə avtomobil alğı-satqısı fəaliyyətinə sərf olunduğu tərəflərin izahatlarından görünür. Bu fəaliyyət nəticəsində bir sıra avtomobillər – “Mercedes-Benz E”, “Mercedes-Benz C” və “Chevrolet Cruze” markalı maşınlar alınaraq satılmış, əldə edilən vəsaitlərin bölüşdürülməsi ilə bağlı tərəflər arasında ziddiyyətlər meydana çıxmışdır.

97. İddiaçı, tərəflərin şərikli fəaliyyəti nəticəsində əldə olunmuş “Mercedes-Benz E” markalı avtomobili borcun əvəzi olaraq cavabdehdən aldığını və sonradan 7.000 (yeddi min) manata satdığını təsdiq etmişdir.

98. Qeyd edilən nəqliyyat vasitəsinin kimin vəsaiti hesabına alınması hazırki mübahisənin həllinə təsiri yoxdur. Belə ki, həmin nəqliyyat vasitəsinin iddiaçının şərikli və cavabdehin özünün vəsaiti hesabına alınmasından asılı olmayaraq nəqliyyat vasitəsi satılmış və əldə olunan 7000 manat məbləğində vəsait iddiaçıda qalmışdır. Bu səbəbdən, ümumilikdə 17.000 manat məbləğdən 7.000 manat çıxıldıqda, cavabdehin üzərində qalan öhdəlik 10.000 (on min) manat təşkil edir.

99. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, “Chevrolet Cruze” markalı avtomobil 11800 manata alınmış və 12700 manata satılmışdır. 17000 manatdan 5400 manat cavabdehə verilmiş və 5400 manatı isə cavabdehin borcuna görə Ramin adlı şəxsə verilmişdir. Qalan 1.900 manatın 1.600 manatı tərəflərin qarşılıqlı razılığı ilə üçüncü şəxs Qədir qarşısında mövcud olan borcun ödənilməsinə yönəldilmişdir. Bu hal tərəflərin hər ikisi tərəfindən təsdiqlənmişdir. Qalan 300 manat barəsində isə iddiaçı onun cavabdehlə aralarında bölündüyünü iddia etmiş, lakin bunu sübut edən hər hansı etibarlı yazılı və ya digər prosessual dəlil təqdim etməmiş, cavabdeh isə bu halı inkar etmişdir.

100. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı 300 manatın bölüşdürüldüyünü sübut etmədiyindən, məhkəmə bu iddianı əsassız hesab etmişdir.

101. Eyni zamanda, iddiaçı cavabdehin ona ümumilikdə 20.350 manat verilməsini qeyd etsə də, bu halları təsdiq edən mötəbər sübutlarını məhkəmələrə təqdim etməmişdir. Belə ki, o bununla bağlı bankdan götürdüyü kreditə dair bank hesabından çıxarış təqdim etməsinə baxmayaraq, bankdan əldə edilmiş pul vəsaitin həqiqətən də cavabdehə verilməsi və təyinatı barəsində müvafiq sübutları təqdim edə bilməmişdir. Göstərilən xüsusatlar yalnız özünün subyektiv izahatı ilə təsdiqini tapmışdır.

102. Bundan əlavə, iddiaçı tərəf pulun verilməsinə dair sübut qismində 01 ədəd CD diskə əlavə edilmiş səs yazılarını təqdim etmişdir.

103. Belə ki, məhkəmə iclasında iddiaçının və cavabdehin razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazıları”ndan ümumilikdə müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında borcla bağlı mübahisə gedir. İddiaçı Cavabdeh sonuncunu ona 9000 manat, 5000 manat və 3000 manat borcu olmasını qeyd edir. Cavabdeh isə borcunu evini sataraq ödəyəcəyini bildirir.

104. Həmçinin, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “səs yazıları”ndakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında olan söhbət qeydə alınmışdır. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

105. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

106. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).

107. Qeyd edilənlərə əsasən təqdim edilmiş audio yazıda olan tərəflərin borcla bağlı məlumatlarını tərəflərin izahatları təsdiqini tapdığından məhkəmə iddianın təsdiqinə dair sübut növü kimi qəbul edir.

108. Azərbaycan Respublikası MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.

109. Birinci instansiya məhkəməsi cavabdehdən 2.000 manat tutulmasını əsaslı hesab etdiyindən və həmin hissədən cavabdehin şikayəti olmadığından həmin məbləğdən əlavə cavabdehdən 7.700 manat iddiaçının xeyrinə tutulmalıdır.

110. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilərək həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

111. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehdən iddiaçının xeyrinə tutulmamalıdır.

112. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə, hazırki iddianın cavabdehə münasibətdə mübahisələndirilən hissədə qiyməti 10.000 (on min) manatdan (şikayət əsasında təmin edilmiş 7.700 manat hissəsində) az olduğundan sonuncu tərəfindən kassasiya şikayəti verilə bilməz. Digər tərəfdən isə MPM-in 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddianın təmin edilməmiş hissəsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

113. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-88/2025 nömrəli qətnaməsi qismən – iddianın təmin edilməmiş 7700 manat hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh 7.700 manat (yeddi min yeddi yüz) pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissələrdə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə iddiaçı tərəfindən (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar