Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-106/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-67/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 fevral 2018-ci il tarixli, 2604 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 4234,34 manat icarə haqqı borcu, 611,97 manat cərimə borcu olmaqla, cəmi 4846,31 manat, 01 avqust 2022-ci il tarixli, 530 nömrəli subicarə müqaviləsi üzrə ödənilməli olan 1502 manat icarə haqqı borcu, 32,82 manat cərimə borcu olmaqla, cəmi 1534,82 manat məbləğində pulun, ödənilmiş 70 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında 19 fevral 2018-ci il tarixli, 2604 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2604 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müvafiq müqaviləyə 05 yanvar 2022-ci il tarixli 01 nömrəli əlavə razılaşmaya əsasən, qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 yanvar 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək aylıq icarə haqqının 154 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 19 fevral 2018-ci il tarixli, 2604 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 29 iyul 2022-ci il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla, digər öhdəliklərə xitam verilmişdir. Eyni zamanda, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında 01 avqust 2022-ci il tarixli, 530 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarə Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan 2507-2606 nömrəli qeyri-yaşayış sahəsini (kişi geyimi mağazası) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müvafiq müqaviləyə 13 fevral 2023cü il tarixli 01 nömrəli əlavəyə əsasən, qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 fevral 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək aylıq icarə haqqının 250 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 01 avqust 2022-ci il tarixli, 530 nömrəli subicarə müqaviləsinə icarəyə verən tərəfindən 31 may 2023cü il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla, digər öhdəliklərə xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 28 iyul 2023-cü il tarixli 02- 07/411/1 nömrəli maliyyə arayışından görünür ki, 19 fevral 2018-ci il tarixli, 2604 nömrəli icarə müqaviləsi üzrə 29 iyul 2022-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 4234,34 manat, ona hesablanmış cərimə borcu 611,97 manat olmaqla, cəmi borc 4846,31 manat məbləğində, 28 iyul 2023-cü il tarixli, 02-07/411 nömrəli maliyyə arayışından görünür ki, 01 avqust 2022-ci il tarixli, 530 nömrəli subicarə müqaviləsi üzrə 31 may 2023-cü il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 1502 manat, ona hesablanmış cərimə borcu 32,82 manat olmaqla, cəmi borc 1534,82 manat məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Göründüyü kimi, Cavabdeh icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından yayınmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-67/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2018-ci il tarixli 2604 saylı icarə müqaviləsinə əsasən 2804 manat 34 qəpik əsas borc, 150 manat cərimə borcu olmaqla cəmi 2954 (iki min doqquz yüz əlli dörd) manat 34 (otuz dörd) qəpik pul, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 530 saylı subicarə müqaviləsinə əsasən 1502 əsas borc, 32 manat 82 qəpik cərimə borcu olmaqla cəmi 1534 (bir min beş yüz otuz dörd) manat 82 (səksən iki) qəpik pul və 70 (yetmiş) manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh 64 (altmış dörd) manat 89 (səksən doqquz) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qəyt edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-67/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh məhkəmə kollegiyasına ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 cavabdehin ərizəsi ilə razı olduğunu bildirdi və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Cavabdeh məhkəmə kollegiyasına təqdim etdiyi yazılı ərizəsindən görünür ki, o Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-67/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətdən imtina edir və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-67/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına Cavabdeh apellyasiya şikayəti üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 384, 400 və 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 67/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına Cavabdeh apellyasiya şikayəti üzrə xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-106/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-106/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver