Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-109/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-254/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizəyə əsasən 21,677.79 manat əsas borc, 1,516.39 manat faiz borcu, 105.94 manat cərimə borcu olmaqla, cəmi 23,300.12 manat məbləğində borcun; DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizəyə əsasən 4,980.60 manat əsas borc, 327.81 manat cərimə borcu olmaqla, cəmi 5,308.41 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 175.81 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə onGTC-SE/422081 saylı Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2023-cü il tarixli 1.0.6 versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X4 çərçivəsində: - xx.xx.2024-cü il tarixli DC00422081-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 26,626 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmiş; - xx.xx.2024-cü il tarixli DCL00422081-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana kredit xəttindən istifadə müddəti xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kredit xəttinin maksimal limit həddi 250,000 manat olmaqla, dövriyyə vəsaitlərinin artırılması məqsədilə kredit xətti açılmışdır. Qeyd edilən kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında xx.xx.2024-cü il tarixli DCL00422081-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana kredit xəttindən istifadə müddəti xx.xx.2024-cü il tarixədək kreditin müddəti xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 28% olmaqla, 5,000 manat məbləğində mal dövriyyə vəsaitinin artırılması məqsədi ilə cari kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyindən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalan Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizəyə əsasən 21,677.79 manat əsas borc, 1,516.39 manat faiz borcu, 105,94 manat cərimə borcu olmaqla, cəmi 23,300.12 manat təşkil edir, gecikmə günü: 144 – DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizəyə əsasən 4,980.60 manat əsas borc, 327.81 manat cərimə borcu olmaqla, cəmi 5,308.41 manat təşkil edir, gecikmə günü: 162 İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 175,81 manat dövlət rüsumu ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış X2 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Birinci instansiya məhkəməsində icraat Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 12 mart tarixli e-2-2(115)-254/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədli) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə cavabdeh Arif İbrahmov arasında bağlanmış xx.xx.2024-cü il tarixli DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizəyə əsasən 21,677.79 manat əsas borc, 1,204.79 manat faiz borcu, 105.94 manat cərimə borcu olmaqla, cəmi 22,988,52 (iyirmi iki min doqquz yüz səksən səkkiz manat əlli iki qəpik) manat məbləğində pul, xx.xx.2024-cü il tarixli DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizəyə əsasən 4,980.60 manat əsas borc, 249.03 manat cərimə borcu olmaqla, cəmi 5,229.63 (beş min iki yüz iyirmi doqquz manat altmış üç qəpik) manat məbləğində pul olmaqla, ümumilikdə 28,218.15 (iyirmi səkkiz min iki yüz on səkkiz manat on beş qəpik) manat pul cavabdeh Arif İbrahmovdan tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,65 (bir yüz yetmiş dörd manat altmış beş qəpik) manat pulun cavabdeh Arif İbrahmovdan tutularaq İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 1,16 (bir manat on altı qəpik) manat hissəsi İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə, öz qətnaməsində Mülki Məcəllənin 432.4 və 438.1-ci maddələrinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Müqavilənin şərtinə uyğun olaraq DC00422081-01 saylı kredit müqaviləsinə əsasən 1,516.39 manat faiz borcu təmin edilməli idi. Belə ki, məhkəmə qətnamənin 20-ci paraqrafında faiz borcunun tutulmasını onunla əsaslandırıb ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özüözlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir. Belə olan halda, iddiaçının 22 oktyabr 2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Lakin qeyd edilir ki, Bank tərəfindən cavabdehə xx.xx.2024 tarixdə göndərilmiş bildirişlə cavabdehdən bütün borcun qaytarılması tələb edilmir, yalnız gecikdirilmiş borcun ödənilməsi tələb edilir. Yəni Konstitusiya Məhkəməsinin xx.xx.2023 tarixli Qərarında qeyd edildiyi kimi müqavilənin Bank tərəfə göndərilən bildirişdə müqavilənin ləğvini istəməmiş, sadəcə gecikən məbləğin ödənilməsini tələb edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə faiz məbləğinin bildiriş üzrə təmin edilməsi düzgün deyildir, çünki bildirişdə faiz və cərimənin hesablanmasının davam etdirilməsi qeyd edilmişdir. Bildirişdən də aydın surətdə görmək mümkündür ki, bank tərəfndən gecikdirilmiş borc cavabdehdən tələb edilmiş gecikdirilmiş borc ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərədə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmiş və eyni zamanda müqavilə üzrə faiz və cərimənin hesablanmasının davam etditildiyi qeyd edimişdir. Daha sonra gecikdirilmiş borc ödənilmədiyi üçün Bank tərəfindən iddia ərizəsi cavabdehə göndərilmiş iddia tələbi ilə bank öz tələbini tam şəkildə cavabdehdən tələb etmişdir. Mübahisə kommersiya mübahisəsi olduğu üçün Bank tərəfindən ilk öncə iddia ərizəsi cavabdehin vergi kabinetinə yerləşdirilmiş daha sonra isə iddia məhkəməyə yerləşdirilmişdir. Odur ki, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan faiz məbləği əsassız surətdə azaldılmışdır. Hesab edilir ki, məhkəmə tərəfindən faiz borcu müəyyən edilərkən iddia tələbi ilə tələb edilən faiz məbləği təmin edilməli olduğu halda, Konstitutsiya Məhkəməsinin qərarını əsas gətirərək mahiyyətə, yəni bildirişin mətninə önəm verilmədən faiz məbləği əsassız formada müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 254/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin DC00422081-01 kredit müqaviləsi üzrə faiz borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə onlara rəsmi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Məhz bu səbəblərdən də, işlə bağlı zəruri sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin tərəfindən iddiaçı təşkilata müəyyən məbləğdə ödənişlər ödənilməsinə baxmayaraq, məhkəmə iş üzrə müvafiq ekspertiza təyin etməyərək, yalnız iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına istinat edərək iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 427.1-ci maddəsinə görə öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Lakin iddiaçı hazırkı iddia ilə xx.xx.2026-cı ildə müraciət etməli olduğu halda, məhkəməyə daha tez müraciət etmişdir. Lakin məhkəmə tərfindən qətnamə qəbul edilərkən bu hallar nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən cavabdeh, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Cavabdeh məhkəmə iclasında iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən borcunun olmasını qəbul etmiş, borc məbləği ilə razı olduğunu, lakin hazırda borcu tam olaraq ödəmək üçün maddi imkanının olmadığını, bank tərəfindən yeni qrafik tərtib ediləcəyi təqdirdə qalan borcu hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mövcud sübutlar əsasında düzgün olaraq müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 21,677.79 manat əsas borc, 1,516.39 manat faiz borcu, DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,980.60 manat əsas borcu vardır. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2024-cü il tarixli bildirşdə ifadə etmişdir. Həmin bildirişdə DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə faiz borcunun 1,204.79 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə həmin tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz xx.xx.2024-cü il tarixədək hesablanmış faiz ödənişlərini tələb edə bilər. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizə üzrə tutulmalı əsas borc 21,677.79 manat, faiz borcu isə 1,204.79 manat, DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizə üzrə tutulmalı əsas borc 4,980.60 manat müəyyən edilməlidir. Bununla yanaşı birinci instansiya məhkəməsi onu da doğru olaraq müəyyən etmişdir ki, DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 105,94 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış dəbbə pulu (cərimə, penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (cərimə, penya) azaldılaraq 249.03 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Buna görə də cərimə olaraq DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 105.94 manat, DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 249.03 manat pul cavabdeh Arif İbrahmovdan tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,65 manat pul cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 1,16 manat hissəsi isə İddiaçı ASC-nin özünə aid edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı tərəfin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası əlavə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad edərək əsaslı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı yaranmış əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 22 oktyabr 2024-cü il tarixli bildirişdə ifadə etdiyindən məhz həmin bildirişdə qeyd edilmiş faiz məbləği cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfin apellyasiya şikayəti ilə bağlı qeyd edilməlidir ki, cavabdeh, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etsə də, buna dair istinad etdiyi hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya baxışı zamanı borcun mövcudluğunu etiraf etmiş, borcun məbləğini mübahisələndirməmiş, həmin borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli baxımından düz olaraq Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2, 447, 448, 462.1, 465.2, 467, 742, 743, 745, 746-cı maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-254/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-109/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-109/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver