Məhkəmə qərarları › İş №2-2(104)-11/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-11/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-11/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı kommersiya işi üzrə QƏTNAMƏSİ Açar sözlər: borc tələbi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-cu il tarixli, e-2- 2(115)-9/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3617/2016 saylı qərarı ilə "xxxx" ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondiunun xx.xx.2016-cı il tarixdən etibarən "xxxx" ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır.

2. "xxxx" KB ASC-nin İdarə Heyətinin sədri X4 ilə Cavabdeh direktoru X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir.

3. "xxxx" KB ASC-nin İdarə Heyətinin sədri X4 ilə Cavabdeh direktoru X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 28 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir.

4. "xxxx" KB ASC-nin İdarə Heyətinin sədri X4 ilə Cavabdeh direktoru X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 86 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir.

5. "xxxx" KB ASC-nin İdarə Heyətinin sədri X5 ilə Cavabdeh direktoru X9 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 18 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir.

6. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli, 21 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat məbləğində əsas borc, 619032 manat 22 qəpik müqavilə müddəti üçün faiz borcu, cəmi ******* manat 22 qəpik məbləğində borcunun olması qeyd edilmişdir.

7. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli, 28 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat məbləğində əsas borc, 314166 manat 70 qəpik müqavilə müddəti üçün faiz borcu, cəmi ******* manat 70 qəpik məbləğində borcunun olması qeyd edilmişdir.

8. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, 86 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat məbləğində əsas borc, 480980 manat 72 qəpik müqavilə müddəti üçün faiz borcu, cəmi ******* manat 72 qəpik məbləğində borcunun olması qeyd edilmişdir.

9. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat məbləğində əsas borc, 469300 manat müqavilə müddəti üçün faiz borcu, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 222731 manat 53 qəpik faiz borcu, 537631 manat 59 qəpik məbləğində cərimə borcunun, cəmi ******* manat 12 qəpik məbləğində borcunun olması qeyd edilmişdir.

10. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli, 2-2(103)-531/2020 saylı qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi və kassa məxaric orderinin etibarsız sayılması tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/6229 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 29 aprel 2013-cü il tarixli, 21 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı "xxxx" KB ASC-yə 30 avqust 2019-cu il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 2.640.660,58 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 1.999.300 manat, faiz borcu 641.360,58 manat; - Hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 31 may 2013-cü il tarixli, 28 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı "xxxx" KB ASCyə 30 avqust 2019-cu il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 1.322.830,83 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 999.500 manat, faiz borcu 323.330,83 manat; - Hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 15 may 2015-ci il tarixli, 86 saylı, kredit müqaviləsinin qeyd olunan şərtlər əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı "xxxx" KB ASC-yə 30 iyul 2019-cu il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 2.495.112,51 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 1.999.300 manat, faiz borcu 495.812,51 manat; Hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı "xxxx" KB ASC-yə 30 iyul 2019-cu il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 3.588.000 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 3.120.000 manat, faiz borcu 468.000 manat.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli, 4/841 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 15 iyul 2016-cı il tarixli, 22 nömrəli "xxxx" KB ASC ilə Cavabdeh MMC-nin adlarından olan “Kredit xətti müqaviləsi”nin 1-2-ci vərəqlərinin aşağı sağ hissəsində “Borc alan” qrafalarında olan imzalar 3-cü vərəqinin sağ hissəsində “Borc alan” və “İmza:” qrafalarında olan imzalar; 15 iyul 2016-cı il tarixli “Kassa mədaxil orderi”nin üz tərəfinin aşağı hissəsində “İmzalar” qrafasında olan imza və arxa tərəfində “İmzalar:”, “İmza” qrafasında oilan imzalar – X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 15 iyul 2016-cı il tarixli, 22 nömrəli "xxxx" KB ASC ilə Cavabdeh MMC-nin adlarından olan “Kredit xətti müqaviləsi”nin 1-2-ci vərəqlərinin aşağı sağ hissəsində “Borc alan” qrafalarında olan imzalar 3-cü vərəqinin sağ hissəsində “Borc alan” və “İmza:” qrafalarında olan imzalarda; 15 iyul 2016-cı il tarixli “Kassa mədaxil orderi”nin üz tərəfinin aşağı hissəsində “İmzalar” qrafasında olan imzada və arxa tərəfində “İmzalar:”, “İmza” qrafasında oilan imzalarda – oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli, 5/1270 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 22 nömrəli kredit xətti müqaviləsində, 15 iyul 2016-cı il tarixli, 560002 nömrəli çekdə olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 22 nömrəli kredit xətti müqaviləsində, 15 iyul 2016-cı il tarixli, 560002 nömrəli çekdə olan Cavabdeh MMC-nin möhür əksləri öz aralarında eynilik təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir.

14. AZ-İİ 320291 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5/12 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit xətti müqaviləsinin və xx.xx.2016-cı il tarixli, ÇEK D1 560002 nömrəli qəbzin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti* “X10 KOMPLEKSİ MMC” məzmunlu möhür əksləri relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdurlar. Tədqiqata “X10 KOMPLEKSİ MMC-nin 2016-cı ilə dair” sərbəst əks nümunələri təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “Hazırda "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 22 nömrəli kredit xətti müqaviləsində və həmin müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh MMC-yə ******* manat məbləğində pulun verilməsi barədə xx.xx.2016-cı il tarixli, ÇEK D1 560002 nömrəli kassanın məxaric sənədində olan möhür əksləri Cavabdeh MMC-yə məxsus olan möhürlə möhürlənmişdirmi? Sual üzrə tədqiqat aparılmamışdır.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, **********022700 saylı məktubdan görünür ki, Cavabdeh MMC-nin 2017, 2018-ci illər üzrə mənfəət vergisi bəyənnamələri məhkəməyə təqdim edilmiş, lakin 2016-cı il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyənnaməsi müəyyən edilməmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4/1899 nömrəli ekspert rəyindən görünür ki, işin cildinin 144-146-cı vərəqlərində olan "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 22 nömrəli kredit xətti müqaviləsinin 1-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar, 143-cü vərəqdə olan 15 iyul 2016-cı il tarixli kassa məxaric orderinin üzərində “İmzalar;” və “Çekdə göstərilən məbləği aldım İmza” qrafalarındakı imzalar; işin 1-ci cildinin 89-92-ci vərəqində nizamnamənin titul vərəqində “X9” qrafasında əks olunmuş imza – eyni şəxs tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 21 nömrəli kredit müqaviləsi üzrə 1.999.800,00 (bir milyon doqquz yüz doxsan doqquz min yüz) manat əsas borc, 619.032,22 (altı yüz on doqquz min otuz iki manat, 22 qəpik) manat faiz borcu, xx.xx.2013-cü il tarixli, 28 nömrəli kredit müqaviləsi üzrə 1.000.000,00 (bir milyon) manat əsas borc, 314.166,70 (üç yüz on dörd min bir yüz altı manat, 70 qəpik) manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 86 nömrəli kredit müqaviləsi üzrə 1.999.800,00 (bir milyon doqquz yüz doxsan doqquz min səkkiz yüz) manat əsas borc, 480.980,72 (dörd yüz səksən min doqquz yüz səksən manat, 72 manat faiz borcu, xx.xx.2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə 3.119.000 (üç milyon bir yüz on doqquz min) əsas borc, 469.300 (dörd yüz altmış doqquz min üç yüz) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 537.631,59 (beş yüz otuz yeddi min altı yüz otuz bir manat, 59 qəpik) manat cərimə borcu, 222.731,53 (iki yüz iyirmi iki min yeddi yüz otuz bir manat, 53 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 10.762.442,76 (on milyon yeddi yüz altmış iki min dörd yüz qırx iki 76 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 21 nömrəli kredit müqaviləsinə əsasən, MMC yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində, xx.xx.2013-cü il tarixli, 28 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində, xx.xx.2015-ci il, 86 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində və xx.xx.2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 18 (on səkkiz) ay müddətinə, illik 10% dərəcəsi ilə 4.000.000 (dörd milyon) manat məbləğində kredit verilmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda 13 iyun 2019-cu il tarixə Cavabdeh xx.xx.2013-cü il tarixli, 21 nömrəli kredit müqaviləsi üzrə 1999800.00 (bir milyon doqquz yüz doxsan doqquz min səkkiz yüz) əsas borc, 619032.22 (altı yüz on doqquz min otuz iki manat, 22 qəpik) manat faiz borcu, xx.xx.2013-cü il tarixli, 28 nömrəli kredit müqaviləsi üzrə 1000000.00 (bir milyon) manat əsas borc, 314166.70 (üç yüz on dörd min bir yüz altmış altı 70 qəpik) manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 86 nömrəli kredit müqaviləsi üzrə 1999800.00 (bir milyon doqquz doxsan doqquz min səkkiz yüz) manat əsas borc, 480980.72 (dörd yüz səksən min doqquz yüz səksən manat, 72 qəpik) manat faiz borcu, xx.xx.2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon bir yüz on doqquz min) manat əsas borc, 469300 (dörd yüz altmış doqquz min üç yüz) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 537631.59 (beş yüz otuz yeddi min altı yüz otuz bir manat, 59 qəpik) manat cərimə borcu, 222731.53 (iki yüz iyirmi iki min yeddi yüz otuz bir manat, 53 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 10.762.442,76 (on milyon yeddi yüz altmış iki min dörd yüz qırx iki manat, 76 qəpik) manat borcu yaranmışdır.

20. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehlə 2013-cu ildən ardıcıl olaraq müqavilələr bağlanılmışdır. Kassa məxaric orderinə əsasən kredit müqaviləsi üzrə verilən pulların məbləğləri göstərilmişdir. Cavabdeh müxtəlif vasitələrlə borcun ödənilməsindən yayınır. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsinin və kassa məxaric sənədinin etibarsız sayılması barədə məhkəmədə iddia qaldıraraq, hazırki işin icraatının dayandırılmasına nail olmuşdur. Lakin, cavabdehin tələbinə məhkəmələr tərəfindən baxılaraq iddia tələbi təmin olunmamışdır. Hazırki iddia tələbi 2019-cu ildə məhkəməyə verilmişdir. Məhkəməyə müraciət edildikdən sonra hal-hazıra qədər cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Ona görə də, işin baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

21. Gəncə Kommersiya Məhkəməsinin (hakim R.Məmmədov) xx.xx.2021-cu il tarixli, e-2-2(115)-9/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 21 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 619032 manat 22 qəpik faiz borcu, cəmi ******* manat 22 məbləğində borc, xx.xx.2013 cü il tarixli, 28 nömrəli kredit müqaviləsi üzrə 100000 manat əsas borc, 314166 manat 70 qəpik faiz borcu, cəmi ******* manat 70 qəpik məbləğində borc, xx.xx.2013-cü il tarixli, 86 nömrəli kredit müqavilə üzrə ******* manat əsas borc, 480980 manat 72 qəpik faiz borcu, cəmi ******* manat 72 qəpik məbləğində borc və xx.xx.2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 469300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi ******* manat məbləğində borc olmaqla, ümumilikdə 10002579 manat 64 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətlərinin dəlilləri

23. İddiaçının nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24 dekabr tarixli 2014-cü il Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-9/2021 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, Gəncə Kommersiya Məhkəməsi hesab etmişdir ki, iddiaçı 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanmış 222.731,53 manat faizin tutulmasına dair heç bir sübut təqdim edilməməsi əsası ilə bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, bank 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmış, bu səbəbdən iddia tələbi üzrə cərimə hissəsi 537.631,59 manat olduğu halda, 1075 dəfə azaldılaraq məhkəmə qətnaməsi ilə yalnız 500 manat cərimə məbləği təmin edilmişdir. Lakin iddiaçı tərəfindən, iddia tələbinin sübutu olaraq məhkəməyə təqdim edilmiş kredit müqaviləsi, maliyyə arayışına və digər sənədlərə əsasən aydın anlamaq mümkündür ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir; Həmin Qanunun 1.0.9 maddəsinə əsasən, bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Yuxarıda qeyd edilən qanun normalarının dispoziyasından göründüyü kimi, bankların əsas fəaliyyət növlərindən biri kreditlərin verilməsidir. Bank krediti isə faizlər ödənilmək şərti ilə verilir. Belə olan halda, hamıya məlum olan faktı, təkrar sübut etməyə ehtiyac yoxdur. Sözügedən kredit vəsaiti cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bank təbii ki, öz fəaliyyət növü əsasında, həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə etmək imkanına sahib idi. Bunu sübut etmək üçün bank ticarəti dövriyyəsinə aid hər hansı əlavə sənədləri məhkəməyə təqdim etmək zərurəti yoxdur. İddia tələbi üzrə Kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222.731,53 manat faiz olduğu halda, məhkəmə qətnaməsi üzrə təmin edilməmişdir. Bundan başqa, 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsinin 4.2-ci maddəsinə görə kredit üzrə vaxtı keçmiş kredit borcu yarandıqda “Borc alan” “Banka” vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 15 (on beş) faiz hesablanan cərimə faizləri ödənilməlidir. İddiaçı tərəfindən, iddia tələbinin sübutu olaraq məhkəməyə təqdim edilmiş kredit müqaviləsi, maliyyə arayışına və digər sənədlərə əsasən isə cavabdehin 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi üzrə 537.631,59 manat cərimə borcu olması tam halda öz təsdiqini tapır. Bundan əlavə, birinci instansiya məhkəməsi cavabdeh tərəfin bankın ona qarşı olan mülki işin icraatının dayandırılması məqsədi ilə 15 iyul 2016cı il tarixli, 22 saylı kredit müqaviləsinin və bu müqavilə əsasında tərtib edilmiş kassa məxaric sənədinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmə qaydasında məhkəməyə müraciət etməsini, süni olaraq mülki iş üzrə qətnamə qəbul edilməsi üçün 2 il müddətində vaxt uzatmasını nəzərə almamışdır. Odur ki, Gəncə Kommersiya Məhkəməsi tərəfindən cavabdehdən tələb edilən 537.631,59 (beş yüz otuz yeddi min altı yüz otuz bir manat, 59 qəpik) manat cərimə məbləğinin əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olması səbəbi ilə tələb edilən cərimə məbləğinin azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməsi əsassızdır. Bundan başqa, Gəncə Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2(115)-9/2021 saylı qətnaməsinin birinci vərəqəsində cavabdeh kimi "xxxx" MMC göstərilmişdir. Habelə, qətnamənin sonuncu vərəqəsinin həm əsaslandırıcı, həm də nəticə hissəsində 31 may 2013-cü il tarixli, 28 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu cəmi borc 1313166.70 manat kimi hesablansa da, ayrı-ayrılıqda faiz borcu 313166.70 manat, əsas borc 1000000.00 (bir milyon) manat olduğu halda, əsas borc 100000 (bir yüz min) manat kimi qeyd edilmişdir. Beləliklə, qeyd edilən hüquq normalarının tələblərinə və şərh edilən hüquqi əsaslara əsasən belə hesab edirik ki, Gəncə Kommersiya Məhkəməsi tərəfindən mülki işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, məhkəmə tərəfindən mülki işin müvəffəqiyyətli həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, işə birtərəfli qaydada baxılmış, iş üzrə mövcud olan subutlara mülki prosessual qanunvericiliyinin subutların qiymətləndirilməsinə dair tələblərinə uyğun hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia tələbi üzrə 15 iyul 2016cı il tarixli, 22 saylı kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222731.53 manat (iki yüz iyirmi iki min yeddi yüz otuz bir manat, 53 qəpik) faiz borcu təmin edilməmiş, 537.631,59 manat cərimə borcu 500 manata endirilmişdir.

25. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-2(115)-9/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, e-2-2(115)-9/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə işin icraatı təzələnmişdir. Hazırki iş üzrə icraat təzələndikdən sonra bir məhkəmə baxışı ilə iş yekunlaşdırılmışdır. Belə ki, işin başqa vaxta təxirlə salınması üçün teleqram vurulsa da, işə baxan hakim bunu nəzərə almamışdır. Beləliklə də, tərəflərin bərabərliyi prinsipi və çəkişmə prinsipi pozulmuşdur. Məhkəmədə iştirak etsə idilər, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verərdilər. İş materiallarından görünür ki, tərəflər arasında 4 (dörd) kredit müqaviləsi olmuşdur. Uzun illər cəmiyyət banka külli miqdarda pul ödəmişdir. Tərəflərindən ödənilmiş məbləği nəzərə almayan məhkəmə, ancaq bankın təqdim etdiyi maliyyə arayışı əsas tutmuş və cəmiyyəti ağır maddi duruma salan qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli, 2-2(103)-531/2020 saylı qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi və kassa məxaric orderinin etibarsız sayılması tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti vermişlər. Həmin iş üzrə yekun qərarı gözləmədən hazırki işin tez-tələsik yekunlaşdırılması qanunsuz və əsassızdır. Sadalananlara əsasən hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yarandığından iş üzrə ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməlidir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

27. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(104)-2/2023 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə) iddiaçı Ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdehn apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-2(115)-9/2021 saylı qətnaməsinin qismən iddianın təmin edilmiş xx.xx.2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 469300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3588 800 manat məbləğində borcun Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilməsi və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılması, iddianın xx.xx.2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 469300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi ******* manat məbləğində borcun Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində təmin edilməməsi, Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə tutulan ümumi məbləğ 6413779,64 (altı milyon dörd yüz on üç min yeddi yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat miqdarında müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə 269 (iki yüz altmış doqquz) manat ekspertiza xərcinin Ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qət edilmişdir.

28. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(104)-2/2023 saylı qətnaməsinin ləğv olunması və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(102)- 343/2023 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Məmmədli və Ə.Əhmədov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, 2-2(104)-2/2023 saylı qətnaməsinin qismən– 2016-cı il 15 iyul tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

a) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü ilə qədərki redaksiya)

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşayiət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.

39. Göründüyü kimi, iddia tələbinin "xxxx" X8 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 21 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 619032 manat 22 qəpik faiz borcu, cəmi ******* manat 22 məbləğində borc, xx.xx.2013-cü il tarixli, 28 nömrəli kredit müqaviləsi üzrə 100000 manat əsas borc, 314166 manat 70 qəpik faiz borcu, cəmi ******* manat 70 qəpik məbləğində borc, xx.xx.2013-cü il tarixli, 86 nömrəli kredit müqavilə üzrə ******* manat əsas borc, 480980 manat 72 qəpik faiz borcu, cəmi ******* manat 72 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində iddia tələbi təmin edilmiş və bu hissədə məhkəmə aktı qanuni qüvvəyə minmişdir. X3 Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-2(115)-9/2021 saylı qətnaməsi xx.xx.2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 469300 manat faiz borcu, 500 manat cərimə borcunun Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasının təmin edildiyi və iddia tələbinin kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsinin təmin edilməməsi hisssələrində mübahisələndirilir. Odur ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissələrdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilən xüsusatları araşdıraraq, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdehnə 18 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. İddiaçı aralarında yaranan öhdəlik münasibətləri üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, lakin cavabdehin müqavilə öhdəliklərini vaxıtnda icra etmədiyini iddia edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin əsasını tərəflər arasında xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi əsasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması təşkil edir. Odur ki, ilk əvvəl xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsinin bağlanması ilə bağlı qanunvericilik şərtlərinə əməl edilib-edilməməsi məsələsi araşdırılmalıdır.

44. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

45. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı).

46. Məhkəmə kollegiyası ilk əvvəl mübahisələndirilən kredit müqaviləsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli, 2-2(103)-531/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh qeyd edilən kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, bu zaman iddia tələbini MMC iddia ərizəsində müqavilədə olan imzanın ona məxsus olmaması ilə deyil, əksinə həmin müqavilənin və mədaxil qəbzinin onun tərəfindən imzalandığı, bu barədə sənədlər imzalansa da, müqavilədə qeyd edilən kredit məbləğinin ona verilməməsi ilə əsaslandırmışdır. Cəmiyyət iddia ərizəsində bildirmişdir ki, bank ilə 4.000.000 manat məbləğində kredit müqaviləsi, eləcə də bu kredit məbləğinin cəmiyyət tərəfindən alınması barədə kassa məxaric sənədi rəsmiləşdirilmiş, lakin həmin vaxt bank iş vaxtının bitməsini və bankın kassasında vəsait olmadığını bildirmiş və ən qısa müddətdə vəsaitin ona veriləcəyinə söz vermişdir. V.Rzayevin iddia ərizəsində “cavabdehlə aramızda rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə öhdəlik faktiki olaraq cavabdeh tərəfindən icra edilmədiyindən həmin kredit müqaviləsi heç bir hüquqi nəticə yaratmamışdır” kimi ifadəsi də həmçinin 15 iyul tarixli 2016-cı il, 22 saylı kredit müqaviləsində imzanın onlara aid olduğunu təsdiq edir.

47. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində 22 saylı kredit müqavilədəki imzanın ona məxsus olmadığına dair dəlillər irəli sürməmiş, birinci instansiya məhkəməsi tərəfindən tutulan kredit məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilmədiyini, işə onların iştirakı olmadan, Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il qətnaməsindən tərəflərindən verilmiş kassasiya şikayətinə baxılmasını gözləmədən tələsik baxıldığını bildirmişdir.

48. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsindəki imzanın həqiqiliyinin müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1899 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, işin cildinin 144-146-cı vərəqlərində olan "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 22 nömrəli kredit xətti müqaviləsinin 1-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar, 143-cü vərəqdə olan 15 iyul 2016-cı il tarixli kassa məxaric orderinin üzərində “İmzalar;” və “Çekdə göstərilən məbləği aldım İmza” qrafalarındakı imzalar; işin 1-ci cildinin 89-92-ci vərəqində nizamnamənin titul vərəqində “X9” qrafasında əks olunmuş imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilədə, habelə kassa məxaric orderində və pul məbləğinin alınmasına dair qəbzdə olan imza ilə nizamnamənin titul vərəqində “X9” qrafasında əks olunmuş imzaların eyni şəxs tərəfindən icra olunduğu müəyyən edilir.

49. Məhkəmə kollegiyası tərəfindən həmçinin "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsindəki və həmin müqaviləyə əsasən pul məbləğinin verilməsi barədə xx.xx.2016-cı il tarixli, ÇEK D1 560002 nömrəli kassa məxaric sənədində olan möhür əksinin ilə Cavabdeh MMC-yə məxsus möhürlə vurulub-vurulmamasının müəyyən edilməsi üçün sənədlərin məhkəmətexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5/12 nömrəli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit xətti müqaviləsinin və xx.xx.2016-cı il tarixli, ÇEK D1 560002 nömrəli qəbzin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti* X10 KOMPLEKSİ MMC” məzmunlu möhür əksləri relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdur, lakin tədqiqata Cavabdeh MMC-nin 2016-cı ilə dair sərbəst əks nümunələri təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.

50. Məhkəmə kollegiyası tərəfindən cavabdeh orqanın vergi ödəmələri barədə vergi mühasibatlıq sənədləri tələb edilsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, **********022700 saylı məktubunda bildirilmişdir ki, Cavabdeh MMCnin 2017, 2018-ci illər üzrə mənfəət vergisi bəyənnamələri məhkəməyə təqdim edilmiş, lakin 2016-cı il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyənnaməsi müəyyən edilməmişdir.

51. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsinin bağlanması ilə bağlı qanunvericilik şərtlərinə əməl edilmişdir.

52. Məhkəmə kollegiyası xx.xx.2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi üzrə borc məbləğinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/6229 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı "xxxx" KB ASC-yə xx.xx.2019-cu il tarixə olan əsas borcu və faizlər üzrə borcu müəyyən olunmuşdur. Lakin iddiaçı xx.xx.2019-cu il tarixli maliyyə araşıyında göstərdiyi kimi, 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə olan əsas və faizlər üzrə borc məbləğini cavabdehdən tələb edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi üzrə 3.119.000 manat əsas borc, 469.300 manat faiz borcunun müəyyən edilməsində haqlı olmuşdur. Həmin tarixdən sonra kredit müqaviləsi üzrə edilmiş ödənişlərin isə sonradan qətnamənin icrası qaydasında ümumi borc məbləğindən çıxılması mümkündür.

53. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərində göstərdiyi kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

54. Həmin Qərarda qeyd edilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

55. Həmin Qərarda göstərilir ki, əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər.

56. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, sözügedən kredit məbləği cavabdeh tərəfindən vaxtında ödənilsəydi bank həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə etmək imkanına malik olacaqdı.

57. Məhkəmə kollegiyası bununla qeyd edir ki, iş materiallarında olan **********352 nömrəli xəbərdarlıq məktubundan göründüyü kimi, cavabdehə kredit borcunun ödənilməsi barədə xx.xx.2019-cü il tarixdə 15 iyul 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3617/2016 saylı qərarı ilə "xxxx" ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdən etibarən "xxxx" ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı bank məhkəmənin xx.xx.2016-cı il tarixli qərarlı ləğv edilmiş, həmin vaxtdan onun fəaliyyəti dayandırılmışdır. Belə olan halda, bankın hazırda mübahisələndirilən məbləği yenidən borc verə bilməsi və mənfəət əldə etməsi qeyri-mümkündür. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini bu xüsusla bağlı əsassız hesab edir.

58. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində mübahisələndirilən kredit müqaviləsi üzrə müəyyən edilmiş cərimə məbləğinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi cərimənin məbləğinə aid hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmələr tərəfindən müqavilə üzrə cərimə məbləğləri azaldılarkən onun əsas borc məbləği ilə mütənasibliyi, tərəflərin əmlak mənafeləri və digər hallar nəzərə alınır. Digər tərəfdən, cərimə məbləği azaldılarkən həm cavabdehin, həm də kreditorun da əmlak mənafeləri nəzərə alınmalıdır. Odur ki, qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehlərin göstərilən məbləğdə, tənasübsüz dəbbə pulunu ödəmək imkanında olmamasını, onların yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsinin əmlak mənafeylərinə mənfi təsir edə biləcəyi hər bir halda nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləği müəyyən edilərkən bütün bu hallar nəzərə alınmışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini həmin hissədə də əsaslı hesab etmir.

59. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissələrdə işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-9/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə, yəni Cavabdehndən 15 iyul 2016-cı il tarixli, 22 nömrəli kredit müqaviləsi üzrə 3.119.000 manat əsas borc, 469.300 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 3.588.800 manat məbləğində pul vəsaitinin iddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsinin təmin edildiyi hissəsində və iddia tələbinin Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit üzrə müddət bitdikdən sonra hesablanan 222.731,53 manat faiz borcunun tutulmasının təmin edilmədiyi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 539 (beş yüz otuz doqquz) manat pul vəsaiti Cavabdehndən tutularaq SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar