Məhkəmə qərarları › İş №2-2(104)-111/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-111/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-111/2023 05.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2245/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14994 manat 28 qəpik əsas borc, 1037 manat 32 qəpik faiz borcu, 1469 manat 14 qəpik cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2134 manat 19 qəpik faiz borcu, ümumilikdə 19634 manat 93 qəpik vəsaitin, 31 manat dövlət rüsumunun, 31 manat tutumanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutulması, tutmanın ipoteka predmeti olan borcluya məxsus Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evi və 0,05 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, əmlak satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında 17 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən borcluya 15000 manat məbləğində 18 aylıq güzəşt müddəti ilə 36 ay müdətinə illik 6 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə borclu ilə bank arasında xx.xx.2014-cü il tarixli 17İ saylı ipoteka müqaviləsi bağlanmış, borcluya məxsus olan Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evi 0,05 ha birgə torpaq sahəsi ilə birgə ipoteka (girov) ilə yüklü edilmişdir. Lakin borclu üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, banaka ümumilikdə 19634 manat 93 qəpik borcu yaranmışdır. Gəncə Kommersiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2245/2022 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 mart 2014-cü il tarixli 17 saylı kredit müqaviləsi üzrə yaranmış 14994 manat 28 qəpik kredit borcun və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh məxsus Göygöl rayonu Toğana kəndində yerləşən 0,05 hektar torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin açıq hərracdan satılması, torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiymətinin 25000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərcinin Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (H/h: AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov filialı, Kod: 200093, VÖEN: **********, S.W.İ.F.T. AİİBAZ2X, M/h: AZ37NABZ********************) ödənilməsi və iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 05 mart 2014-cü il tarixli 17 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanan kredit müqaviləsinə əsasən ona 18 ay güzəştlə 36 ay müddətinə illik faiz dərəcəsi 7,3% olmaqla 15000 manat məbləğində krеdit verilmişdir. 05 mart 2014-cü il tarixli 17İ saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evini 0,05 ha torpaq sahəsi ilə birgə banka ipotekaya qoymuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu, Toğana kəndində 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. xx.xx.2022-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı SKB-yə 14994,28 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. xx.xx.2018-ci il tarixli **********770 saylı bildirişin sürətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 75 saylı rəyindən görünür ki, Cavabdeh məxsus Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinin 0,05 ha torpaq sahəsi ilə birlikdə hazırkı bazar (likvid dəyəri) 25000 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-2(115)- 2245/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2245/2022 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə qismən razılaşmaq olar. Beləki, məhkəmə faiz və cərimə borcunun silinməsində düzgün nəticəyə gəlmişdir. Ancaq, ipoteka predmetinin qiyməti və tərəfindən ödənilmiş məbləğlərin əsas borc silinməsi ilə bağlı hər hansı araşdırma aparılmamışdır. İpoteka predmetinin ilkin satış qiyməti iddiaçı tərəfindən müəyyən edilmişdir. Bu isə onun mənafeyinin pozulmasıdır. Çünki, banklar ipoteka müqaviləsi bağlayarkən ipoteka predmetinin qiymətini qəsdən çox aşağı qiymətləndirirlər. Bu qiymətləndirməni isə özlərinin işlədiyi şəxslər və ya təşkilatlar həyata keçirirlər. Cavabdeh tərəfindən ödənilmiş məbləğin əsas məbləğə hesablanıb hesablanmaması indiki vəziyyətdə mübahisəlidir. Bu mübahisəli vəziyyətlə bağlı həqiqəti müəyyən etmək üçün xüsusi bilik tələb edən şəxsin rəyinə ehtiyac vardır. Buna görə də apellyasiya şikayətinin təmin ediməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, cavabdeh tərəfindən güzəşt müddəti üzrə faizlər ödənilmiş, güzəşt müddətindən sonra isə heç bir ödəniş edilməmişdir. Yalnız qətanmə çıxdıqdan sonra cavadbeh 2023-cü ilin yanvar ayından etibarən hər ay təxminən 200 manat olmaqla, ödəniş etməkdədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı:

6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi banklara tövsiyyə edilsin. 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərə tutulur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 07 dekabr 2022ci il tarixli, e-2-2(115)-2245/2022 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və əsas borc məbləği hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2245/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ipotek predmetinin ilkin satış qiymtəinin düzgün müəyyən olunmaması ilə bağlı dəlilə münasibətdə isə qeyd olunur ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 25000 manat dəyərində qiymətləndirilmişdir ki, həmin dəyərin əsaslılığı ilə bağlı məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsini yenidən həyata keçirmiş və mütəxəssis rəyi ilə ipoteka predmetinin hazırkı bazar (likvid dəyəri) dəyərinin 25000 manat məbləğində olması müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi də ipoteka predmetinin ilkin satış dəyərini məhz həmin məbləğdə müəyyən etmişdir. Cavadbeh ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmidşir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab etmişdir. Cavadbehdən tutulan borc məbləğinin əsaslılığına dair isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında cavabdeh tərəfindən kredit müqaviləsi üzrə edilmiş ödənişlərə dair qəbzlər yoxlanılması üçün məhkəməyə təqdim edilmişdir ki, həmin qəbzlər üzrə ödənişlərin hamısının iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödənişlərə dair hesabat cədvəlində öz əksini tapması təsdiq olunmuşdur. Həmin hesabat cədvəlindən isə görünür ki, cavabdeh tərəfindən ödənişlər 22 iyul 2015-ci il tarixinədək edilmişdir ki, həmin məbləğlər də kredit müqaviləsi üzrə güzəşt müddətinə aid edilən faiz məbləğləri olmuş, həmin tarixdən qətnamə çıxan tarixədək isə cavadbeh tərəfindən hər hansı bir ödəniş aparılmamışdır. Qətnamə çıxarıldıqdan sonra isə cavabdeh tərəfindən ümumilikdə 820 manat ödəniş edilmişdir ki, həmin məbləğ də icra zamanı qətnamə ilə tutulmalı olan borc məbləğindən çıxılmalı olan məbləğlər olmuşdur. Digər tərəfdən xx.xx.2022-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı SKB-yə 01 mart 2019-cu il tarixinə borcu 14994,28 manat təşkil etmişdir. Buna görə də məhkəmə kollegiyası tələb olunan borc məbləğinin əsaslı olması qənaətinə gəlmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-2(115)-2245/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-2(115)-2245/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar