Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-115/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli e-2-2(115)-1259/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 006A********** saylı krеdit razılaşması üzrə 4341,06 manat məbləğində krеdit bоrcu, 973,68 manat məbləğində faiz bоrcu və 452,32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5767,06 manat məbləğində bоrcun və 006R********** saylı krеdit razılaşması üzrə 445 manat məbləğində krеdit bоrcu, 102.51 manat məbləğində faiz bоrcu və 43.61 manat məbləğində cərimə borcu olmaqla, cəmi 591.12 manat, məbləğində bоrcun, ümumilikdə cəmi 6358.18 manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1259/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 006A********** saylı krеdit razılaşması üzrə 4341,06 manat məbləğində krеdit bоrcu, 973,68 manat məbləğində faiz bоrcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5414,74 manat məbləğində bоrc və 006R********** saylı krеdit razılaşması üzrə 445 manat məbləğində krеdit bоrcu, 102.51 manat məbləğində faiz bоrcu və 43.61 manat məbləğində cərimə borcu olmaqla, cəmi 591.12 manat, məbləğində bоrcun, ümumilikdə cəmi 6005,86 manat məbləğində borc və 100 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 80,06 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli e-2-2(115)-1259/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 1259/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 qaytarılması qərara alınmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1259/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsi tərəfindən qət edilmiş xx.xx.2024-cü il tarixli e-2-2(115)- 1259/2024 saylı qətnamənin surətini Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza edərək rəsmi qaydada almışdır. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə elektron məhkəmə inforimasiya sistemi vasitəsilə apellyasiya şikayəti verilmişdir. X1 Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)- 1259/2024 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il, e-2- 2(115)-1259/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti guya şikayət vermə müddətini ötürüldüyü üçün geri qaytarılmışdır. Amma o, apellyasiya şikayəti vermək üçün prossesual müddəti ötürməmişdir. Belə ki, Cavabdeh2 qətnamənin surətini xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza edərək almışdır. Hansı ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1259/2024 saylı qərardadının əsaslanma hissəsində də cavabdeh tərəfindən qətnamənin surətinin xx.xx.2025-ci il tarixdə qəbul edilməsi qeyd edilmişdir. Bu da bir daha sübut edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilmə müddəti ötürülməmişdir. Belə ki, qanunvericilikdə müəyyən olunduğu kimi qətnamədən apellyasiya şikayəti rəsmi qaydada alındığı gündən bir ay müdətində verildiyini və onun apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verdiyi nəzərə alınsa o, apellyasiya şikayətini vermə müddətini ötürməmişdir. Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasında Novruz Bayramı münasibəti ilə 20-31 mart qeyri iş günü hesab edilmişdir. Lakin birinci instansiya məhkəməsi qeyri-iş günü hesab olunan günləri iş günü kimi hesablayıb, əsassız və qanunsuz olaraq apellyasiya şikayətini guya müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasında Novruz Bayramı münasibəti ilə 20-31 mart qeyri-iş günü hesab olduğu halda həmin günləri iş günü kimi hesablayıb. Məhkəmənin hesablamağına görə əgər cavabdeh 26 fevralda qətnamənin surətini alıbsa, apellyasiya şikayəti verilməsi qanunla 1 ay müddət müəyyən olunubsa, 26 martda cavabdehin son şikayət vermək günü kimi hesab olunur. Lakin 20-26 mart 7 gün ərzində cavabdehin şikayət vermək üçün hüququ olmuşdur ki, həmin günlər qeyri-iş günü olmuşdur. Belə olan halda 1-7 aprel tarixi ərzində cavabdeh apellyasiya şikayəti verilməsi üçün müddəti ötürməmiş hesab olunur. Cavabdehin vəkili də xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, qanunla müəyyən olunan prossesual müddəti ötürməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2-2(115)-1259/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli e-2-2(115)- 1259/2024 saylı qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli e-2- 2(115)-1259/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1259/2024 saylı qətnaməsinin ona verilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1259/2024 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza atılmaqla Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermiş, bununla da, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1259/2024 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza atılmaqla Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Göründüyü kimi Cavabdeh2 xx.xx.2025-ci il tarixdə qətnaməni rəsmi qaydada almasına baxmayaraq, apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti buraxaraq xx.xx.2025-cü il tarixdə apelyasiya şikayəti vermişdir. Şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün müddət xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Həmin tarix isə qeyri-iş gününə düşdüyündən və növbəti ilk iş gününün xx.xx.2025-ci il tarixi olmasına baxmayaraq cavabdeh həmin gün də apellyasiya şikayəti verməmiş, bununla da prosessual müddəti ötürmüşdür. Ona görə də, birinci instansiya məhkəməsi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1259/2024 saylı qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayəti qaytarmaqda haqlı olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli e-2- 2(115)-1259/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli e-2-2(115)-1259/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-115/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-115/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver