Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-116/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-325/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-325/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, 22924 manat 92 qəpik əsas borc, 3939 manat 67 qəpik məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 27064 manat 59 qəpik məbləğində borc və ödənilmiş 210 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 171 manat 19 qəpik məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommesiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 22924.92 manat məbləğində kredit borcu, 3939.67 manat məbləğində faiz borcu və 1256.02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28120 manat 61 qəpik borcun tutulması, 210 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 021L**********86 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 400000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 32 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 3075.08 manat ödəmiş, onun 22924.92 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 315 gün üçün hesablanmış faiz borcu 3939.67 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 315 gün üçün hesablanmış cərimə 1256.02 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadığından zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə ala bilməmişdir. İddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində müəyyən edilmiş faiz məbləğinin ödənilməmiş hissəsini, müqavilənin müddəti başa çatdıqdasonrakı dövr üçün gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini, vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə isə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməli olduğu halda, bunu etməyərək müqavilə sonuna hesablanmış faizləri borcludan tələb etməklə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Hesab edir ki, İddiaçı QSC yüksək faiz dərəcələrinin olması və məhkəmənin bu halı nəzərə almaması düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. İş materiallarından da görünür ki, faiz borcu şişirdilmişdir və faizin düzgün hesablanıbhesablanmaması üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinəəsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları ilə bağlı məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 021L**********86 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, ”AccessBank” QSC tərəfindən Cavabdeh2 120 ay müddətinə 400000 manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 021R********** saylı krеdit razılaşması əsasında İddiaçı QSC tərəfindən Cavabdeh2 32 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 021S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 021S**********03 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 021R********** saylı krеdit razılaşması üzrə banka 22924 manat 92 qəpik məbləğində krеdit bоrcu, 3939 manat 67 qəpik məbləğində faiz bоrcu və 1256 manat 02 qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28120 manat 61 qəpik məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı QSC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat mediasiya xərcini ödəmişdir. İşdə olan bildirişlərdən görünür ki, cavabdehlər banka olan borcularını ödəməyəcəyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişlər. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4559 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2022-ci il tarixli 021R********** saylı krеdit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 13 iyun 2023-cü il tarixə banka olan borcu 27329,91 manat, o cümlədən əsas borc üzrə 23157 manat, faiz borcu üzrə 4172,91 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 021L**********86 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 400000 manat məbləğində krеdit хətti açılmış, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 32 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26000 manat məbləğində krеdit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh2 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3075.08 manat ödəmiş, onun 22924.92 manat məbləğində kredit borcu qalmışdır. Onun xx.xx.2023-cü il tarixə 315 gün üçün hesablanmış faiz borcu 3939.67 manat təşkil etmiş, ona həmçinin 1256,02 manat cərimə hesablanmışdır. Məhkəmə ekspertizasının rəyi ilə həmin borc 27329,91 manat, o cümlədən əsas borc üzrə 23157 manat, faiz borcu üzrə 4172,91 manat məbləğində müəyyən edilmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Həmçinin həmin kredit müqaviləsi üzrə zaminlər Cavabdeh3 və Cavabdeh1 da kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. cavabdehlər müqavilə öhdəliyini yerinə yetirmədiklərinə görə iddia tələbi əsas və faiz borcu hissəsində tam, cərimə borcu hissəsində isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etmədiyi məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapdığına görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu və əsas borca hesablanmış faiz borcu hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin məzmununa görə dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmini üsulu olmaqla öhədliyin icra edilməməsi və ya lazımi qaydada icra edilməmsi nəticəsində kreditora vurulmuş zərərin kompensasiya edilməsi vasitəsidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən tərəflər dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə, istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Yenə də həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İşin halları ilə müəyyən edilir ki, cavabdehlərdən tutulması tələb olunan cərimənin miqdarı yüksək olmaqla kreditorun heç bir əsaslı əmlak və digər mənafelərinə əsaslanmır və öhdəliyin icra olunmaması ilə iddiaçıya vurula biləcək ziyana tamamilə uyğun olmamaqla cavabdehlərin əsassız itkilərə məruz qalmasına səbəb olur. Birinci instansiya məhkəməsi də qeyd olunanları nəzərə alaraq cavabdehlərdən tələb olunan dəbbə pulunu haqlı olaraq azaltmışdır. Məhkəmə kollegiyası mühasibatlıq ekspertizasının rəyinə tənqidi yanaşaraq həmin rəyin nəticə hissəsində göstərilənləri cavabdehlərin kredit borcunun qalıq hissəsini müəyyən edən məbləğ kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ekspertiza rəyində göstərilən nəticə cavabdehlərin kredit borcunun qalıq hissəsi kimi müəyyən edilərsə, onda bu hal iddiaçının verdiyi tələbdən kənara çıxma hesab ediləcəkdir. Odur ki, məhkəmə kollegiyası mübahisəni verilmiş tələb həddində həll edən birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh verdiyi apellyasiya şikayəti ilə kredit borcunun qalıq məbləğini mübahisələndirmiş, bununla belə etdiyi ödənişlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşdə olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən cəmi dörd dəfə ödəniş edilmiş və həmin ödənişlər iddiaçı tərəfindən nəzərə alınaraq borcundan silinmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin borcunun düzgün hesablanmamasına dair dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinəəsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-325/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-325/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-116/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-116/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver