Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-121/2024 22.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-421/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2020- ci il 13 avqust tarixli №10-BİZG2Z-1-0-17-20(K) saylı kredit müqaviləsi üzrə 69912,53 manat əsas, 7000,09 manat faiz, 188,05 manat cərimə borcu olmaqla, cəmi 77100,67 manat məbləğində borcun, 2021-ci il 03 fevral tarixli №10- BİZG2Z-1-0-17-20(K2) saylı kredit müqaviləsi üzrə 21146,67 manat əsas, 1913,15 manat faiz, 68,16 manat cərimə borcu olmaqla cəmi 23127,98 manat məbləğində borcun, 390,23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması və borcun fərdi yaşayış evlərinin satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evlərinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh2 fərdi yaşayış evlərinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 13 avqust 2020-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 avqust 2020-ci il tarixli №10- BİZG2Z-1-0-17-20(K) saylı kredit müqaviləsi üzrə 69912,53 manat əsas, 8328,42 manat faiz, 1096,85 manat cərimə borcu olmaqla, cəmi 79337,8 manat məbləğində borcun, 03 fevral 2021-ci il tarixli №10-BİZG2Z-1-0-17-20(K2) saylı kredit müqaviləsi üzrə 21146,67 manat əsas, 2314,3 manat faiz, 417,32 manat cərimə borcu olmaqla, cəmi 23878,29 manat məbləğində borcun, 390,23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidməti haqqın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 avqust 2020-ci il tarixli №10-BİZG2Z-1-0-1720(K) saylı kredit müqaviləsi üzrə 67612,53 manat əsas, 15848,76 manat faiz, 4364,05 manat cərimə borcu olmaqla cəmi 87825,34 manat məbləğində borcun, 03 fevral 2021-ci il tarixli №10-BİZG2Z-1-0-17-20(K2) saylı kredit müqaviləsi üzrə 20438,67 manat əsas, 4591,64 manat faiz, 1835,05 manat cərimə borcu olmaqla, cəmi 26865,36 manat məbləğində borcun, 390,23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidməti haqqın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(125)-107/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli e-2-2(115)-421/2023 nömrəli qərardadı ilə iş icraata qəbul edilmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirməsinə dair iddia ərizəsinə əlavə ilə Gəncə Kommersiya Məhkəməsinə hazırlıq iclasında müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 avqust 2020-ci il tarixli №10- BİZG2Z-1-0-17-20(K) saylı kredit müqaviləsi üzrə 66462,53 manat əsas, 18737,78 manat faiz, 6248,69 manat cərimə borcu olmaqla cəmi 91449 manat məbləğində borcun, 03 fevral 2021-ci il tarixli №10- BİZG2Z-1-0-17-20(K2) saylı kredit müqaviləsi üzrə 20138,36 manat əsas, 5468,6 manat faiz, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 faizlə hesablanmış 121,05 manat əldən çıxmış fayda, 2669,46 manat cərimə borcu olmaqla cəmi 28397,47 manat məbləğində borcun, 390,23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması və borcun fərdi yaşayış evlərinin satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evlərinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh2 fərdi yaşayış evlərinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 13 avqust 2020-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirməsinə dair iddia ərizəsinə əlavə ilə Gəncə Kommersiya Məhkəməsinə baxış iclasında müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 avqust 2020-ci il tarixli №10- BİZG2Z-1-0-17-20(K) saylı kredit müqaviləsi üzrə 66162,53 manat əsas, 19666,16 manat faiz, 6936,56 manat cərimə borcu olmaqla cəmi 82765,25 manat məbləğində borcun, 03 fevral 2021-ci il tarixli №10-BİZG2Z-1-0-17-20(K2) saylı kredit müqaviləsi üzrə 20038,36 manat əsas, 5749,84 manat faiz, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 faizlə hesablanmış 199,3 manat əldən çıxmış fayda, 2950,71 manat cərimə borcu olmaqla cəmi 28938,21 manat məbləğində borcun, 390,23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi, iddia tələbinə digər hissələrində hər hansı dəyişiklik olmamasının nəzərə alınmasını xahiş etmişdir Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-421/2023 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 avqust 2020-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 avqust 2020-ci il tarixli №10-BİZG2Z-1-0-17-20(K) saylı kredit müqaviləsi üzrə 66462 manat 53 qəpik əsas borcu, 18737 manat 78 qəpik faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 85500 (səksən beş min beş yüz) manat 31 (otuz bir) qəpik kredit borcu, 03 fevral 2021-ci il tarixli №10-BİZG2Z-1-0-17-20(K2) saylı kredit müqaviləsi üzrə isə 20138 manat 36 qəpik əsas borcu, 5468 manat 60 qəpik faiz borcu, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 faizlə hesablanmış 121 manat 05 qəpik əldən çıxmış fayda və 100 manat cərimə borcu olmaqla, cəmi 25828 (iyirmi beş min səkkiz yüz iyirmi səkkiz) manat 01 (bir) qəpik kredit borcu, 390 (üç yüz doxsan) manat 23 (iyirmi üç) qəpik ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqının müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, tələb üzrə tutmamım Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 100000 (yüz min) manat həddində müəyyən edilməsi, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 55000 (əlli beş min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 fərdi yaşayış evlərindən çıxarılmalrı və fərdi yaşayış evlərinin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, Kod:200093, VÖEN: **********, S.W.İ.F.T. AİİBAZ2X, M/h: AZ37NABZ**********00********) ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(104)-172/2023 saylı qərardadı ilə qeyri mümkün hesab edilmiş, qeyd olunan qərardaddan Cavabdeh1 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 2(102)-458/2023 saylı qərarı ilə təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(104)-172/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-421/2023 nömrəli qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib, onun borclular siyahısından çıxarılmasını, bu mümkün olmasa da borcun azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarının 185-ci səhifəsində olan poçt qəbzindən görünür ki, Cavabdeh4 Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-421/2023 saylı qətnaməsini xx.xx.2023-cü il tarixdə almışdır. Lakin buna baxmayaraq apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş, bununla da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürməklə şikayət vermiş, birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-421/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Аzərbаycаn Rеspublikаsı MPM-in 69.2, 366-368, 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-421/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-121/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-121/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver