Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-123/2024 22.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli e-2-2(115)-448/2024 nömrəli qərardadından üçüncü şəxs "xxxx" X3 Cəmiyyəti tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” Şəmkir rayon 1 saylı Notariat ofisinin 8İ-19277, 8İ-19606 və 8İ- 19440 saylı xx.xx.2023-cü il tarixli icra qeydlərinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Şəmkir rayonu Fizuli qəsəbəsində yerləşən əmlak kompleksi “X4” MMC-nin "xxxx" Bank qarşısında kredit öhdəliklərinin ödənilməsi təminatı kimi KX-112-HŞ ******* və KM-112-HŞ ******* saylı müqavilələr üzrə ipoteka ilə yüklü edilmişdir. Hazırda borclu “X4” MMC-nin bank qarşısında kredit öhdəliklərini lazımı qaydada yerinə yetirə bilmədiyi üçün Şəmkir rayon 1 saylı Notariat ofisinin 8İ-19277, 8İ-18606 və 8İ-19440 saylı xx.xx.2023-cü il tarixli icra qeydləri verilmişdir. İcra qeydlərinin verilməsi barədə ona heç bir məlumat verilməmiş, yalnız Şəmkir rayon İcra və Probasiya şöbəsindən icra məmuru ona telefonla zəng edərək bu haqda məlumat verməsindən sonra bəlli olmuşdur. Hesab edir ki, icra qeydinin verilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalar pozulmaqla verildiyindən həmin qeydlər ləğv edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə görə tələbkar "xxxx" bank ona rəsmi bildiriş göndərməli, bildirişin təsdiq edilmiş forma və məzmununa əməl edilməklə verilmiş bildirişə əsasən 20 gün müddətində borcun ödənilməsi təklif edilməli və bu müddət gözlənilməlidir. Ancaq ona bildiriş göndərilmədən birbaşa notariat ofisinə müraciət edilmiş və yuxarıda sadalanan prosedur qaydaların pozuntusuna yol verilmişdir. Nəticədə də mülkiyyətində olan və ipoteka qoyulmuş, tutma yönəldilməsi nəzərdə tutulmuş əmlak kompleksinin qiymətinə və kredit borcuna görə hesablanmış faiz və dəbbə puluna dair narazı olmağı barədə münasibət bildirmək imkanı olmamışdır. Notarius tərəfindən tutulmalı olan borcun mübahisəli olub-olmamasını müəyyən etmək üçün heç bir araşdırma aparılmamışdır. Şəmkir Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(076)-3841/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı (üçüncü şəxs "xxxx" Bank ASC və Şəmkir rayon İcra və Probasiya şöbəsinə) icra qeydlərinin ləğv edilməsi tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2-2(115)-448/2024 qərardadları ilə (hakim G.Quliyeva) iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edimiş və iş üzrə icraat dayandırılmışdır. İş üzrə üçüncü şəxs "xxxx" X3 Cəmiyyəti qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-448/2024 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraat qaldığı yerdən davam etdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 448/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur. 1. İş materiallarında olan Sürətli Poçt Xidməti Express Mai Service tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TA007280795AZ nömrəli qəbzdə (yol qaiməsində) Qəbul edən: bölməsində, Qəbul edənin soyadı və imzası yazısının üzərindəki və əl yazısı ilə yazılan “Əliyev Z” sözünün qarşısındakı imza İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş imza nümunələrindəki imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi? 2. İş materiallarında olan Sürətli Poçt Xidməti Express Mai Service tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TA007280795AZ nömrəli qəbzdə (yol qaiməsində) Qəbul edən: bölməsində, Qəbul edənin soyadı və imzası yazısının qarşısındakı əl yazısı ilə yazılan “Əliyev Z” sözü İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazı nümunələri eyni şəxs tərəfindən icra edilmişdirmi? Əgər ekspertiza aparılakən iş üçün əhəmiyyətli olan, haqqında sual qoyulmayan hallar müəyyən edilərsə, bu barədə ekspertin mülahizələri rəyə daxil edilsin. Gəncə Kommersiya Məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə yaranmış mübahisənin obyektiv həllinə nail olmaq, bununla bağlı bütün şübhə və anlaşılmazlıqları aradan qaldırmaq üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməlidir. Qərardadla xx.xx.2024-cü il tarixində Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə tanış olduqdan sonra, ondan narazı qalmışlar və qərardadın ləğv edilməsini xahiş edirlər. İlk öncə qeyd edirlər ki, məhkəməyə "xxxx" MMC-nin EMS surətli poçt xitməti vasitəsi ilə İddiaçı və “X4” MMC-yə göndərilmiş poçt qəbzlərinin əslini təqdim etsələr də məhkəmə dövlətin poçt xidmətini şübhə altına alaraq məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə dövlətin poçt xidmətinə şübhə ilə yanaşmamalıdır. Bundan başqa məhkəmə öz arbitr funkiyasından kənara çıxaraq öz təşəbbüsu ilə ekspertiza təyin etmişdir ki, iddiaçı həqiqətən də ona poçt vasitəsi ilə məktub çatmadığını iddia edirdisə bu zaman məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməli idi. Belə olan halda məhkəmə İddiaçı sanki nümayəndəsi kimi çıxış edərək qərəz nümayiş etdirir. Bunun bariz nümunəsi xx.xx.2024cü il tarixində məhkəmə qərardadını elektron kabinetə yükləyən məhkəmə qərardad qanuni qüvvəyə minməmiş işin ekspertizaya göndərilməsi barədə müşayiət məktubunu elektron kabinetə yükləməsidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-448/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli e-2-2(115)- 448/2024 nömrəli qərardadından üçüncü şəxs "xxxx" X3 Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-448/2024 saylı qərardadı ləğv edilməli və şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Gəncə Kommersiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli e-2-2(115)-448/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə "xxxx" Bank ASC-yə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcələnin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir İş materiallarından göründüyü kimi üçüncü şəxs "xxxx" X3 Cəmiyyəti Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-448/2024 nömrəli qərardadını xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq şikayəti xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sisteminə yükləmiş, bununla da qanunla müəyyən edilmiş 10 günlük prosessual müddəti 1(bir) gün ötürməklə şikayət vermiş, birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-448/2024 saylı qərardadı ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli e-2-2(115)-448/2024 nömrəli qərardadından üçüncü şəxs "xxxx" X3 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, onadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-123/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-123/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver