Məhkəmə qərarları › İş №2-2(104)-123/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-123/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-123/2025 15.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2015-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il tarixli 002H saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdehndən ******* manat məbləğində əsas borcun, 226222,11 manat məbləğində faiz borcunun, ümumilikdə 2226222,11 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2015-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdehndən ******* manat məbləğində əsas borcun, 226222,11 manat məbləğində faiz borcunun, ümumilikdə 2226222,11 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, cavabdehin qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlı olması, qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti verməsi hüququ izah edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 06 may 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qərardadı ilə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ******* manat məbləğində əsas borc, 226222,11 manat məbləğində faiz borcu, cəmi 2226222,11 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “X1” ASC-nin xeyrinə ödənilməsi və xx.xx.2013-cü il tarixli 002H saylı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsinin nəticə hissəsində “xx.xx.2013-cü il tarixli 002H saylı kredit müqaviləsinin ləğv edilsin” sözlərinin oxunması qərara alınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(84)-415/2015 nömrəli qərardadı ilə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2- 2(84)-415/2015 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir, həmçinin prosessual müddət məsələləri müzakirə edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2-2(104)-123/2025 saylı iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2-2(104)-123/2025 saylı kommersiya işi Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar