Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-13/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1542/2022 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkil) X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-142/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli 006A**********S saylı, xx.xx.2020-ci il tarixli 006A**********SA saylı, xx.xx.2020-ci il tarixli 006A**********SB saylı, xx.xx.2021-ci il tarixli 006A**********SC saylı sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 13934,13 (on üç min doqquz yüz otuz dörd manat on üç qəpik) manat məbləğində kredit bоrcu, 5213,82 (beş min iki yüz on üç manat səksən iki qəpik) manat məbləğində faiz bоrcu və 600 (altı yüz) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 19747,95 (on doqquz min yeddi yüz qırx yeddi manat doxsan beş qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-142/2022 saylı qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsinin, xx.xx.2020-ci il tarixli 006A**********S saylı, xx.xx.2020-ci il tarixli 006A**********SA saylı, xx.xx.2020-ci il tarixli 006A**********SB saylı, xx.xx.2021-ci il tarixli 006A**********SC saylı sazişlərin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 13934.13 manat məbləğində kredit bоrcu, 5213.82 manat məbləğində faiz bоrcu və 4221.94 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 23369 manat 89 qəpik məbləğində bоrcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167 % оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 15000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 006A**********S saylı, xx.xx.2020-ci il tarixli 006A**********SA saylı, xx.xx.2020-ci ltarixli 006A**********SB saylı, xx.xx.2021-ci il tarixli 006A**********SC saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1065.87 manat ödəniş etmiş və оnun iddiaçıya 13934.13 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 274 gün üçün hesablanmış faiz borcu 5213.82 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 274 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 4221.94 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən cərimə borcunu azaltsa da iddianın faizin tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiadan görünür ki, iddiaçı 13934.13 manat əsas borca 5213.82 manat faiz borcu hesablamışdır, məhkəmə isə iddianı bu hissədə tam olaraq təmin etmişdir. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməli, faiz borcunun düzgün hesablanıb-hesablanmamasını müəyyən etməli idi. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2-2(115)-1542/2022 saylı qətnaməsini faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər və apellyasiya şikayətinə dair izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, , Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməlidir. Məhkmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi iddia tələbi qismən təmin edilmiş olsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin əsaslılığını cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı QSC borcalan – Cavabdeh2 15000 manat məbləğində aylıq 1.9167 % ödəmək şərti ilə kredit verməyi, borcalan - Cavabdeh2 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 006A**********S saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavə edilməsi barədə sazişdən görünür ki, kredit müddəti 27 ay müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 006A**********SA saylı kredit müqavilsinə dəyişikılik və əlavə edilməsi barədə sazişdən görünür ki, kreditin müddəti 26 ay müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci ltarixli 006A**********SB saylı kredit müqavilsinə dəyişikılik və əlavə edilməsi barədə sazişdən görünür ki, kreditin müddəti 36 ay müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 006A**********SC saylı kredit müqaviləsinə dəyişiklik və əlavə edilməsi barədə sazişdən görünür ki, kreditin müddəti 36 ay müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 və Cavabdeh3 ilə İddiaçı QSC-nin Gəncə filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 13934.13 manat əsas borc, 5213.82 manat faiz borcu, 4221.94 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi borc 23369.89 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/9308 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 11,02.2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 18.583,03 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 14.499,27 manat, faiz borcu üzrə 4.083,76 manat. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən borcalana cərimə hesablanmamışdır. Bu səbəbdən hazırki tədqiqatla cərimə hesablanmadı. Məhkəmə tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167 % оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 15000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 006A**********S saylı, xx.xx.2020-ci il tarixli 006A**********SA saylı, xx.xx.2020-ci il tarixli 006A**********SB saylı, xx.xx.2021-ci il tarixli 006A**********SC saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1065.87 manat ödəniş etmiş və оnun iddiaçıya 13934.13 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 274 gün üçün hesablanmış faiz borcu iddia ərizəsinə görə 5213.82 manat, cərimə 4221.94 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1Akif qızı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Bank tərəfindən cavabdehlərə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin əsas borc hissəsində tam, cərimə borcu hissəsində isə qismən təmin edilməsi ilə razılaşsa da, lakin əsas borca hesablanmış faiz borcu hissəsində yuxarıda göstərilən qaydada təmin edilməsi ilə razılaşmır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh2 banka olan borcu, xx.xx.2022-ci il tarixə (banka olan əsas və faiz borcu 18.583,03 manat (əsas borc üzrə 14.499,27 manat, faiz borcu üzrə 4.083,76 manat) məbləğində müəyyən edilir. Kollegiya məhkəmə-mühasibatlıq eksperizasının rəyinə daha mötəbər sübut kimi yanaşır və mübahisəni həll edərkən həmin halı nəzərə alır. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək qətnamə xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə yaranmış faiz borcu hissəsində dəyişdirilərək faiz borcu 4083,76 (dörd min səksən üç manat 76 qəpik) manat miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cərimə (dəbbə pulu) öhdəliyin icra edilməsinin vasitələrindən biri kimi çıxış edir və məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən borcun geçikdirilməsinə görə 4221.94 manat miqdarında cərimənin ödənilməsini xahiş etmiş, məhkəmə tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği 600 manatadək azaltmışdır ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyinə görə məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1542/2022 saylı qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 nümayəndəsi (vəkil) X2 apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1542/2022 saylı qətnaməsi – cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5213,82 (beş min iki yüz on üç manat səksən iki qəpik) manat məbləğində faiz bоrcu, ümumilikdə cəmi 19747, 95 (on doqquz min yeddi yüz qırx yeddi manat doxsan beş qəpik) manat borcun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4083,76 (dörd min səksən üç manat 76 qəpik) manat məbləğində faiz bоrcu, ümumilikdə cəmi 18617,89 (on səkkiz min altı yüz on yeddi manat 89 qəpik) manat borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 200 (iki yüz) manat miqdarında pul Cavabdeh2 alınaraq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE**********000 2088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ 013601**********3944, SFİFT-BİK STREAZ22 müxbir hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-13/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-13/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver