Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-13/2025 04.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-38/2023 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişin ləğv edilməsi, cavabdеh Cavabdeh3 iddiaçının хеyrinə krеdit razılaşması üzrə 29380,7 manat krеdit bоrcu, 6416,03 manat faiz bоrcu və 10606,42 manat cərimə borcu olmaqla, ümumilikdə 46403 manat 15 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 29,21 manat dövlət rüsumunun, ödənilmiş 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 82 nömrəli evdə yerləşən 13 A nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə bоrcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 06L000000978 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları 02.10.214-cü il tarixli 978 nömrəli sazişə əsasən, krеdit xətti müqaviləsinin məbləğ və müddəti müvafiq olaraq 192 ay və 50000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 619,3 manat ödəmiş, onun 29380,7 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 489 gün üçün hesablanmış faiz borcu 6416,03 manat və cərimə borcu 10606,42 manat təşkil edir. Krеdit xətti müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 və Bank arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanılmış, Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 82 nömrəli evdə yerləşən 13 A nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İddiaçı QSC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişin ləğv edilməsi, cavabdеh Cavabdeh3, iddiaçının хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 29380,7 manat krеdit bоrcu, 6416,03 manat faiz bоrcu və 10606,42 manat cərimə borcu olmaqla, cəmi 46403 manat 15 qəpik bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 229,21 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və bоrcun, rüsumunların və xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 ümumi qaydada tutulması, mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razilaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişin ləğv edilməsi, Cavabdeh3 iddiaçının xeyrinə kredit razılaşması üzrə 29380,7 manat kredit borcu, 9119,05 manat faiz borcu və 15136,9 manat cərimə borcu olmaqla, ümumilikdə 53636 manat 65 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 29,21 manat dövlət rüsumunun, ödənilmiş 200 manat mediasiya xarcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun va 30 manat xidmət haqqının tutulması, tələbinin Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 82 nömrəli evdə yerləşən 13 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilmasinə kifayat etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-38/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 fevral 2020-ci il tarixli 006R********** saylı kredit razılaşma üzrə 29380 manat 70 qəpik əsas borcu, 9119 manat faiz borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 38999 (otuz səkkiz min doqquz yüz doxsan doqquz) manat 70 (yetmiş) qəpik kredit borcu, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 118000 (bir yüz on səkkiz min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərcinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN:**********, SWİFT kod:AİİBAZ2X,M/h: Z37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB **********08********) ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərcinin Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilməsi, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 245 (iki yüz qırx beş) manat ekspertiza xərcinin Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, Cavabdeh3 177 (bir yüz yetmiş yeddi) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli e-2-2(115)- 38/2023 saylı qətnaməsinin ipoteka predmeti olan əmlakın likvid dəyərinin 118000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün təkrar ekspertiza keçirilməklə əmlakın likvid dəyərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndələri (vəkil) X1 vasitəsi ilə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsini əsassız olduğu üçün ləğv edib iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı QSC-nin İdarə Heyətinin sədri David Tsikluari məhkəmə kollegiyasına ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar olaraq bildirmişdir ki, Cavabdeh3 və qeyriləri xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə borclarını tam şəkildə banka ödədikləri üçün iddia tələbindən imtina etdiklərini, qeyd olunanları nəzərə almaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və cavabdehin izahatını dinləyərək hesab edir ki, İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 191-ci maddəsinin məzmununa görə, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclas protokoluna yazılır və protokolu müvafiq olaraq iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 370.1-ci maddəsinə görə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işin icraatına xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiadan imtina və iş üzrə icraata xitam verilməsi barədə ərizə imzalayıb apellyasiya məhkəməsinə vermişdir. Hazırki iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə tərəfindən qəbul edilməməsinə əsas olan heç bir hal yoxdur. Ona görə də, İddiaçı QSC-nin iddia tələbindən imtinası qəbul edilməli və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-38/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməli, məhkəmə xərcləri Cavabdeh3 tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-38/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145,VÖEN:**********,SWİFTkod:AİİBAZ2X,M/h: Z37NABZ**********000 0001944, VÖEN: **********, hesab: AZ90AİİB**********08********) ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 245 (iki yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh3, 100 (bir yüz) manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh3 177 (bir yüz yetmiş yeddi) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-13/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-13/2025
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver