Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-131/2024 25.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)- 21/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi ilə borcverən - İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 50 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh2 isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşlər.
2. xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi ilə 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (0.20 ha torpaq sahəsi ilə birlikdə) ipoteka predmeti kimi yüklü edilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (0.20 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə yüklü edilmişdir.
4. xx.xx.2020-ci il tarixli GF-005/07/21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-nə olan borcu xx.xx.2021-ci il tarixə 39400 manat əsas borc, 6503.34 manat faiz borcu, 5642.42 manat cərimə olmaqla cəmi 51527.76 manat təşkil edir.
5. xx.xx.2020-ci il tarixli, GF-008/07 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir.
6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ƏQ203/2022 nömrəli ekspertiza rəyində Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən 0.20 ha torpaq sahəsində inşa edilmiş, 157.3 kv.m ümumi sahədən, 52.1 kv.m yaşayış sahəsindən, 105.2 kv.m yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evnin 0.20 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixə likvid dəyəri 78 000 manat, bazar dəyəri 84500 manat qeyd edilmişdir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/780 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, Cavabdeh2 tərəfindən banka 04 iyul 2016-cı il tarixli, 14/16 saylı kredit müqaviləsi üzrə ümumilikdə 01 noyabr 2022-ci il tarixədək 19925,89 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 9979.45 manat əsas borca, 9946.44 manat isə faiz borcuna silinməsi müəyyən edilmişdir. Cavabdeh2 banka olan borcu xx.xx.2020-ci il tarixə 40020,55 manat əsas borc, 2894.82 manat faiz borcu, xx.xx.2021-ci il tarixə 40020,55 manat əsas borc, 5719.60 manat faiz borcu təşkil edir.
8. xx.xx.2022-ci il tarixli, 11172 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, ilkin mediasiya zamanı 400 manat xərc çəkilmişdir.
9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli 2-22-2/2-1446/2023 nömrəli məktubdan görünür ki, X5 tərəfindən İddiaçı BOKT MMC-nin adından 38489,55 manat vəsait Agentliyin hesabına köçürülmüşdür. Daxil edilmiş vəsaitlər BOKT-nın ümumi borcu üzrə öhdəliklərin icrasına yönəldilmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5848 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitləri üzrə çıxarış məlumatları (o cümlədən ekspertiza təyini haqqında qərardadda qoyulmuş sual üzrə “Büdcə vəsaitləri alanın şəxsi vərəqəsi” hesabat dövrü başı: xx.xx.2016-cı il son xx.xx.2020-ci il üzrə qeyd edilən ödənişlər nəzərə alınmaqla) və 04 iyul 2016-cı il tarixi, 14/16 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) və xx.xx.2021-ci il tarixə (müqaviləsinin bitdiyi tarixə) banka olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 01.07 2020-ci il tarixə (maliyyə arayışı tarixinə): əsas borc üzrə - 39177,69 manat, faiz borcu üzrə - 1335,91 manat. xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə - 39177,69 manat, faiz borcu üzrə 4101,20 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin xeyrinə 04 iyul 2016-cı il tarixli 14/16 №-li kredit müqaviləsi üzrə əsas borcundan 39400 manat, faiz borcundan 6503.34 manat, cərimə borcundan 5642.42 manat, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 41 manat dövlət rüsumunun, 400 manat mediasiya prosesi üçün ödənilmiş rüsumun, ümumilikdə cəmi 51968.76 manat məbləğində pul vəsaitinin tutulması, bu tutulmanın ilkin satış qiyməti 75000 manat müəyyən edilməklə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin hesabına keçirilməsi, əmlakın satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulması, Bərdə rayonu, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan RzayevƏsgər Müseyib oğlu, Cavabdeh1 və onların ailə üzvləri və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC (bundan sonra BOKT) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış 04 iyul 2016-cı il tarixli 14/16 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % ödənilməsi şərti ilə, 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təkilatıİddiaçı MMC ilə Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. BOKT-un yuxarıda qeyd edilən ipoteka predmetinə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC-nə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixinə Cavabdeh2 kreditor qarşısında əsas borcundan 39400 manat, faiz borcundan 6503.34 manat, cərimə borcundan 5642.42 manat olmaqla ümumilikdə 51527.76 manat məbləğində borcu var.
13. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-21/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən K.Vəliyev) iddia qismən təmin edilmiş, 45762.02 (qırx beş min yeddi yüz altmış iki manat iki qəpik) manat borc və 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 50 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
15. Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-2(115)-21/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(104)-168/2023 saylı qəradadı ilə Cavabdeh1 xx.xx.2020-ci il tarixdə öldüyünə görə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-21/2023 saylı qətnaməsi Cavabdeh1 evdən çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(104)- 168/2023 nömrəli, 09 avqust 2023-cü il nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(115)-21/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 23383,58 (iyirmi üç min üş yüz səksən üç manat əlli səkkiz qəpik) manat əsas borc və 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
Kassasiya instansiyası məhkəməsində birinci icraat:
18. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2- 2(102)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi K.Abiyeva, hakimlər İ.Dadaşov və E.Vəliyeva) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 9 avqust tarixli, 2- 2(104)-168/2023 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin materiallarında B.Əsgərov tərəfindən aparılan ödənişlərin məhz 22.378,44 manatının kredit müqaviləsi üzrə borcalanı fərdiləşdirən rekvizit (kredit və ya müştəri kodu) üzrə ödənilməsinə dair hər hansı sübut mövcud deyildir. Məhkəmənin qətnaməsində ümumi şəkildə istinad etdiyi, işin materiallarında olan bütün ödəniş qəbzlərində də belə fərdiləşmə mövcud deyildir. Məsələn işdə olan (İİ cild i.v 61, 136) müəyyən ödəniş qəbzlərində V.Əsgərov tərəfindən aparılan ödənişin iş üzrə cavabdehlə yanaşı, Banu Rzayevanının kredit öhdəliyi üzrə də aparıldığı qeyd edilmişdir. Həmin ödəniş qəbzlərindən ödənilən məbləğin nə qədər hissəsinin cavabdehin, nə qədər hissəsinin isə B.Rzayevanının öhdəliyi üçün ödənildiyi müəyyən deyildir. Apellyasiya instansiyası məhkəməsi borcun miqdarı ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən, cavabdeh tərəfindən təqdim olunmuş ödəniş sənədlərinə əsasən X5 tərəfindən 38.489,55 manat ödənilmiş olsa belə, həmin ödənişin iddiaçı ilə Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icrasına aid olmasını və tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasına həmin ödənişlərin heç bir aidiyyatı olmamasını nəzərə almamaqla, MPM-nin 14.1, 77.3, 184.1, 372-ci maddəsinin tələblərinə əməl etməmişdir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: a) apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, işə baxan hakim tərəfimdən edilmiş ödənişləri nəzərə almamış və bir tərəfli qaydada işi araşdıraraq iddia tələbini təmin etmişdir. İş üzrə qəbul edilmiş qətnamədə ödənilmiş məbləğlər nəzərə alınmamış, yüksək həddə faiz borcu və dəbbə pulu hesablanmışdır. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixdə 50.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğindən 35.000 manatdan artıq məbləğdə pul ödəmiş, daha sonra səhhətində olan problemlər və maddi durumunun aşağı düşməsi səbəbindən bir müddət ödəniş edə bilməmişdir. Ödədiyi 35.000 manatdan 19.925,89 manatı hesablansa da, qalan 15.000 manat ödənişi məhkəmə və ekspert tərəfindən nəzərə alınmamışdır. Belə ki, 15.000 manat ödənişi İddiaçıBank Olmayan Kredit X3 Cəmiyyətinin "xxxx" ASC-də olan hesabına ödəmişdir. Həmin məbləğ Bank hesabından çıxarışla öz təsdiqini tapır. Ancaq buna baxmayaraq hansısa səbəbdənsə 15.000 manat ödəniş nəzərə alınmamış və diqqətdən kənarda qalmışdır. Hesab edir ki, iş üzrə borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli, artıq hesablanmış faiz və gecikdirilmiş vaxt üçün dəbbə pulu silinməlidir. Bundan başqa, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanununun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Bundan başqa, sözügedən mənzilinin hazırki likvid dəyəri ən azı 100.000-120.000 arası olmasına baxmayaraq sözügedən evə cəmi 78.000 manat qiymət qoyulmuşdur. Bu səbəbdən də ipoteka predmetini təşkil edən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün təkrar tikinti-texniki ekspertizasının keçirilməsi zəruridir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətlərinə qarşı olan tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən kassasiya şikayəti verilənədək ödəməni davam etdirmiş, iş baxılması üçün Ali Məhkəməyə göndərildiyindən ödəməni dayandırmış, həmin vaxt ümumilikdə 8300 manat borc məbləği qalmışdır.
24. İş üzrə iddiaçıya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
28. İş materiallarında olan 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti borcalan Cavabdeh2 50 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh2 isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür. Başqa sözlə, həmin kredit müqaviləsinə görə kredit alana illik faiz dərəcəsi 7% olmaqla, 60 ay müddətinə, kredit müqaviləsində müəyyən olunmuş ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 04 iyul 2016-cı il tarixdə 50000 (əlli min) manat məbləğində kreditin verilməsi rəsmiləşdirilmişdir.
29. Bununla yanaşı, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (0.20 ha torpaq sahəsi ilə birlikdə) ipoteka predmeti kimi yüklü edilmişdir. Müqavilə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətin nümayəndəsi kimi X5 və Cavabdeh2 tərəfindən imzalanmışdır.
30. Bu Qərarın 25-ci bəndində qeyd olunan qanunvericilik aktlarının məzmunundan da görünür ki, müqavilə tərəfi müqavilə üzrə götürdüyü öhdəliyi müqavilə ilə şərtləşdirilmiş vaxtda və qaydada yerinə yetirməlidir, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
31. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsinin 1.2 və 8-ci bəndində nəzərdə tutulmuş əsas borc və faiz borclarını vaxtında qaytarmağı öz üzərinə götürsə də, öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit vəsaitini vaxtında ödənilməsi ilə bağlı kredit müqaviləsi bağlamaqla üzərinə götürdüyü öhdəliklərin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
32. Göründüyü kimi, hazırda iş üzrə ümumi (əsas və faiz borcu üzrə) qalıq borcun məbləğində fikir ayrılığı mövcuddur. Belə ki, İddiaçı BOKT MMC-nin bütün müştərilərinə ünvanladığı 29 dekabr 2017-ci il tarixli, 064 nömrəli məktubla İddiaçı BOKT MMC-nin bank hesabları "xxxx" ASC-nin Bərdə filialında olmuş, lakin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "xxxx" ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilmişdir. Həmin bankın lisenziyasının ləğv edilməsi ilə əlaqədar İddiaçı BOKT MMC-yə aid heç bir ödənişin həmin banka ödənilməməsi bildirilmişdir. Həmçinin məktubda müvəqqəti olaraq ödənişlərin İddiaçı BOKT MMC-nin kassasına və Sahibkarlığa Kömək Milli Fondun və Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına verilmiş kreditləri isə öz adlarından və ya İddiaçı BOKT MMC-nin əməkdaşı X4 məxsus X8 filialında olan cari hesabdan birbaşa həmin təşkilatlara ödəyib, təyinatda İddiaçı BOKT MMC-nin adını göstərmək şərtilə, sonra həmin ödəniş sənədinin İddiaçı BOKT MMC-də olan borclarından silinməsi üçün İddiaçı BOKT MMC-yə təqdim edilməsi qeyd edilmişdir.
33. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ödənişlərin bir qismini məktubda qeyd edilən qaydada, yəni bankın əməkdaşı Vasif Əsgərov vasitəsilə Aqrar Kredit və İnkişaf Agentliyinə ümumilikdə 22378,44 manat ödəmişdir. Həmçinin, iddiaçı etdiyi ödənişləri təsdiq edən qəbzləri məhkəmə iclasında təqdim etmişdir.
34. Məhkəmə kollegiyası həmin ödəniş qəbzlərini iddiaçının hazırki borc məbləğinin ödənilməsini təsdiq edən mötəbər sübut hesab etmir. Belə ki, B.Əsgərov tərəfindən aparılan ödənişlərin məhz 22.378,44 manatının kredit müqaviləsi üzrə borcalanı fərdiləşdirən rekvizit (kredit və ya müştəri kodu) üzrə ödənilməsinə dair hər hansı sübut mövcud deyildir.
35. Bu məqsədlə məhkəmə tərəfindən “AccesBank”-a verilmiş sorğulara cavab olaraq, sonuncu tərəfindən təqdim edilmiş OUT-2024/07/23-148 nömrəli məktubda X2 "xxxx" QSC-nin Bərdə filialında olan AZ23ACAB******************** saylı hesabından xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə ödənişlərin “MyAccess” İnternet Bankçılıq sistemi ilə onlayn şəkildə həyata keçirilməsi, həmçinin onlayn qaydada müştəri tərəfindən icra edilən əməliyyatlar üzrə sorğu edilən məlumatın (X6 adına olan kredit ödənişinin aparılması ilə bağlı) qeydiyyatı aparılmadığından həmin məlumatın ötürülməsinin mümkün olmaması, hesab çıxarışın və digər sənədlərin məhkəməyə təqdim edilməsi qeyd olunmuşdur.
36. Belə olan halda kollegiya qeyd edir ki, işin materiallarında B.Əsgərov tərəfindən aparılan ödənişlərin məhz 22.378,44 manatının kredit müqaviləsi üzrə borcalanı fərdiləşdirən rekvizit (kredit və ya müştəri kodu) üzrə ödənilməsinə dair hər hansı sübut, həmçinin işin materiallarında olan bütün ödəniş qəbzlərində fərdiləşmə mövcud olmadığından qeyd olunan ödənişlərin nəzərə alınması mümkün deyildir.
37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin miqdarının işdə tərəf olmayan şəxsin izahatına, eləcə də cavabdehdən başqa, digər şəxslərə də aid olan qəbzlər əsasında müəyyən edilməsi MPM-nin 81-ci maddəsinə uyğun deyildir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi).
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəməyə təqdim olunmuş hesabdan çıxarış və digər sənədlərə əsasən cavabdeh tərəfindən xx.xx.2019-cu ildə 1400 manat, xx.xx.2019-cu ildə 974 manat, xx.xx.2019-cu ildə 895 manat və xx.xx.2020-ci ildə 500 manat ödənişlərin aparılması məlum olur. Belə olan halda həmin ödənişlər onun xeyrinə nəzərə alınmalıdır.
39. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5848 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitləri üzrə çıxarış məlumatları (o cümlədən ekspertiza təyini haqqında qərardadda qoyulmuş sual üzrə “Büdcə vəsaitləri alanın şəxsi vərəqəsi” hesabat dövrü başı: xx.xx.2016-cı il son xx.xx.2020-ci il üzrə qeyd edilən ödənişlər nəzərə alınmaqla) və 04 iyul 2016-cı il tarixi, 14/16 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) və xx.xx.2021-ci il tarixə (müqaviləsinin bitdiyi tarixə) banka olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 01.07 2020-ci il tarixə (maliyyə arayışı tarixinə): əsas borc üzrə - 39177,69 manat, faiz borcu üzrə - 1335,91 manat. xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə - 39177,69 manat, faiz borcu üzrə 4101,20 manat.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- qalıq borcun məbləğinə münasibətdə dəyişdirilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq,
q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-21/2023 saylı qətnaməsi qismən – Cavabdeh2 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 39400 (otuz doqquz min dörd yüz manat) manat əsas borc, 5719,60 (beş min yeddi yüz on doqquz manat altmış qəpik) manat faiz borcu, 642,42 (altı yüz qırx iki manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 45762,02 (qırx beş min yeddi yüz altmış iki manat iki qəpik) manat borc tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh2 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 39177,69 (otuz doqquz min yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat əsas borc, 4101,20 (dörd min yüz bir manat iyirmi qəpik) manat faiz borcu, 642,42 (altı yüz qırx iki manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 43921,31 (qırx üç min doqquz yüz iyirmi bir manat otuz bir qəpik) manat borc tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ **********0000003944 SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov