Məhkəmə qərarları › İş №2-2(104)-134/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-134/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-134/2024 29.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-39/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-39/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, 05 oktyabr 2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385 manat 48 qəpik əsas borc, 3569 manat 35 qəpik faiz borcu və 1486 manat 83 qəpik cərimə borcu olmaqla, cəmi 29441,66 (iyirmi doqquz min dörd yüz qırx bir manat altmış altı qəpik) manat məbləğində borc, 07 yanvar 2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16966 manat 36 qəpik əsas borc, 2466 manat 08 qəpik faiz borcu və 794 manat 14 qəpik cərimə borcu olmaqla, cəmi 20226,58 (iyirmi min iki yüz iyirmi altı manat əlli səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və 42 (qırx iki) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, Cavabdeh 197 (bir yüz doxsan yeddi) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-39/2024 saylı qətnaməsininin ləğv edilməsini, iddia tələbi üzrə DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən və DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən hesablanmış cərimə məbləğlərini tam azaldılmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh Səbahəddin oğlundan DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385,48 manat əsas borc, 3569,35 manat faiz borcu, 1172,10 manat cərimə borcu olmaqla, cəmi 29126,93 manat məbləğində borcun, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17122,19 manat əsas borc, 2466,08 manat faiz borcu, 624,09 manat cərimə borcu olmaqla, cəmi 20212.36 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat xidmət haqqı və 39 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/2153 saylı razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 45000 manat avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 25786 manat avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən DC00251508- 03 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 277 gün, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 308 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC 26 sentyabr 2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh Səbahəddin oğlundan DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385,48 manat əsas borc, 3983,91 manat faiz borcu, 1486,83 manat cərimə borcu olmaqla, cəmi 29856,22 manat məbləğində borcun, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17122,19 manat əsas borc, 2757,16 manat faiz borcu, 794,14 manat cərimə borcu olmaqla, cəmi 20673,49 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat xidmət haqqı və 42 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər araşırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. Belə ki, məhkəmə iddia tələbi üzrə qətnamə çıxararkən cavabdehin maddi və əmlak vəziyyətini nəzərə alaraq 05 oktyabr 2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən hesablanmış 1486 manat 83 qəpik cərimə borcunu və 07 yanvar 2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 794 manat 14 qəpik cərimə borcunu azalda bilərdi. Bununla da, DC00251508-03 saylı və DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən iddia tələbinin artırılması üzrə ərizədə qeyd edilən məbləğlərdə cərimə məbləğlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qətnamənin qanunsuz və əsassız olduğunu hesab edir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş şəxslərdən Cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini dəlillərini müdafiə edərək, iddia tələbinin cərimə hissəsində qanunsuz və əsassız olduğundan həmin hissədə iddianın təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı cavabdehin nümayəndəsini və iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC/SE/2153 saylı razılaşmadan görünür ki, Cavabdeh bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuyub, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (gündəlik 0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (gündəlik 0.0889%) olmaqla, avadanlıqların alınması məqsədi ilə birdəfəlik 45000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (gündəlik 0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (gündəlik 0.0889%) olmaqla, avadanlıqların alınması məqsədi ilə birdəfəlik 25786 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385,48 manat əsas borc, 3569,35 manat faiz borcu, 1172,10 manat cərimə borcu olmaqla, cəmi 29126,93 manat borc, gecikmə gününün sayı isə 277 gün müəyyən edilmişdir. DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17122,19 manat əsas borc, 2466,08 manat faiz borcu, 624,09 manat cərimə borcu olmaqla, cəmi 20212,36 manat borc, gecikmə gününün sayı isə 308 gün müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya yaranmış borcu barədə məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2024-cü il tarixli 9/8825 saylı məhkəmə-mühasibatlıq rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları, kassa mədaxil qəbzləri, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/2153 saylı ümumi şərtlər toplusu qəbul etməsi barədə Razılaşmanın və xx.xx.2021-ci il tarixli DC0021508-03 saylı maliyyələşdirmə ərizəsi, xx.xx.2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə ərizələrin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla hər ərizə üzrə ayrı-ayrılıqda göstərilməklə sual üzrə xx.xx.2023- cü il tarixinə (ayrı-ayrı göstərilməklə) 05 oktyabr 2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 24523,48 manat, faiz borcu 4053,19 manat, 07 yanvar 2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 16966,36 manat, faiz borcu 2772,11 manat məbləğində müəyyən edilmişdir. Həmiçinin iş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. Bundan başqa Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 15 avqust 2022-ci il tarixli FJB**********463 nömrəli qəbzə əsasən ödənilmiş 9400 manat, 15 avqust 2022-ci il tarixli FJB**********552 nömrəli qəbzə əsasən ödənilmiş 1180 manat, 16 avqust 2022-ci il tarixli FJB**********623 nömrəli qəbzə əsasən ödənilmiş 7420 manat, 17 avqust 2022-ci il tarixli FJB**********238 nömrəli qəbzə əsasən ödənilmiş 325 manat, 05 sentyab 2022-ci il tarixli FJB**********445 nömrəli qəbzə əsasən ödənilmiş 3499 manat 51 qəpik, 06 oktyabr 2022-ci il tarixli FJB**********750 nömrəli qəbzə əsasən ödənilmiş 3500 manat məbləğində olan ödənişlər iddiaçı bank tərəfindən və eyni zamanda hazırki ekspertiza tədqiqatı ilə DC00251508-03 saylı və DC00251508-09 saylı maliyyələşdirmə ərizələri üzrə cavabdehin borcundan təyinatı üzrə silinmişdir. Tədqiqatın dəyəri isə 100 manat təşkil edir. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli və ********** nömrəli qəbzlərə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/2153 saylı razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 45000 manat avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 25786 manat avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 277 gün, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 308 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC 26 sentyabr 2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh Səbahəddin oğlundan DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385,48 manat əsas borc, 3983,91 manat faiz borcu, 1486,83 manat cərimə borcu olmaqla, cəmi 29856,22 manat məbləğində borcun, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17122,19 manat əsas borc, 2757,16 manat faiz borcu, 794,14 manat cərimə borcu olmaqla, cəmi 20673,49 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat xidmət haqqı və 42 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 iyul 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC/SE/2153 saylı razılaşma bağlanmış, həmin razılaşmaya əsasən 05 oktyabr 2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 45000 manat, 07 yanvar 2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25786 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı maliyyələşdirmə üçün ərizələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğlərini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmişdir. İddiaçı daha sonra iddia tələbini artıraraq cavabdehdən DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385,48 manat əsas borc, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 17122,19 manat əsas borcun tutulmasını tələb etmişdir. Məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehin banka xx.xx.2023-cü il tarixə 24523,48 manat əsas borc, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 16966,36 manat əsas borcunun olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddia tələbinin artırılması üzrə ərizədə qeyd edilən məbləğdə əsas borc və DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə faiz borc məbləğlərinin tutulması ilə bağlı bildirir ki, iddiaçı faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini iddia ərizəsini cavabdehə göndərdiyi vaxtda, yəni 18 avqust 2023-cü il tarixdə bildirmişdir. Ona görə də sonradan iddia tələbinin həcmini artıraraq fazi məbləğləri dəyişsə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Həmiçinin məhkəmə qeyd edir ki, DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən və DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddia tələbinin artırılması üzrə ərizədə qeyd edilən məbləğlərdə cərimə məbləğlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385 manat 48 qəpik əsas borc, 3569 manat 35 qəpik faiz borcu və 1486 manat 83 qəpik cərimə borcu olmaqla, cəmi 29441,66 manat, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16966 manat 36 qəpik əsas borc, 2466 manat 08 qəpik faiz borcu və 794 manat 14 qəpik cərimə borcu olmaqla, cəmi 20226,58 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini ekspertiza rəyi əsas görülməklə əsas və faiz borcunu yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindəm tələb olunan cərimə (dəbbə pulu) əsas borca münasibətdə o qədər də yüksək məbləğ deyildir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tam təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-39/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, cavabdeh həmin qətnaməni yalnız cərimə pulu hissəsində mübahisələndirdiyindən, tutulması qət edilmiş cərimə məbləği isə on min manatdan az olduğuna görə kollegiya hesab edir ki, cavabdehin həmin qətnamədən kassasiya şikayəti vermək hüququ istisna olunur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-39/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar