Məhkəmə qərarları › İş №2-2(104)-136/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-136/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-136/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2-2(115)-37/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 16 dekabr 2019-cu il tarixli, 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 199975,80 manat əsas borc və 10995,40 manat faiz borcu olmaqla cəmi 210971,20 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 47,04 manat dövlət rüsumu və 273,37 manat xidmət haqqı olmaqla cəmi 320,41 manat xərcin, mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 400 manat məbləğində rüsumun və əlavə olaraq məhkəməyə ödənilmiş 101,38 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinə, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasına və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılması və boşaldılması, Cavabdeh3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının və Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC Gəncə filialı ilə Cavabdeh4 arasında 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçıASC tərəfindən Cavabdeh4 illik 10% dərəcəsi ilə 24 ay güzəşt dövrü olmaqla (ancaq faiz ödənişi) 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli 800900-477904/3 nömrəli, xx.xx.2019-cu il tarixli 800900-477904/3/2 nömrəli xx.xx.2019-cu il tarixli 800900- 477904/3/3 nömrəli ipoteka müqavilələrinə əsasən Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binası, Cavabdeh4 tam mülkiyyətində оlаn ünvan 1 fərdi yaşayış evi, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı əmlakların yüklü edilməsi barədə çıxarışlar alınmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamış, yenə də kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Daha sonra iddiaçı iddia həcminin artırılmasına dair ərizə verərək Cavabdeh4 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 199975,80 manat əsas borc və 21327,70 manat faiz borcu olmaqla, cəmi 221303,50 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 47,04 manat dövlət rüsumu və 273,37 manat xidmət haqqı olmaqla, cəmi 320,41 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 400 manat məbləğində rüsumun və əlavə olaraq məhkəməyə ödənilmiş 112,51 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinə, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasına və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılması və boşaldılması, Cavabdeh3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının və Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyriyaşayış binasının boşaldılması barədə qətnamə çıхarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2-2(115)-37/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh4 arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 nömrəli kredit müqaviləsi üzrə 199975 manat 80 qəpik əsas borc və 21327 manat 70 qəpik faiz borcu olmaqla, cəmi 221303 (iki yüz iyirmi bir min üç yüz üç) manat 50 (əlli) qəpik kredit borcu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 47 (qırx yeddi) manat 07 (yeddi) qəpik dövlət rüsumu, 273 (iki yüz yetmiş üç) manat 37 (otuz yeddi) qəpik xidmət haqqı, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 112 (yüz on iki) manat 51 (əlli bir) qəpik dövlət rüsumu, iş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat, iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1100 (bir min yüz) manat pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinə, Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyriyaşayış binasına, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri yaşayış binasına yönəldilməsi, həmin fərdi yaşayış evi və qeyri-yaşayış binalarının açıq hərracdan satılması, Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 (iki yüz min) manat həddində müəyyən edilməsi, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin 90000 (doxsan min) manat həddində müəyyən edilməsi, Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 355000 (üç yüz əlli beş min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evinin boşaldılması, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyriyaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının boşaldılması və Cavabdeh4 398 manat 79 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Cavabdeh4 ilə İddiaçı ASC-nin Gəncə filialı arasında bağlanan 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsinə əsasən ona 24 ay güzəşt dövrü olmaqla 60 ay müddətinə illik faiz dərəcəsi 10% olmaqla 200000 manat məbləğində krеdit verilmişdir. 17 dekabr 2019-cu il tarixli 800900-477904/3/3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 0,1047 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 50000 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsusdur. 17 dekabr 2019-cu il tarixli 800900-477904/3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasını banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 120000 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. 17 dekabr 2019-cu il tarixli 800900-477904/3/3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasını banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 55000 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. xx.xx.2022-ci il tarixli 001/007/1274/2022 saylı bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka 199975,80 manat əsas, 10995,40 manat faiz bоrcu olmaqla, ümumilikdə 210971,20 manat bоrcu vardır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə banka 199975,80 manat əsas, 21327,70 manat faiz bоrcu olmaqla, ümumilikdə 221303,50 manat bоrcu vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2022-ci il tarixli 9/6582 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh4 banka xx.xx.2022-ci il tarixə əsas borcu 200000 manat, faiz borcu 12527,95 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 294/EB/22 saylı rəyindən görünür ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında mülkiyyətdə olan 0,1047 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 225000 manat, likvid dəyəri 200000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 294/EB/22 saylı rəyindən görünür ki, Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 100000 manat, likvid dəyəri 90000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 294/EB/22 saylı rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 385000 manat, likvid dəyəri 355000 manat təşkil edir "xxxx" MMC-nin 17 mart 2023-cü il tarixli məktubundan görünür ki, qiymətləndirmə işinə dari göstərilmiş xəidmət haqqı olaraq 1100 manat Cavabdeh4 tərəfindən ödənilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2-2(115)-37/2023 saylı qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2-2(115)-37/2023 saylı qətnaməsinin faiz borcuna, ipoteka predmetinin məbləğinə və qiymətləndiricinin xidmət haqqına münasibətdə dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən əmlaklara qoyulan qiymətin real bazar qiymətindən çox aşağı olmasını nəzərə almamış, daşınmaz əmlakın həmin qiymətə satılacağı təqdirdə əmlak hüquqlarının pozulacağı məhkəmənin nəzərindən qaçmışdır. Bundan başqa ipoteka predmetinin qiymətinin müəyyən edilməsi üçün təyin edilmiş qiymətləndiricinin xidmət haqqı 1100 manat onun tərəfindən ödənilsə də məhkəmə qətnaməsində yanlış nəticəyə gələrək həmin məbləğin yenidən ondan alınmasını qət etmişdir. İş üzrə mühasibatlıq ekspertizası keçirilmiş xx.xx.2022-ci il tarixlə olan borcun faizi 12527,95 manat müəyyən edilsə də qətnamədə faiz borcu 21327,70 manat olduğu yazılmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsinixahiş etmişdir. İştiakçılıla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Bununla yanaşı Cavabdeh4 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavadebhlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 36-cı maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri: Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023cü il tarixli, e-2-2(115)-37/2023 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni faiz borcu, ipoteka predmeti və məhkəmə xərcləri hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2-2(115)-37/2023 saylı qətnaməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat və iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1100 (min yüz) manat pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ekspertiza tədqiqatının dəyəri olan 200 (yüz) manat Cavabdeh4 alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1100 (min yüz) manat Cavabdeh4 aid edilməlidir. Məhkəmə kollegiyası cavabdehin ipoteka predmetinin ilkin satış qiymtəinin düzgün müəyyən olunmaması ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 800900-477904/3 saylı ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 120.000 manat, 17 dekabr 2019-cu il tarixli 800900-477904/3/2 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0,1047 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini həmin müqavilənin 2.2-ci bəndinə əsasən dəyəri 200.000 manat və 17 dekabr 2019-cu il tarixli 800900-477904/3/3 saylı ipoteka müqaviləsinin yenə 2.2-ci bəndinə əsasən isə ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasınınin dəyəri 55000 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən əmlakların qiymətləndirilməsi yenidən həyata keçirilmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyləri ilə ünvan 4 ünvanında yerləşən ipoteka predmetinin hazırkı likvid dəyəri dəyərinin 355.000 (üç yüz əlli beş min) manat, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 90A ünvanında yerləşən ipoteka predmetinin hazırkı likvid dəyərinin 90.000 (doxsan min) manat və ünvan 2 ünvanında yerləşən ipoteka predmetinin hazırkı likvid dəyərinin 200.000 (iki yüz min) manat məbləğində olması müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi də ipoteka predmetinin ilkin satış dəyərini məhz həmin rəylər əsasında müəyyən etmişdir. Cavabdeh ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının iş üzrə mühasibatlıq ekspertizasının rəyi ilə faiz borcunun 12527,95 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə qətnaməsi ilə ondan 21327,70 manat məbləğində faiz borcunun tutulması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, 12527,95 manat faiz məbləği kredit müqaviləsi üzrə 2022-ci ilin avqust ayınadək müəyyən edilmiş faiz məbləği olmuşdur ki, birinci instansiya məhkəməsində icraat dövründə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 25 yanvar 2023-cü il tarixə hesablanmış faiz borcunu, yəni 21327,70 manatı tələb etmişdir ki, əsas borcun 199975,8 manat, ödəniş cədvəlinə əsasən isə həmin məbləğə hesablanmalı olan aylıq faiz məbləğinin təxminən 1660 manat və 17 avqust 2022-ci il tarixdən 25 yanvar 2023-cü il tarixədək keçən 5 aydan artıq vaxt üçün fazilərin hesablanması nəzərə alındıqda, 21327,7 manat faiz məbləğinin yaranması real olmaqla, hər hansı bir şübhə yaratmamaqdadır. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə xərci ilə bağlı hissəsi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat və iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1100 (min yüz) manat pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçı banka verilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sübutlardan görünür ki, 1100 (min yüz) manat pul vəsaiti cavabdeh tərəfindən qiymətləndiriciyə ödənilmiş, ekspertiza xərci isə ümumiyyətlə ödənilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halı nəzərə almayaraq iş üzrə əmlakların qiymətləndirilməsi üçün cavabdeh tərəfindən qiymtələndiriciyə ödənilmiş 1100 (min yüz) manat pul vəsaitini və Məhkəmə Ekspertiza mərkəzinə ödənilməli olan 200 manat ekspertiza xərcini ondan tutaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini qət etmişdir. Buna görə də məhəkmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ekspertiza tədqiqatının dəyəri olan 200 (yüz) manatın Cavabdeh4 alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1100 (min yüz) manatın isə Cavabdeh4 aid edilməsi qət edilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2-2(115)-37/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2-2(115)-37/2023 saylı qətnaməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat və iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1100 (min yüz) manat pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh4 alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1100 (min yüz) manat Cavabdeh4 aid edilsin. Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2-2(115)-37/2023 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar