Məhkəmə qərarları › İş №2-2(104)-141/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-141/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-141/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-17/2025 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-17/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh5 3080,81 manat əsas, 83,71 manat faiz, 129,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3294,24 manat borc və 110 manat ödənilmiş mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh5 52,95 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 53900 manat həddində müəyyən edilməsi, həmin fərdi yaşayış evinin açıq hərraclar vasitəsilə satılması, fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh4 qaytarılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitin borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh5 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, Cavabdeh5 200 manat məbləğində ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-17/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən (ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində) ləğv edilməsi və ipoteka predmetinin dəyərinin 19000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 İddiaçı ASC-nin xeyrinə 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 7208.17 manat əsas, 12.51 manat faiz, 8.47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7229.15 manat borcun və 110 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızının Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 27 fevral tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti verilmişdir. 2015-ci il 06 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən borcalanınn kreditor qarşısındakı əsas öhdəliyinin 10000 manat qalıq məbləği illik faiz dərəcəsi 1% olmaqla müqavilənin müddəti xx.xx.2026-cı ilədək uzadılmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il noyabrın 11-dək Cavabdeh5 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 7208.17 manat əsas, 12.51 manat faiz, 8.47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7229.15 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh5 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova(Balakişiyeva) Turan Zabil qızı arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh5 İddiaçı ASC-in xeyrinə 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3080,81 manat əsas, 83,71 manat faiz, 129,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3294,24 manat borcun və 110 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASCnə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızının Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əmlakın ilkin satış qiyməti hissəsində əsassızdır. Belə ki, tərəflərin qarşılıqlı razılığı əsasında 27 fevral 2014-cü il tarixində imzalanmış sonrakı ipoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın qiyməti 19000 manat məbləğində müəyyən olunmuşdur və bu qiymətə tərəflərin heç bir narazılığı olmamışdır. Bundan başqa hazırkı dövrdə əmlaka onun yaxşılaşdırılması və qiymətinin artmasına səbəb olan hallar barədə cavabdeh tərəfindən heç bir sübut təqdim olmamışdır. Əksinə hesab edirlər ki, istifadə olan hər hansı əşya və ya əmlak aşınmaya məruz qalmaqla öz dəyərini kifayət qədər itirməyə səbəb olur. Ekspert tərəfindən qoyulan qiymətə iddiaçının nümayəndəsinin etirazı əsas götürülərək, iş üzrə yenidən qiymətləndirmə ekspertizasının keçirilməsi təyin olunmalı idi. Məhkəmə iddiaçının xahişini nəzərə almadan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirmədən, ipoteka müqaviləsində olan qiymətlə ekspert rəyi arasında olan qiymətlərin ziddiyyətli olmasına baxmayaraq qətnamə qəbul etmişdir. Odur ki, hesab edirlər ki, təkrar məhkəmə - əmtəəşünaslıq ekspertizası keçirməli idi. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayənsədini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qətnamə yalnız iddiaçı tərəfindən, həm də yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı apellyasiya şikayətinin dəlilləri həddində, maddi və prosessual hüquq normalarına riayət edilməsi isə tam şəkildə yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan 2014-cü il 27 fevral tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 2015-ci il 06 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı əsas öhdəliyinin 10000 manat qalıq məbləği illik faiz dərəcəsi 1% olmaqla müqavilənin müddəti xx.xx.2026-cı ilədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh5 xx.xx.2025-ci il tarixinə 3080,81 manat əsas, 83,71 manat faiz, 129,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3294,24 manat borcu olduğu göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 12-SKMF-1-0-174-14 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 2014-cü il 27 fevral tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmış, 2015-ci il 06 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən borcalanınn kreditor qarşısındakı əsas öhdəliyinin 10000 manat qalıq məbləği illik faiz dərəcəsi 1% olmaqla müqavilənin müddəti xx.xx.2026-cı ilədək uzadılmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 67400 manat, likvid dəyəri 53900 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 53900 manat həddində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızının fərdi yaşayış evindən çıxarılması və həmin mənzilin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılır. Göründüyü kimi məhkəmə tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi qənaətinə gəldiyindən Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızı fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızının fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçının fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbini irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, bu hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur ki, iddiaçı ipoteka predmetinin hazırki vəziyyətdə mülkiyyətçisi deyildir. Ona görə də iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin banka təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması zamanı yeni alıcının qabaqcadan müəyyənləşdirilməsi mümkün olmadığı səbəbindən iddia tələbi bu hissədə də rədd edilməlidir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi cavabdehlər mediasiya sessiyasında iştirak etməmiş, lakin "xxxx" ASC–nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, "xxxx" ASC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 110 manat medasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 52,95 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə təyin etmiş və ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 53900 manat həddində olduğu müəyyən edilmişdir. İddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin çox olduğunu göstərmiş, həmin əmlakın qiymətinin aşağı olmasını təsdiq edən sübut kimi ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin ilkin satış qiymətinin 19000 manat müəyyən edilməsinə istinad etmişdir. lakin iddiaçı ipoteka müqaviləsinin bağlandığı vaxtdan 10 ildən artıq müddət keçməklə daşınmaz əmlakın qiymətinin əhəmiyyətli dərəcədə qalxdığını nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-17/2025 saylı qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar