Məhkəmə qərarları › İş №2-2(104)-144/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-144/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-144/2023 19.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi vəkil X9 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 X5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2-2(115)-33/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 X5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Dostluq“ İKF-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 26 aprel 2018-ci il tarixli, 10- BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 99998.49 manat əsas, 9816.6 manat faiz və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 1583.85 manat əldən çıxmış fayda borcu olmaqla, cəmi 111398.94 mana, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 146221.26 manat əsas, 11446.76 manat faiz borcu olmaqla cəmi 157668.02 manat, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 111564.99 manat əsas, 10818.03 manat faiz və 358.44 manat cərimə borcu olmaqla, cəmi 122741.46 manat, 14 dekabr 2020-ci il tarixli, 10- BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 122209.52 manat əsas, 11849.85 manat faiz, 392.58 manat cərimə borcu olmaqla, cəmi 134451.95 manat kredit borclarının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 180 manat xidmət haqqının ödənilməsi, cavabdehlər “Dostluq“ İKFdən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 110000 manat əsas, 9951.97 manat faiz borcu olmaqla, cəmi 119951.97 manat, 20 fevral 2020-ci il tarixli, 10- BİZGZ-1-0-05-20 (K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 135125.5 manat əsas, 10579.72 manat faiz borcu olmaqla, cəmi 145705.22 manat kredit borcu, dövlət rüsumu olaraq ödənilmiş 1081.92 (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1- 0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-1-0-21- 19/3 saylı, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-06- 20(K) saylı, 14 dekabr 2020-ci il tarixli, 10- BİZGZ-1-0-07-18(K2) saylı və 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsi, fərdi yaşayış evi, qeyri-yaşayış binası və mənzillərin açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018ci il tarixli, 10-BİZGZ-1-0- 08-18/2 saylı və 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-05-20 (K) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə tutmanın Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına yönəldilməsi, həmin torpaq sahəsi və qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun həmin torpaq sahəsi və qeyri-yaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və digər şəxslərin Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin orpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və qeyriyaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 İKF ilə "xxxx" İKB ASC xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı və xx.xx.2018-ci il tarixli 10- BİZGZ1-0-08-18 saylı Baş kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Dostluq“ İKF-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 26 aprel 2018-ci il tarixli, 10- BİZGZ-l-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-l- 0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 75498.49 manat əsas, 28009.04 manat faiz, 13349.75 manat cərimə və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 6371.8 manat olmaqla, cəmi 123229.08 manat, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-l-0-06- 20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 146221.26 manat əsas, 35796.1 manat faiz və 10728.86 manat cərimə borcu olmaqla, cəmi 192746.22 manat, 14 dekabr 2020ci il tarixli, 10-BİZGZ-l-0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 111564.99 manat əsas, 33124.21 manat faiz və 7246.24 manat cərimə borcu olmaqla, cəmi 151935.44 manat; 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 122209.52 manat əsas, 36284.29 manat faiz, 7937.27 manat cərimə borcu olmaqla, cəmi 166431.08 manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçlin ödənilmiş 30 manat dövlət rüsumunun və 180 manat xidmət haqqının ödənilməsi, cavabdehlər “Dostluq“ İKF-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 27 noyabr 2018-ci il tarixli, 10- BİZGZ-1 -0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ- 1-0- 08-18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 110000 manat əsas, 31943.41 manat faiz və 6639.26 manat cərimə borcu olmaqla, cəmi 148582.67 manat kredit borcu, 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-05-20 (K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 135125.5 manat əsas. 33081.34 manat faiz borcu və 9914.87 manat cərimə borcu olmaqla, cəmi 178121.71 manat kredit borcu, dövlət rüsumu olaraq ödənilmiş 1081.92 (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1- 0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-!-0-21- 19/3 saylı, 21 fevral 2020-ci il tarixli, 10- BİZGZ-1-0- 06-20(K) saylı, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-l-0-07-18(K2) saylı və 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-l-0-07-18(K1) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 İstehsal- Kommersiya Firmasının mülkiyyətindəki Gəncə şəhəri. Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, Cavabdeh4 mülkiyyətindəki ünvan 4 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsi, fərdi yaşayış evi, qeyri-yaşayış binası və mənzillərin açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018ci il tarixli, 10-BİZGZ-1-0-08-18/2 saylı və 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ- 1-0-05-20 (K) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə tutmanın Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, qeyri-yaşayış binasına yönəldilməsi, həmin torpaq sahəsi və qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun həmin torpaq sahəsi və qeyri-vaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 34 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və digər şəxslərin Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 oğiu və Cavabdeh7 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha toıpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 İKF ilə "xxxx" İKB ASC xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı və 27.1 1.2018-ci il tarixli 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 X8 ilə "xxxx" İKB ASC arasında xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-07-18 saylı Baş Kredit müqaviləsi bağlanmış və borcluya 120 ay müddətinə illik 36 faiz olmaqla 600000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2018-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda borcun təminatı olaraq xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmış və Cavabdeh1 məxsus olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, Cavabdeh2 X6 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən qeyriyaşayış binası və Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 X8 04 iyul 2019-cu il tarixli 10-BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 24 ay müddətinə, 19 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X4 banka 04 iyul 2019-cu il tarixli 10-BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 99998.49 manat əsas borc, 9816.6 manat faiz borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 1583.85 manat olmaqla ümumilikdə cəmi 111398.94 manat borcu vardır. Cavabdeh2 X8 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC-dən 36 ay müddətinə, 15 faiz dərəcəsi ilə 150000 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X4 banka 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə 146221.26 manat əsas borc, 11446.76 manat faiz borcu olmaqla ümumilikdə cəmi 157668.02 manat borcu vardır. Cavabdeh2 X8 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07- 18(K2) saylı kredit verilməsinə dair müqaviləyə əsasən İddiaçı ASC-dən 36 ay müddətinə, 18 faiz dərəcəsi ilə 111564.99 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X4 banka 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə 111564.99 manat əsas borc, 10818.03 manat faiz borcu, 358.44 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 122741.46 manat borcu vardır. Cavabdeh2 X8 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqaviləyə əsasən İddiaçı ASC-dən 36 ay müddətinə, 18 faiz dərəcəsi ilə 122209.52 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X4 banka 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07- 18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə 122209.52 manat əsas borc, 11849.58 manat faiz borcu, 392.58 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 134451.95 manat borcu vardır. Cavabdeh2 X8 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-08-18 saylı Baş Kredit müqaviləsi bağlanmış və borcluya 120 ay müddətinə illik 36 faiz olmaqla 250000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2018-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda borcun təminatı olaraq xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmış və Cavabdeh1 məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 03445 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 X8 28 noyabr 2018-ci il tarixli 10- BİZGZ-1-0-08- 18/2 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 24 ay müddətinə, 18 faiz dərəcəsi ilə 110000 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X4 banka 28 noyabr 2018-ci il tarixli 10- BİZGZ-1-0-08-18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 110000 manat əsas borc, 9951.97 manat faiz borcu olmaqla ümumilikdə cəmi 119951.97 manat borcu vardır. Cavabdeh2 X8 21 fevral 2020-ci il tarixli 10- BİZGZ-1-0-05-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC-dən 36 ay müddətinə, 15 faiz dərəcəsi ilə 150000 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X4 banka 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-05-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə 135125.5 manat əsas borc, 10579.72 manat faiz borcu olmaqla ümumilikdə cəmi 145705.22 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Gəncə Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2-2(115)-33/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər “Dostluq“ İKFdən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 aprel 2018-ci il tarixli, 10- BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 75498.49 manat əsas, 28009.04 manat faiz, 3349.75 manat cərimə və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 6371.8 manat olmaqla, cəmi 113229.08 manat kredit borcu, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 146221.26 manat əsas, 35796.1 manat faiz borcu və 5728 manat cərimə olmaqla, cəmi 187745.36 manat kredit borcu, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə 111564.99 manat əsas, 33124.21 manat faiz borcu və 2246 manat cərimə borcu olmaqla, cəmi 146935.2 manat kredit borcu, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə 122209.52 manat əsas, 36284.29 manat faiz və 2937.27 manat cərimə borcu olmaqla, cəmi 161431.08 manat kredit borcu, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1- 0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0- 08-18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 110000 manat əsas, 31943.41 manat faiz borcu və 639.26 manat cərimə olmaqla, cəmi 142582.67 manat kredit borcu, 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-05-20 (K) saylı kredit verilməsinə dair razılaşma üzrə 135125.5 manat əsas, 33081.34 manat faiz borcu və 3914.87 manat cərimə olmaqla, cəmi 172121.71 manat kredit borcunun və 400 manat mediasiya xərcinin tutularaq, İddiaçı ASC-yə ödənilməsi, 26 aprel 2018-ci il tarixli, 10- BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ- 1-0-21-19/3 saylı, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0- 06-20(K) saylı, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K2) saylı və 14 dekabr 2020- ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 258000 manat olan Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki likvid dəyəri 522000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, likvid dəyəri 60000 manat olan Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 34 saylı fərdi yaşayış evinə, likvid dəyəri 477 000 manat olan Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18/2 saylı və 20 fevral 2020-ci il tarixli, 10- BİZGZ-1-0-05-20 (K) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə borc tələbi likvid dəyəri 477000 manat olan Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına yönəldilməsi, həmin fərdi yaşayış evləri və torpaq sahəsinin, qeyri-yaşayış binası açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh1 və digər şəxslər çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması, ipoteka qoyulmuş Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və digər şəxslər çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması, ipoteka qoyulmuş Cavabdeh2 İstehsal-Kommersiya Firmasına məxsus torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra həmin torpaq sahəsi və qeyriyaşayış binasının boşaldılması, ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binasının boşaldılması, Cavabdeh2 İstehsal-Kommersiya Firması ilə „Yelo Bank“ ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı və xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-08- 18 saylı baş kredit müqavilələrinin ləğv edilməsi, iş üzrə 600 (altı yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-yə ( “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********,AZ90AİİB**********08172 2114 saylı hesab) ödənilməsi, cavabdehlər Cavabdeh2 X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada 1214.04 (min iki yüz on dörd manat dörd qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı Baş Kredit müqaviləsindən görünür ki, borcverən-"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan-Cavabdeh2 X3 120 ay müddətinə illik 36 faiz olmaqla 600000 manat məbləğində kredit limiti ayrılmışdır. 27 noyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-08-18 saylı Baş Kredit müqaviləsindən görünür ki, borcverən-"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan-Cavabdeh2 X3 120 ay müddətinə illik 36 faiz olmaqla 250000 manat məbləğində kredit limiti ayrılmışdır. 28 noyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-08-18/2 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən borverən-"xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) borcalan-Cavabdeh2 X3 110000 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan-Cavabdeh2 X5 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 14 dekabr 2020-ci il tarixli 1 nömrəli əlavə sazişlə müqavilə üzrə kreditin müddəti 28 noyabr 2023-cü il tarixədək uzadılmış, yeni ödəniş cədvəlinə əsasən kreditin qalığı 110000 manat məbləğində müəyyən edilmişdir. 04 iyul 2019-cu il tarixli 10-BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən borcverən-"xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) borcalan- Cavabdeh2 X3 100000 manat məbləğində illik 19 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan –Cavabdeh2 X5 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 20 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-05-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən borcverən-İddiaçı ASC borcalan-Cavabdeh2 X3 150000 manat məbləğində illik 15 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan –Cavabdeh2 X5 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 14 dekabr 2020-ci il tarixli 1 nömrəli əlavə sazişlə müqavilə üzrə kreditin müddəti 21 fevral 2026-cı il tarixədək uzadılmış və yeni ödəniş cədvəlinə əsasən kreditin qalığı 135125,5 manat məbləğində müəyyən edilmişdir. 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən borcverən-İddiaçı ASC borcalan-Cavabdeh2 X3 150000 manat məbləğində illik 15 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan –Cavabdeh2 X5 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 14 dekabr 2020-ci il tarixli 1 nömrəli sazişlə müqavilə üzrə kreditin müddəti 21 fevral 2026-cı il tarixədək uzadılmış və həmin sazişlə kreditin qalığı 146221,26 manat məbləğində müəyyən edilmişdir. 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqaviləyə əsasən borcverən-İddiaçı ASC borcalan-Cavabdeh2 X3 122209.52 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan- Cavabdeh2 X5 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqaviləyə əsasən borcverən-İddiaçı ASC borcalan-Cavabdeh2 X3 111564.99 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan- Cavabdeh2 X5 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18(1) və 10-BİZGZ-1-0-08-18(2) zaminlik müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq razılaşmaların təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(1) və 10-BİZGZ-1-0-07-18(2) saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-07-18 saylı baş kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq razılaşmaların təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 27 noyabr 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 03445 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətlərindən görünür ki, Cavabdeh1 məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 03445 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası "xxxx" İKB ASC-nin(hazırkı İddiaçı ASC) xeyrinə yüklü edilmişdir. 26 aprel 2018-ci il tarixli sonrakı ipoteka müqavilələrindən görünür ki, xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-07-18 saylı baş kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq razılaşmaların təminatı olaraq Cavabdeh1 məxsus olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, Cavabdeh2 X6 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən qeyri-yaşayış binası və Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli çıxarışların surətlərindən görünür ki, Cavabdeh1 məxsus olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, Cavabdeh2 X6 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən qeyri-yaşayış binası, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil "xxxx" İKB ASC-nin(hazırkı İddiaçı ASC) xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı fərdi yaşayış evində Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qeydiyyatdadırlar. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 X4 banka olan borcu 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit müqaviləsi üzrə əsas borcu 111564,99 manat, faiz borcu 33124,21 manat, cərimə borcu 7246,24 manat olmaqla, cəmi 151935.44 manat, 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07- 18(K1) saylı kredit müqaviləsi üzrə əsas borcu 122209,52 manat, faiz borcu 36284,29 manat, cərimə borcu 7937,27 manat olmaqla, cəmi borc 166431,08 manat, xx.xx.2020-ei il tarixli, 10- BİZGZ-l -0-06-20(K) nömrəli kredit müqaviləsi üzrə 146221.26 manat əsas borc, 35796.1 manat faiz borcu, 10728.86 manat cərimə olmaqla, cəmi 192746.22 manat, 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-05- 20(K) saylı kredit müqaviləsi üzrə əsas borcu 146221,26 manat, faiz borcu 35 796,1 manat, cərimə borcu 10728,86 olmaqla, cəmi 192746,22 manat, xx.xx.2020- ci il tarixli, 10-BİZGZ-1-0- 05-20CK) nömrəli kredit müqaviləsi üzrə əsas borcu 135125,5 manat, faiz borcu 33081,34 manat, cərimə borcu 9914,87 manat olmaqla, cəmi 178121,71 manat, xx.xx.2019-cu il tarixli, 10-BİZGZ-1-0-21 -19/3 nömrəli kredit müqaviləsi əsas borcu 75498,49 manat, faiz borcu 28009,04 manat, cərimə borcu 13349.75 manat, 5% hesablanmış məbləğ 6371,8 manat olmaqla, cəmi 123229,08 manat, xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1-0- 08-18/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 110000 manat, faiz borcu 31943,41 manat, cərimə borcu 6639,26 manat olmaqla, cəmi 148582,67 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 01 dekabr 2022-ci il tarixli, 02- 119/22 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 287000 manat, likvid dəyəri isə 258000 manat, Cavabdeh2 X6 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 580000 manat, likvid dəyəri isə 522 000 manat, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin bazar dəyəri 65000 manat, likvid dəyəri isə 60000 manat, Cavabdeh1 məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 03445 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 532000 manat, likvid dəyəri isə 477000 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2-2(115)-33/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2-2(115)-33/2023 saylı qətnaməsinin qismən ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsi əsassız olduğu üçün ləğv edilməli, iddia tələbinin əsas borcun və faizlərin hesablanması hissəsində dəyişdirilərək yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qətnaməsini iddiaçının reallıqdan uzaq olan maliyyə arayışına əsaslanmışdır. Bank tərəfindən təqdim edilən maliyyə arayışında göstərilən əsas borc və faiz borcunu süni şəkildə şişirdilərək real borcun məbləğindən daha artıq rəqəmlər qeyd etmişdir. İş üzrə mühasibatlıq ekspertizası təyin edilmədiyindən yalnış nəticəyə gəlinmişdir. Belə ki, tərəflərindən ödənişlər aparılmış və bank həmin ödənişləri qəbul etmişdir. Belə olan halda Bank borc məbləğini azaltmaq əvəzinə artırmışdır. Bundan başqa qətnamə ilə müəyyən edilmiş 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1-0- 07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-1-0-21-19/3 saylı, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0- 06-20(K) saylı, 14 dekabr 2020-ci il tarixli, 10- BİZGZ-1-0-07-18(K2) saylı və 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1 -0-07-18(K1) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 258000 manat olan Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dəyəri 600.000 (altı yüz min) manat, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının dəyəri 1.500.000 (bir milyon beş yüz min) manat, Cavabdeh4 mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti,ev 9 ünvanında yerləşən 34 saylı fərdi yaşayış evinin dəyəri 120.000 (bir yüz iyirmi min) manat, Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının dəyəri 1.000.000 (bir milyon) manat təşkil edir. Yuxarıda sadalananlardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən, iş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 01 dekabr 2022ci il tarixli, 02-119/22 nömrəli ekpertiza rəyində "xxxx" MMC düzgün qiymətləndirmə aparmamışdır. Hesab edirlər ki, ipoteka ilə yüklü edilmiş əmlaklar təkrar qiymətləndirilməlidir. Belə ki, həmin əmlakların qiyməti ayrılmış kredit vəsaitini əhatə etməsi xarakteri daşıdığından daha aşağı qiymətləndirilmişdir. Göründüyü kimi məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək mülkiyyətçilərin və iş adamlarının hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə almadan qətnamə qəbul etmişdir. Qiymətləndirici əmlakların qiymətinin niyə məhz bu qədər olduğunu öz qiymətləndirmə aktında bu metodlara əsasən təhlil etməyib. Hesab edirlər ki, qiymətləndirmə fakt üzrə aparıldığını və əmlaklara baxış keçirilməmiş və qiymətləndirici təşkilat sadəcə əmlakları kənardan və yalnız mənzilin texniki sənədləri əsasında rəy hazırlayıb. Hesab edirlər ki, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməklə borc məbləğinin dəqiqləşdirilməsi və nəticədə obyektiv qərar qəbul edilməsi üçün zəruridir. Məhkəmə baxışı zamanı ondan aslı olmayan səbəblərdən iştirakı təmin edilmədiyindən məhkəmədən ekspertiza təyin edilməsini xahiş edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halları hökmən araşdırmağa borcludur. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün mühasibatlıq ekspertizası təyin etməli və əmlakların qiymətləndirilməsini həyata həyata keçirməli idi. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi vəkil X11 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə mühasibatlıq və ya əmtəəşünaslıq ekspertizası keçirilməsinə razı deyildirlər. Çünki, iş üzrə ekspertiza təyin edilməsi üçün əsaslar mövcud deyildir. Cavabdeh tərəf iş üzrə ekspertiza təyin edilməsi barədə birinci instansiya məhkəməsində müraciət edə bilərdi. Hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti verməsi öhdəliyin icrasının əsassız olaraq uzadılmasıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Dostluq” X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 08 fevral 2023cü il tarixli, e-2-2(115)-33/2023 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni kredit müqavilələri üzrə əsas və faiz borcu hissəsində və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2-2(115)-33/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdehlər iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərinin düzgün hesablanmadığını, birinci instansiya məhkəməsinin isə iş üzrə mühasibatlıq ekspertizası təyin etməyərək yalnış nəticəyə gəldiyini iddia etsələr də əsas borc və faiz məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişlər. Hərçənd ki, cavabdehlər ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşlər. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən və birinci instansiya məhkəməsi tərəfindən qət edilən kredit müqavilələri üzrə borc məbləğlərinin işdə olan sübutlara uyğun olub-olmamasını sadə riyazi hesablama ilə yoxlayaraq, tələb edilən əsas borc məbləğ və faiz məbləğlərininin əsassızlığı ilə bağlı hər hansı bir əsas müəyyən etməmişdir. Belə ki, 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-l- 0-21-19/3 saylı kredit xətti açılmasına dair müqavilə kart krediti olmaqla, tələb edilən 75498.49 manat əsas, 28009.04 manat faiz məbləği hər hansı bir şübhə doğurmamşdır. İş materiallarına əlavə edilmiş sübutlardan isə görünür ki, 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ-l-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə iddiaçıya 150000 manat borc pul verilmiş, 14 dekabr 2020-ci il tarixli 1 nömrəli sazişlə müqavilə üzrə kreditin müddəti 21 fevral 2026-cı il tarixədək uzadılmış və həmin sazişlə kreditin qalığı 146221,26 manat məbləğində müəyyən edilmiş, həmin tarixdən sonra əsas borc məbləğindən ödəniş edilməmiş, faiz məbləğindən isə 23 aprel 2021-ci il tarixdə 5484 manat ödəniş edilmişdir ki, 14 dekabr ödəniş cədvəlinə əsasən 146221,26 manat əsas borc məbləğinə aylıq hesablanmalı olan faiz məbləğinin 1827,77 manat olması və 14 dekabr 2020-ci il tarixdən borcun tələb edildiyi 09 dekabr 2022-ci il tarixinə olan müddətin təxminən 24 ay təşkil etməsi nəzərə alındıqda, tələb olunan 35796,1 manat faiz məbləğinin əsassız olmasına dair hər hansı bir şübhə olmamışdır. Bundan başqa 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-l-0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə iddiaçıya 111564.99 borc pul verilmiş, əsas borc məbləğindən ödəniş edilməmiş, faiz məbləğindən isə sonuncu ödəniş 23 aprel 2021-ci il tarixdə 5021 manat olmaqla, ümumilikdə 6694,99 manat faiz ödənişi edilmişdir ki, 14 dekabr ödəniş cədvəlinə əsasən 115564,99 manat əsas borc məbləğinə aylıq hesablanmalı olan faiz məbləğinin 1673,47 manat olması və 14 dekabr 2020-ci il tarixdən borcun tələb edildiyi 09 dekabr 2022-ci il tarixinə olan müddətin təxminən 24 ay təşkil etməsi nəzərə alındıqda, tələb olunan 33124,21 manat faiz məbləğinin əsassız olmasına dair hər hansı bir şübhə olmamışdır. Bundan başqa 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə iddiaçıya 122209,53 manat borc pul verilmiş, əsas borc məbləğindən ödəniş edilməmiş, faiz məbləğindən isə sonuncu ödəniş 23 aprel 2021-ci il tarixdə 5500 manat olmaqla, ümumilikdə 7333,08 manat faiz ödənişi edilmişdir ki, 14 dekabr ödəniş cədvəlinə əsasən 122209,53 manat əsas borc məbləğinə aylıq hesablanmalı olan faiz məbləğinin 1833,14 manat olması və 14 dekabr 2020-ci il tarixdən borcun tələb edildiyi 09 dekabr 2022-ci il tarixinə olan müddətin təxminən 24 ay təşkil etməsi nəzərə alındıqda, tələb olunan 36284,29 manat faiz məbləğinin əsassız olmasına dair hər hansı bir şübhə olmamışdır. 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ- 1-0-08-18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə iddiaçıya 110000 manat borc pul verilmiş, 14 dekabr 2020-ci il tarixli 1 nömrəli əlavə sazişlə müqavilə üzrə kreditin müddəti 28 noyabr 2023-cü il tarixədək uzadılmış, yeni ödəniş cədvəlinə əsasən kreditin qalığı 110000 manat məbləğində müəyyən edilmiş,həmin tarixdən sonra əsas borc məbləğindən ödəniş edilməmiş, faiz məbləğindən isə sonuncu ödəniş 23 aprel 2021-ci il tarixdə 55 manat olmaqla, ümumilikdə 46968,7 manat faiz ödənişi edilmiş, həmin faizin 5640 manatı 14 dekabr 2020-ci il tarixdən sonrakı dövrə aid olmaqla, qalıq faiz məbləği 14 dekabr 2020-ci il tarixədək hesablanmış faizlərə silinmiş, 14 dekabr ödəniş cədvəlinə əsasən 110000 manat əsas borc məbləğinə aylıq hesablanmalı olan faiz məbləğinin 1650 manat olması və 14 dekabr 2020-ci il tarixdən borcun tələb edildiyi 09 dekabr 2022-ci il tarixinə olan müddətin təxminən 24 ay təşkil etməsi nəzərə alındıqda, tələb olunan 31943,41 manat faiz məbləğinin əsassız olmasına dair hər hansı bir şübhə olmamışdır. 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-05-20 (K) saylı kredit verilməsinə dair razılaşma üzrə iddiaçıya 150000 manat borc pul verilmiş, 14 dekabr 2020-ci il tarixli 1 nömrəli əlavə sazişlə müqavilə üzrə kreditin müddəti 21 fevral 2026-cı il tarixədək uzadılmış və yeni ödəniş cədvəlinə əsasən kreditin qalığı 135125,5 manat məbləğində müəyyən edilmiş, həmin tarixdən sonra əsas borc məbləğindən ödəniş edilməmiş, faiz məbləğindən isə sonuncu ödəniş 23 aprel 2021-ci il tarixdə 5068 manat olmaqla, ümumilikdə 24272,92 manat faiz ödənişi edilmiş, həmin faizin 7152,1 manatı 14 dekabr 2020-ci il tarixdən sonrakı dövrə aid olmaqla, qalıq faiz məbləği 14 dekabr 2020-ci il tarixədək hesablanmış faizlərə silinmiş, 14 dekabr ödəniş cədvəlinə əsasən 135125,5 manat əsas borc məbləğinə aylıq hesablanmalı olan faiz məbləğinin 1689,07 manat olması və 14 dekabr 2020-ci il tarixdən borcun tələb edildiyi 09 dekabr 2022-ci il tarixinə olan müddətin təxminən 24 ay təşkil etməsi nəzərə alındıqda, tələb olunan 33081,34 manat faiz məbləğinin əsassız olmasına dair hər hansı bir şübhə olmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehlərin əsas borc və faiz məbləğinin düzgün olmaması ilə bağlı qeyri-müəyyən dəlillərini əsassız hesab etməklə, iş üzrə məhkəmə-müahsibatlıq ekspertizasının keçirilməsi üçün də hər hansı bir əsas olmamışdır. Məhkəmə kollegiyası cavabdehlərin ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması ilə bağlı dəlillərini də əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin 2.2-ci bəndi ilə ipoteka predmetləri olan, Cavabdeh1 məxsus Xanlar rayonu, Quşqara kəndində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 784 kvm, yaşayış sahəsi 183 kvm, köməkçi sahəsi 601 kvm olan 2 mərtəbəli fərdi yaşayış evinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 250.000 (iki yüz əlii min) manat, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə isə likvid dəyəri 258000 manat, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 21 ünvanında, Cavabdeh2 İstehsal-Kommersiya firmasına məxsus olan 0.01339 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 103.3 kvm olan 1 mərtəbəli qeyri-yaşayış binasının dəyəri tərəflərin qarşılıqlı razılğı ilə 500.000 (beş yüz min) manat "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə isə likvid dəyəri 522000 manat, Cavabdeh4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ev 9, 34 saylı mənzil tərəflərin razılaşması ilə 50.000 manat, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə isə likvid dəyəri 60000 manat və Cavabdeh1 məxsus Göygöl rayonu, Quşqara kəndində 0.03445 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 97.3 kvm olan 1 mərtəbəli qeyri-yaşayış binası tərəflərin razılığı ilə 360.000 (üç yüz altmış min) manat, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə isə likvid dəyəri 477000 manat müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə ipoteka predmetləri olan əmlakların qiymətləndirilməsini yenidən həyata keçirmiş və əldə edilmiş mütəxəssis rəyi ilə ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş məbləğlər arasında hər hansı bir ciddi fərq olmamış, əksinə ipoteka müqaqviləsində razılaşdırıılmış dəyərdən bir qədər atrıq məbləğdə likvid dəyər müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi də ipoteka predmetlərinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir. Əmlakların dəyərinin mütəxəssis rəyi ilə bir qədər artıq müəyyən edilməsi isə keçən müddət ərzində daşınmaz əmlakların dəyərinin artması ehtimalına görə ağlabatan hesab olunmuşdur. Cavabdehlər ipoteka predmetlərinin həmin dəyərdə olmamasını iddia etsələr də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişlər. Digər tərəfdən cavabdehlər mütəxəssis rəyinin əsaslandırılmadığını və əmlaklara baxış keçirilmədən verilmədiyini iddia etsə də bu dəlil də əsassız olmuşdur. Belə ki, mütəxəssis rəyindən görünür ki, qiymətləndirici tərəfindən əmlaklara baxış keçirilmş, fotoşəkillər çəkilmiş, qiymətləndirmə metodologiyaları üzrə araşdırma aparılmış, oxşar əmlaklar üzrə təhlillər aparılmaqla müvafiq rəy verilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehlərin qeyd olunan dəlililərini də əsassız hesab etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2-2(115)-33/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Oktay oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2-2(115)-33/2023 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar