Məhkəmə qərarları › İş №2-2(104)-144/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-144/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-144/2024 29.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-2(115)-159/2023 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020- ci il tarixli 040CRLN20000005-1 nömrəli əlavə razılaşma üzrə 26487,25 manat əsas, 1917,18 manat faiz, 378,23 manat cərimə borcu olmaqla cəmi 28782,66 manat, 23 aprel 2021-ci il tarixli 040CRLN20000005- 2 nömrəli əlavə razılaşma üzrə 37473,58 manat əsas, 1687,38 manat faiz, 388,68 manat cərimə borcu olmaqla cəmi 39549,64 manat olmaqla, cəmi 68332,3 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 295,44 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 165 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına, tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızına məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına, tutma əmlaklara yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 11 dekabr 2020-ci il tarixli 040CRLN20000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli 040CRLN20000005-1 nömrəli əlavə razılaşma üzrə 26487,25 manat əsas məbləğ sabit qalmaqla, 5163,65 manat faiz, 2367,75 manat cərimə borcu olmaqla cəmi 34018,65 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli əlavə razılaşma üzrə 38465,4 manat əsas, 6367,87 manat faiz, 2607,53 manat cərimə borcu olmaqla cəmi 47440,8 manat olmaqla, cəmi 81459,45 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 295,44 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 165 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına, tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızına məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına, tutma əmlaklara yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılması və həmin əmlakların boşaldılması hissəsi üzrə xitam verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(83)-159/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 11 dekabr 2020-ci il tarixli 040CRLN20000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli 040CRLN20000005-1 nömrəli əlavə razılaşma üzrə 26491,91 manat əsas borc, 4059,02 manat faiz borcu və 600 manat cərimə olmaqla, cəmi 31150,93 manat borcun, 23 aprel 2021-ci il tarixli 040CRLN20000005-2 nömrəli əlavə razılaşma üzrə 38636,82 manat əsas borc, 5087,19 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 44524,01 manat borc olmaqla, ümumilikdə 75674,94 manat məbləğində borcun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, borc tələbi ipotekaya qoyulmuş 45000 manat olan Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və likvid dəyəri 60000 manat olan Cavabdeh3 məxsus olan ünvan 6 ünvanında yerləşən mənzilə və likvid dəyəri 55000 manat olan Cavabdeh4 məxsus olan ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış evlərinin həyətyanı torpaq sahələrinə yönəldilməsi, həmin mənzil, fərdi yaşayış evi və yaşayış evlərinin həyətyanı torpaq sahələrinin açıq hərrac yolu ilə satılılması və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi, iş üzrə 600 manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMCnin hesaba ödənilməsi, iş üzrə 250 manat ekspertiza xərcinin Cavabdeh2 Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Cavabdeh2 317,02 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh1 tərəfindən 18 mart 2024-cü il tarixdə və Cavabdeh3 tərəfindən isə 14 mart 2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi iş üzrə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-2(104)-103/2024 saylı qərardadları ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İş üzrə Cavabdeh3 ərizə ilə məhkəməyə apellyasiya şikayəti və ərizə ilə xx.xx.2024cü il tarixdə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(115)-159/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzürlü hesab edərək bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 Fərhad oğlu məhkəməyə apellyasiya şikayəti və ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək, tərəfindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-159/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzürlü hesab edərək bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Fərhad oğlu və Cavabdeh3 tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(115)-159/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizələrinin təmin edilməməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-2(115)-159/2023 nömrəli qərardadı ilə ərizələr təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(115)-159/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə bərpa edilmişdir. İş üzrə İddiaçı ASC qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-159/2023 nömrəli qərardadının ləğv edilməsini və Cavabdeh1 və Cavabdeh3 Gəncə Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixlie-2-2(115)-159/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizələrinin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 159/2023 nömrəli icra sənədinə əsasən, icra qurumu ipoteka predmetlərinin açıq hərracda satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə sifariş etmişdir. Müvafiq sifariş əsasında hərrac təşkilatı birinci hərrac prosesini xx.xx.2024-cü il tarixinə, ikinci hərrac prosesini isə xx.xx.2024-cü il tarixinə təyin etmişdir. Cavabdehlərin apellyasiya şikayəti verməkdə məqsədləri sadəcə məhkəmə qətnaməsinin icrasına (hərrac prosesinin keçirilməsinin qarşısını almaq) və Bankdan götürülmüş borcun qaytarılmasına maneə yaratmaqdan ibarətdir. Bu səbəbdən də, müəyyən edilmiş müddətin buraxılmasının səbəblərini üzürlü hesab edilməsini qanunsuz hesab edirlər. Gəncə Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli 2-2(115)-159/2023 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-2(115)- 159/2023 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli e-2-2(115)-159/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 elektron kabinetlərinə 13 dekabr 2023cü il tarixdə yerləşdirilmişdir. Həmçinin həmin qətnamə digər cavabdehlər Cavabdeh1 16 fevral 2024-cü il tarixdə, Cavabdeh3 isə 26 fevral 2024-cü il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmişdir. Məhkəmənin qətnaməsindən Cavabdeh1 tərəfindən 18 mart 2024-cü il tarixdə və Cavabdeh3 tərəfindən isə 14 mart 2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-2(104)-103/2024 saylı qərardadları ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə səbəb hər iki apellyasiya şikayəti üzrə dövlət rüsumunun az ödənilməsi və Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin elektron qaydada verilməməsi olmuşdur. Daha sonra cavabdehlər nöqsanlar aradan qaldırılmaqla yenidən apellyasiya şikayətləri verilmiş və müddətin bərpa edilməsi ilə bağlı ərizə vermişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər tərəfindən qətnamədən apellyasiya şikayətləri qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verilmiş, apellyasiya şikayətləri qeyri-mümkün hesab edildiyindən, cavabdehlər apellyasiya instansiya məhkəməsinin qərardadlarında qeyd edilmiş nöqsanlar aradan qaldırılmaqla apellyasiya şikayətləri vermişlər. Qeyd edilənləri nəzərə alan məhkəmə ərizələrin təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək onlara münasibətdə bərpa edilməsini qərara almışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə apellyasiya şikayətini ilk dəfə vaxtında verdiyindən birinci instansiya məhkəməsi cavabdehlərin məhkəmə müdafiəsi hüququnun pozulmaması üçün sözügedən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülmə səbəbini üzrlü hesab edərək bərpa etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli e-2-2(115)-159/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 13 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli e-2-2(115)-159/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 13 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İş apellyasiya şikayətinə baxılmasından ötrü kommersiya kollegiyasına verilməsi üçün məhkəmənin dəftərxanasına verilsin. Qərardad onun çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar